10. Psixoloji konsultasiyanın elmi nəzəri əsasları Psixoloji konsultasiyanın tətbiqi sahələri



Yüklə 27 Kb.
səhifə6/7
tarix26.05.2022
ölçüsü27 Kb.
#59649
1   2   3   4   5   6   7
psixokonsultasiya 10 (4)

Sirayət (yoluxma) ünsiyyət prosesində həyata keçirilən psixoloji təsir metodlarından biri olub, şüursuz, qeyri-ixtiyari xarakter daşıyan davranış nümunəsidir.
Psixoloji sirayət kütlə psixologiyası üçün tipik olan hadisə olsa da, bu effektə kiçik qruplarda da təsadüf olunur. Dini eksztaz, kütləvi psixoz hadisələri, əhəmiyyətli idman yarışları, ritual rəqslər zamanı adamların rəftar və davranışı asanlıqla kütlənin (çoxluğun) təsiri altına düşür və ona uyğunlaşır. Belə hallarda qızışan ehtirasların şüurlu idarə olunması zəifləyir, insanlar kütləyə qoşulub yersiz hərəkətlər edir, qışqırırlar. (futbol azarkeşləri, ixtişaşlar, inqilabi çıxışlar, mitinq və küçə yürüşləri və s).
Psixoloji surayət həm də adamların psixoloqa inamına əsasən yaranan hallardan biridir. İnformasiyanı xüsusi emosional tərzdə, hiss və həyəcanla, ritmlə ifadə edən psixoloq məsləhətçi adamların böyük hissəsində öz qüdrətinə inam yaratmış olur. (sehirbaza, falçıya inam bəslənilən kimi)
Təlqin bir adamın başkalarına yönəlmiş məqsədəyönlü,niyyətli,xüsusi növ təsir formasıdır. Təlqin üçün səciyyəvi cəhət ondan ibarətdir ki, bu zaman hər hansı bir adamın bir və ya bir neçə adama verdiyi informasiya onlar tərəfindən qeyri-tənqiqi surətdə qavranılır. Tərqin verbal (sözlü) təsir vasitələri ilə həyata keçirilir.
İnandırma məntiqi əsaslandırma əsasında informasiyanı qəbul edən şəxsi razılaşdırmaqdan ibarət təsir prosesidir. Bu prosesdə informasiyanı qəbul edən şəxs müstəqil qərara gəlir. Təlqin emosional-iradi xarakterli təsir forması olduğu halda,inandırma daha artıq intellaktual təsir forması kimi qiymətləndirilir.
Psixoloji təsirin sonuncu variantı olan təqlid başqa adamların davranışının xarici təzahürlərinin və ya kütləvi psixoloji vəziyyətlərin sadəcə olaraq qəbul edilməsinə deyil, nümayişkəranə davranış obrazlarının, əlamətlərin qavranılması və yadda saxlanılmasına əsaslanır. Təqlidin bir neçə növü fərqləndirilir:
a) məntiqi və məntiqdənkənar təqlid;
b) daxili və xarici təqlid;
c) moda və ənənələrin təqlidi;
ç) bir sosial sinif daxilində təqlid və bir sosial sinfin digərini təqlid etməsi.
Müasir dövrdə psixoloqlar şəxsiyyətin situasiyadan kənar dərk olunmasının mümkünsüzlüyünü fikrini irəli sürməklə, insanın həyat şəraiti ilə onun şəxsiyyəti arasında sıx əlaqənin mövcud olması reallığını qəbul edirlər. Bu postulatın müdafiəçilərindən biri olan və psixoloji stress anlayışını elmə daxil etmiş R.Lazurus qeyd edir ki, insan özü üçün çətinlikləri və stress faktorlarının yaradılmasının əsas subyektidir. Onun toxunduğu problemlər insanın məişət həyatı ilə bağlı olan problemlərdir. Bu problemləri “
Yüklə 27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin