Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə68/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   64   65   66   67   68   69   70   71   ...   103
  ص  ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ  ﺐﺨﺘﻨﻣ
212،213
 ) Беляликля, 
Сяид  Няфисинин  бу  ики  гейдиндян  бири  лузумсуз  галыр  вя 
эюстярилян он йедди бящрдян бири арадан чыхмыш олур. 
"Габуснамя"дя вя Сяид Няфисинин гейдляриндя бу нюгсан X- XI 
ясрлярин  фарс  ярузчуларынын  уйдурмаларындан  иряли  эялир. 
Бунлары  Шямсяддин  Мящяммяд  ибн  Гейс  Рази XIII ясрдя 
тянгид  вя  ислащ  етмишдир.  Сонракы  габагъыл  ярузчулар  да 
бу "иъадлары" гябул етмямишляр.-Редактор. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Rəiyyətə yaraşmayan  şey  şaha heç yaraşmaz. Qəzəl və  təranə 
yazarkən, incə  və duzlu yaz, mədhnamələrin təntənəli və 
gurultulu olsun. Söz söylədikdə, alicənab ol, hər kəsin öz yerini 
bil, hərəyə özünə layiq mədh de. Məsələn, ömründə belinə bıçaq 
bağlamamış adam haqqında demə ki, "qılıncın arslan parçalayar
nizən Bistun
219
 dağını qaldırar, oxla tükü vurarsan". Ömründə 
eşşəyə minməmiş adamın atını Düldül, Büraq
220
, Rəxş
221
  və 
Şəbdizə
222
 oxşatma, kimə nə demək lazım olduğunu bil. 
Şair mədh edəcəyi adamın təbiətindən xəbərdar olmalıdır 
bilməlidir ki, o nəyi xoşlayır, sonra elə mədh etməlidir ki, onun 
xoşuna gəlsin. Sən onun xoşuna gələn  şeyi deməyincə, o da 
sənin xoşuna gələn şeyi sənə verməyəcəkdir. 
Alçaq təbiətli olma, mədh etdiyin adamın ləyaqəti olmasa, 
heç vaxt özünü qəsidədə
223
 qul adlandırma, Həcv yazmağı peşə 
etmə, həmişə kuzə su ilə dolu qayıtmaz. Zöhd
224
  və Tövhid
225
 
haqqında yazmağa qadir olsan, kahıllıq etmə, hər iki dünya üçün 
yaxşıdır, hərçənd  şe'rdə mübaliğə  məharət sayılır, lakin sən 
yalanı həddindən artıq şişirtmə. 
Dostlar və böyük adamlar haqqında mərsiyə yazmaq 
vacibdir, lakin qəzəl və mərsiyəni bir üslubla, həcv və mədhi isə 
başqa üslubla yaz. Həcv yazmaq istəsən, bil: necə mədhdə birini 
tə'rifləyirsən, elə  də  həmin mədhin  əksinə yaz. Mədhin  əksinə 
hər nə yazılsa, həcv olar, qəzəl ilə mərsiyə də bunun kimidir. 
Lakin hər nə yazsan, özündən yaz, başqalarının sözünü 
təkrar etmə,  əks halda təb'in inkişaf etməz  şe'r, meydanın 
genişlənməz, ilk şe'rə başlarkən necə idinsə, elə də qalarsan. 
Lakin  şe'r yazmağa qüdrətin olsa, təb'in inkişaf etsə, 
məharət qazansan, bir yerdə nadir bir sözə rast gəlib bəyənsən 
və onu başqa yerdə  işlətmək istəsən, inad edib yarışa girmə, 
həmin  şe'r növündə  işlətmə, mədhdə rast gəlibsənsə, həcvdə 
işlət, qəzəldə təsadüf edibsənsə, mərsiyədə istifadə et, mərsiyədə 
eşidibsənsə, qəzəldə  işə ver, Qoy heç kəs bilməsin ki, hardan 
götürübsən. 
Əgər mədh yazdıran tapıb bu yolla güzəran keçirmək 
istəyirsənsə, qaşqabaqlı, çirkpaltarlı və turşsurətli olma, həmişə 
xoşsifət və üzügülər ol. Nadir hekayətlər, maraqlı  rəvayətlər, 
gülməli məsəllər, məzəli lətifələri  əzbərdən çox bil, bunları 
mədh etdiyin adama və onunla bir yerdə olanlara danış,  şair 
bunlarsız keçinə bilməz. 
Deyiləsi söz çoxdur, lakin bununla kifayətlənirəm. 
Qalanına Allah kömək edər. 
152 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Otuz altıncı fəsil  

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin