məktublaşma, məktəbin ildönümünü keçirmək və s.
Uzaq perspektiv uzun müddət
(1 – 2 il) üçün qarşıya qoyulmuş fərəhli məqsədlərdir: məzunların görüşü, qabaqcıl
adamlarla görüşlər, fənn olimpiadaları, idman spartakiadaları keçirmək, məktəb
sexi və ya emalatxanası yaratmaq, məhsul istehsal etmək və s.
Pedaqoji məqsədlərin təsirini gücləndirmək üçün bəzi
şərtləri gözləmək
lazımdır: məqsədlər ictimai – faydalı səciyyə daşımalı, aydın, dəqiq və real
olmalıdır. Perspektiv məqsədlərin reallaşmasına çox əvvəldən kollektiv şəkildə
yaxşı hazırlıq görülməlidir. Qoyulmuş məqsədə nail olmağın layihəsi (yaxşı olan
iki layihəsi) hazırlanmalı, kollektiv şəkildə müzakirə olunaraq qəbul edilməli, iş
bölgüsü aparılmalı, bütün kollektiv qarşıda duran məqsədin reallaşması üçün
səfərbər edilməlidir.
İdarəetmə fəaliyyətində
məqsəd qoyuluşu mürəkkəb proses olub,
müəyyən
Dostları ilə paylaş: