1. Maliyyə nəzarətinin mahiyyəti



Yüklə 35,66 Kb.
səhifə6/9
tarix02.01.2022
ölçüsü35,66 Kb.
#46952
1   2   3   4   5   6   7   8   9
referat 3668 (3)

7.Maliyyə menecmenti maliyyə resurslarının idarə edilməsi sistemidir. Maliyyə siyasətini, metodlarını, vasitələrini, eləcə də maliyyə sabitliyini və artımının təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün idarəetmə qərarlarını qəbul edən və bu qərarları praktikada həyata keçirən insanları əlaqələndirən maliyyə resurslarının idarə edilməsi sistemidir.

Maliyyə menecmenti maliyyə sisteminin bütün elementlərinə nüfuz edir və bazar iqtisadiyyatı şəraitində idarəetmə strukturunun ən mühüm tərkib hissəsi kimi çıxış edir. Maliyyə menecmentinin əsası qısamüddətli və uzunmüddətli perspektivdə maliyyə resurslarından səmərəli istifadə edilməsi amillərinin təhlilinə əsaslanan və maliyyə xidmətlərinin fəaliyyət istiqamətlərini müəyyənləşdirən maliyyə siyasətidir. Müvafiq siyasətin işlənib hazırlanması üçün maliyyə təhlilinin mənbələri dövlət maliyyə orqanlarının rəsmi hesabatları, institusional bazar strukturlarının (banklar, investisiya şirkətləri, əmtəə, fond və valyuta birjaları) informasiyası, statistik məlumatlar, sahələrarası və ölkələrarası məlumatların müqayisə edilməsi, şirkətlərin kənar istifadəsi üçün hazırlanmış maliyyə-mühasibat hesabatlarıdır. Müəssisələr səviyyəsində müvafiq maliyyə siyasətinin işlənib hazırlanması və qərarlar qəbul edilməsi üçün təsərrüfatdaxili prosesləri daha ətraflı açıqlayan daxili idarəetmə informasiyasından da istifadə edilir. Maliyyə menecmentinin məqsədləri aşağıdakılardır: şirkətin fəaliyyətinin faydalı iqtisadi nəticəsinin maksimallaşdırılması, məsrəflər minimallaşdırılmaqla mənfəətin maksimallaşdırılması, şirkətin iqtisadi potensialının artırılması, bazarda rəqabət qabiliyyətinin təmin edilməsi, mövcud maliyyələşdirmə mənbələrindən daha yaxşı istifadə edilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yeni maliyyələşdirmə mənbələrinin cəlb edilməsi, şirkətin aktivlərinin strukturunun optimallaşdırılması, yaxın gələcəkdə şirkətin maliyyə sabitliyinin təmin edilməsi. Maliyyə menecmenti məqsədlərinə nail olmaq müvafiq idarəetmə metodlarının tətbiq edilməsi sayəsində mümkündür. Maliyyənin idarə edilməsi metodları konkret tarixi xarakter daşıyır, makro və mikro səviyyələrdə iqtisadi münasibətlər inkişaf etdikcə bu metodlar da inkişaf edir. İnkişaf etmiş bazar münasibətləri şəraitində maliyyənin idarə edilməsinin əsas metodları aşağıdakılardır: prnoqnozlaşdırma və planlaşdırma, maliyyələşdirmə və kreditləşdirmə, özünümaliyyələşdirmə, vergitutma, sığorta, lizinq, trast, faktorinq, girov, maddi həvəsləndirmə, sanksiyaların tətbiq edilməsi. Maliyyə menecmenti müəyyən maliyyə vasitələri toplusunun köməyi ilə həyata keçirilir: ilkin vasitələr – pul vəsaitləri, debitor və kreditor borcları, qısamüddətli maliyyə qoyuluşları – səhmlər və istiqrazlar; təkrar vasitələr – opsionlar, fyuçerslər, forvard kontraktları.



Yüklə 35,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin