1. Təhsili idarəetmənin ümumi əsaslari


Dərsin geniş pedaqoji təhlili



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə19/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   15   16   17   18   19   20   21   22   ...   36
tehsilin-idare-olunmasl

Dərsin geniş pedaqoji təhlili onun bütün cəhətlərini, ona verilən tələbləri
bütövlükdə əks etdirməsi baxımından aparılan təhlildir. Bu zaman müəllimin dərsə
hazırlıq vəziyyəti, onun planlaşdırılması, dərsin tipi, quruluşu, mərhələləri, hər
mərhələnin məzmunu, metodik təminatı, vaxt bölgüsü, dərsin qarşıya qoyulan
məqsədlərə (təhsil, tərbiyə və inkişafetdirici məqsədlərə) nə dərəcədə cavab
verməsi, şagirdlərin fəallığı, müəllimin metodik ustalığı və s. məsələlər təhlil
olunur. Gənc və təcrübəli müəllimlərin dərslərinin geniş təhlilinə daha çox diqqət
yetirilir. Birinci halda təhlil gənc müəllimin dərsinin müsbət və mənfi cəhətlərini
ona çatdırmaq, ikinci halda isə müəllimin müsbət təcrübəsini öyrənib yaymaq
məqsədi güdür.
Dərsin qisa təhlili qarşıya qoyulmuş məqsədlər baxımından ən başlıca
cəhətlərə diqqət yetirməyi nəzərdə tutur.
Dərsin aspekt təhlili onun hər hansı bir aspektinin (tərəfinin) təhlili ilə
bağlıdır. Məsələn, dərsdə yeni biliklərin mənimsədilməsi yollar, şagirdlərin
müstəqil işi, dərsdə sorğunun təşkili, şagirdlərin biliyinin qiymətləndirilməsi,
interaktiv metodların tətbiqi və s. aspekt təhlilin mövzusu ola bilər. Bələ təhlil
məktəb rəhbərlərindən daha dərin müşahidəçilik, analitik təfəkkür, elmi yanaşma
bacarığı tələb edir. V.A. Suxomlinski rəhbərlik etdiyi məktəbdə dərsləri müşahidə
edərkən yalnız nəzarət məqsədi güdmür, müəllimin iş üslubunu öyrənməyə daha
çox diqqət yetirirdi. O, hər şeydən əvvəl, müəllimin şagirdlərə, öz işinə, fənninə
münasibəti ilə maraqlanırdi. Müəllim metodika baxımından yaxşı dərs keçsə də,
əgər dərsdə zəif şagirdlərə laqeyd yanaşır, diribaş və çevik uşaqlara kobudluq
göstərsə, direktor həmin dərsdən narazı gedirdi. Belə dərsi o, adətən, təhlil
etməyərək, bir kəlmə ilə - “Mürgüləyən pedaqoji mədəniyyətsizlik” kimi
xarakterizə edirdi.


Məktəb rəhbərləri qarşıya qoyulmuş məqsədə uyğun olaraq dərsin
göstərilən təhlil növlərindən yerinə görə istifadə edə bilərlər.

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin