Məhəmmədquluzadə Cəlil. «Usta Zeynal» – Tiflis, 1906. Azərbaycan dilində ərəb əlifbası ilə. Həcmi: 31 səhifə; fond 6, s.v. 531*.
Mirzə Fətəli Axundov haqqında kitabça – Azərbaycan dilində latın əlifbası ilə. 35-ci (35-67 s.) səhifədən başlayır. Mirzə Fətəli Axundov barəsində Qafar Qafarovun xatirəsi, Ə.Haqverdiyevin yazıçının anadan olmasının 100 illiyi münasibətilə yazdığı bir pərdəli «Xəyalat» dramı, komediyalarının qısa məzmunu, əsərlərindən tərcümə olunmuş parçalar, Azərbaycan dilində kiril əlifbası ilə yazılmış qəzet materiallarından kəsilib bir yerə toplanaraq kitabça halına salınmışdır. Həcmi: 32 səhifə; fond 6, s.v. 527*.
Həmin kitabçanın arasında saya vərəqin bir üzünə qara karandaşla Azərbaycan dilində latın əlifbası ilə S.Vurğun tərəfindən özünün avtobioqrafiyası yazılmışdır. Həcmi: 1 səhifə; fond 6, s.v. 527*.
Dostları ilə paylaş: |