18.MƏHƏMMƏDƏLİYƏ
XI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1 mart. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: «Molla Nəsrəddin» jurnalının litoqrafiyada tək-tək çap edilməsindən narazılığını bildirir. Sabirin əhvalından yazmasını xahiş edir.
Başlanır: Əzizim Məhəmmədəli! Mən…
Bitir: … 2-3 günə gələcək Tiflisə. Cəlil.
Ölçüsü: 13,5x20,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 132.
19.MƏHƏMMƏDƏLİYƏ
XII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 23 avqust, 1911-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Poçt kartına qara mürəkkəblə yazılmışdır.
Məzmunu: 50 manatlıq çek göndərdiyini bildirir.
Başlanır: Məhəmmədəli! Bu gün zakaznoy…
Bitir: … Təfsili haman kağızdadır.
Ölçüsü: 9x14 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 133.
20.MƏHƏMMƏDƏLİYƏ
XIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1911-ci il. Ayı, günü və harada yazıldığı qeyd edilməmişdir. Poçt kartına qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Banka 50 manat borclu olduğunu bildirir.
Başlanır: Məhəmmədəli! Avqustun 5-də…
Bitir: …bilmirəm hardan pul tapacağam.
Ölçüsü: 9x14 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 134.
Dostları ilə paylaş: |