Otuz yeddinci fəsil
ŞAHA XİDMƏT ETMƏK HAQQINDA
Bil, ey oğul, əgər təsadüf səni gətirib şah sarayı adamları
içərisinə salsa, sən ona xidmət etməli olsan və şah səninlə
yaxınlıq etmək istəsə, bu sənin gözünü tutub başını
gicəlləndirməsin, ondan uzaqlaşmağa çalış, lakin xidmətdən
qaçma, çünki şaha yaxınlaşmağın nəticəsi uzaqlaşmaq, xidmətin
nəticəsi isə yaxınlaşmaq olar. Şah hansı gün sənə desə ki,
arxayın ol, sənə zaval yoxdur, sən o günü daha çox qorx. Sən
şahın hesabına piylənib yağlanıbsansa, demək, o, səni kəsmək
üçün belə kökəltmişdir.
Nə qədər əziz və girami olsan, yenə də ehtiyatını əldən
vermə, öz yerini bil, ağanın xoşuna gələn şeylər danış və onunla
mübahisəyə girişmə. Bir məsəldə deyilmişdir: "Şahla mübahisə
edib inad göstərən əcəlindən tez ölər", çünki xəncər tiyəsindən
yapışmaq axmaqlara yaraşar.
Öz ağana yaxşılıqdan başqa yol göstərmə ki, sənə yaxşılıq
etsin, pislik etsən, sənə də pislik edər.
H e k a y ə t. Deyirlər ki, Gəncə şahı Fəzlun Məmlanın
240
dövründə onun adlı-sanlı deyləmli bir məşvərətçisi var imiş.
Fəzlun məmləkətin böyük adamlarından kimi bir günah üstündə
tutub zindana salırmışsa, həmin deyləmli müşavir o saat şaha
deyirmiş:"Azadları incitmə, incitdinmi, başın vur".
Ölkənin böyük adamlarından bir neçəsi həmin deyləmlinin
məşvərəti nəticəsində həlak olmuşdu. Təsadüfən, bir dəfə həmin
deyləmli müşavir özü bir səhv buraxdı, şah əmr etdi, tutub
zindana saldılar. Deyləmli bir adam göndərdi ki, "filan qədər
filan miqdarda mal verərəm, məni öldürmə". Fəzlun Məmlan
dedi: Səndən öyrənmişəm ki, "Azadları incitmə, incitdinmi,
başını vur".
156 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Deyləmli müşavir öz canını pis şey öyrətmək üstündə
qurban verdi.
Yaxşılıq edib danlanmağı pislik edib tə'riflənməkdən daha
üstün tuturam. Bütün xahişlərin nəticəsi nöqsanlı olar, heç vaxt
var-dövlətlə qürrələnmə, şah xidmətində də əvvəlcə ad-san
axtar. Ad-san oldumu, dövlət onun ardınca öz ayağı ilə qaça-
qaça gələr. Şaha xidmət etməyin şərəfi dövlətli olmaqdan çox
yüksəkdir. Sən şah xidmətində kökəlmiş olsan da, özünü arıq
göstər, arxayınçılıq olar. Görmürsənmi, qoyun da arıq olanda
kəsilməyəcəyindən arxayın olur, heç kəs onu kəsməyə çalışmır,
kökələndə isə hamı onu yemək tamahına düşür?!
Dirhəm xatirinə ağanı satan olma. Şah qulluğunda
qazanılan dirhəm gül kimi bir şeydir: ətri məşhur, lətif, əziz
olar, amma kül kimi ömrü də az olar.
Fərqi orasındadır ki, şah xidmətində əldə edilmiş pulu gül
kimi gizlətmək olmaz, şah xidmətində toplanmış hər dirhəm
qalxmış tozdan da tez dağılıb gedər.
Şahlar şahına xidmət etmək ən gözəl sərmayədir, qazanc
eşqi ilə sərmayəni əldən vermə. Sərmayə yerində olduqca
həmişə qazanca ümid bəsləmək olar, sərmayə əldən çıxdımı,
bütün qazanc qapıları bağlanır. Kim pulu canından əziz tutsa, o,
tezliklə əzizlikdən zəlilliyə düşər. Şərəf var ikən mal toplamağa
meyl göstərənlər topladıqları maldan başqalarına da verib
onların ağzını bağlamasalar, məhv olarlar.
Şah xidmətində yüksəlib böyük mənsəb sahibi olsan, öz
ağana xəyanət etmə, etsən, bu, sənin bədbəxt olacağını göstərər,
çünki bir böyük bir kiçiyi böyük mənsəbə çatdırsa və o, buna
qarşı mükafat olaraq öz ağasına xəyanət etsə, bu, Allah-taalanın
həmin böyüklüyü ondan alacağına dəlalət edər, əks halda o
bədbəxt yaxşılıq qarşısında ağasına pislik etməzdi.
H e k a y ə t. Əmir Fəzlun Əbussüvar
241
Hacib
Əbulyüsrü
242
Bərdə şəhərinə sepəhsalar göndərmək istərkən
Əbulyüsr dedi: "Qış gəlməyincə getmərəm, Bərdənin iqlimi çox
pisdir, xüsusilə yayda". Bu barədə uzun söhbət getdi. Əmir
Fəzlun dedi: "Nə üçün belə duşünürsən? Əcəl çatmamış heç kəs
ölməmiş və ölməyəcəkdir də". Əbulyüsr dedi: "Şah buyuran
doğrudur, heç kəs əcəli çatmamış ölməz, lakin əcəli çatmamış
adam yayda Bərdəyə də getməz".
Bir də dost və düşmənlərin işindən qafil olma, sənin xeyir
və zərərin dost və düşmənə çatmalıdır. Böyüklüyün hüsnü
orasındadır ki, dosta xeyir, düşmənə zərər verə biləsən. Adam
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
böyük mənsəbə çatdıqda, barsız ağac kimi olmamalı,
böyüklüyündən yalnız dövlət əldə etmək üçün istifadə
etməməlidir. Əgər o heç kəsə xeyir ya zərər verməsə, yüz min
dinarı olan cühud kimi bir şeyə oxşar, heç kəsə xeyir ya zərəri
olmadığı üçün ən alçaq adam hesab edilər. Deməli, sənin
mənafeyin öz arzu və istəklərini yerinə yetirmək və alicənablıq
göstərib xalqa kömək etməkdən ibarətdir. Peyğəmbər s. və s.dən
eşidiblər, deyib ki, "İnsanların ən yaxşısı insanlara xeyir
verəndir".
Hakimiyyəti sona çatmaqda olan ağaya qulluğa girməyə
can atma, qocalmış hökmdarın dövləti ətrafına dolanma, bir
qədər ömrü qalmış olsa da cavanlara nisbətən, xalq onu ölümə
daha yaxın hesab edər. Birdə az qoca ola bilər ki, ömr ona vəfa
etsin.
Həmişə şah qulluğunda xidmətdə qalmaq istəyirsənsə,
Abbasın
243
öz oğlu Abdullaha
244
dediyi kimi ol, O, Abdullaha
demişdir: "Bil, ey oğul, bu kişi, yə'ni Ömər Xəttab (Allah ondan
razı olsun) sənə öz yanında iş vermiş və hamıdan çox sənə
e'tibar etmişdir, indi istəyirsən, düşmənlərin sənə üstün
gəlməsinlər, gərək beş xasiyyəti saxlayasan ki, arxayın olasan:
birincisi, gərək səndən yalan eşitməyə; ikincisi, onun yanında
heç kəsə eyib tutmayasan; üçüncüsü, ona xəyanət etməyəsən,
dördüncüsü, onun əmrindən çıxmayasan; beşincisi, onun sirrini
heç kəsə açmayasan. Beləliklə camaatın əlindən xilas olar və bu
beş xasiyyətlə məqsədə çatarsan.
Bir də öz ağanın qulluğunda səhlənkarlıq etmə səhv etsən
təqsirini boynuna al, özünü elə göstər ki, nadanlıq üzündən
edibsən. Qoy inansın ki, sən bunu qəsdən etməmisən, səhvən
olubdur. Burada tərbiyəsizlik və tabe olmamaq məsələsi yoxdur,
çünki bilməməzliyi sənə günah hesab etməzlər, tərbiyəsizlik,
tabe olmamağı isə günah sayarlar. Həmişə hər şeyi deyilməmiş
yerinə yetir, başqasının görmək istədiyi işi də çalış sən gör. Elə
etmək lazımdır ki, səni həmişə işdə, öz işinlə məşğul görsünlər.
həmişə xidmətdə hazır ol, şah kimi axtarsa, səni görsün.
Şahların adəti budur ki, həmişə özlərindən aşağıları yoxlarlar.
Əgər səni bir dəfə, iki dəfə, on dəfə çağırsa, gərək həmişə
qabağında hazır olasan və sənin şah sarayında olduğun həmişə
gözə çarpsın, onda böyük işləri də sənə e'tibar edər, necə ki,
Qəməri Gürgani
245
deyir:
B e yt
Qarşısında söz demək qorxulu, böyük xətər,
158 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Lakin qorxu çəkmədən, dənizdən çıxmır göhər!
Kiçiklik zəhmətini boynuna götürməsən, böyüklük;
rahatlığına çatmazsan. Görmürsənmi, sürmə yarpağı
çürüməyincə, sürmə əmələ gələ bilmir. Cah-cəlallı: Allah yer
üzünün böyüyünü elə yaratmışdır ki, hamı ona xidmət etməyə
möhtacdır.
Şah qarşısında heç kəsə həsəd apardığını bildirmə, sonralar
biri haqqında doğru da danışsan inanmaz, həsəd hesab edər.
Həmişə şahın qəzəbindən qorx.
İki şeyə xor baxmaq olmaz: birincisi, şahın qəzəbi, ikincisi,
alimlərin məsləhəti. Kim bu iki şeyə xor baxsa, tezliklə xar olur.
Şah xidmətçiləri içərisində olmağın şərti bunlardır.
Lakin iş gətirsə, bu dərəcədən keçib daha yüksək mənsəbə
çata bilsən və padşaha nədim
246
olsan, gərək nədimliyin bütün
qaydalarına bələd olasan. İndi də nədimliyin şərtlərini demək
istəyirəm. Allah köməyin olsun.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Otuz səkkizinci fəsil
Dostları ilə paylaş: |