VALİDƏ QAZIBƏYOVADAN Azərbaycan dilində kiril əlifbası ilə. Yazılış tarixi 4 fevral, 1965-ci il, Naxçıvan. Teleqram qara rəngdə makina çapı ilə yazılmışdır. Azərbaycan Yazıçılar İttifaqına ünvanlanmışdır.
Məzmunu: C.Məmmədquluzadənin qızı Münəvvər xanımın vəfatı münasibəti ilə kollektivin adından ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
İŞÇİLƏRİNDƏN Rus dilində. Naxçıvan. Yazılış tarixi qeyd edilməmişdir. Teleqram qara rəngdə makina çapı ilə yazılmışdır. Azərbaycan Yazıçılar İttifaqına ünvanlanmışdır.
Məzmunu: C.Məmmədquluzadənin qızı Münəvvər xanımın vəfatı münasibəti ilə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.