85
qısaltdı.
1793-cü il 31 may- 2 iyun hadisələri nəticəsində Jirondist hakimiyyəti devrildi, yakobin diktaturası
devrildi. Ilk tədbir ümumi hərbi mükəlləfiyətin tətbiq edilməsi oldu. Diktaturanın əvvəlləri xarici hərbi
müdaxilənin yenidən uğursuzluğu ilə səciyyələnir. Belə ki, bir sıra yüksək vəzifəli şəxsiyyətlərin xəyanətinə və
vandiya qiyamçılarının tərəfinə keçmələrinə baxmayaraq umumi hərbi mükəlləfiyyətlər Yakobin diktaturasına
yarım millyonluq ordu yaratmasına imkan verdi.
Yakobin diktaturasının əvvəllərində bir sıra dəyişikliklərin içərisində xarici siyasətlə bağlı dəyişikliklər
mühüm yer tuturdu. Belə ki, diktaturanın ilk günlərindən liberal görüşlü Xarici işlər naziri Lebren həbs edildi və
dövlətə xəyanətdə günahlandırılaraq qliyatinə verildi. Daha radikal görüşlərə malik Dantonun yaxın adamı
Deforq Xarici işlər naziri təyin olundu. Lebrin həbs edildi.
Diktatura XVI Lüdovikin tərəfdarı olan adamların da dövlətə xəyanət məsələsinə xüsusi yer ayırdı. Hələ
1793-cü ilin yanvarın 21-də yakobinçilərin ad-baad səsverməsindən sonra XVI Lüdovik də qlyatinə verildi.
Oktyabrın 16-da Mariya Antuanettda başda olmaqla bir qrup dövlət adamı da dövlətə xəyanətdə ittiham edildi.
Yakobinçilər inqilabi terrora elə vüsət verdilər ki, bu onların ətrafında boşluğun yaranmasına səbəb
oldu. Yakobinçilərin xarici siyasət sahəsindəki uğurları I koalisiyanın qüvvələrini də artırdı. 1793-cü ilin 3
senyabırı üçün antifransız koalisiyasının tərkibində Avstriya və Prussiya ilə yanaşı İngiltərənin, Rusiyanın,
Hollandiyanın bir neçə alman knyazlıqlarının, İtalyan knyazlıqları Sardinya və Neapolun hərbi qüvvələrindən
istifadə edildi. 1793-cü ilin sonlarından etibarən koalisiya qüvvələrinin üstünlükləri yenidən özünü göstərməyə
başladıqda, Jirondist deputatların bir çoxu öz vəzifə və həyatları ilə vidalaşmalı oldular. Xarici siyasət tam
şəkildə ictimayi nicat komitəsinin əlində idi.
Bilavasitə xarici siyasət məsələləri ilə Robespyer və Barrer şəxsən məşğul oldular. Robespyer XİN-nin
strukturlarında da dəyişiklik etdi. 1794-cü ilin əvvəllərində nazirlik komissar Byuşo başda olmaqla 12
komissiya ilə əvəz olundu. Komissiyanın hər biri konkret fəaliyyət sahələri ilə məşğul olurdu ki, bu da xarici
siyasətə dinamik xarakter verirdi. Diktatura dövründə Fransa yalnız 8 dövlətlə o, cümlədən Türkiyə, İsveç, ABŞ,
danimarka, İsveçrə, Əlcəzair, habelə iki şəhərlə: Genuya və Cenevre ilə diplomatik əlaqələrə malik idi. Yakobin
diktaurasının süqutu yakobinçilərin keçirdiyi terror əməliyyatı nəticəsində şərtlənmişdi.
Fransada fəaliyyət göstərən xarici kəşfiyyat ayrı-ayrı yakobin liderlərinin ləkələnməsi üçün şantajdan
məharətlə istifadə edirdilər. Elə liderlər məhv edildi ki, bunlar diktaturanın sosial dayağını zəiflətdi. Artıq 1794-
cü ilin mayında diktaturanın İngiltərədəki nümayəndəsi öz əlaqə kanalları vasitəsi ilə Robespyerə Fransada
hazırlanmış qəsd haqqında məlumat çatdirmış, onun reallığı isə 9 termidor çevrilişi ərəfəsində özünü
göstərmişdi.
Dostları ilə paylaş: