ÜÇÜNCÜ FƏSİL
MOĞOL İSTİLASINDAN SƏFƏVİLƏRİN ZÜHURUNA QƏDƏR,
ŞİRVANŞAHLAR SÜLALƏSİ VƏ ONLARIN SƏLTƏNƏTİNƏ AİD
HADİSƏLƏR HAQQINDA
Hülaku xan bin-Tuluy bin-Çingiz xan, öz qardaşı Mənku qaan
zamanında İrana gəldi. Hicri 656-cı (=1258) ildə xəlifə Müstəsim
Billahı
1
öldürərək abbasilər dövlətini dağıtdı. Sonra, özü ilə bərabər
gətirdiyi 200000 türk ailəsini müxtəlif yerlərdə yerləşdirdi. İran
səltənətini öz əlinə alıb möhkəmləndirdi. Lurlar və kürdlərdən
başqa, İran köçəri qəbilələrinin əksəri bunların nəslindəndir. Şam
ölkəsinin o başından (Əqsayi-Şamdan) Ceyhuna, Ümmandan Dər-
bəndə qədər onun hakimiyyəti altında idi. Elm və hikmət sahiblə-
rinin ehtiramını saxlar, ümumi mənfəətinə aid müəssisə və binalar
tikdirməyə son dərəcə səy edərdi. Paytaxtı Təbriz şəhərində, ali bir
imarət tikdirdi. Hülaku xana çox yaxın olan Xacə Nəsirəddin
Məhəmməd Tusi, onun əmrilə Mərağada bir rəsədxana bina etdir-
di. Hicri 663-cü (=1265) ildə səltənəti oğlu Abaqa xana tərk edib
vəfat etdi. Bu da Şirvan, Ermənistan və Azərbaycanın idarə-sini
qardaşı şahzadə Eşmuta tapşırdı. Bu zaman Qıpçaq padişahı Cağa-
tay xanın oğlu Bərəkə xan, şahzadə Buğanı Dağıstan yolu ilə Azər-
baycanı almağa göndərdi. Eşmut hicri 664-cü (=1266) ilin əvvəllə-
rində, Dərbənd yaxınlığında onu məğlub edib geri qaytardı.
Bu məğlubiyyətdən sonra Bərəkə xan 300000 atlı ilə Dərbənd
yolu ilə gəldi. O, Kür çayı kənarına çatıncaya qədər atın cilovunu
çəkmədi. Abaqa xan da külli qoşunla Kürün o biri tayında düşüb
onu çaydan keçməyə qoymadı. Bərəkə xan körpüdən keçmək üçün
Tiflisə üz qoydu. Lakin xəstələndiyindən yolda vəfat etdi. Buna
1
Mücməsim Billah - abbasilərdən otuz yeddinci və sonuncu xəlifədir
(640- 656=1242-1258).
87
görə də qoşunu dağılıb öz yurdlarına qayıtdı. Abaqa xan hicri 681-ci
(=1282) ildə vəfat etdi.
İslam dinini qəbul etdikdən sonra Sultan Əhməd adını alan
Nikudar bin-Hulaku xan, İraq və Azərbaycanda rəyasət və ədalət
taxtına oturdu. İki il sonra Abaqa xanın oğlu Arqun onu öldürüb
özü onun yerinə keçdi. Arqun zalım və xain bir padişah idi. Hicri
690-cı (=1291) ildə vəfat etdi. Onun yerinə keçən qardaşı Keyxatu
eyş və işrətlə məşğul olub əmirlərinin irz və namusuna təcavüz
edirdi. Bunların (əmirlərin) təhriki ilə Baydu ibni-Taraqay ibni-
Hülaku xan Bağdaddan qoşun çəkib gəldi. Keyxatu Muğana qaçdı.
Əmirlər Baydu xanın əmrilə onu təqib edərək hicri 694-cü (=1295)
ildə əsir edib öldürdülər.
Bu hadisədən sonra, islam dinini qəbul edib Sultan Mahmud
adını alan Xorasan hakimi Qazan ibni-Arqun xan, Keyxatunun
intiqamını almaq üçün Baydu xanın üzərinə hərəkət etdi. Əvvəlcə
sülh və sonra hərb etdilər. Baydu xan qaçıb Naxçıvanda Əmir
Novruzun əlində öldü. Qazan xan hakimiyyət başına keçdi...
O vəfat edəndən sonra, hicri 703-cü (=1304) ildə, Ulcaytu
Məhəmməd Xüdabəndə ibni-Arqun xan taxta oturdu. Sultaniyyə
şəhərini bina və özünə paytaxt etdi. O, ədalətli və xeyirli işlər görən
bir padişah idi. Onun adı, Bakı şəhərində bina etdirdiyi burc və
məscidlər üzərindəki kitabələrdə indi də durur. Hükəmanın təhqi-
qatına və alimlərin söhbətinə çox mail idi. Şiəliyi qəbul etdi və sik-
kəni on iki imamın adına vurdurdu. Bir çox həkimanə sözləri var-
dır, bunları fazil adamlar toplamışlar...
Ondan sonra hicri 716-cı (=1317) ildə, 13 yaşında olan böyük
oğlu Sultan Əbusəid taxta oturdu. Bunun dövründə Cüci-ibni-
Çingiz xan nəslindən Qıpçaq padişahı Özbək xan - Özbək qəbiləsi
bunun adı ilə adlanmışdır - hicri 718-ci (=1319) ildə Dərbənd yolu
ilə Azərbaycanı almağa gəldi. Sultan Əbusəid müqavimət məqsə-
dilə çıxıb Qarabağ düzündə qışladı. Özbək qoşunları Şirvanda qətl-
qarətlə məşğul idilər. Əmir Çoban 20000 qoşunla Sultanın köməyi-
nə gəldi. Özbəyin qoşunu müqavimət göstərə bilməyib qaçmağa
88
başladı. Əmir Çoban onları təqib edərək bir çoxunu öldürdü. Öz-
bək şah hicri 735-ci (=1335) ildə təkrar həmin yol ilə Azərbaycana
yürüş etdi. Sultan Əbusəid yenə müqavimət məqsədilə qarşıya
çıxdı. Havanın istiliyi və üfunəti üzündən Şirvanda xəstələnib hicri
736-cı (=1336) ildə vəfat etdi. Müasirlərindən biri yazdığı bir şeirdə
onun Qarabağda vəfat etdiyini qeyd etmişdir. Qarabağ çox vaxt
Şirvan üstündə sayıldığından, tarix kitablarında Şirvan adı ilə şöhrət
tapmışdır.
«Zəfərnamə»nin müqəddəməsində deyilir: (Əbusəidin) arvadı
Bağdad xatun, Əmir Çobanın qızı və keçmişdə Şeyx Həsən Elxanın
arvadı idi. Sultan ona aşiq olub, zor ilə təlaq verdirərək almışdı,
atasını və qardaşını da öldürmüşdü. Bağdad xatun, Özbəyin təhrik
və təşviqi ilə, Sultana zəhər verdi. Bundan sonra, Tulu Çingiz xan
oğlu nəslindən olan Arpa xan səltənətə keçdi. Özbəyi məğlub
edərək Şirvan və Dərbənddən çıxartdı. Bu zaman Musa ibni-Əli
ibni-Baydu xan üsyan edib, Arpa xanı öldürdü. Hülaku xan nəslin-
dən Məhəmməd də buna qarşı üsyan etdi. Daha sonra, bu süla-
lədən bir neçə nəfər bir-birilə vuruşaraq, öz nəsillərinin kəsilməsinə
və ölkənin xaraba qalmasına səbəb oldular. Bunların Azərbaycan
və İraqdakı əzəmətli dövləti elxanilərə keçdi.
Bu sülalənin əhvalatı belədir: Ağ Buğa ibni-Elxan ibni-Cəlayir
Keyxatu dövründə əmirülüməra olub Baydu xan hadisəsində öldü-
rüldü. Oğlu Əmir Hüseyn Arğun xanın qızını aldı. Bunun oğlu Şeyx
Həsən, Sultan Əbusəid dövründə Rum valisi idi. Əbusəid öləndən
sonra, Şeyx Həsən onun arvadı Dilşad xatunu aldı. Bu arvad Əmir
Çobanın oğlu Xacə Dimişqin qızı idi. Musiqi elmində, rəssamlıqda
öz əsrinin nadiri və gözəllikdə bütün dünyada məşhur olan Şeyx
Üveys bundan doğulmuşdur. O, hicri-757-ci (=1356) ildə İraqi-
Ərəb səltənəti taxtına oturdu.
Hülaku övladı səltənətinin sarsıldığı və elxanilər dövlətinin
hələ müstəqil olmadığı bir zaman idi. Zalım və qəddar bir şəxs olan
Şeyx Həsən ibni-Teymurtaş ibni-Əmir Çoban yeddi il onun ölü-
mündən sonra uğursuz qardaşı Əmir Əşrəf 13 il Təbriz mülkünü və
89
sair yerləri istila etdilər. Bunlar həddən artıq zülm edib saysız-
hesabsız mal və dövlət topladılar. Bu zaman bərdəli Qazi Mühiy-
yəddin Dəşti-Qıpçağa, Cüci ibni-Çingiz xan övladından ədalətli,
maarifpərvər və pərhizkar bir padişah olan Canibəy xanın yanına
getdi. Gözəl nəsihət və möizələrlə onu vadar etdi ki, gedib Əşrəf
zalımı cəzalandırsın. Canibəy 300000 qoşun götürüb Dərbənd yolu
ilə gəldi. Şirvanşah Kavus ibni-Keyqubad, bu gözəl səfərdə ona
qarşı çox xidmətlər göstərdi. Buna görə, Moğol və tatar tayfası,
zatən talançı olsalar da, xərmən vaxtı kimsənin taxılına əl uzatma-
dılar. Canibəy Təbrizə gəlib Əşrəfi öldürdü və onun xəzinələrinə
sahib oldu. İndi də xalq arasında belə bir məsəl məşhurdur:
Eşşək Əşrəfi gördünmü nə etdi?
O özü ilə lənət apardı, Canibəy isə altun.
Bu hadisədən sonra, oğlu Bərdi bəyi Azərbaycanda canişin
qoyub, öz paytaxtına qayıtdı. Bərdi bəy atasının bərk xəstələndiyi
xəbərini alınca, moğollardan Axıcıq adlı bir nəfəri Təbrizdə naib
qoyub getdi. Axıcıq da 15 ilə yaxın, Əşrəf kimi, zülmkarlıq edib
Təbriz əhlini təngə gətirdi. Təbrizlilər Müizziddin Üveys Elxanidən
kömək istədilər. O, çoxlu qoşunla gəldi. Axıcıq onun qarşısına çıxdı
və məğlub olub, Naxçıvana qaçdı. Buradan da Qarabağa gəldi.
Sultan Üveys onu təqib etdi, tutub boynunu vurdu. Hicri 775-ci
(=1374) ildə, İraqi-Əcəm və Azərbaycanı aldıqda, Şirvan valisi
Huşənk ibni-Kavus da ona tabe oldu. Bu səfərdən Bağdada xəstə
qayıtdı. O biri il, çox gənc ikən vəfat etdi...
Sonra oğlu Sultan Hüseyn padişahlığa çatdı. O, ölkə və ordu
işlərindən qəflət edərək, eyş-işrətlə məşğul idi. Qardaşı Sultan
Əhməd, hicri 784-cü (=1383) ildə, türkmən qaraqoyunlu Qara
Məhəmmədin köməyilə onu öldürdü. Qardaşı Şeyx Əliyə də qalib
gəldi. Şirvan valisi Huşənk Kavus oğlunun vasitəsilə o biri qardaşı
Sultan Bayəzidlə də Azərbaycanda sülh edib, səltənət taxtına
oturdu. Bu zaman ölkələr fatehi Əmir Teymur Kürəkən xürç etdi...
90
Bir çox tarixçilərin yazdığına görə o, Çingiz xanın böyük əmir-
lərindən Qaracar noyanın oğlu nəvəsi, moğolların Barlas qəbiləsi
əmirlərindən Əmir Turağayın oğludur. Hicri 736-cı (=1336) ildə Keş
nahiyəsində Şəhrsəbzdə anadan olmuşdur. Çox tərəqqi etdi, Əmir
Hüseynin damadı olduğundan, Kürəkən deyə şöhrət tapdı. Əmir
Hüseynə də qalib gəlib, 35 yaşında Mavəraünnəhrin padişahı oldu.
Moğolustanı, İranın bir çox vilayətlərini, hətta Gilan və Azərbaycanı
da aldı, sonra yenə Mavəraünnəhrə qayıtdı.
Hicri 787-ci (=1386) ilin qışında, Toxtamış xan 90000 qoşunla
Dərbənd yolu ilə Şirvan və Azərbaycana soxuldu, qarət və təxribat-
dan sonra, yenə həmin yol ilə geri qayıtdı.
«Zübdətüttəvarix»
1
müəllifinin yazdığına görə, Çingiz övladın-
dan Toxtamış xan, keçmişdə Urus xan tərəfindən məğlub edilmişdi,
hicri 787-ci (=1381) ildə, Əmir Teymurun köməyilə Qıpçaq padi-
şahlığına yetişdi. Ertəsi il, Əmir Teymur İrana yürüş etdiyi zaman,
Xorasandan ona xəbər çatdı ki, Sultan Əhməd Cəlayir Elxani Bağ-
daddan Təbrizə hərəkət etmişdir. Hacı Seyfəddin adlı birisini bir
dəstə qoşunla onu dəf etmək üçün göndərdi. Əmir Teymurun gəl-
mək xəbərini eşidərək qayıtmaq fikrində olan Sultan Əhmədə,
Naxçıvan duzlağında çatdı. Müharibə başlandı. Sultan Əhməd
nicatı qaçmaqda gördü, qoşunlarından bir dəstəsi öldürüldü və or-
dusu talan edildi. Əmir Teymur özü Təbrizə gəldi, məşhur adam-
lardan bir çoxunu öldürdü və bir çoxunu da cərimə etdi. Bu şəhərin
tanınmış sənətkarlarını yığıb Səmərqəndə göndərdi. Payız fəslində
Naxçıvan və Qars qalalarını aldı. Qarsı viran edərək, Gürcüstana
hərəkət etdi. Buranın valisi Əmir Baqrat müqavimət göstərdi,
məğlub olub əsir düşdü. Əmir Teymur buradan Qarabağa gəlib,
islam dinini qəbul edən Baqrata öz irsi mülkünü qaytardı. Şirvan
1
«Zübdətüttəvarix» - Teymur dövrünün tarixçilərindən Hafiz Abrunun əsəridir. O,
Heratda anadan olmuş və hicri 834-cü (=1430/31) ildə vəfat etmişdir.
«Zübdətüttəvarix» dünyanın yaradılışından hicri 829-cu (=1425/26) ilə qədər olan
hadisələri təsvir edir.
91
valisi Əmir İbrahim, öz ölkəsini qurtarmaq məqsədilə, ləyaqətli
töhfələr və hədiyyələrlə Əmir Teymurun hüzuruna gəldi. Sahibqran
tərəfindən mehribanlıqla qarşılandı və Şirvanşah ləqəbini aldı.
Bahar zamanı, Teymurun ordusu Araz kənarından Gəncəyə
yetişdikdə xəbər çatdı ki, Toxtamış xan tərəfindən Şirvana külli qo-
şun gəlmişdir. (Əmir Teymur), oğlu Miranşahı onları dəf etməyə
göndərdi. Miranşah onları məğlub edib Dərbəndin o biri tərəfinə
qədər qovdu və çoxlu qənimət ələ keçirdi. Dövlətşah Səmərqəndi
«Təzkirətüş-şüəra»sında yazır: Sultan Əhməd zahiri cah-cəlaldan
başqa cürbəcür fəzilətlərə də malikdi. İnşa, ərəbcə və farsca şeir
söyləmək, nəqqaşlıq, mozaika və sair fənlərdə mahir idi. Havacat
və musiqi elminə dair bir çox təlifatı vardır. Bunlara baxmayaraq o,
etimadsız, pis əməlli, tiryəki, hərdəmxəyal və mərdümazar bir
adam idi...
Xülasə, pis işlərinə görə rəiyyət və qoşun ondan nifrət edib
Əmir Teymura sığındılar. Hicri 791-ci (=1389) ildə, Sahibqran Bağ-
dada hərəkət etdiyi zaman, Sultan Əhməd bu qitəni yazıb ona
göndərdi:
Ruzigarın cəfasına nə üçün boyun əyək!
Hər bir kiçik işdən ötrü nə üçün zəhmət çəkək!
Dənizi və dağı ötüb keçək,
Ünqa kimi dəniz və quru qanadımızın altında qalsın.
Ya muradımıza çatıb fələklərə yüksələk,
Ya da, kişi kimi mübarizə yolunda başdan keçək.
Sahibqran təbi-şeiri olmadığına görə, təəssüf edib buyurdu,
övladından biri onun cavabını yazsın. Bəzilərinin qeydinə görə,
Sultan Xəlil yazdı. Cavab bundan ibarətdir:
Zəmanənin çəfasına boyun əymək lazımdır,
Böyük işi kiçik sanmaq olmaz.
Ünqa kimi Qaf dağına nə üçün uçursan!
92
Sərçə kimi kiçil və qol-qanadını salla.
Xam xəyalı başından çıxar,
Ta, sənin başın uğrunda yüz min baş (kəsilməsin).
Sultan Əhməd müqavimət göstərə bilməyib Ruma getdi.
Bağdad Sahibqranın ixtiyarına keçdi. Xacə Məsud Sərbədar buraya
hakim təyin edildi. Əmir Teymur, bu səfərdən sonra, paytaxtı Sə-
mərqəndə qayıtdı. Hicri 793-cü (=1391) ildə Qıpçağa getdi, Qun-
duzca adlı yerdə Toxtamış xanı məğlub etdi. Cüci qəbiləsini qətl-
qarət edib onlardan əsir aldı.
Əmir Teymur hicri 796-cı (=1394) ildə yenə gəlib Gürcüstanı
qarət etdi və Şəkini ələ keçirdi. Sultan Mahmud Qazan xan tərəfin-
dən, dəniz kənarında, Kür çayının iki qolu arasında bina etdirilmiş
Mahmudabad şəhərində qışladı. Bu zaman xəbər çatdı ki, Toxtamış
xanın qoşunundan bir dəstə Dərbənddən keçib yenə Şirvanı çalıb-
çapmaqla məşğuldur. Buna görə, Toxtamış xanı cəzalandırmaq
üçün külli qoşun götürərək hicri 797-ci (=1395) ilin baharında Dər-
bənd yolu ilə hərəkət etdi. «Həbibüssiyər»in yazdığına görə, Əmir
Teymur Samur çayının kənarına çatıb dənizdən beş ağac yuxarıda
düşdü. Bu zaman, Toxtamış xanın yanına elçi göndərilən Şəmsəd-
din Almalığı, düşmənanə yazılmış bir məktubla varid oldu. Sahib-
qran burada qoşununu nəzərdən keçirdi. Heç bir zaman onu bu
çoxluqda və bu təchizatda qoşun müşayiət etməmişdi. Buradan
qəsd etdiyi tərəfə hərəkət etdi. Yolda, Toxtamış xanın tərəfdarların-
dan rast gəldiyi tayfaların hamısını qətl-qarət edirdi. Xülasə, iki qo-
şun indi Terek adlanan Qori çayının kənarında üz-üzə gəldi. Burada
əsrlər boyu misli çox az görünmüş şiddətli bir müharibə baş verdi.
Döyüşün şiddətindən qiyamət gününün dəhşəti bərpa oldu. Məğ-
lubiyyət nişanələri Teymurun qoşununda görünməkdə idi. Bu za-
man nüsrətli padişahın yüksək himməti və ağıllı tədbirləri sayəsin-
də, müharibənin gedişi başqa bir şəklə girdi. Toxtamış xan, hədsiz
qoşunu ilə pərişan bir halda qaçmağa üz qoydu. Əmir Teymur
Qumari çayının kənarında öz qoşununun başçılarına ənam verib
93
onlara nəvaziş etdi. Düşməni də Atil çayına qədər izlədi. Qoyzıcan
Urusxan oğlunu Qıpçaq səltənətinə oturtdu. Toxtamış xan bir neçə
nəfərlə dağlara və meşələrə qaçdı.
Əmir Teymur rus ölkəsinin cənub tərəfini Oka çayına qədər
viran etdi. Mərkəzdən uzaq düşməsi və qışın yaxınlaşması münasi-
bətilə qayıtdı. Qara dəniz sahilində Azaq şəhərini aldı. Çərkəz və
Əlbürzkuh (Qafqaz) ölkələrində də bəzi qələbələr çalıb, Qum
keçidində qışladı. Qışın ortasında gedib Hacı Tərxanı qarət etdi və
yandırdı. Sonra İrana qayıdarkən, Dağıstanda bəzi qalaları və kənd-
ləri də xarab etdi, müqavimət göstərənləri layiqincə cəzalandırdı.
Dağıstan əhalisindən bir çoxunun dediyinə görə Əmir Teymur
Terek ilə Sulaq arasında yaşayan Qumuq tayfasını itaəti altına aldı.
Sonra Mıçıqıçın ortasından keçərək, yeddi min evdən ibarət Almaq
şəhəri üzərinə gəldi. Buranı çox şiddətli müharibədən sonra alıb
viran etdi; bu şəhərin yerində indi təqribən 100 evdən ibarət bir
kənd durur. Oradan, Salatav dağları üzərindəki dağ yolu ilə (bu yol
indi «Teymurşah yolu» adlanır) Salatav əhalisinin sığındığı Bərktav,
Əlxastav, Çobantav və Batluq adlı çətin keçidli qalalar və kəndlər
üzərinə gəldi. Bu yerlərin qəribə və əcaib asarı indi də mövcuddur.
Bu yerləri aldıqdan sonra, əhalisini köçürüb aranlıq yerlərdə yerləş-
dirdi. Onlar da get-gedə dağıldılar. Onların çoxu bir çirkab yerində
Çirkay kəndini bina edib oturdular.
Əmir Teymur Axat keçidindən Qoysu çayını keçib, təqribən 7-8
min evdən ibarət böyük Ğədər şəhərini mühasirəyə aldı. Yerin
çətinliyindən onu almaq imkansız görünürdü. Axırda, sülh məsələ-
sini ortaya atdı, töhfə və hədiyyə adı ilə şəhərə, içində silahlı əsgər
olan bir çox sandıq göndərdi; daxildən və xaricdən hücum edərək
şəhəri aldı və xərabəzarə çevirdi. Ğədər şəhəri, Şamxal mülkündə
indi də 400 evdən ibarət kənddir. Bu zaman Qumuğun keçmiş
əmirləri nəslindən bir gözü kor Kübdən adlı bir əmir öküzə minib
Teymurun hüzuruna gəldi və dedi: «Mən korun sən axsaqdan bir
sualı vardır, biz kimik ki, sənin kimi iqtidarlı bir padişah bizimlə
müharibəyə gəlsin və nəyimiz var ki, bizdən alsın?» Əmir Teymura
94
onun sadə danışmağı xoş gəldi. Kübdən kəndinin bütün əmlakını
ona verdi. O da öz eli ilə dağlardan köçüb, adına bir kənd və məs-
kən saldırdı. Onun nəsli və qəbilələri Qaraçıbəgan adı ilə məşhur-
dur. Onlardan bəziləri Qarabudaqkənd və sairdə yurd salmışlar.
Qüdrətli Əmir Teymurun bu ölkədə qoyub getdiyi əsərlərdən
ən məşhuru bir torpaq səddir. Bu yer, Axsaq Teymurun ori (Teymur
Ləngin səddi) adı ilə məşhurdur. Bu sədd, Dərbənd ətrafından
başlayıb Tərəkəmə mahalında təpələr şəklində davam edərək,
Ütəmiş səhrasına gəlib çatır. Buradan bir sədd şəklində, Buynaq və
Tarxu altından Teymur-Quyuya gedir; Sulaq çayından və İndirinin
aşağısından keçərək Mıçıqıçın ortası ilə Nasran və Qaraçay mül-
kündən ötür; buradan başqa bir Teymur-Quyu adlı yerə, oradan da
Qurban çayına yetişir. Bəzilərinin dediyinə görə isə o, Qara dənizə
qədər uzanıb gedir. Bu böyük abidənin nə məqsədlə tikildiyi mə-
lum deyilsə də, güman etmək olar ki, Əmir Teymur bununla sər-
həddi təyin etmək, öz qüvvət və qüdrətini göstərməkdən başqa bir
şey nəzərə almamışdır.
Xülasə, Əmir Teymur Dağıstan işlərini mümkün qədər yoluna
qoyduqdan sonra, Buynaq yuxarısındakı məşhur düşərgəsindən
hərəkət edib, hicri 798-ci (=1396) ilin baharında Dərbəndə gəldi.
Buradan da Ermənistana hərəkət etdi. Kür kənarına çatdıqda, bu
səfərdə ona yoldaşlıq edən Şirvan valisi Əmir İbrahim, Əmir Tey-
murun şərəfinə bir neçə gün davam edən böyük bir ziyafət verdi,
ləyaqətli hədiyyələr təqdim etdi. Özü də Sahibqranın lütf və əna-
mına nail olaraq mürəxxəs oldu. Əmir Teymur Qarabağa gəlib Ağ-
dam adlı yerdə, Dərbənddən Bağdada və Həmədandan Rum sər-
həddinə qədər olan bütün əyalətlərin idarəsini oğlu Miranşaha
tapşırdı. Özü də Sultaniyyədən keçərək Səmərqəndə getdi. Bu-
radan Hindistana hərəkət etdi. Hicri 801-ci (=1399 ildə Dehli şəhə-
rinin xaricində, bu ölkənin padişahları ilə böyük müharibələr edib
qalib gəldi. Məqsədinə çataraq Səmərqəndə qayıtdı. Hicri 802-ci
(=1400) ildə yenə İrana hərəkət etdi. Hicri 803-cü (=1401) ildə,
Şam valisi Məlik Fərəci məğlub edərək, bütün Şam ölkəsini ələ
95
keçirdi. Buradan da Sultan Əhməd Cəlayirini cəzalandırmaq üçün
Bağdada hərəkət etdi. O, keçmişdə Bağdadı Teymur qoşunlarına
tərk edib Ruma qaçmışdı. Onlar getdikdən sonra yenə Bağdadı
almışdı. Sultan Əhməd bu dəfə yenə qaçıb Rum sultanı İldırım Ba-
yəzidə pənah apardı. Sahibqran bir neçə gün mühasirədən sonra
Bağdadı hücumla alıb xaraba qoydu və əhalisinin qılıncdan keçiril-
məsinə fərman verdi. Rum sultanına da düşmənanə bir məktub
yazıb Sultan Əhməd və türkmən Qara Yusifi ondan tələb etdi. Bun-
ların verilməməsi Rum müharibəsinə səbəb oldu.
Sahibqran buradan qayıdıb Qarabağda qışladı və hicri 804-cü
(=1402) ildə Rum ölkəsinə hərəkət etdi. Sultan Bayəzid mühari-
bədə məğlub olub əsir düşdü. Rum ölkəsi də bu qüdrətli padişahın
hakimiyyəti altına keçdi. Hicri 806-cı (=1404) ildə Əmir Teymur
yenə Gürcüstana qayıtdı. Bəzi qələbələrdən sonra bu ölkənin valisi
Məlik Gürgin, Teymurun hüzurunda olan Şirvan valisi Əmir İbrahi-
min vasitəsilə hədiyyələr təqdim edərək ciziyə verməyə razı oldu.
Teymur yenə Qarabağa gəlib orada qışladı. Miranşahın başına ha-
va gəldiyi üçün, ona tapşırılan vilayətləri alıb oğlu şahzadə Ömərə
verdi. İraqi-Ərəb, İraqi-Əcəm və Fars əyalətlərini idarə edən şahza-
dələrə tapşırdı ki, onun buyurduqlarına tabe olsunlar. Ölkəni idarə
etmək xüsusunda da (Şahzadə Ömərə) gözəl tapşırıqlar verdi...
Qarabağda ibni-Firuzi-Sasani tərəfindən bina edilən Bəyləqan şə-
həri, Hülaku xan tərəfindən bir müddət mühasirədən sonra hü-
cumla alınıb xarab edilmişdi. Əmir Teymur bu şəhərə çox möhkəm
bir hasar çəkdirdi. O, bu şəhəri abad etmək fikrində idi, lakin
ilanların çoxluğundan bu iş baş tutmadı.
Dövlətşah Səmərqəndi, hicri 900-cü (=1495) ildə, «Təzkirətüş-
şüəra»sında yazır: Şahrux ibn-Əmir Teymur bu şəhəri abad etmək
istəyirdi. Lakin ölkənin məlumatlı adamları, bu şəhərin dəfələrlə
zəlzələdən xaraba qaldığını söyləyib onu bu fikirdən daşındırdılar.
Amma o, Bəyləqan arxını işə saldı. Bu arxın kənarında salınan də-
yirmanlar indi də durur. Müəllif deyir: bu şəhərdə, sultanların qə-
birləri üzərində iki uca minarə var imiş. Bunlardan birisi yarım xara-
96
ba halında indi də mövcuddur. Buna görə, xalq Bəyləqanı Millər
deyə adlandırır.
Sahibqran bu tədbirlərdən sonra Ərdəbilə gəlib Şeyx Səfi türbə-
sini ziyarət etdi. Bir çox kənd və əkin yerləri alıb o həzrətin türbəsinə
vəqf etdi. Buradan paytaxtı Səmərqəndə qayıtdı. Bir neçə gün ke-
çəndən sonra, qışın şiddətli vaxtında Çin səfərinə hərəkət etdi.
Ətrar adlı yerdə xəstələnərək hicri 807-ci (=1405) ildə vəfat etdi...
O, böyük işlərilə məşğul olmasına baxmayaraq, bir dəqiqə də
olsun, elm və maarif sahiblərini himayə etməkdən geri durmazdı.
Öz övladı üçün qoyub getdiyi düsturüləməl, onun dünyanı idarə
etməkdən nə dərəcədə ehtiyatlı, cahangirlikdə nə sayaq əzm sahibi
olduğunu bildirir.
O zaman hüzurunda olan böyük övladı Xəlil sultan ibni
Miranşah, 20 yaşında taxta çıxdı. O, dövlət və ordu işlərinə fikir
verməyib arvadının təsiri altına düşdü. Buna görə, səltənətin əsası
gündən-günə sarsılaraq vilayətlərin çoxu bu xanədanın əlindən
çıxdı. Onların əlində yalnız Mavəraünnəhr və Xorasan qaldı. Daha
sonra, bunların səltənəti Hindistana keçdi.
«Gülşəni-xüləfə»də yazılmışdır: Rum ölkəsi alındıqdan sonra,
Sultan Əhməd və Qara Yusif, Misirə qaçmışdılar. Misir Sultanı
onları həbsə alıb Əmir Teymurun hüzuruna göndərmək istəyirdi.
Bu zaman onun vəfat xəbəri Misirə çatdı. Sultan Əhməd Bağdada
gəlib Əmir Teymurun nəvəsi Əbubəkr mirzəni valilikdən çıxartdı.
Buradan Qara Yusif Qara Məhəmməd oğlu ilə Azərbaycana Miran-
şah və şahzadə Ömərin müharibəsinə getdi və onlara qalib gəldi.
Miranşah bu müharibədə öldürüldü, şahzadə Ömər isə, qaçıb qur-
tardı. İran ölkəsinin bir çox hissəsi yenə Sultan Əhmədin ixtiyarına
keçdi. Axırda onunla Qara Yusif arasına ziddiyyət düşdü. Sultan
Əhməd hicri 813-cü (=1411) ildə Azərbaycanda olan müharibə
nəticəsində məğlub olub əsir düşdü və Təbrizdə Qara Yusifin oğlu
Əmir İsfəndiyarın əlində öldürüldü. Səltənət bu sülalədən, Qaraqo-
yunlu padişahlarına keçdi.
97
Qaraqoyunluların mənşəi haqqında olan məlumat belədir:
Qara Yusif ibni-Qara Məhəmməd ibni-Bayram Xacə, ata-babadan
türkmən Qaraqoyunlu qəbilələrindən bir çoxunun əmiri idi. Sultan
Əhməd Elxaninin tərbiyəsi ilə iqtidar sahibi olub, ondan sonra da,
əzəmətli bir padişah olmuşdu. Hicri 816-cı (=1414) ildə külli qo-
şunla Şahrux Teymur oğlunun müharibəsinə getdi. Ucan adlı yerdə
qəflətən vəfat etdi. Oğlu İskəndər səltənətə keçdi və üç dəfə
Şahrux ilə müharibə edib məğlub oldu.
Başqa bir nüsxədə deyilir: İskəndər hicri 828-ci (=1425) ildə
Şirvana gəlib qətl-qarətə başladı və Şamaxı şəhərini viran etdi. Bu
zaman qardaşı mirzə Cahanşah bəzi türkmən əmirləri və əsgərləri
ilə Şahruxun yanına getdi. Şahrux ona vədə verib inandırdı ki, əgər
o, qardaşının şərrini dəf etsə, Diyarbəkir və Azərbaycan hakimiyyə-
tini alacaqdır. İskəndər Naxçıvanın Alıncaq adlı qalasına çəkildi. Bir
neçə vaxtdan sonra, onun xain oğlu Qubad, sevişdiyi bir kəniz ilə
əlbir olub Cahanşahın təhrikilə, onu öldürdü. Nüxbə müəllifinin
yazdığına görə, Qubad da atasından sonra Cahanşahın hiyləsilə
öldürüldü.
Cahanşah, Şahruxun canişini olub Diyarbəkir və Azərbaycanda
22 il hökmranlıq sürdü. Şahruxun vəfatından sonra, Xorasandan
başqa bütün İrana hökmran oldu. Qədim düşməni türkmən Ağqo-
yunlu Həsən bəy Bayındır ilə müharibə etdi. Həsən bəy vaxt qazan-
maq üçün müharibədən çəkinib ətrafda dolanırdı. Bir müddətdən
sonra hər iki tərəfin qoşunu dağıldı və müharibə təxirə salındı. Bir
gün Cahanşah beş-altı yüz nəfərlə, bir çayın kənarında içki və işrət-
lə məşğul idi. Həsən bəy fürsətdən istifadə edərək, hicri 872-ci
(=1468) ildə, 80 yaşlı Cahanşahı öldürdü. Beləliklə, səltənət bu
sülalədən ağqoyunlu sultanlarına keçdi.
Ağqoyunluların mənşəyi haqqında olan məlumat belədir:
Qaraqoyunlu və ağqoyunlular tərəkəmə, yəni türkmən nəslin-
dən iki köçəri qəbilə idilər. Bunlar, Arğun xan zamanında İrana
gəldilər. Qaraqoyunlular Azərbaycan ətrafında, Ərzrum və Sivasda,
ağqoyunlular isə Diyarbəkirdə sakin oldular. Onlar gündən-günə
98
qüvvətlənib səltənət qurdular. Həsən bəyin babası Qara Osman,
Əmir Teymurun zamanında Diyarbəkirin bəzi yerlərində hakim idi.
Ondan sonra oğlu Əli bəy və bundan sonra da Uzun Həsən adı ilə
məşhur olan oğlu Həsən bəy hökmranlıq etdilər.
Cahanşah öldürüldükdən sonra, oğlu Həsənəli mirzə, o zaman
Mavəraünnəhr və Xorasan padişahı Sultan Əbusəid ibni-Miranşah
ibni-Əmir Teymur Kürəkəndən kömək istədi. Sultan Əbusəid İraq
və Fars vilayətlərini almaq üçün əmirlər təyin edib, özü də 27 min
qoşunla Azərbaycana hərəkət etdi. Həsən bəy peydərpey elçilər
göndərib öz itaətini və yalnız Azərbaycanla kifayətlənəcəyini bildir-
di. Bu isə sultanın hərəkətinə mane ola bilmədi. Həsən bəyin anası
bu xüsusda danışıq aparmaq üçün sultanın yanına getdisə də arzu-
suna çatmadan geri qayıtdı. Sultan Əbusəid Sultaniyyəyə gəldiyi
zaman, Həsən bəy Qarabağa getdi. Sultanın qoşunu Miyanəcə ye-
tişdikdən sonra, Həsən bəy ixlas və iradəsini bildirmək və möhlət
almaq üçün oğlu Yüsif bəyi sultanın yanına gətirdi. Ondan xahiş
etdi ki, qış qurtarıncaya qədər, ona Azərbaycanda qalmağa izn
versin. Sultan yenə qəbul etməyib əmirlərin məşvərətilə Həsən
bəyin məskəni olan Qarabağda qışlamağı qərara aldı. Bu yerin
yeddi ağaclığına çatdıqda, azuqələrin azlığından Şirvanın Mah-
mudabad şəhərinə hərəkət etdi. Yol üzərindəki çöllərin otu-ələfi
zəhərli olduğundan onların bir çox heyvanları tələf oldu. Burada da
azuqə az tapılırdı. Həsən bəy yolları kəsib qoymurdu ki, sultan
ordusuna Xorasan və İraqdan bir nəfər də gəlsin. Bir neçə gün idi
azuqəni Şirvandan gəmi ilə gətirirdilər. Bundan sonra şirvanşah da,
Həsən bəyin təhdidinə görə, sultanla müxalifətə başladı.
Sultan ordusundakı heyvanlar zəiflədiyindən türkmən qoşun-
ları bu ətrafda qətl-qarətə başladılar. Sultan naçar qalaraq Ərdəbilə
hərəkət etdi və bataqlıq yerlərdən çətinliklə keçdi. Həsən bəy
vuruşa-vuruşa onu təqib edirdi. Bir günün içərisində o, sultanın
qoşunundan 500 nəfər öldürdü. Sultan barışmaq üçün Sarı xanə-
danının böyük əmirlərindən Seyid Qiyasəddin Məhəmmədi elçi
göndərdi. Onun ardınca da, anasını Qumlu Seyid İbrahim ilə yolla-
99
dı. Həsən bəy təzim mərasimini yerinə yetirib sülh etmək istəyirdi.
Lakin bir az əvvəl, elçi getmiş olan Ərdəbil seyidi Şeyx Heydər Sə-
fəvi, sultan ordusunun pərişanlığını görmüş olduğundan buna ma-
ne oldu.
Həsən bəy sultanın anasının xahişini qəbul etməyib geri qay-
tardı. Seyid Qiyasəddinə isə lütf və mərhəmət göstərib, Sarı
hökumətini ona bağışladı. Türkmən qoşunlarının şiddətli hücumları
nəticəsində, xorasanlıların bir hissəsi də Həsən bəyin ordusuna
qoşuldu. Sultan naçar qalıb qaçmağa üz qoydu. Həsən bəyin oğlu
Yusif bəy onu təqib etdi, gecə onu tutub atasının yanına gətirdi.
Sultan ilə Həsən bəy arasında bir çox danışıqlar oldu. Türkmən
əmirlərinin məsləhəti və Şirvan qazisinin fitnəkarlığı ilə Sultan
Əbusəid hicri 873-cü (=1468) ildə öldürüldü...
Həsən bəy İranda taxta çıxıb, hicri 882-ci (=1477) ildə vəfat
etdi. Oğlu Xəlil mirzə onun yerinə keçdi. Bir il sonra, qardaşı Yaqub
mirzə ilə etdiyi müharibədə öldürüldü. Sultan Yaqub da on üç il
səltənət sürdü. Sonra Qarabağın Sultanbud adlı yerində anası
bilməyərək ona zəhər verdi. Özü də buna tab gətirməyib zəhər içdi
və oğlu ilə bir yerdə öldü...
Sultan Yaqub öləndən sonra türkmən əmirləri iki dəstəyə
ayrıldılar: bunlardan biri Sultan Yaqubun qardaşı Məsih mirzənin, o
biri isə, oğlu Baysunqar mirzənin tərəfdarı idi. Axırda iş müharibə
ilə nəticələndi. Məsih mirzə öldürüldü, hökumət başına Baysunqar
keçdi. Əmisi oğlu Rüstəm mirzə ibni-Məqsud ibni-Həsən padişah
onun tərəfindən Alıncaq qalasında həbsə alındı. Lakin Rüstəm mir-
zə, Əbih Sultanın köməyilə xilas və Baysunqara qalib gələrək
padişah oldu. Baysunqar naçar qalıb Qaracadağ və Əhər yolu ilə
Şirvana, dayısı və qaynatası olan şirvanşahın yanına gəldi. Türkmən
əmirləri, ümumiyyətlə, Rüstəm mirzənin hökmranlığına tərəfdar
idilər. Lakin, şirvanşah Baysunqara kömək məqsədilə onun qoşu-
nunu düzəldib nizama salırdı. Rüstəm mirzə əmirlərin məsləhətilə,
Stəxr qalasında məhbus olan Sultan Əli Şeyx Heydər oğlunu gəti-
rib şirvanşaha qarşı müharibəyə göndərmək istəyirdi. Sultan Əlinin
100
qalib gəlməsi və ya məğlub olması onun dövlətinin xeyrinə idi. Bu
zaman, Baysunqar Şirvan qoşunu ilə Azərbaycana hərəkət etdi.
Rüstəm mirzə, Sultan Əlini müridləri və tabelərilə, Əbih Sultanı da,
bir dəstə türkmən qoşunu ilə Baysunqarı və şirvanlıları dəf etmək
üçün göndərdi. Əhər və Mişkin hüdudunda iki qoşun üz-üzə gəldi.
Baysunqar məğlub edilərək öldürüldü.
Rüstəm mirzənin hökmranlığından 6 il keçmişdi, vaxtilə Rum
ölkəsinə gedib ikinci Sultan Bəyazidin damadı olmaq şərəfinə
yetişən Əhməd ibni-Məhəmməd ibni-Həsən padişah Azərbaycana
gəldi. Araz çayı kənarında müharibəyə girişib Rüstəm mirzəyə
qalib gəldi. Rüstəm mirzəni əmirləri tutub ona verdilər, o da onu
öldürtdü. Əhməd özü də altı ay sonra, hicri 903-cü (=1498) ildə,
Əbih Sultanın əlində öldürüldü. Sultan Murad ibni-Sultan Yaqub
səltənətə keçdi. Lakin Məhəmməd mirzə ibni-Yusif ibni-Həsən
padişah ona qalib gəldi. Əbih sultanı öldürərək Azərbaycana sahib
oldu. Sultan Murad İraqa getdi. Əlvənd mirzə öz qardaşı Məhəm-
mədi ilə vuruşaraq hökuməti onun əlindən aldı. Məhəmmədi mirzə
İsfahana qaçdı. Sultan Murad Şirazdan İsfahana gəlib hicri 904-cü
(=1499) ildə Məhəmmədini tutdu və Təbrizə sürgün etdi. Əlvənd
mirzə müharibə fikrində idi, lakin xeyirxahların vasitəçiliyilə araya
sülh düşdü. Diyarbəkir və Azərbaycan Əlvənd mirzəyə, İraqi-Ərəb,
İraqi-Əcəm və Fars da Sultan Murada çatdı.
|