Al-lulu vəl-mərcan


Adəm Övladının İki Vadi Malı Olsa Üçününü Də İstəyər



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə21/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

 

 

Adəm Övladının İki Vadi Malı Olsa Üçününü Də İstəyər 

 

 

 



622.  Ənəs  İbn  Məlik  rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Əgər  Adəm 

övladının vadi dolusu mal-dövləti (qızılı) olsaydı, təbii ki, iki vadi olmasını da 

arzulayardı.  Adəm  övladının  ağzını  ancaq  torpaq  doydurar.  (Amma)  Allah 

tövbə  edən  kimsənin  tövbəsini  qəbul  edər.”  (Buxari  6436,  6075, Muslim  2462, 

1737, 1048/116)  

 

 



 

623.  İbn  Abbas    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini  eşitmişəm: 

“Əgər  Adəm  övladının  (iki)  vadi  dolusu  mal-dövləti  olsaydı,  eynisini  də 

arzulayardı.  Adəm  övladının  gözünü  ancaq  torpaq  doydurar.  (Amma)  Allah 



 

 

267 



tövbə  edən  kimsənin  tövbəsini  qəbul  edər.”  (Buxari  6437,  6074, Muslim  2462, 

1739, 1049/118) 

 

 

 

Dünya Malının Çox Olması Zəngnlik Deyildir 

 

 

 



624.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  «Zənginlik  mal 

çoxluğu  ilə  deyildir, əsl  zənginlik  qəlbin  (nəfsin)  zənginliyidir”.  (Buxari 6446, 

6081, Muslim 2467, 1741, 1051/120)  

 

 

 

Bol-Bol Vrilən Dünya Nemətlərindən Qorxmaq 

 

 



 

625. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər   buyurdu: «Sizin üçün 

ən  çox  qorxduğum  şey  Allahın  sizin  üçün  çıxaracağı  Yerin  bərəkəti  (dünya 

zənginliyidir).  Ona:  “Yerin  bərəkəti  nədir”  deyə  soruşdular.  Peyğəmbər: 

“Dünyanın gözəllikləri” deyə buyurdu. Bir nəfər: “Xeyir, şərr gətirirmi?” deyə 

soruşdu.  Peyğəmbər    susdu.  Hətta  biz  vəhy  gəlir  deyə  zənn  etdik.  Sonra 

Peyğəmbər    alnından  tərini  silməyə  başladı.  Sonra:  “Sual  verən  hardadır?” 

deyə  buyurdu.  Soruşan:  “Mənəm  (Ya  Rəsululah!)”  dedi.  Əbu  Səid:  “Biz  o, 

insanı  tərif  etdik”  dedi.  Peyğəmbər:  “Xeyir,  xeyirdən  başqa  bir  şey  gətirməz.

 

Bu  dünya  malı  yaşıl  və  şirindir.



 

Doğrusu,  baharda  yetişən  bitkilərin  bəzisi 

(onu  yeyən  heyvanı)  öldürür  yaxud  zəhərləyir.  Yalnız  yaşıl  ot  yeyən 

heyvanlardan başqa. Bu heyvanlar doyanadək (otdan) yeyir və nəhayət, böyrü 

şişdikdən sonra yerə uzanıb özünü günə verir. Sonra qalxıb təbii ehtiyacını dəf 

edir və (yenidən yaşıl otdan) bol-bol yeyir. Həqiqətən, bu (dünya) malı yaşıl ot 



 

 

268 



(kimi)  şirindir.  Malından  (kasıblara,  yetimlərə  və  müsafirlərə)  verən  kimsəyə 

bu  nə  gözəl  (nemətdir)!  (Peyğəmbər    buna  bənzər  söz  söylədi.  Sonra 

buyurdu:)  Haqsız  yolla  mal-dövlət  əldə  edən  kimsəyə  gəldikdə  (əməllicə) 

yeyən,  lakin  doymayan  kimsəyə  bənzəyir”.  (Buxari  6427,  6063,  Muslim  2468, 

2469, 1742, 1052/120)

 

 



 

 

626.  Əbu  Səid  əl-Xudri    demişdir:  “Bir  dəfə  Peyğəmbər   minbərdə oturdu 



və biz də onun ətrafında oturduq. Peyğəmbər: “Mən (bu dünyadan) köçəndən 

sonra  sizin  üçün  ən  çox  qorxduğum  şeylərdən  biri  dünyanın  zövqü-səfa  və 

bər-bəzək  (qapılarının)  sizin  üzünüzə  açılmasıdır.”  Bir  nəfər  soruşdu:  “Ey 

Allahın  elçisi,  xeyirli  bir  şey  özü  ilə  şər  gətirə  bilərmi?”  Peyğəmbər   susdu. 

(Bəziləri)  həmin  adamdan  soruşdular:  “Nə  olub,  niyə  sən  ondan  söz 

soruşursan, o isə sənə cavab vermir?” Sonra bizə agah oldu ki, ona vəhy nazil 

olur. (Bir müddət keçdikdən) sonra Peyğəmbər  (üzündəki) təri sildi və sanki 

sual  verən  adamı  tərifləyərək:  “Soruşan  adam  haradadır?”  dedi.  Sonra 

buyurdu:  “Həqiqətən,  xeyir  özü  ilə  şər  gətirməz!  Doğrusu,  baharda  yetişən 

bitkilərin bəzisi (onu yeyən heyvanı) öldürür yaxud zəhərləyir. Yalnız yaşıl ot 

yeyən heyvanlardan başqa. Bu heyvanlar doyanadək (otdan) yeyir və nəhayət, 

böyrü  şişdikdən  sonra  yerə  uzanıb  özünü  günə  verir.  Sonra  qalxıb  təbii 

ehtiyacını  rəf  edir  və  (yenidən  yaşıl  otdan)  bol-bol  yeyir.  Həqiqətən,  bu 

(dünya)  malı  yaşıl  ot  (kimi)  şirindir.  Malından  kasıblara,  yetimlərə  və  müsa-

firlərə verən varlı müsəlman nə gözəl (bəndədir)! (Peyğəmbər   buna bənzər 

söz  söylədi.  Sonra  buyurdu:)  Haqsız  yolla  mal-dövlət  əldə  edən  adam, 

(əməllicə) yeyən, lakin doymayan kimsəyə bənzəyir. Qiyamət günü isə bu mal-

dövlət  onun  əleyhinə  şahidlik  edəcək.”  (Buxari  1465,  1396,  Muslim  2470, 

1052/123, 1744) 

 

 

 


 

 

269 



İffətli Olmaq (İnsanların Əlinə Göz Dikmək) Və Səbrin 

Fəziləti 

 

 



 

627.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  ənsardan  bəzi  adamlar 

Peyğəmbərdən    (yardım)  istədilər,  o  da  onlara  (istədiklərini)  verdi.  Sonra 

yenə  istədilər,  o,  yenə  onlara  (istədiklərini)  verdi.  Nəhayət,  əlində  olanlar 

qurtardıqdan sonra dedi: “Əlimdə nə qədər nemət olursa-olsun, heç vaxt onu 

sizdən  əsirgəməyəcəyəm.  İffətli  olmaq  istəyəni  Allah  iffətli  edər.  (İnsanlara) 

möhtac olmaq istəməyən kimsəni Allah heç kəsə möhtac etməz. Səbir etməyə 

çalışan  kimsəni  Allah  səbirli  olmağa  müvəffəq  edər.  Heç  kəsə  səbirdən  daha 

xeyirli və daha böyük nemət verilməmişdir.” (Buxari 1469, 1400, Muslim 2471, 

1745, 1053/124).  

 

 

 

Ehtiyaci Yetəcək Qədər Ruzi Və Qənaətkar Olmaq 

 

 

 



628.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allahım, 

Muhəmmədin  ailəsinə gündəlik  yemək  nəsib  et!”  (Buxari  6460,  6095, Muslim 

2474, 1747, 1055/126) 

 

 

 

Pis Və Kobud Sözlərlə Dilənən (İstəyən) Kimsəyə Vermək 

 

 



 

629.  Ənəs İbn  Malik    demişdir:  “(Bir  dəfə)  mən  Peyğəmbərlə    birlikdə  yol 

gedirdim.  Peyğəmbərin    əynində  Nəcranda  tikilmiş  qalın  haşiyəli  bir 


 

 

270 



bürüncək  var  idi.  Bu  vaxt  bir  bədəvi  (arxadan  gəlib)  ona  çatdı  və  onun 

bürüncəyindən  tutub  elə  (bərk)  dartdı  ki,  mən  bürüncəyin  Peyğəmbərin   

çiyninə  iz  buraxdığını  gördüm.  Sonra  bədəvi  dedi:  “Əmr  ver,  Allahın  səndə 

olan malından mənə də versinlər.” Peyğəmbər  ona tərəf çevrilib gülümsədi, 

sonra  da  (qənimətdən)  ona  bir  şey  verilməsini  əmr  etdi.”  (Buxari  3149,  5809, 

6088, Muslim 2476, 1749, 1057/128) 

 

 

 



630.  Misvər  İbn  Məxrəmə    demişdir:  “(Bir  dəfə)  Peyğəmbər    kaftanları 

(paltarları  əshabələrə)  payladı  və  Məxrəməyə  heç  bir  şey  vermədi.  Məxrəmə 

(mənə)  dedi:  “Oğlum,  gedək  Peyğəmbərin    yanına.”  Mən  onunla  birlikdə 

(Peyğəmbərin  yanına) getdim. (Atam mənə): “İçəri gir, onu çağır” dedi. Mən 

Peyğəmbəri    çağırdım  və  o,  əynində  həmin  kaftanlardan  biri  atamın 

qabağına  çıxdı  və:  “Bunu  sənin  üçün  saxlamışıq”  deyə  buyurdu.  (Məxrəmə) 

kaftana  baxdı  və:  “Məxrəmə  razı  qaldı”  dedi.”  (Buxari  2599,  5800,  5464, 

Muslim 2478,1750, 1058/129)  

 

 

 

İmanı Üçün Qorxan Kimsəyə Vermək 

 

 

 



631.  Sad  İbn  Əbi  Vaqqas    rəvayət  edir  ki,  Peyğəmbər    (İslamı  yeni  qəbul 

etmiş)  kimsələrə  (qənimət)  verirdi.  Mən  də  onlarla  bərabər  oturmuşdum. 

Peyğəmbər    onların  içindən  (tanıdığım)  bir  kimsəyə  heç  bir  şey  vermədən 

tərk etdi. Rəsulullaha tərəf qalxaraq sakitcə: “Filan kimsəni nə üçün tərk etdin? 

Vallahi mən onu mömin bilirəm” dedi. Peyəmbər: “Bəlkə müsəlman de!” deyə 

buyurdu.  Bir  az  susduqdan  sonra  adam  barəsində  bildiklərim  mənə  qələbə 

çaldı və: “Yə Rəsulullah! Filankəsi nə üçün tərk etdin, Vallahi ki, mən onu bir 

mömin  bilirəm”  dedim.  Peyğəmbər:  “Bəlkə  müsəlman  deyəsən”  deyə 



 

 

271 



buyurdu.  Bir  az  susduqdan  sonra  onun  barəsində  bildiklərim  mənə  üstün 

gəldi və: “Yə Rəsulullah! Filankəsi nə üçün tərk etdin, Vallahi ki, mən onu bir 

mömin bilirəm” dedim. Peyğəmbər: “Bəlkə müsəlman deyəsən”. Şübhəsiz ki, 

mən  bəzən  sevdiyim  insana  (mal,  qənimət)  verməməyimin  səbəbi  onun 

(dünya  malına)  həris  olub  bunun  səbəbilə  Cəhənnəmə  üzüqoylu  düşməsi 

qorxusundadır”  deyə  buyurdu.  (Buxari  1478,  1408,  Muslim  215,  396,  2480, 

1752, 150/131) 

 

 

 

Qəlbi İslamla Bağlı Olanlara Vermə, İmanı Güclü Olanlara 

İsə Səbrin Tövsiyə Edilməsi  

 

 



 

632.  Ənəs    demişdir:  “Allah  həvazinlilərin  mallarını  (Huneyn  döyüşündən) 

qənimət olaraq Öz Peyğəmbərinə  əta etdikdə o, qureyşlilərdən bəzisinə yüz 

dəvə  hədiyyə  etdi  və  (bunu  görəndə)  ənsardan  bəziləri  dedilər:  “Allah 

Rəsulullahı   əfv  etsin!  Bizi  buraxıb  qureyşlilərə  (hədiyyə)  verir.  Halbuki 

qılınclarımızdan hələ də onların qanı damır.” Ənsarın dediklərini Peyğəmbərə 

  xəbər  verdilər.  Onda  Peyğəmbər    onların  dalınca  adam  göndərib  onları 

dəridən  düzəldilmiş  bir  çadırın  içinə  topladı  və  onlardan  başqa  heç  kəsi  ora 

buraxmadı.  Hamısı  (oraya)  toplandıqdan  sonra  Peyğəmbər    onların  yanına 

gəlib  dedi: “Nə  söhbətdir,  sizin adınızdan  danışırlar?”  Onların  elm əhli  dedi: 

“Müdrik  olanlarımıza  gəlincə  ya  Rəsulullah,  onlar  heç  nə  deməyiblər.  O  ki 

qaldı  cavanlarımıza,  onlar  deyiblər  ki:  “Allah  Rəsulullahı    əfv  etsin!  Ənsarı 

qoyub  qureyşlilərə  (hədiyyə)  verir.  Halbuki  qılınclarımızdan  hələ  də  onların 

qanı  damır.”  Peyğəmbər:  “Mən  küfrdən  təzəcə  uzaqlaşmış  adamlara 

(hədiyyələr) verirəm. Razı deyilsiniz ki, bu adamlar mal-dövlət aparsın, siz isə 


 

 

272 



Allahın  elçisi  ilə  bir  yerdə  geri  qayıdasınız.  Vallahi,  sizin  apardığınız  onların 

apardığından  daha  xeyirlidir.”  Onlar  da:  “Əlbəttə  ki,  razıyıq,  ya  Rəsulullah!” 

dedilər. Peyğəmbər  onlara dedi: “Məndən sonra siz çox çətinliklər (əziyyətlər) 

görəcəksiniz. Hovuzun başında Allaha və Onun elçisinə  qovuşanadək səbir 

edin.”Ənəs  dedi:  “Lakin  biz  səbir  edə  bilmədik.”  (Buxari  3147,  2978,  Muslim 

2484, 1753, 1059) 

 

 

 



633. Ənəs  rəvayət edir ki, Peyğəmbər  Ənsarı çağırdı və buyurdu: “Sizinin 

içinizdə  ənsardan  başqası  varmı?”.  Onlar:  “Xeyr,  yalnız  bacımız  oğlu  var” 

dedilər.  Peyğəmbər:  “Bir  qövmün  bacı  oğlu  onlardan  sayılır”  deyə  buyurdu. 

(Buxari 3528, Muslim 2486, 3327, 1754, 1059/133)  

 

 

 



634.  Ənəs    rəvayət  edir  ki,  Məkkənin  Fəthi  günü  Peyğəmbər    yeni  İslamı 

qəbul  edən  Qureyş  böyüklərindən hər  birinə  (İslama  bağlansınlar  deyə çoxlu 

qənimət)  verdi.  Ənsardan  bəziləri  bunu  gördükdə  hikmətini  və  səbəbini 

anlamayaraq:  “Vallahi,  bu  qəribə  bir  haldır.  Qılıclarımızdan  Qureyşin  qanı 

axdığ halda qənimətlər onların arasında bölüşdürülür”. Bu sözlər Peyğəmbərə 

  çatdığı  zaman  Ənsarı  dəvət  etdi.  Peyğəmbər:  “Sizdən  mənə  çata  bu  nə 

sözlərdir?”  deyə  buyurdu.  Onlar:  “Sənə  çatan  sözləri  biz  söylədik”  dedilər. 

Peyğəmbər:  “İnsanlar  qənimət  mallarıyla  evlərinə  döndükləri  zaman  sizlər 

Allah  Rəsulu  ilə  evlərinizə  dönmək  istəməzdinizmi?  Əgər  Ənsan  bir  dərə  və 

ya dağ yoluna getsəydi Mən də o yolla gedərdim” deyə buyurdu. (Buxari 3778, 

4378, Muslim 2487, 1059/134) 

 

 



 

 

 

273 



635.  Ənəs    rəvayət  edir  ki,  Huneyn  günü  Peyğəmbər    ilə  Həvazin  qəbləsi 

qarşılaşdılar. Rəsulullah ilə bərabər on min mücahid və bir də Məkkədə (yeni 

müsəlman)  olmuş  dəstələr  vardı.  (Ox  hücumuna  məruz  qalan  müsəlman 

dəstələr  geri  çəkildilər).  Peyğəmbər:  “Ey  Ənsar  topluluğu!”  deyə  səslədi. 

Onlar: “Ləbbeykə Yə Rəsulullah! Bizlər sənin qarşındayıq” dedilər. Peyğəmbər 

  miniyindən  düşərək:  “Mən  Allahın qulu  və  Rəsuluyam!”.  Allah  müşrikləri 

(məğlubiyyətə)  uğratdıqdan  sonra Peyğəmbər   Məkkəən  qatılan  mühacilərə 

qənimətdən  payladı  və  Ənsara  heç  nə  vermədi.  Bu  səbəbdən  Ənsarlar 

(narazılıq)  etdilər.  Peyğəmbər    onları  dəvət  edib  çadır  içərisində  topladı. 

İnsanlar  aldıqları  dəvə  və  qoyunlarla  gedərlər.  Sizlər  isə  Allahın  Rəsulu  ilə 

getməkdən  razı  deyilsinizmi?  Əgər  insanlar  bir  vadiyə,  Ənsar  dağ  yoluna 

girsəydi mən Ənsarın dağ yolunu seçərdim” deyə buyurdu. (Buxari 4333, 4078, 

Muslim 2488, 1059/135) 

 

 



 

636. Abdullah İbn Zeyd İbn Asim  rəvayət edir ki, Allah Huneyn günü hərb 

etdiyi  kimsələrin  mallarını  qənimət  olaraq  verdiyi  zaman  Rəsulullah    o 

malları insanlar içərisində qəlbləri İslama bağlansın deyə insanlara payladı və 

bu mallardan Ənsara bir şey vermədi. Ənsar, Rəsulullahın bəzi insanlara mal 

verib onlara bir şeyər vermədiyi üçün kədərləndilər. Peyğəmbər  onlara xitab 

edib  buyurdu:  “Ey  Ənsar  topluluğu!  Sizlər  azmış  olduğunuz  halda  Allah 

mənimlə sizə hidayət vermədimi? Sizlər dağınıq (firqə-firqə) olduğunuz halda 

Allah mənimlə qəlblərinizi birləşdirmədimi? Sizlər fəqir və yoxsul olduğunuz 

halda Allan mənimlə sizi zəngin etmədimi?”. Peyğəmbər  hər nə buyurdusa 

onlar: “Allah və Rəsulunun üzərimizdəki neməti daha çoxdur” dedilər. (Başqa 

rəvayətdə: Mən Qureyşən bəzi kimsələrə dünyalıq verirəm ki, onlar yenicə şirk 

və  küfrdən  çıxmışlar.  Başlarına  da  bir  hərb  müsibəti  gəlmişdir.  Onların  bu 

hərbdə  uğradıqları  yaraları,  zərərləri  örtmək  üçün  mən  onların  könüllərini 

İslama alışdırmaq məqsədilə verirəm). Peyğəmbər: “Sizləri Allahın Rəsuluna  

belə  deməkdən  saxlayan  nədir?”  deyə  buyurdu.  Peyğəmbər    hər  nə 

buyurdusa  onlar:  “Allah  və  Rəsulunun  üzərimizdəki  neməti  daha  çoxdur” 

dedilər.  Əgər  siz  istəsəydiniz  mənə  belə  cavab  verə  bilərdiniz.  (Başqa 

rəvayətdə:  “Qövmün  səni  yalanlamışkən  bizə  hicrət  etdin,  biz  də  səni  təsdiq 


 

 

274 



etdik.  Bizə  qorxu  içində  gəldin,  biz  sənə  arxayınçılıq,  əminlik  verdik, 

qovulmuş  gəldin,  sənə  sığınacaq  verdik,  bağrımıza  basdıq,  yardımsız  gəldin, 

biz  sənə  yardımçı  olduq,  sən  yoxsul  gəldin  biz  səni  malımıza  ortaq  etdik” 

deməyəcəkdinizmi?  Onlar:  “Xeyr,  əsil  Allahın  lütfü  və  minnəti  bizədir” 

dedilər

49

). İnsanlar qoyunları və dəvələri alıb gedərkən sizlər Peyğəmbər  ilə 



birlikdə  evlərinizə  geri  dönməyə  razı  olmazmısınız?  Əgər  Hicrət  olmasaydı 

mən Ənsardan bir kimsə olardım və əgər insanlar bir vadidən və ya bir yoldan 

getmiş  olsaydılar  belə  əlbəttə  ki,  mən  də  Ənsarın  getdiyi  vadidən  və  yoldan 

gedərdim.  Ənsar  batini  (iç)  paltardır  (Yəni  Ənsarın  Peyğəmbər  daha  yaxın 

olması  deməkdir),  digər  insanlar  isə  zahiri  paltardır.  Sizlər  məndən  sonra 

üstün  tutmaq  görəcəksiniz.  (Allaha  və  Rəsuluna  qovuşana  qədər  səbr  edin. 

Ənəs:  “Lakin  Səbr  edə  bilmədilər”  dedi)  Hovuzun  ətrafında  mənimlə 

qarşılaşıncaya  qədər  səbr  edin”.  (Buxari  4330,  4075,  Muslim  2493,  1758, 

1061/139)

 

 



 

 

 



637.  Abdulla  (İbn  Məsud)    demişdir:  “Huneyn  döyüşündən  sonra 

Peyğəmbər    qənimətləri  bölüşdürərkən  bəzi  adamlara  üstünlük  verdi.  Belə 

ki, o, Əqra İbn Habisə yüz dəvə, Üyeynəyə də bir o qədərini, habelə ərəblərin 

əyan-əşrafına  (çoxlu  hədiyyə)  verməklə  həmin  gün  onları  (digərlərindən) 

üstün  tutdu.  (Bundan  narazı  qalmış)  bir  nəfər  dedi:  “Vallahi  ki,  bu  bölgüdə 

ədalətsizliyə  yol  verilmişdir  və  bu  bölgü  Allahın  Üzünü  diləmək  məqsədilə 

həyata keçirilməmişdir.” Mən (ona): “Vallahi, (bu haqda) Peyğəmbərə  xəbər 

verəcəyəm”-  dedim,  sonra  da  Peyğəmbərin    yanına  gedib  bunu  ona 

bildirdim. Peyğəmbər: “Allah və Onun Rəsulu ədalətli olmasa, kim ədalətli ola 

bilər?  Allah  Musaya  rəhmət  eləsin!  Ona  bundan  da  artıq  əziyyət  verilmişdir, 

lakin o, səbir etmişdir.” (Buxari 3150, Muslim 2494, 1759, 1062/140) 

 

 

 

Xəvariclərin Zikri Və Sifətləri  

 

                                                



49

 İmam Əhməd 8/51.  



 

 

275 



 

 

638. Cabir  İbn Abdullah   demişdir: “Peyğəmbər   Ciranədə (Məkkə ilə Taif 



arasında  yer  adı)  qənimətləri  bölüşdürərkən  bir  nəfər  ona:  “Ədalətlə  (böl)!” 

dedi. Peyğəmbər  ona dedi: “Mən ədalətli olmasaydım, sən bədbəxt olardın!” 

(Buxari 3138, Muslim 2496, 1761, 1063/142) 

 

 



 

639. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Əli  (Yəməndən) Peyğəmbərə  bir 

miqdar  qızıl  göndərmişdi. Peyğəmbər  də  onu  dörd  kişi  arasında paylaşdırdı. 

Əqrabə  İbn  Həris  əl-Hənzəli,  əl-Mucaşi,  Uyeynə  İbn  Bədr  əl-Fəzari,  Zeyd  ət-

Tai,  Nəbhən  oğullarından  olan  Əlqamə  İbn  Ulasata  əl-Amiri,  sonra  Kiab 

oğullarından birinə. Bu bölgüyə Qureyş və Ənsar qəzəbləndi və: “Peyğəmbər 

 Nəcd xalqından başqa hamıya (qənimətdən) verdi. Peyğəmbər: “Mən bu mal 

ilə  onları  yalnız  İslama  bağılıyıram”  deyə  buyurdu.  Bu  vaxt  iki  gözü  çökük, 

yanağının  iki  almacığı  çıxıq,  alnı  enli,  gur  saqqallı,  başı  keçəl  gəldi  və: 

“Allahdan  qorx  Ey  Muhəmməd!”  dedi.  Peyğəmbər:  “Mən  asilik  edərəmsə 

onda  kim Allaha itaət  edər? Allah  məni  yer əhalisi üzərinə əmin  etdiyi  halda 

sizlər məni əmin saymırsınızmı?” deyə buyurdu. Bir nəfər onu öldürmək üçün 

izn  ietədi.  Zənn  edirəm  ki,  o  Xalid  İbn  Vəlid    idi.  Peyğəmbər  onu  bu 

istəyindən  çəkindirdi.  Peyğəmbər:  “Onun  kökündən  və  ya  onun  arxasından 

elə  bir  qövm  törənəcək  ki,  onlar  Allahın  kitabını  oxuyacaq,  lakin 

boğazlarından aşağı enməyəcəkdir. Onlar oxun ovu deşib çıxdığı kimi dindən 

çıxacaqlar.  Onlar  müsəlmanları  öldürəcək  bütpərəstləri  isə  tərk  edəcəklər. 

Allaha  and  olsun  ki,  mən  onların  vaxtına  çatsam  onları  Ad  qövmünün 

öldürülməsi  kimi  öldürərdim”  deyə  buyurdu.  (Buxari  3344,  Muslim  2499, 

1064/143) 

 


 

 

276 



 

 

 



640.  Əbu  Səid  əl-Xudri    demişdir:  “Əli  ibn  Əbu  Talib    Peyğəmbərə   

Yəməndən  aşılanmış  dəridən  hazırlanmış  kisənin  içində  qızıl  külçələr 

göndərdi.  Peyğəmbər    bu  külçələri  dörd  nəfərin  arasında  bölüşdürdü.  (Bir 

hissəsini)  Uyeynə  ibn  Bədrə,  (ikinci  hissəsini)  Əqra  ibn  Habisə,  (üçüncü 

hissəsini) Zeyd əl-Xeylə, dördüncü hissəsini də ya Əlqəməyə, ya da Amir  İbn 

Tufeylə  (verdi).  Bu  vaxt  Peyğəmbərin    əshabələrindən  biri  dedi:  “Bizim  bu 

(qənimətlərə)  onlardan  daha  çox  haqqımız  çatırdı.”  Bu  söz  Peyğəmbərə   

yetişdikdə o dedi: “Mən göydəki Allahın etibar etdiyi bir adam ola-ola, üstəlik 

səhər-axşam  mənə  vəhy  nazil  olduğu  halda  siz  mənə  etibar  etmirsiniz?!”  Bu 

vaxt  gözləri  batıq,  almacıq  sümükləri  çıxıq,  alnı  qabarıq,  gursaqqal,  başı  qırxıq, 

izarını  yuxarı  çəkmiş  bir  adam  ayağa  qalxıb  dedi:  “Ya  Rəsulullah,  Allahdan 

qorx!”. Peyğəmbər: “Vay sənin halına! Məgər mən yer üzündə olan insanların 

ən  təqvalısı  deyiləmmi?”  Sonra  həmin  adam  dönüb  getdi.  Bu  vaxt  Xalid  İbn 

Vəlid  dedi: “Ya Rəsulullah, onun boynunu vurummu?”. Peyğəmbər: “Xeyr, 

ola bilsin ki, o namaz qılan adam olsun.” Xalid dedi: “Nə çox namaz qılan var 

ki,  qəlbən  etiqad  etmədiyini  dilinə  gətirir.”  Peyğəmbər:  “Mənə  insanların 

qəlbinə girmək, onların köksünü açmaq əmr edilməmişdir.” Sonra Peyğəmbər 

  həmin  adamın  arxasınca  baxıb  dedi:  “Həqiqətən,  bu  adamın  belindən  elə 

insanlar  gələcək  ki,  onlar  Allahın  Kitabını  məlahətli  səslə  oxuyacaq,  lakin 

oxuduqları xirtdəklərindən o yana keçməyəcəkdir. Ox öz ovunu dəlib keçdiyi 

kimi onlar da İslamdan çıxacaqlar.” Deyəsən, Peyğəmbər  bunu da demişdir 

ki:  “Əgər  mən  onların  (meydana  gələcəyi  günədək)  yaşasam,  onları  Səmud 

qəbiləsinin  öldürüldüyü  kimi,  öldürərəm.”  (Buxari  4351,  4094,  Muslim  2500, 

1763, 1064/144).  

 

 

 



 

 

277 



641.  Əbu  Səid  əl-Xudri    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini 

eşitdim:  “Vaxt  gələcək  sizin  aranızdan  elə  insanlar  meydana  çıxacaq  ki,  siz 

onların namazları yanında öz namazlarınızı, orucları yanında öz oruclarınızı, 

digər  əməlləri  yanında  öz  əməllərinizi  heç  nə  sayacaqsınız.  Onlar  Quran 

oxuyacaqlar, (amma) oxuduqları (ayələr) xirtdəklərindən o yana keçməyəcək-

dir.  Ox  şikarı  dəlib  keçdiyi  kimi  onlar  da  İslamdan  çıxacaqlar.  (Necə  ki,  oxu 

atan adam) oxun ucuna baxır, lakin heç bir şey görmür, oxun gövdəsinə baxır, 

yenə  də  heç  bir  şey  görmür,  oxun  lələkli  tərəfinə  baxır,  yenə  də  heç  bir  şey 

görmür,  axırda  oxun  lap  arxasına  baxır  və  (oxun  şikara  dəyib-dəymədiyinə 

dair) şübhəyə düşür.” (Buxari 5058, 4771, Muslim 2506, 1064/149) 

 

 

 



 

642.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbərin    yanında  idik. 

Qəniməti  paylaşdırırdı.  Bu  vaxt  Bəni  Təmim  oğullaından  olan  Zul  Xuveyris 

gəldi və: “Ya Rəsulullah! Ədalətli ol!” dedi. Peyğəmbər: “Veyl olsun sənə, əgər 

mən də ədalətli olmasam o zaman kim ədalətli olar? Əgər ədalətli olmasaydım 

şübhəsiz ki, əli boş qalmış və ziyana uğrayanlardan olardır” deyə buyurdu. Bu 

zaman  Ömər:  “Ya  Rəsulullah!  İzn  ver  onun  boynunu  vurum”  dedi. 

Peyğəmbər:  “Burax onu!  Sizdən  biriniz onların  namazı  yanında öz  namazını, 

onların  orucları  yanında  öz  oruclarınızı  kiçik  görəcəksiniz.  Onlar  Quran 

oxuyacaqlar.  Lakin  Quran  onların  boğazlarından  aşağı  enməyəcəkdir.  Onlar 

oxun ovdan çıxdığı kimi İslamdan çıxacaqlar.  (Oxu atan adam) oxun dəmrinə 

baxar, orada qanın izini görməz. Sonra oxun yaya giriş yerinə baxar orada da 

bir  şey  tapmaz.  Sonra  oxun  ağac  qisminə  baxar  orada  da  bir  şeylər  tapmaz. 

Sonra  oxun  lələkli  tərəfinə  baxar  orada  da  bir  şey  tapmaz.  Ox  ovu  deşib 

keçməsinə  rəğmən  oxa  nə  qan  nə  ovdan  bir  şey  yapışmamışdır.  Onların 

əlaməti qolları qadın sinəsi kimi olan qara dərili adamdır. Onlar müsəlmanlar 

arasında  ixtilaf  olduğu  zaman  meydana  çıxacaqlar”.  Əbu  Səid    deyir  ki: 

“Mən  hədisi  Rəsulullahdan    eşitdiyimə  şahidlik  edirəm.  Yenə  şahidlik 

edirəm  ki,  Əli  İbn  Abu  Talib    lə  birlikdə  onları  qırdıq.  Əli    hədisdə  vəsf 

edilən  adamın  tapılmasını  əmr  etdi.  Adam  tapılıb  gətrildi.  Hətta  mən  ona 



 

 

278 



baxdım  və  Rəsulullahın  etdiyi  vəsfi  onun  üzərində  gördüm”.  (Buxari  3610, 

Muslim 2505, 1064/148) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin