Al-lulu vəl-mərcan


Mehir Babı Və Mehrin Quran Öyrətmək, Dəmir Üzük Və



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə29/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

 

 

Mehir Babı Və Mehrin Quran Öyrətmək, Dəmir Üzük Və 



Başqalarından Azından Və Çoxundan Olmasının Müstəhəb 

Olması, Çətin Olmayacaqsa Mehiri Beş Yüz Dirhəm 

Verməyin Müstəhəb Olması 

 

 



 

898.  Səhl İbn  Səd    rəvayət  edir  ki,  (bir  dəfə)  bir  qadın  Peyğəmbərin    yanına 

gəlib  dedi:  “Ya  Rəsulullah,  gəlmişəm  ki,  canımı  sənə  bağışlayım  (zövcə 

edəsən).”  Peyğəmbər    diqqətlə  baxıb  onu  başdan  ayağa  süzdü,  sonra  başını 

aşağı  saldı.  Qadın  Peyğəmbərin    bir  qərar  vermədiyini  görüb  (bir  kənarda) 

əyləşdi. (Bu vaxt) əshabələrindən biri ayağa qalxıb dedi: “Ya Rəsulullah, əgər 

istəmirsənsə, onu mənə ərə ver”. Peyğəmbər: “(Bu qadına mehr olaraq) bir şey 

verə bilərsənmi?” (Əshabə): “Xeyr, vallahi ki, (nəsə verməyə imkanım yoxdur) 

ya  Rəsulullah!”.  Peyğəmbər:  “Get  əhli-əyalının  yanına,  gör  bir  şey  tapa 

bilirsənmi.”  Əshabə  çıxıb  getdi.  (Bir  müddətdən)  sonra  geri  qayıdıb  dedi: 

“Vallahi ki, mən heç bir şey tapa bilmədim, ya Rəsulullah”. Peyğəmbər: “Bax 

heç  olmasa  dəmirdən  bir  üzük  gətir.”  Əshabə  çıxıb  getdi.  (Bir  müddətdən) 



 

 

379 



sonra geri qayıdıb dedi: “Vallahi, ya Rəsulullah, mən heç dəmir üzük belə tapa 

bilmədim.  Lakin  bu  mənim izarımdır,  (qoy  yarısı onun olsun)”.  Səhl:  “(O  vaxt) 

bu adamın bürüncəyi yox idi ki, yarısını ona versin”. Peyğəmbər: “Sənin izarın 

onun  nəyinə  lazımdır?!  Əgər  sən  onu  geyinsən,  bundan  ona  heç  nə 

çatmayacaq, yox əgər o bunu geyinsə, onda bundan sənə heç nə çatmayacaq.” 

(Bundan  sonra)  həmin  adam  (bir  kənarda)  oturdu  və  bir  müddət  keçdikdən 

sonra  ayağa  qalxdı.  Peyğəmbər    onun  çıxıb  getmək  istədiyini  gördükdə 

yanına  çağırtdırdı.  Əshabə  Peyğəmbərin    yanına  gəldikdə  Peyğəmbər: 

“Qurandan  nə  bilirsən?”  Əshabə:  “Filan  surəni,  filan  surəni  və  filan  surəni 

bilirəm” deyə bu surələrin adlarını çəkdi. Peyğəmbər: “Bunları ona əzbərlədər-

sənmi?”. Əshabə: “Bəli!” deyə cavab verdi. Peyğəmbər: “Get, bildiyin surələri 

(bu  qadına öyrətmək)  şərtilə onu sənə ərə  verirəm.”  (Buxari  5126,  5087,  5030, 

Muslim 3553, 1425/76) 

 

 



 

899. Ənəs  rəvayət edir ki. Peyğəmbər  AbdurRahman İbn Aufu  üzərində 

sarı  rəngli  boya  izləri  ilə  gördükdə  ona:  “Bu  nədir?”  dedi.  O:  “Mən  bir  qızıl 

çəyirdək ağırlığında mühir müqabilində qadınla evləndim” dedi. Peyğəmbər: 

Bərəkəllahu  Ləkə,  bir  qoyunla  da  olan  ziyafət  ver”  deyə  buyurdu.  (Buxari 

5155, 6386, Muslim 3556, 1427/79) 

 

 

 

Bir Kimsənin Kənizini Azad Edərək Onunla Evlənməyin 



Fəziləti 

 

 



 

 

380 



 

900. Ənəs  rəvayət edir ki, Peyğəmbər  qoşun yığıb Xeybərə yollandı. Biz bu 

(kəndin)  yaxınlığında,  səhər  ala-qaranlıqda  sübh  namazını  qıldıq.  (Bundan) 

sonra Peyğəmbər  və Əbu Təlhə (öz miniklərinə) mindilər. Mən isə Əbu Təl-

hənin  tərkinə  mindim.  Peyğəmbər    (miniyini)  Xeybərin  dar  küçələrindən 

birinə sürdü və (bu vaxt) mənim dizim Peyğəmbərin  buduna toxundu, onun 

izarı  (yuxarı  qalxdı  və)  budu  açıldı,  onda  mən  Peyğəmbərin    budunun 

ağlığını  gördüm.  Kəndə  daxil  olduqda  o:  “Allahu  Əkbər!  Xeybər  dağıldı. 

Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda, qorxudulanların sabahı 

necə  də  pis  olar!”  dedi  və  (bunu)  üç  dəfə  təkrar  etdi”.  Ənəs:  “Xeybərlilər  öz 

işlərindən  ötrü  (evlərindən)  çıxıb:  “Muhəmməd  öz  qoşunuyla  (gəldi)!” 

dedilər”.Ənəs:  “Biz  Xeybəri  zəbt  etdik.  Əsirlər  bir  yerə  toplanıldıqdan  sonra 

Dihyə gəlib dedi: “Ey Allahın Peyğəmbəri, əsir düşmüş cariyələrdən birini mə-

nə  ver.”  (Peyğəmbər):  “Get  birini  götür!”  dedi  və  o  da  Səfiyyə  bint  Hüyeyyi 

götürdü.  Bundan  sonra  bir  nəfər  Peyğəmbərin    yanına  gəlib  dedi:  “Ey 

Allahın  Peyğəmbəri,  sən  Dihyəyə  Qureyza  və  Nədir  qəbilələrinin  xanımı

62

 

Səfiyyə  Bint  Hüyeyyi  verdin,  halbuki  o  qadın  ancaq  sənə  layiqdir.”  (Onda 



Peyğəmbər):  “Onu  qadınla  bir  yerdə  yanıma  çağırın!”  deyə  buyurdu.  Dihyə 

Səfiyyəni  (onun  yanına)  gətirdi.  Peyğəmbər    qadına  baxıb  (Dihyəyə)  dedi: 

“Cariyələrdən başqa birisini götür.”(Ənəs dedi): “Peyğəmbər  Səfiyyəni azad 

edib onunla evləndi”. Ravi Sabit (Ənəsdən) soruşdu ki: “Bəs Peyğəmbər  ona 

mehr  olaraq  nə  verdi?”  (Ənəs)dedi:  “Onun  özünü,  onu  azad  etdi  və  onunla 

evləndi.”(Ənəs dedi): “Nəhayət, yolda Ummu Suleym Səfiyyəni Peyğəmbər  

üçün hazırladı və gecə onun yanına apardı. Zifaf gecəsinin səhəri Peyğəmbər 

  dedi:  “Qoy  kimdə  (yeməyə)  bir  şey  varsa  bura  gətirsin”  və  yerə  bir  dəri 

sərdi. (Bu vaxt) kimi xurma, kimi də yağ gətirdi.(Bu hədisi) rəvayət edənlərdən 

biri dedi: “Güman edirəm ki, Ənəs sıyığı da qeyd etdi.”Ənəs dedi: “Sonra onlar 

heys  (xurmadan  olan  yemək  adı)  hazırladılar.  Allahın  Peyğəmbərinin    toy 

ziyafəti belə oldu.” (Buxari 371, Muslim 3563, 1365/84)  

 

 

 



                                                

62

 Xeybər fəth edilənə qədər Səfiyyə  Nədir qəbiləsinin başçılarından birinin – Kinanə İbn Əbu Hukeykin 



həyat yoldaşı olmuşdu. 

 

 

381 



901.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kimin  bir  kölə 

cariyəsi olduğu halda onunla gözəl rəftar edib, sonra onu azad edərək evlənən 

kimsəyə iki əcr vardır”. (Buxari 2544, Muslim 3570, 1365/86) 

 

 

 

Zeynəb Binti Cəhşlə Evlənməsi, Hicab Ayəsinin Nazil 

Olması Və Evlilik Ziyafətinin Verilməsi 

 

 



 

902.  Ənəs    demişdir:  “Peyğəmbərin    evlənmək  münasibətilə  verdiyi  ən 

gözəl  ziyafəti  Zeynəblə  evləndikdə  verdiyi  ziyafət  olmuşdur.  Onda  o  bir 

qoyun kəsmişdir.” (Buxari 5168, Muslim 3576, 1428/90) 

 

 

 



903. Ənəs İbn Məlik  rəvaət edir ki, Peyğəmbər  Zeynəb Binti Cəhş 



ilə 



evləndiyi zaman ziyafət verildi. Insanlar toplanaraq yedilər (içdilər), sonra da 

oturub söhbət etdilər. Peyğəmbər   (onların qalxmaları üçün) ayağa qalxmaq 

istədi,  lakin  onlardan  heç  kəs  yerindən  tərpənmədi.  Bunu  gördüyü  zaman 

ayağa  qalxdı.  Rəsulullah  qalxdığı  zaman  onlardan  qalxanlar  qalxıb  getdilər, 

lakin  üç  nəfər  qaldı.  Peyğəmbər    (qonaqları  yola  salıb)  qayıtdıqda  o  üç 

nəfərin həə də oturduğunu gördü. Sonra onlar da qalxıb getdilər. Sonra mən ə 

getdim  və  Peyğəmbərə   onların  da getdiklərini  xəbər  verdim.  Peyğəmbər   

(otağa daxil) oldu. Mən də onunla bərabər içəriyə daxil oldum. Peyğəmbər   

mənimlə  özü  arasında  olan  pərdəni  bağladı.  Allah  bu  ayəni  nazil  etdi:  “Ey 

iman  gətirənlər!  Sizə  yeməyə  izin  verilməyib  süfrəyə  dəvət  olunmadıqca 

Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da 

gözləməyin.  Lakin  dəvət  olunduqda  girin  və  yemək  yedikdən  sonra  bir-

birinizlə  söhbətə  dalmadan  dağılışın.  Çünki  bu  hərəkətiniz  Peyğəmbəri 

narahat  edir  və o  sizdən utanır.  Allah  isə  sözün açığını  sizə  bəyan  etməkdən 

utanmır.  Peyğəmbərin  zövcələrindən  bir  şey  istədikdə,  pərdə  arxasından 

istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. 

Sizə  Allahın  Elçisini  narazı  salmaq,  vəfatından  sonra  onun  həyat  yoldaşları 


 

 

382 



ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük 

günahdır”. (Buxari 4791, 6239, Muslim 3578, 1428/92) 

 

 



 

904. Ənəs  demişdir: “Mən hicab ayəsi haqqındakı məlumatı hamıdan yaxşı 

bilirəm. Vaxtı ilə Ubey  İbn Kəb  bu haqda məndən soruşardı. Peyğəmbər   

Mədinədə  Zeynəb  Bint  Cəhş 



ilə  evləndi.  Zifaf  gecəsinin  səhəri  günəş 



yüksəldikdən  sonra  Peyğəmbər    camaatı  yemək-içməyə  dəvət  etdi.  Hamı 

dağılışıb getsə də, bir neçə nəfər Peyğəmbərin   yanında qaldı. İş o yerə gəlib 

çatdı  ki,  Peyğəmbər    özü  durub  getdi,  mən  də  onunla  birlikdə  getdim. 

Nəhayət, o gəlib Aişənin hücrəsinin qapısına çatdı. Bir qədər keçdikdən sonra 

o, evindəki adamların çıxıb getdiyini zənn edib evə qayıtdı və mən də onunla 

birlikdə  geri  qayıtdım.  Lakin  gəlib  gördü  ki,  onlar  hələ  də  oradadırlar.  Yenə 

çıxıb getdi  və  mən  də onunla  birlikdə getdim.  Yenə  Aişənin 



hücrəsinin 



qapısına çatdı  və  bir qədər  gözlədikdən  sonra geri qayıtdı  və  mən  də onunla 

birlikdə  qayıtdım.  O  adamlar  artıq  çıxıb  getmişdilər.  Onda  Peyğəmbər   

mənimlə öz (ailəsi) arasına pərdə tutdu və beləliklə də hicab ayəsi nazil oldu.” 

(Buxari 5466, 5166, Muslim 3579, 1428/93) 

 

 

 



 

905. Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbər  (anam) Ummu Suleymin 

 (evinə) daxil olduqda ona Salam verdi. Peyğəmbər  Zeynəb Binti Cəhşlə 





evləndiyi  zaman  anam:  Kaşki,  Rəsulullaha    hədiyə  verə  bilsəydik?” 



 

 

383 



dedi.  Mən:  “(Filan  yeməyi)  et!”  dedim.  Bunun  üzərinə  anam  xurma,  yağ  və 

(süddən)  istifadə  edərək  Heys  yeməyini  hazırladı  və  mənimlə  Rəsulullaha   

göndəri.  Peyğəmbər:  “Yeməyi  qoy!  Sonra  mənə  adlarını  söylədiyi  və  kiminlə 

yolda  qarşılaşarsa onları  da  çağırmağı əmr  etdi”.  Mən onun  mənə  əmr  etdiyi 

işi  etdim  və  geri  döndüm.  Bir  də  gördüm  ki,  ev  insanlarla  dolmuşdur. 

Peyğəmbər   iki  əlini  Hayse yeməyinin  üzərinə qoyaraq  Allahın  söyləməsini 

istədiyi kəlimələri söylədi. Bundan sonra toplanan insanları on on çağıraraq bu 

yeməkdən yeməyə başladılar. Peyğəmbər: “Allahın ismini zikr edin və hər bir 

kəs  önündən  yesin”  deyə  buyurdu.  Ənəs:  “Nəhayət  yemək  yeyənlərin 

əksəriyyəti  (ziyafətdən)  dağıldılar,  çölə  çıxan  çıxdı,  bir  toplum  qalaraq 

danışmağa  başladılar.  Mən  onların  çıxıb  getməmələrindən  sıxıldım.  Sonra 

Peyğəmbər  zövcələrinin otağına daxil oldu. Mən də onun ardıyca getdim və 

ona:  “Oturub  söhbət  edən  kimsələr  artıq  getdilər”  dedim.  Peyğəmbər    evə 

daxil  oldu  və  evin  pərdəsini  qaldırdı.  Mən  də  orada  olduğum  zaman  bu 

ayələri  oxuyurdu:  “Ey  iman  gətirənlər!  Sizə  yeməyə  izin  verilməyib  süfrəyə 

dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin 

hazırlanmasını  da  gözləməyin.  Lakin  dəvət  olunduqda  girin  və  yemək 

yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz 

Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını sizə bəyan 

etməkdən  utanmır.  Peyğəmbərin  zövcələrindən  bir  şey  istədikdə,  pərdə 

arxasından  istəyin.  Bu  həm  sizin  qəlbinizə,  həm  də  onların  qəlbinə  daha  çox 

saflıq  gətirər.  Sizə  Allahın  Elçisini  narazı  salmaq,  vəfatından  sonra  onun 

həyat  yoldaşları  ilə  izdivac  etmək  qətiyyən  yolverilməzdir.  Həqiqətən,  bu, 

Allah yanında böyük günahdır”. Ənəs: “Mən Rəsulullaha on il xidmət etdim” 

dedi. (Buxari 5163, Muslim 3580, 1428/94) 

 

 

 

(Toya) Dəvət Olunduqda Çağırışa İcabət Etməyin Əmr 



Olunması 

 

 



 

906.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Biriniz 

toya  dəvət  edildiyi  zaman  qoy  bu  dəvəti  qəbul  etsin.”  (Buxari  5173,  Muslim 

3582, 1429/62)  

 


 

 

384 



 

 

907.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Yeməyin 



(məclislərin)  ən  şərlisi  zənginlərin  dəvət  edilib  fəqirlərin  tərk  edildiyi  toy 

məclisidir. Hər kim dəvətə icabət etməzsə Allah və Rəsuluna üsyan etmişdir”. 

(Buxari 5177, Muslim 3598, 1432/110) 

 

 

 

Üç Talaqla Boşanan Bir Qadının Başqa Kişiyə Ərə 

Getmədikcə Və Əri Onunla Yaxınlıq Edib Ondan 

Boşanmadıqca Və İddəti Bitmədikcə (Ərinə) Qayıtması 

Halal Olmaz 

 

 



 

908.  Aişə  rəvayət  edir  ki,  Rifaə  əl-Qurazinin  zövcəsi  Peygəmbərin   

yanına  gələrək  dedi:  “Mən  Rifaənin  nigahında  idim.  Məni  boşadı  və  bu 

boşanmanı  təsdiq  etdi.  Mən  də  ondan  sonra  AbdurRahman  İbn  Zubeyrlə 

evləndim.  Lakin  AbdurRahmanda  olan  libasın  saçağı  kimidir”.  Peyğəmbər: 

“Sən öz birinci ərin Rifaə dönmək istəyirsən? Xeyr, hətta o sənin ballıcandan, 

sən  də  onun  ballıcasından  dadmıyınca  (yaxınlıq  olmadıqca)  olmaz!”  deyə 

buyurdu. Əbu Bəkr , Peyğəmbərin  yanında oturmuşdu. Xalid İbn Səid İbn 

əl-As isə girməsinə icazə verilmədiyi üçün otağın qapısında oturmuşdu. Xalid, 

Əbu  Bəkri  çağıraraq  belə  deməyə  başladı:  “Ey  Əbu  Bəkr,  niyə  bu  qadını 

Peyğəmbərin  önündə açıq-aşkar danışmaqdan çəkindirmirsən! (Buxari 2639, 

Muslim 3599, 1433/111)  

 

 

 



909.  Aişə    deyir  ki,  bir  kimsə  üç  talaq  ilə  zövcəsini  boşadı.  Sonra  qadın 

başqa  bir  kişi ilə  evləndi. İkinci əri  (qadınla yaxınlıq)  etmədən  qadını  boşadı. 



 

 

385 



Bu  ikinci  əri  qadını  boşadıqdan  sonra  qadının  birinci  ərinə  qayıtması  halal 

olurmu?”. Peyğəmbər: “İkinci əri qadının ballıcasından, birinci ərinin daddığı 

kimi  dadmadıqca  (onunla  yaxınlıq  etmədikcə)  halal  olmaz”  deyə  buyurdu. 

(Buxari 5261, Muslim 3604, 1433/115) 

 

 

 

Cinsi Əlaqəyə Girməzdən Əvvəl Deyilməsi Müstəhəb Olan 



Dua 

 

 



 

910. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bilin ki, əgər biriniz 

ailəsi ilə yaxınlıq  etməzdən  əvvəl:  “Bismillah,  Allahummə  Cənnibniş-Şeytanə 

Və Cənnibiş-Şeytanə Mə Rəzəqtənə! - Allahın  adı ilə! Allahım,  məni  şeytandan 

uzaqlaşdır,  şeytanı  da  bizə  bəxş  etdiyin  övladdan  uzaqlaşdır!  desə  və  əgər 

onların  qismətində  varsa,  yaxud  Allah  onların  qədərinə  övlad  yazmışdırsa, 

şeytan o uşağa heç vaxt zərər toxundura bilməz.” (Buxari 5165, Muslim  3606, 

1434/116) 

 

 

 

Qadınla Arxa Və Ön Tərəfdən Anal (Arxa) Dəliyə 

Toxunmadan Ön Tərəfdən Cinsi Əlaqəyə Girməyin İcazəli 

Olması  

 

 



 

911.  Cabir    rəvayət  edir  ki,  Yəhudilər:  “Kişi  qadını  ilə  arxa  tərəfdən 

yaxınlaşaraq  (ön  dəlikdən)  yaxınlıq  edərsə  doğulacaq  uşaq  şəpgöz  olar”.  (Bu 

batil  inancı  dağıtmaq  üçün  Allah):  “Qadınlarınız  sizin  tarlanızdır.  Tarlanıza 



nə  təhər  istəyirsinizsə,  yaxınlaşın...”.  (əl-Bəqərə  223).  (Buxari  4528,  Muslim 

3608, 3609, 1435/117)  



 

 

386 



 

 

Qadının Ərinin Yanına Yatağa Girməkdən İmtina 



Etməsinin Haram Olması 

 

 



 

912.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qadın  ərinin 

yatağını  tərk  edərək  (tək)  gecələdiyi  zaman  mələklər  geri  dönənə  qədər  ona 

lənət oxuyarlar”. (Buxari 5194, Muslim 3611, 1436/120) 

 

 

 

Əzlin



63

 Hökmü 

 

 



 

913.  Əbu  Səid    demişdir:  “Biz  Peyğəmbərlə    birlikdə  Bəni  Müstələq 

qəbiləsinə  yürüş  etdik  və  ərəblərdən  çoxlu  əsir  ələ  keçirdik.  (Həmin  vaxt)  biz 

meylimizi  qadınlara  saldıq.  Çünki  artıq  qadınsız  dözə  bilmirdik.  (Belə 

olduqda)  biz  əzl  etmək  istədik,  lakin  bir-birimizə  dedik:  “Peyğəmbər  

aramızda  ola-ola,  həm  də  ondan  soruşmadan  əzl  edəcəyik?!”  Biz  bu  haqda 

Peyğəmbərdən    soruşduq.  O  dedi:  “Bunu  etmək  sizə  qadağan  deyil.  Lakin 

Qiyamət  gününədək  elə  bir  canlı  ola  bilməz  ki,  dünyaya  gəlməsi  (əzəldən 

müəyyən olmuş olsun), amma dünyaya gəlməsin”. (Buxari 4138, 2542, Muslim 

3617, 1438/135)  

 

 

 



914.  Əbu  Səid  əl  Xudri    rəvayət  edir  ki,  biz  (Mustalaq  oğulları  döyüşündə) 

bir çox qadın əsirlərlə qarılaşdıq. Bizlər əzl edirdik. Bu barədə Peyğəmbərdən 

                                                

63

 Əzl etmək,  əslində, işdən,  vəzifədən götürmək, çıxarmaq  deməkdir. Lakin  hədisdə əzl etmək  deyildikdə, 



cinsi  əlaqə  əsnasında  kişi  toxumalarının  bilərəkdən  qadının  rəhminə  düşməsinin  qarşısını  almaq  nəzərdə 

tutulur. Əshabələr belə etmək istəyirdilər ki, kənizlər onlardan hamilə qalmasınlar.  



 

 

387 



 soruşduq. O, üç dəfə: “Siz bunu doğrudanmı edirsiniz?” deyə buyurdu və: 

“Qiyamət  gününə  qədər  bu  dünyaya  gələcək  həyat  sahibi  mütləq  dünyaya 

gələcəkdir”. (Buxari 5210, Muslim 3619, 1438/127)  

 

 



 

915.  Cabir    deyir  ki, Peyğəmbərin    zamanında  Quran nazil olduğu  zaman 

biz Əzl edərdik”. (Buxari 5208, Muslim 3632, 1440/136)  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

388 



 



 

 

 

 



Süd Əmizdirmək 

Kitabı 

 

 



 

 



 

 

389 



 

 

Doğum Etibarı İlə Haram Olan Şeylərin Süd Etibarı İlə Də 



Haram Olması 

 

 



 

916. Peyğəmbərin  zövcəsi Aişə 



rəvayət edir ki, Peyğəmbər  yanımda 



ikən Həfsənin 



evinin önündə (daxil) olmaq üçün izn istəyən bir kişi səsi 



eşitdim.  Aişə:  “Ya  Rəsulullah!  Mən  onu  Həfsənin  süd  əmisi  zənn  edirəm.  Ya 

Rəsulullah!  Bu  sənin  evinə  girmək  üçün  izn  istəyən  adamdır”.  Peyğəmbər: 

“Mən də onu Həfsənin 



süd əmisi olduğunu düşünürəm” deyə buyurdu. 



Aişə: “Əgər Aişənin 



süd əmisi filan kimsə olsaydı mənim yanıma daxil 



ola  bilərdimi?”  deyə  soruşdum.  Peyğəmbər:  “Bəli,  daxil  ola  bilərdi.  Çünki 

doğum  səbəbilə  haram  olan  (süd  səbəilə  də)  haram  olur”  deyə  buyurdu. 

(Buxari 2646, Muslim 3641, 1444/1)  

 

 

 

Südün Haram (Məhrəm) Etməsi Kişinin Mənisi Etibarıyla 

Olması 

 

 



 

917.  Aişə 

  demişdir:  “Hicab  ayəsi  nazil  olduqdan  sonra  (bir  gün)  Əbul 



Queysin  qardaşı  Əfləh  içəri  girmək  üçün  izn  istədi.  Mən  (öz-özümə)  dedim: 

“Mən  Peyğəmbərdən    izn  istəməyincə  onu  evə  buraxmayacağam.  Çünki 

mənə Əbul Queysin qardaşı deyil, onun zövcəsi süd vermişdir.” Peyğəmbər  

mənim yanıma gəldikdə  dedim:  “Ya  Rəsulullah, Əbul  Queysin qardaşı  Əfləh 

içəri  girmək  üçün  izn  istədi,  lakin  mən  sənin  iznin  olmadan  onun  içəri  daxil 

olmasına razılıq vermədim.” Peyğəmbər: “Niyə ona izn vermədin?! O ki sənin 



 

 

390 



əmindir!”  Mən  dedim:  “Ya  Rəsulullah,  axı  mənə  Əbul  Queysin  qardaşı  deyil, 

onun zövcəsi süd vermişdir.” Peyğəmbər: “Burax onu gəlsin, o, sənin əmindir, 

ay yazıq.” (Buxari 4796, 6156, Muslim 3645, 1445/4)  

 

 



 

918.  Aişə 



rəvayət  edir  ki,  Əfləh  –  hicab  ayəsindən  sonra  –  yanıma  daxil 



olmaq üçün izn istədi. Mən də izn verdim. Əfləh: “Mən sənin əmin olduğum 

halda  məndən  pərdələnirsən”  dedi.  Mən:  “Bu  necə  olur?”  dedim.  O:  “Sənə 

qardaşımın (Vaidin) anası, ona verdiyi süddən sənə içirmişdi” dedi. Bu barədə 

Rəsulullahdan  soruşdum  o:  “Əflah  doğru  söylədi,  ona  daxil  olmaq  üçün  izn 

verə bilərsən” deyə buyurdu. (Buxari 2644, Muslim 3653, 1445/10) 

 

 

 

Süd Qardaşının Qızı Haram Olması 

 

 



 

919.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    Həmzənin  qızı  barəsində 

buyurdu:  “O,  mənə  halal  olmaz,  nəsəbə  görə  haram  olan  südə  görə  də 

haramdır.  Həmzənin  qızı  mənim  süd  qardaşımdır”.  (Buxari  2645,  Muslim 

3652, 1445/9) 

 

 

 

Ögey Qız İlə Baldızın Haram Olması 

 

 



 

920.  Ummu  Həbibə  Bintu  Əbu  Sufyan 



dedi:  “Ya  Rəsulullah!  Əbu 



Sufyanın qızı, bacımı istərsən?”. O : “Onu nə edəcəyəm?” deyə soruşdu. Mən: 

“Nigah  bağla”  deyə  cavab  verdiyim  zaman,  belə  buyurdu:  “Məgər  bunu 



 

 

391 



istəyirsən?”.  Mən:  “Mən  sənin  bir  dənən  deyiləm  və  mənə  xeyirdə  bacımın 

şərik  olmasını  istərdim!”  deyə  cavab  verdim.  O:  “O  mənə  halal  deyil!”  deyə 

buyurdu! Mən: “Amma  mən sənin  (Dürrə  Bintu Əbu  Sələməni  almaq onunla 

evlənmək)  istədiyini  xəbər  aldım?!”  deyə  söylədim.  O:  “Bəli”.  O:  “O,  mənim 

tərbiyəm  altımda  olan  ögey  qızım  olmasa  belə,  mənə  halal  deyildir.  Çünki  o 

mənim süd qardaşımın qızıdır. Məni və atasını Süveybə əmizdirmişdir.  Daha 

mənə  qızlarınızı  və  bacılarınızı  ərz  etməyin!”.  (Buxari  5106,  Muslim  3659, 

1449/15)  

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin