38-ci Sual. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu


-ci Sual. Transmilli mütəşəkkil cinayətkarlıq və Azərbaycanın milli təhlükəsizliyi



Yüklə 209,77 Kb.
səhifə10/21
tarix24.12.2023
ölçüsü209,77 Kb.
#191347
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Dünya iqtisadiyyatı

48-ci Sual. Transmilli mütəşəkkil cinayətkarlıq və Azərbaycanın milli təhlükəsizliyi
Hər bir dövlətin yaşaması və xalqın varlığını davam etdirməsi üçün onun milli təhlükəsizlik strategiyasıının mövcudluğu mütləqdir. Məlumdur ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyi siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələr üzrə təmin olunur. Ölkənin milli təhlükəsizliyinin təminatının əsas məqsədləri insan - onun hüquq və azadlıqlarının, cəmiyyət - onun maddi və mənəvi dəyərlərinin, dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyünün təmin edilməsidir. Hər bir dövlət öz təhlükəsizlik strategiyasını məhz milli maraqları və mənafeləri əsasında formalaşdırır. Ümumiyyətlə, sözügedən cinayətkar fəaliyyətlərə əsas etibarilə qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, kütləvi qırğın silahları da daxil olmaqla, qanunsuz silah-sursat ticarəti, qeyri-leqal miqrasiya və insan alveri aid edilir. Beynəlxalq təcrübəyə əsasən, göstərilən kriminal əməllər vahid bir terminlə - "transmilli mütəşəkkil cinayətkarlıq" anlayışı ilə ifadə olunur.
Bu gün transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran prioritet vəzifələrdən biridir. Transmilli kriminal şəbəkələrin üzvləri insan hüquq və azadlıqlarından, xüsusilə də, sərhədlərin şəffaflığından, eləcə də ölkələrarası iqtisadi əlaqələrdən məharətlə sui-istifadə etməyə cəhd göstərirlər. İndi bu təhdidlə mücadilə üçün hərtərəfli, çevik və prinsipial yanaşma tələb olunur. Məhz göstərilən faktorları nəzərə alaraq, Milli Təhlükəsizlik Nazirliyi transmilli cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparır.
Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin milli təhlükəsizlik orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edərək deyib: "Fəaliyyətimizin daha bir mühüm istiqaməti transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədir. Bu məsələyə biz həm milli təhlükəsizlik, həm də qlobal beynəlxalq təhlükəsizlik sisteminin komponenti kimi baxırıq. Narkotiklərin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, insan alveri, çirkli pulların yuyulması, qeyri-bank pul ödəniş sistemləri, kibercinayətlər və sairə bu kimi transmilli mütəşəkkil cinayətkarlıq təzahürləri ilə mübarizə nazirliyin əsas fəaliyyət yönümlərindən birini təşkil edir".
Son zamanlar narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, kibercinayətkarlıq, habelə qanunsuz silah-sursat ticarəti ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar qrupların ölkəmizin ərazilərində fəallaşmaq cəhdləri daha da intensivləşib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən transmilli cinayətlərə qarşı mübarizə xətti üzrə konkret əməliyyat tədbirləri keçirilmiş və bir sıra nailiyyətlər əldə edilmişdir.
Transmilli mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən sayılan, bütün bəşəriyyətin gələcəyini, milli genefondumuzu təhdid edən, "ağ ölüm"ə şərait yaradan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə də nazirliyin fəaliyyətinin mühüm hissəsidir. Ölkəmiz üçün bu təhdid əsasən işğal altında olan ərazilərimizdən və tranzit daşımaların mövcudluğundan irəli gəlir. Respublika ərazisindən tranzit kimi əsasən Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan, Əfqanıstan-İran-Azərbaycan-Rusiya, Əfqanıstan-İran-Türkmənistan-Azərbaycan-Rusiya, Əfqanıstan-Tacikistan-Rusiya-Azərbaycan marşrutları ilə narkotik vasitələrin daşınması həyata keçirilir. Narkotiklərin Azərbaycan Respublikası ərazilərindən tranzit daşınmasına təsir edən ən mühüm amillərdən biri də respublikamızın dünyanın ən çox narkotik istehsal edən ölkələrinin yaxınlığında yerləşməsi ilə əlaqədardır.

Yüklə 209,77 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin