16.KƏRİM NƏSİRBƏYDƏN Azərbaycan və fars dillərində ərəb əlifbası ilə. Yazılış tarixi 9 aprel, 1880-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır. Naməlum şəxsə ünvanlanmışdır.
Məzmunu: Oradakı bahalıqdan, onun üçün pul tədarük etdiyindən və bacısı oğlu Məşədi Qasımın Xorasana gələcəyindən yazır.
KOMİSSARLIĞINDAN Rus dilində. Yazılış tarixi 10 oktyabr, 1917-ci il, Tiflis. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Sonda sədr əvəzi Q.Şahtaxtinski və dəftərxananın müdiri A.Taranovun imzaları ilə təsdiqlənir. Qafqaz tədris dairəsi idarəsinin komissariat sədri əvəzi Q.Şahtaxtinskinin Mirzə Cəlilin ərizəsi üzərində yazdığı darkənarla bərabər mətbəədə çap edilərək məktub şəklində Zaqafqaziyanın kişi və qadın tədris müəssisələrinin müdirlərinə göndərilmişdir.
Məzmunu: Müsəlman jurnalları içərisində ən dəyərlisi hesab olunan «Molla Nəsrəddin» jurnalının dilinin sadəliyi və mövzu dairəsi baxımından kütləvi oxucunu təmin etməsi bildirilir. Maarif məsələlərini təbliğ edən və müsəlman həyatının müxtəlif sahələrini işıqlandıran həmin jurnala və hekayələrindən ibarət kitabçalarına aşağı və orta təhsil müəssisələrinin abunə olunması məsləhət görülür.
Başlanır: Naçalğnikam mujskix i jenskix…