İlə (Qadınla Yaxınlıq Etməməyi And İçmək), Qadınlardan
Uzaqlaşmaq, Onları Seçim Qarşınında Buraxmaq Və
Allahın: “Əgər Ona Qarşı Bir-Birinizə Kömək Etsəniz”
404
944. Abdullah İbn Abbas rəvayət edir ki, bir il Ömərdən bu ayə haqda
soruşmaq üçün oturub gözlədim, lakin onun heybətindən qorxaraq bunu
etmədim. Nəhayət həccə çıxdığı vaxt onunla bərabər mən də çıxdım.
Qayıdarkən yolların birində ehtiyacını ödəmək üçün bir misvak ağacına tərəf
üz tutdu. Mən onun ehtiyacını bitirməsini gözlədim. Sonra onunla bərabər
gedərkən ondan: “Ey möminlərin əmiri! Peyğəmbərə zövcələrindən ona
qarşı bir-birinə kömək edən kimlərdir?“deyə soruşdum. O: “Həfsə
və
Aişə!
” deyə cavab verdikdə, belə dedim: “Allaha and olsun ki, mən
səndən bunu düz bir ildir ki, soruşmaq istəyirəm, lakin sənin heybətindən
qorxaraq etməmişəm”. Ömər: “Belə etmə, məndə olacağını zənn etdiyin bir
elm haqda məndən soruş. Onun haqda məlumatın varsa, sənə xəbər verərəm”.
Sonra isə belə buyurdu: “Allaha and olsun ki, biz cahillikdə qadınlara bir
önəm qoymazdıq. Hətta Allah onlar haqda endirdiyini endirdi və onlar üçün
istədiyi bölgünü böldü. Bir dəfə mən özüm də bir işi fikirləşərkən, zövcəm
“Bəlkə belə belə edəsən?” deyə söylədi. Mən ona: “Sənə nə var bu işə
qarışırsan! Mənim istədiyim işə niyə soxulursan!” dedikdə, belə dedi: “Sənə
təəccüb edirəm ey İbn Xattab! Kiminsə səninlə kəllə-kəlləyə gəlməsini
istəmirsən. Halbuki, qızın Peyğəmbərə söz qaytarar və həmin günü o gəzəbli
405
keçirərdi”. Ömər: “Ridamı götürüb evimdən çıxdım və Həfsənin
yanına
gələrək ona belə dedim: “Ey qızım, sən Peyğəmbərlə söz güləşdirirsən və o,
bütün günü gəzəbli dolaşır?”. Həfsə: “Allaha and olsu ki, biz ona cox müraciət
edirik!” deyə cavab verdikdə, ona belə buyurdum: “Qızım! Bilirsən ki, mən
səni Allahın əzabından və Elçisinin qəzəbindən çəkindirirəm! Nə badə səni,
Onun bəyəndiyi gözəlliyin və Peyğəmbərin sənə olan sevgisinə güvənmən,
aldatsın!” Sonra çıxaraq qohumlarımdan olan Ummu Sələmənin
yanına
gəldim və mənə Ummu Sələmə
belə dedi: “Sənə təəccüb edirəm, ey İbn
Xəttab, hər bir şeyə qarışdın. İndi də Peyğəmbərlə zövcələrinin arasında
olana qarışmaq istəyirsən?!” Onun sözü mənə elə təsir etdi ki ,özümdə hiss
etdiyim hirsimi yatırtdım və mən onun yanından dərhal çıxdım. Mənim
ənsarlardan olan bir dostum vardı. Mən olmayanda mənə xəbər gətirər, o
olmayanda isə, mən ona xəbər çatdırardım. O günlər biz Ğassan
hakimlərindən birindən qorxurduq. Bizə onun üzərimizə hücum etmək
istəməsi xəbəri gəlmişdi və sinəmiz ondan qorxu ilə dolmuşdu. Ənsar dostum
gələrək qapını döydü və “Aç! Aç!” deyə söyləndikdə, Mən: “Ğassan gəlib?”
deyə ondan soruşdum. O, “Bundan daha pis bir şey olub, Peyğəmbər
zövcələrindən ayrılıb”. dedi. Mən: “Aişə
və Həfsənın
burnu yerə
sürünsün” deyib libasımı götürüb çıxdım və Peyğəmbərin yanına gəldim.
Bir də baxdım ki, Peyğəmbər yataq odasına nərdivanla qalxır. Qara köləsi
isə nərdivanın başında dayanıb. Mən “Bu, Ömərdir” deyib izin istədim və ona
hekayəni anlatdım. Ummu Sələmənin
sözlərinə çatdıqda, O gülümsədi.
Peyğəmbər həsirin üzərində oturmuşdu. Mənimlə onun arasında bir şey yox
idi, başının altında içi lif dolu dəri bir yastıq vardı. Ayaqlarının yanında bir
qaraz (dərini aşlamaq üçün istifadə olunan yarpaq) yığını vardı. Başının
üzərində isə aşılanmamış dərilər asılmışdı. Mən, Peyğəmbərin yan tərəfində
həsirin qoyduğu izi görüncə ağladım. O məndən: “Niyə ağlayırsan?” deyə
soruşduqda, belə dedim: “Ey Allahın Elçisi, Kisra və Qeysər (hökmdar
titulları) nələr içində yaşayırlar, sənsə nələr içində yaşayırsan?!”. Peyğəmbər:
“Dünyanın onlar üçün, axirətin bizim üçün olmasına məgər razı deyilsən?”
deyə buyurdu. (Buxari 4913, Muslim 3765, 1479/31)
406
945. Abdullah İbn Abbas deyir ki, mən çox istəyirdim ki, Ömərdən: «Əgər
ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünkü
(Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən hərəkət etməklə) qəlbləriniz
(onun barəsində bir qədər qeyri səmimiliyə, günaha) meyl etdi….» (ət-Təhrim
4) ayəsində xatırlanan Peyğəmbərin iki zövcəsi barəsində soruşum. Elə buna
görə də onunla birlikdə həcc ziyarətinə getdim. O, həcc ziyarətini bitirib geri
qayıtdıqda subaşına çıxmaq üçün yoldan kənara (uzaq bir yerə) çəkildi. Mən
407
də əlimdəki bir tuluq su ilə kənara çəkilib onu gözlədim. Nəhayət o gəlib çıxdı.
Mən tuluqdakı sudan onun əlinə tökdüm və o dəstəmaz aldı. Sonra mən
soruşdum: «Ey möminlərin əmiri! «Əgər ikiniz də (bu hərəkətinizə görə)
Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünkü (Peyğəmbərə əziyyət verməklə,
ona xoş getməyən hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri
səmimiliyə, günaha) meyl etdi….» ayəsində xatırlanan Peyğəmbərin iki
zövcəsi kimlərdir?» O dedi: «Ey İbn Abbas! Sənin sualın çox təəccüblüdür! Bu
Aişə
ilə Həfsədir!
» Sonra o, hədisi danışmağa başlayıb dedi: «Mən
və ənsarlardan olan bir qonşum Bənu Umeyyə İbn Zeyd tayfasında –
Mədinənin yaxınlığında yerləşən bir kənddə – qalırdıq. Biz növbə ilə
Peyğəmbərin yanına gedərdik. Bir gün mən gedib Peyğəmbərdən
eşitdiklərim əmrlər və s. (qadağalar, əvvəlki ümmətlərin başına gələnlər)
barədə ona xəbər gətirərdim, bir gün də o bütün bunlar barədə mənə xəbər
gətirərdi. Biz qüreyşlilər qadınlarımızı üstələyən bir tayfa idik. Mədinəyə
gəldikdə isə ənsar qadınların ərlərini üstələyən (onlara cavab qaytaran) bir
qövm olduğunu gördük. Bizim qadınlar onların ədəblərindən təsirləndilər. Bir
gün mən həyat yoldaşımın üstünə qışqırdım və o mənə cavab qaytardı. Mən
cavab qaytarmağı ona qadağan etdikdə o dedi: «Sən cavab qaytarmağı mənə
niyə qadağan edirsən? Allaha and olsun ki, Peyğəmbərin zövcələri ona
cavab qaytarırlar. Bəziləri hətta bu gün gecəyə qədər ondan üz döndərib».
Onun bu sözləri məni çox həyəcanlandırdı. Mən: «Doğrudan da onlardan bu
günahı edən ziyana uğramışdır!» dedim. Sonra libasımı geyib Həfsənin yanına
getdim. Mən ona dedim: «Ey Həfsə! Sizlərdən biri Allahın elçisini bu gün
gecəyə qədər qəzəbləndiribmi?» O: «Bəli» deyə cavab verdi. Mən dedim: «O
şəxs bədbəxt olmuş və xəsarətə uğramışdır! Sən əminsənmi Rəsulullahı
qəzəbləndirməklə Allahın qəzəbinə gəlib həlak olmayacaqsan? Allahın
Elçisindən çox şey (artıq xərclik və s.) istəmə, ona cavab qaytarma, ondan üz
döndərmə və nə ehtiyacın varsa məndən istə! Və qonşunun (yəni, Aişənin)
Peyğəmbərə səndən daha gözəl və daha sevimli olması əsla səni
aldatmasın!». O zaman biz: «Ğassanlılar bizim üstümüzə yürüş etmək üçün
atlarının ayaqlarını nallayırlar!» deyə öz aramızda danışırdıq. (Bir gün Bənu
Umeyyəli) yoldaşım öz növbəsində Rəsulallahın yanına getdi və gecə geri
döndükdə qapımı bərk-bərk döyüb dedi: «O (yəni, Ömər) oyaqdırmı?». Mən
həyacanlandım və onun yanına çıxdım. O dedi: “Dəhşətli bir hadisə baş
verib!”. O: “Nədir, Ğassanlılar hücum edib?” dedi. O: “Xeyr! Əksinə, bundan
da artıq dəhşətli hadisə baş verib. Allahın Elçisi zövcələrini boşayıb”. Ömər:
“Artıq Həfsə həlak oldu və ziyana uğradı. Mən bunun yaxın zamanlarda baş
verəcəyini zənn edirdim. Mən libasımı geyib Peyğəmbərin yanına getdim və
onunla birgə fəcr namazını qıldım. Sonra o, öz eyvanına qalxıb təkliyə çəkildi.
408
Mən Həfsənin yanına gəldim və onu ağlayan görüb dedim: «Nə üçün
ağlayırsan, məgər mən səni bu işdən çəkindirməmişdim? Allahın Elçisi sizi
boşayıbmı?”. Həfsə: «Mən bilmirəm, odur bax o, eyvandadır». Sonra mən
minbərin ətrafında oturan bir toplum səhabənin yanına gəldim. Onlardan
bəziləri ağlayırdı. Mən bir müddət onlarla oturduqdan sonra dözməyib onun
yanına, oturduğu eyvanın önünə gəldim və orada dayanan Peyğəmbərin
balaca, zənci xidmətçisinə dedim: «Ömər üçün izn istə (onun yanına daxil
olum)». O, içəri daxil olub Peyğəmbərlə danışdı. Sonra bayıra çıxıb dedi:
«Sənin xahişini ona çatdırdım, lakin o susdu». Mən minbərin ətrafında oturan
səhabələrin yanına gayıtdım. Bir az onlarla oturduqdan sonra dözməyib yenə
onun yanına gəldim və bu dəfə də o, eyni cavabı verdi. Mən bir daha minbərin
ətrafında oturan səhabələrin yanına gayıtdım. Bir az onlarla oturduqdan sonra
dözməyib yenə onun yanına gəldim. O bu dəfə də eyni cavabı verdi. Mən çıxıb
getdikdə o, məni çağırıb dedi: «Peyğəmbər sənə onun yanına daxil olmağa
izn verdi». Mən Peyğəmbərin yanına daxil olduqda gördüm ki, o, yerə
sərilmiş həsirin üstünə uzanıb, altına heç bir döşək qoymayıb və yerdəki qum
da onun böyrünə iz salıb. Özü də içərisi xurma lifi ilə doldurulmuş, dəridən
hazırlanan yastığa söykənmişdi. Mən ayaq üstə duraraq ona salam verdikdən
sonra dedim: «Ey Allahın elçisi, sən zövcələrini boşamısanmı?» O mənə nəzər
salıb: «Xeyr!» deyə cavab verdi. Mən: “Allahu Əkbər! Yenə ayaq üstə duraraq
dedim: «Ey Allahın elçisi! Təsəvvür et, biz qüreyşlilər qadınlarımızı üstələyən
bir qövm idik. Sonra qadınları ərlərini üstələyən bir qövmün yanına gəldik».
Peyğəmbər gülümsədi. Mən dedim: «Təsəvvür et, mən Həfsənin
yanına gəlib: «Qonşunun (yəni, Aişənin
) Peyğəmbər üçün səndən
daha gözəl və daha sevimli olması əsla səni aldatmasın!” dedim. Peyğəmbər
yenə təbəssüm etdi. Mən onun təbəssüm etdiyini görüb oturdum və evinə
nəzər saldım. Allaha and olsun ki, orada mən aşılanmış üç heyvan dərisindən
başqa gözə çarpan bir şey görmədim. Mən dedim: «Allaha dua et ki,
ümmətinin imkanlarını genişlətsin! Həqiqətən, farsların və rumluların
imkanları çox genişləndirilib, onlara dünyanın naz-nemətlərindən verilib.
Halbuki onlar Alaha ibadət etmirlər». O, dikəlib oturdu və dedi: «Ey İbn
Xəttab! Sən şəkk edirsən? Onlar o qövmdür ki, cah-cəlal onlara dünya
həyatında verilmiş və onlar üçün tezləşdirilmişdir». Mən dedim: «Ey Allahın
elçisi, mənim üçün (Allahdan) bağışlanma dilə!». Həfsə
, Aişəyə
Peyğəmbərin sirrini bildirdikdən sonra o, zövcələrini tərk etmiş və
qəzəbindən: «Bir ay mən onlara yaxınlaşmayaca-ğam!»demişdi. O zaman Uca
Allah da onu qınamışdı. İyirmi doqquz gün keçdikdən sonra o, ilk əvvəl
Aişənin yanına daxil oldu. Aişə
isə ona dedi: «Axı sən bir ay bizə
yaxınlaşmayacağına and içmisən! Mən bir-bir bu günləri saymışam. Artıq bu
409
iyirmi doqquzuncu gündür». Peyğəmbər: «Ay iyirmi doqquzdandır!». Bu ay
doğrudanda iyirmi doqquz oldu. Aişə: «Təxyir (seçmək, üstünlük vermək (əl-
Əhzab 28, 29)) ayəsi nazil oldu və o, zövcələrindən ilk əvvəl mənim yanıma
daxil olub dedi: «Doğrusu, mən sənə bir məsələni xatırlamaq istəyirəm. Sən
gərək tələsməyəsən və ata-ananla məsləhətləşəsən». Aişə: «Mən bilirəm ki,
valideynlərim səndən ayrılmağı mənə heç vaxt nəsihət etməmişlər».
Peyğəmbər : «Allah demişdir: «Ey Peyğəmbər! Zövcələrinə de: "Əgər siz dünya
həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla məmnun
edib gözəl tərzdə sərbəst buraxım, Yox, əgər Allahı, Onun Elçisini və Axirət
yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün
böyük bir mükafat hazırlamışdır”. (əl-Əhzab 28, 29). Mən dedim: «Buna görə
ata-anamla məsləhətləşim?! Axı mən həqiqətən də Allahı, Onun elçisini və
axirət yurdunu istəyirəm!». Sonra Peyğəmbər digər zövcələrinə də eyni
təklifi etdi və onlarda Aişə
kimi cavab verdilər. (Buxari 5191, Muslim
3768, 1479/34)
Üç Talaqla Boşanan Qadına Nəfəqə (Dolanışıq)
Verilməməsi
946. Aişə
rəvayət edir ki, Fatimə Binti Qeys
dediyi sözə görə
Allahdan qorxmur? Fatimənin (boşanmış qadın üçün): “Nə ev (yaşayış yeri),
nə də dolanışıq vardır” sözünü qəsd edir. (Buxari 5323, 5324, Muslim 3792,
1481/54)
947. Urvə İbn Zubeyr, Aişəyə
: “Həkəmin qızı filankəsi görmədinmi? Əri
onu (üç talaq) ilə boşadıqdan sonra qadın həmən (ərinin evini tərk etmişdir)”
dedim. Aişə: “(Qadın, ərinin evini) tərk etməklə nə pis iş görmüşdü” dedi.
Urvə: “Sən Fatimə Binti Qeysin
(boşandığı zaman evindən çıxmasına izin
verildiyi) haqda eşitmədinmi?” dedim. Aişə: “Sənin zikr etdiyin bu hədisdə
Fatimənin
xeyrinə heç bir yoxdur (çünki bu hökm yalnız ona aid idi.
Fatimə
kimsəsiz bir məkanda idi, o yerdə ona təhlükə olduğu üçün
410
Peyğəmbər ona evdən çıxmasına rüxsət vermişdi)”. (Buxari 5325, Muslim
3793, 1481/55)
Əri Ölmüş Qadınla Digər Qadınların Doğduqdan Sonra
İddə Müddətinin Bitməsi
948. Subeya Binti Həris əl-Əsləmi rəvayət edir ki, Bədr döyüşündə iştirak etmiş
Sad İbn Xauvlənin nigahı altında idim. O, Amir İbn Lueyy oğullarından idi.
Mən hamilə ikən ərim Vəda Həccində dünyasını dəyişdi. Ərinin ölümündən
dörd ay on gün keçmədən əvvəl doğduğumu və nifasdan təmizləndikdən
sonra istəyənlər üçün bəzənib geyindim. Bu vaxt AbdudDar oğullarından olan
Əbu Sənəbil İbnu Bəakək idi. (Subeyyənin yanına gəlib onun bəzənmiş
olduğunu gördükdə dedi: “Bu nə hal? Səni İstəyənlr üçün bəzəndiyini
görürəm? Zənn edirəm ki, ərə getmək istəyirsən. Vallahi (ərinin ölümündən)
dörd ay on gün keçmədikcə evlənməzsən?” dedikdən sonra Subeyyə axşam
libasını geyinərək Peyğəmbərin yanına gedib vəziyyəti ona xəbər verdi.
Peyğəmbər: “Uşağı doğduqdan sonra evlənməyə halal olduğuma fətva verdi
və mənə istəsən evlənə biləcəyimi əmr etdi”. (Buxari 3990, Muslim 3795,
1484/56)
949. Ummu Sələmə
, Əbu Sələmədən rəvayət edir ki, bir kişi gəlir İbn
Abbasın yanına. Əbu Hureyrə də orda idi. Adam İbn Abbasa: “Ərindən
qırx gün sonra doğan bir qadın haqqında xəbər ver” dedi. İbn Abbas: “Bu
qadının iddəti iki müddətdən (ərinin vəfat iddəti ilə hamilə iddətindən) ən
411
uzaq olanıdır” dedi. (Əbu Sələmə): “Hamilə qadınların gözləmə müddəti isə
onlar hamiləlikdən azad olana qədərdir...”. (ət-Taləq 4) ayəsini söylədim. Əbu
Hureyrə: “Mən qardaşım oğlunun rəyindəyəm” dedi. Bundan sonra İbn Abbas
Kureybi Ummu Sələmənin
yanına ondan soruşmaq üçün göndərdi.
Ummu Sələmə: “Subeyə əl-Əsləminin əri öldürüldükdə o, hamilə idi. Ərinin
ölümündən qırx gün sonra doğdu. Sonra ona evlənmək üçün eli gəldi və
Peyğəmbər onu nigah etdi. Sənəbil İbnu Bəakək onu istəyənlər (elçilər)
arasında idi”. (Buxari 4909, Muslim 3796, 1485/57)
(Ər Öldükdə) İddə Müddətində Yas Tutmanın Vacibliyi,
Bundan Başqa Yerlərdə Üç Gündən Ziyadə Yas Tutmağın
Haram Olması
950. Zeynəb Binti Cəhş
, Ummu Sələmə
, Zeynəb Binti Əbu Sələmə
Peyğəmbərin zövcəsi Ummu Həbibənin
atası Əbu Sufyan vəfat
etdiyi vaxt, yanına gəldim. Ummu Həbibə
sarı boya qatışıqlı bir ətir,
Xaluq (ətir) və ya başqa bir şey istədi. Ondan əvvəlcə bir cariyəyə, sonra isə öz
yanağına sürtdü və belə buyurdu: “Allaha and olsun ki, mən ətirə elə bir
ehtiyac duymuram, lakin Peyğəmbərin minbərin üzərində belə dediyini
eşitdim: “Allaha və Qiyamət gününə iman etmiş qadına üç gündən artıq yas
saxlamaq halal olamaz. Yalnız əri üçün dörd ay on gün saxlar”. Zeynəb:
412
“Sonra Zeynəb Binti Cəhşin
qardaşı vəfat etdiyi zaman, yanına gəldim.
Ətir istəyərək ondan üzünə sürtdü və belə buyurdu: “Allah and olsun ki, mən
ətirə elə bir ehtiyac duymuram, lakin Peyğəmbərin minbərin üzərində belə
dediyini eşitdim: “Allaha və Qiyamət gününə iman etmiş qadına üç gündən
artıq yas saxlamaq halal olamaz. Yalnız əri üçün dörd ay on gün saxlar.” Sonra
anam Ummu Sələmənin
belə dediyini eşitdim: “Bir qadın Peyğəmbərin
yanına gələrək belə dedi: “Ey Allahın Elçisi, qızımın əri vəfat edib və
(ağlamaqdan) gözündən şikayət edir. Ona sürmə çəkə bilərəmmi?”
Peyğəmbər: “Xeyr!” belə cavab verdi. Qadın bu istəyini iki və üç kərə təkrar
etdi və hər dəfə də: “Xeyr!” deyə buyurdu. Sonra: “Bu iddə dörd ay on
gündür. Halbuki, sizlərdən biriniz cahiliyyə dövründə (heyvan) təzəyi ilin
sonunda atar və (matəmdən çıxardı)”. Ravi Humeyd deyir ki, Zeynəbdən:
“Təzəyi ilin sonunda atardı, nə deməkdir?” deyə soruşduqda, o belə söylədi:
“Qadın əri öldüyü zaman kiçik bir evə girər və ən pis paltarını geyərdi. Bir il
keçənə kimi özünə ətir sürtməz və ya başqa təmizlik işləri etməəzdi. Bir ildən
sonra isə, bir heyvan, eşşək və ya qoyun, yaxud da bir quş gətirilər və onu
sıxa-sıxa bədəbinə sürtərdi. Əksər halda heyvan sıxılmaqdan ölərdi. Sonra
çıxar və ona (heyvan) təzəyi gətirilər və onu atardı. Bundan sonra istədiyi ətiri
və ya başqa bir şeyi sürtə bilərdi” dedi. (Buxari 5336, Muslim 3798, 3799, 1488,
1489)
951. Ummu Ətiyyə
rəvayət edir ki, ölüyə üç gündən artıq yas saxlamaq
bizə qadağan edilərdi. Yalnız ər üçün dörd ay on gün yas saxlamaq müstəsna
idi. (Bu müddət ərzində) biz nə sürmə çəkər, nə ətirlənər, nə də rəngli paltarlar
geyinərdik. Ancaq asbdan (Yəmən bürüncəyindən) başqa. Bizdən birimiz
heyzdən təmizləndikdən sonra qüsl etmək istədikdə ona "kustu əzfar"dan
68
istifadə etməyə rüxsət verilərdi. Həmçinin, cənazənin ardınca getmək bizə
qadağan edilərdi”. (Buxari 5341, Muslim 3815, 938/67)
68
“Burada “kustu əzfar” deyildikdə buxur nəzərdə tutulur. Buxur, yandırıldıqda ətir saçan qatrandır.
413
Lənət Kitabı
414
Lənətlər Kitabı
952. Səhl İbn Səad əs-Saidi rəvayət edir ki, Uveymir əl-Əcləni, Asim İbn Ədiy
əl-Ənsarinin yanına gələrək dedi: “Ey Asim, bir kişinin qadınının yanında
başqa bir kişinin (zina etdiyini) gördüyü zaman onu öldürməsinə necə
baxırsan? Siz də onu öldürərdiniz, başqa nə etsin? (Dörd şahidmi tapsın). Ey
Asim, mənim üçün bunu Peyğəmbərdən soruş”. Asim bunu Peyğəmbərdən
soruşdu. Peyğəmbər bu sualları bəyənməmiş və onu eyib etmişdir. Hətta
Asimə Peyğəmbərdən eşitdikləri ağır gəlmişdi. Asim əhlinin yanına
qayıtdıqda, Uveymir onun yanına gələrək ondan: “Ey Asim, Peyğəmbər nə
söylədi?” deyə soruşduqda, Asim ona belə demişdir: “Sən mənə xeyir
gətirmədin. Peyğəmbər sənin soruşduğun sualı bəyənmədi”. Uveymir:
“Allaha and olsun ki, bunu ondan soruşmamış əl çəkməyəcəm” dedi. Uveymir
yola düşərək gəlib insanların arasında Peyğəmbərin yanına çatdı və dedi:
“Qadınının yanında başqa bir kişini gördüyü zaman onu öldürməsinə necə
baxırsan? Siz də onu öldürərsiniz, başqa nə etsin?”. Peyğəmbər: “Artıq sən və
zövcən haqda (ayə) nazil olub, get qadını gətir” deyə buyurdu. Səhl: “Mən
insanlarla Peyğəmbərin yanında ikən onlar (ər və arvad) bir-birilə
lənətləşdilər. Qurtardıqda Uveymir: “Ey Allahın Elçisi, mən onu (nigahım
altında) saxlayacağam desəm, ona yalan demiş olaram” deyib, Peyğəmbər
ona əmr etmədən zövcəsini üç talaq deyərək boşadı”. İbn Şihəb: “Bu, artıq
(onların bu lənətləşməsi) lənət edənlərin sünnəti (adəti) olmuşdur” dedi.
(Buxari 5259, 5308, Muslim 3816, 3818, 492/1)
415
953. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbərin lənətləşən (ər və
arvad) haqda belə dediyini rəvayət edir: “İkinizində hesabı Allaha aiddir.
İkinizdən biriniz yalançıdır. Sənin ona qarşı heç bir yolun (dəlilin) yoxdur.
Kişi: “Ey Allahın Elçisi, bəs mənim (mehr olaraq verdiyim) malım nə olacaq?”
deyə soruşdu. Peyğəmbər: “Sənin malın yoxdur! (Mal sənə aid deyil). Onun
haqda dediyində (zina ittihamında) doğrusansa, bu malın onunla aranda halal
etdiyin əlaqənin əvəzidir. Yox, yalan demisənsə, sənə bu mal ondan daha
uzaqdır” deə buyurdu. (Buxari 5350, Muslim 3821, 1493/5)
954. İbn Ömər rəvayət edir ki, Peyğəmbərin (zamanında) ər və arvabd
arasında lənətləşmə oldu. Adm qadında doğulacaq uşağı rədd etmişdir, bunun
üzərinə Peyğəmbər ər və arvad arasını arasını ayırmış və uşağı da qadına
(anaya) verdi”. (Buxari 5315, Muslim 3825, 1494/8)
955. İbn Abbas rəvayət edir ki, Peyğəmbərin yanında lənətləşmədən zikr
olundu. Asim İbn Adiy bu haqda (sərt) bir söz söyədi. Asim bundan sonra
Peyğəmbərin yanından çıxdı. Sonra onun qövmündən bir nəfər gəlib şikayət
etdi və dedi: “Arvadımla bir (yad) kişi olduğunu (gördüm)”. Asim: “Mən bu
bəlaya yalnız öz sözümün (dilimin bəlasına) düşdüm” dedi. Həmən adamı
Peyğəmbərin yanına aparıb və Peyğəmbərə qadını ilə (yad) kişi
tutduğunu xəbər veridi. Bu adam sarı (dərili) idi, əti az (arıq), saçı düz və
sallanan idi. Bu adamın arvadının yanında olduğunu iddia etdiyi adam isə
cüssəli, qara və çox ətli (kök) idi. Peyğəmbər: “Ya Rəbbim! Bu məsələnin
hökmünü bəyan et!” deyə buyurdu. Sonra o, qadın ərinin vəsf etdiyi kişiyə
bənzər bir uşaq dunyaya gətirdi. Peyğəmbər onların ər və arvad arasında
416
lənətləşmə etdi. Bir nəfər məclisdə İbn Abbasa deyir: “Bu qadın,
Peyğəmbərin: Əgər mən bir kimsəni dəlilsiz rəcm etsəydim bu qadını rəcm
edərdim” buyurduğu qadın budur?”. İbn Abbas: “Xeyr, bu o, qadındır ki,
İslam içində bu əməlini açıq edən idi” dedi. (Buxari 5310, Muslim 3831,
1497/12)
956. Muğira İbn Şöbə deyir ki, Sad İbn Ubadə deyir ki: “Əgər mən yad bir
kişini öz arvadımla görsəydim onu qılıncla doğrayardım (iti tərəfilə
vurardım)». Onun bu sözləri Peyğəmbər çatdı və o: “Sadın qısqanclığı
(qeyrəti) sizi təəcübləndirirmi? Vallahi mən ondan da qısqancam, Allah isə
məndən də qısqancdır (qeyrətlidir). Allah bu qısqanclığına görə açıq və gizli
olan bütün çirkin əməlləri haram etmişdir. Allahdan daha çox dəlil sevən
yoxdur. Bax, bunun üçün də bir çox müjdələyən və qorxudan Peyğəmbərlər
göndərmişdir (Başqa rəvayətdə: Bax buna görə də Allah peyğəmbərlərini
göndərmiş və kitablarını endirmişdir) Təriflənməyi Allahdan daha çox sevən
bir kimsə yoxdur. Buna görə Uca Allah Öz nəfsini tərifləmiş və ona itaət
edənlərə Cənnəti vəd etmişdir” deyə buyurdu. (Buxari 7416, Muslim 3837,
1499/17)
957. Əbu Hureyra rəvayət edir ki, (bir dəfə) bir nəfər Peyğəmbərin yanına
gəlib dedi: “Ya Rəsulullah, mənim (özüm də, zövcəm də ağ dərili olduğumuz
halda) uşağım qara dərili doğuldu.” Peyğəmbər: “Sənin dəvələrin varmı?”
Adam: “Bəli!” dedi. Peyğəmbər: “Nə rəngdədir?” deyə buyurdu. (Adam):
“Qırmızıdır” dedi. Peyğəmbər: “Aralarında boz rəngli olanı varmı?” deyə
buyurdu. (Adam): “Bəli” deyə cavab verdi. Peyğəmbər: “Hardandır onlar?”
(Adam): “Ola bilsin ki, irsən keçmişdir.” Peyğəmbər: “Ola bilsin ki, sənin
uşağına da irsən keçmişdir.” (Buxari 5305, 6847, Muslim 3839, 1500/18)
417
Dostları ilə paylaş: |