41. Sual. Qədim Şərq ölkələrində təhsil və pedaqoji fikir. 42. 19 cu əsrin 60 cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan məktəb təhsilinə təsiri


-1991-ci illərdə Azərbaycanda məktəb və pedaqogika (Ə.Həşimov, Ə.Ağayev, Y.Talıbovun xidmətləri)



Yüklə 35,63 Kb.
səhifə13/14
tarix30.01.2022
ölçüsü35,63 Kb.
#51805
1   ...   6   7   8   9   10   11   12   13   14
pedaqogika 40 60 cvb

59.1921-1991-ci illərdə Azərbaycanda məktəb və pedaqogika (Ə.Həşimov, Ə.Ağayev, Y.Talıbovun xidmətləri).

Azərbaycan xalqı XX əsrdə iki dəfə özünün müstəqilliyinə qovuşmuşdur. Birinci dəfə 1918-ci ilin sentyabr ayından 1920-ci ilin may ayına qədərki dövrü əhatə edən Azərbaycan Xalq Cümhuriyyəti illərindəki müstəqillik az bir müddəti əhatə etsə də xalq maarifi, uşaq və gənclərin təlimi, tərbiyəsi və təhsili sahəsində xeyli və yadda qalan işlər gördü. İkinci dəfə 1991-ci ildə SSRİ-nin süqutundan sonra əldə edilən müstəqilliyimiz bu gün özünün sosial-iqtisadi, elmi-pedaqoji və mədəni inkişafının üçüncü on illiyini şərəflə yaşayır.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xalq maarif sistemi də Rusiyada olduğu kimi, yeni prinsiplər əsasında təşkil edilməyə başlandı və bununla da Azərbaycan xalq maarifi, məktəb təhsili və pedaqoji fikrinin yeni dövrü, sovet sosialist respublikası dövrü başlandı. Beləliklə, 1920-ci illərdə Azərbaycanda sovet təhsil sisteminin əsası qoyuldu. 1930-cu illərdə respublikada ümumi icbari 7 illik təhsilə keçildi və ümumi icbari təhsilin strukturunda dəyişiklik edildi. Belə ki, ibtidai məktəblər 1-7-ci sinifləri, orta məktəblər isə 1-10-cu sinifləri əhatə edirdi.1944-cü ildən etibarən yeni məktəb binaları tikildi. Bu dövrdə məktəblərdə bütün təlim-tərbiyə işləri gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə yönəldilmişdi.1966-cı ildə ümumi icbari orta təhsilə keçilməsinə başlandı, 10 illik məktəblər 11 illik orta məktəblərə çevrildi, poltexnik təlim xeyli gücləndirildi, “internat” məktəbləri, günüuzaldılmış qrup və məktəblər təşkil edildi.

Keçən əsrin 50-ci illərində orta məktəblərin tədris planlarında bəzi dəyişikliklər edildi, təhsilin politexnik təlimlə əlaqələndirilməsi konsepsiyası irəli sürüldü. Beləliklə, 1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərində respublikada orta məktəb şəbəkəsi yenidən quruldu.



Həşimov Əliheydər Şirin oğlu (1924- 1997) - 24 iyul 1924-ci ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur.1957-ci ildə pedaqoji elmləri namizədi ,1970-ci ildə pedaqoji elməri doktoru dərəcəsinə layiq görülmüşdür.O, məhsuldar, yaradıcı və zəhmətkeş alim, xalq pedaqogikasının yorulmaz tədqiqatçısı və hafizi olmuşdur. Əliheydər müəllim “Pedaqogika” (1964), “Azərbaycan pedaqoji fikirləri antalogiyasi” (Moskva 1989) asərlərinin müəlliflərindən biridir. O, pedaqogikanın həm nəzəri, həm də tarixi sahəsində çox məzmunlu ve orijinal əsərlər yaratmışdır. O, respublikada pedaqogika sahəsində nəşr olunan yeni monoqrafiya və kitablar haqqında da maraqlı tənqidi məqalələr yazmış, pedaqoji yenilikləri geniş miqyasda təbliğ etmişdir. Əliheydər müəllim Azərbaycan pedaqogikası sahəsində yaranmış tədqiqatçılıq məktəbinin banisidir. Ağayev Əjdər Abdulhüseyn oğlu - 1937-ci ildə Salyan rayonun Qırmızıkənd kəndində anadan olmuşdur. O, orta təhsilini Salyan şəhərindəki 2 saylı məktəbdə almış, Lenin adına APİ-nin tarix-filologiya fakültəsinə daxil olmuş və 1960-ci ildə oranı bitirmişdir. Aspiranturanı 1969-cu ildə müvəffəqiyyətlə bitirib, “F.Ağazadənin pedaqoji görüşləri” mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. O, 1974-81-ci illərdə “Azerbaycan məktəbi” jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Hazırda Azərb.. ETPEİ- nin pedaqogika tarixi va nəzəriyyəsi şöbəsinin müdiridir. Onun doktorluq dissertasiyası “Azerbaycan maarifpərvərləri şəxsiyyətin formalaşması haqqında” mövzusuna həsr edilmişdir. Ə.Ağayevin “Məktəblilərin vətəndaşlıq borcu tərbiyəsi”, “F.Ağazadənin pedaqoji görüşləri”, “Hayatın astanasında”. Vatandaş olmağa borclusan” və.s əsərləri nəşr olunmuşdur. Ə. Ağayev elmi kadrların hazırlanmasına xüsusi qayğı göstərir. O 15 nəfərdən çox gəncin namizədlik dissertasiyasına elmi rəhbərlik etmişdir. Ə.Ağayev hazırda pedaqogika tarixi və nəzəriyyəsi üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvüdür. O, həm də şairdir. Talıbov Yusif Rəhim oğlu- (1929-cu ildə anadan olmuşdur.) 1962-ci ildə namizədlik, 1975-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Y.Talıbov beş il Gürcüstanda Bədən Tərbiyəsi İnstitutunda elmi müdafiə şurasının üzvü olmuşdur. O, pedagogika va pedagogika tarixinin aktual məsələlərrinə dair orijinal məqalə va kitablar yazmışdır. O, milli zəmində yazılmış ilk “Pedaqogika” (1993) dərs vəsaitinin müəlliflərindən biridir. O, ən çox tərbiyə, habelə təlim, pedaqoji fikir tarixi, İxtisasartırma, ailə tərbiyəsi məsələlərinə dair orijinal məqalələr, kitablar yazmışdır. Y.Talıbov 12 nəfər elmlər namizədi yetişdirmiş. 50-dan çox namizədlik, 4 doktorluq dissertasiyasına opponentlik etmişdir. Yusif müəllim tərcüməçiliklə də məşğul olmuşdur. “Məktəblilərin tərbiyəsinin nümunəvi məzmunu”,“Pedaqogikaya giriş”, “Məktəb pedaqogikası proqramlarının, V.A.Suxomlinskinin “Ürəyimi uşaqlara verirəm” əsərini Azərbaycan dilinə tərcümə etmişdir. O,1963-cü ildən şöbə müdiri, direktor əvəzi, kafedra müdiri vəzifəsində işləmişdir. Yusif müəllim Ali Ekspert Şurasının üzvüdür.


Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin