90
Yaranmış şəraitdə 1808-ci ilin sonu 1809-cu ilin əvvəllərində Fransaya qarşı V Koalisiya yarandı. Bu
koalisiya Avstriya və İngiltərə hərbi-siyasi ittifaqına əsaslanırdı. Koalisiya qüvvələri demək olar ki, hərbi
əməliyyatlarda iştirak etmirdilər. Bu Avstriyanın ağır məğlubiyyətinin başlıca faktoru idi. 1809-cu ilin
oktyabrında Avstriya ilə Fransa arasında Şenbun müqaviləsi imzalandı. V koalisiya dağıldı.
Napoleon dönə-dönə qeyd edirdi ki, onun Avropa hegemonluğunun reallaşmasına mane olan Rusiyadır
və Rusiyanın aradan qaldırılması üçün Napoleonun siyasi tədbirləri çox tezliklə hərbi təzyiqlə əvəzləndi. 1812-
ci ilin yazı üçün Rusiya sərhədinə Fransanın 640 min nəfərlik ordusu toplaşmışdı. Halbuki, Rusiyanın hərbi
qüvvələri I Aleksandrın komandanlığı altında 3 hissəyə parçalanmış və Rusiyanın qərb sərhədləri boyunca
səpələnişdi. Rus ordusunun Baş qərargahına şotland mənşəli Barklay de Tolli başçılıq edirdi. General
A.R.Tormasovun ordusu cənub cinahda idi. General Rumyantsevin ordusu isə şimaldan Fransaya qarşı əks
cəbhədə yerləşmişdi. Hətta rus qoşunları vahid cəbhədə yerləşsəydi belə, cəmi 230-240 min nəfərlik heyətə
malik idi ki, bu da Napoleonun qüvvələri ilə müqayisədə olduqca az idi.
Napoleonun Rusiyaya yürüşü 1812-ci ilin iyun-dekabr aylarını əhatə edir.
İyulun 24-də Neman çayını keçən fransız qoşunları böyük qələbələr əldə etsələr də üç cəbhəyə
bölünmüş rus ordusunun M.İ.Kutuzovun rəhbərliyi altında birləşdirilməsinə mane ola bilmədilər. Borodino
döyüşündən sonra rus qoşunlarının əks hücumu başladı. Tədricən I Napoleonun müttəfiqləri ondan uzaqlaşmağa
başladılar.
1812-ci il dekabrın sonuna qədər davam edən döyüş əməliyyatlarından sonra Napoleonun Avropa
cahangirliyinə meydan verən ordusundan cəmi 3000 nəfərlik dəstə Berezna çayını keçərək Fransaya qayıda bilir.
Napoleon ordusunun Rusiyada məğlubiyyəti bütün Avropada mili-azadlıq hərəkatına təkan verdi.
M.İ.Kutuzovun rus ordusuna komandanlığından sonra Borodino döyüşündə Rusiya qüvvələri ilə Fransa
qüvvələri arasında tarazlıq yarandı və Rusiya Napoleon Fransasına qarşı yeni koalisiyaya rəhbərliyi öz əlinə
götürdü. Rusiyanın Avropa yürüşünün başlanmasından sonra ilk növbədə Prussiya hərbi əməliyyatların
iştirakçısına çevrildi. 1813-cü ilin yanvar-fevralı üçün Rusiya yeni antifransız koalisiyasının təşkilatçısına
çevrildi, VI koalisiya yaradıldı. Onun tərkibinə İngiltərə, Rusiya, İsveç, Avstriya, Prussiya, İspaniya və
Portuqaliya daxil idilər. Bu zaman koalisiyanı yaratmaqla Rusiya iki məqsəd güdürdü:
− Napoleon ilə mübarizəni sona çatdırmaq üçün hərbi qüvvələrin mərkəzləşməsi və vahid idarəçiliyə
nail olmaq;
− Napoleon ilə Avropa dövlətlərindən hər hansı biri arasında separat danışıqların və sülhün
bağlanmasına imkan verməmək.
I Aleksandr hər iki məqsədin reallaşması üçün Varşavada liderlərin görüşünün keçirilməsini
planlaşdırırdı. Lakin M.İ.Kutuzovun vəfat etməsi onun planlarını dəyişdi. I Aleksandr şərt kimi I Napoleonla
danışıqlara başlamamağı Prussiyanın, Avstriyanın və İngiltərənin nümayəndələrinə çatdırmışdı. 1814-cü ilin
martında Fransaya qarşı qüvvələri vahid komandanlıqda birləşdirmək üçün tərkibinə İngiltərə, Rusiya, İsveç,
Prussiya, İspaniya, Portuqaliya və Avstriyanın daxil olduğu Şamon ittifaqı yaradıldı. Bu ittifaqı Rusiyanın
əvvəldə qeyd etdiyimiz niyyətləri şərtləndirirdi. Məhz Şamon ittifaqı Napoleona qarşı mübarizəni sona çatdırdı.
1814-cü il martın 31-də müttəfiq qoşunları Parisə daxil oldu. Fransanın cənubunda Napoleon əsir götürüldü və
Elba adasına sürgün edildi.
1814-cü il mayın 30-da Fransa ilə I Paris sülh müqaviləsi imzalandı. Müqavilə Fransaya heç bir ağır şərt
qoymurdu. Müttəfiqlər gözləmə mövqeyi tutaraq Fransada təkrar qisasçılığın baş qaldırmasının qarşısını almaq
istəyirdilər. Lakin koalisiyanın təntənəsi uzun sürmədi. 1815-ci il martın 1-də Napoleon Elba adasını tərk edərək
Fransada görünür və hakimiyyətini bərpa edərək müttəfiqlərlə son döyüşə hazırlaşır. Napoleonun aşkarladığı
1815-ci il 3 yanvar gizli sazişi də müttəfiqlərin arasını vura bilmir. 1815-ci il iyunun baş vermiş Vaterloo
döyüşündə Napoleon əsir götürülür və Müqəddəs Yelena adasına sürgün olunur. I Paris sülhünün şərtləri
Fransanın zərərinə olaraq II Paris sülhü ilə ağırlaşdırılır, ölkənin üzərinə 700 min frank təzminat qoyulur və
ciddi nəzarət rejimi yaradılır.
Müharibənin nəticələrinin aradan qaldırılması və onun «bəhrələrinin» bölüşdürülməsi üçün Vyanada
beynəlxalq konqres çağırılır. Vyana konqresinin qərarları Avropanın ictimai-siyasi həyatında silinməz izlər
qoymuşdur.
Dostları ilə paylaş: