Al-lulu vəl-mərcan


Muhaqalə, Muzabənə Və Muxabərədən, Meyvəni



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə33/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

 

 

Muhaqalə, Muzabənə Və Muxabərədən, Meyvəni 



Yetişməmiş Satmaq Və Bir Neçə İllik Satış Olan 

Muavəmənin Nəhy Olunması  

 

 



 

992. Cabir İbn Abdullah  rəvayət edir ki, Peyğəmbər  Muxabəra (torpaqdan 

çıxan  məhsulun  üçdə  bir,  dörd  bir hissəsini  kirayə  vermək  və s.)  –  Muhaqalə 

(Yetişməmiş  dənli  bitkiləri  (hələ  sünbüldə  ikən)  yetişmiş  dənli  bitkilərə 

dəyişmək)  -  Muzəbənəni  (Təzə  xurmaların  quru  xurmalarla,  habelə  kişmişin 

üzümlə dəyişdirilməsi, yəni təzə meyvənin köhnə meyvə ilə dəyişdirilməsi) və 

meyvə yetişənə qədər ağacın üstündə (kal, yaş) meyvəni satmağı qadağan etdi. 

(Bu meyvələri də) dinar və dirhəmdən başqa bir şeylə mübadilə etmək olmaz. 

Yalnız “Ərayə”dən başqa. (Buxari 2381, Muslim 3989, 1536/81) 

 

 

 

Yeri Kirayə Vermək 

 

 



 

993.  Cabir  İbn  Abdullah    rəvayət  edir  ki,  Səhabələr  (Peyğəmbərin   

zamanında)  ərazilərinin  məhsulun  üçdə  biri,  dördə  biri  və  ya  yarısı 


 

 

432 



müqabilində  zirâat  ederlerdi.  Bundan  sonra  Peyğəmbər    buyurdu:  “Kimin 

ərazisi  varsa  onu  özü  əksin  və  ya  Din  qardaşına  versin  (əkdirsin).  Bunu  da 

etməzsə (kirayə verməyib) ərazisini boş saxlasın”. (Buxari 2341, 2632, Muslim 

3999, 1536/89)  

 

 

 



994.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kimin  ərazisi 

varsa onu özü əksin  və  ya Din  qardaşına  versin (əkdirsin).  Bunu  da  etməzsə 

(kirayə verməyib) ərazisini boş saxlasın”. (Buxari 2340, Muslim 4013, 1544/102)  

 

 



 

 

995.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    Muzəbənə  



Muhaqaləni  qadağan  etdi.  Muzəbənə  xurmanın  üzərində  meyvəsini  almaq, 

Muhaqalə - yeri kirayə verməkdir”. 

(

Buxari 2186, Muslim 4016, 1546/105) 



 

 

 



996.  İbn  Ömər    öz  əkin  sahələrini  Peyğəmbərin  ,  Əbu  Bəkrin,  Ömərin, 

Osmanın dövründə və Müaviyənin xilafətinin əvvəlki illərində kirayə verərdi. 

Sonra ona  xəbər  verdilər  ki,  Rafi  İbn  Xədic    Peyğəmbərin    əkin  sahələrini 

kirayə verməyi qadağan etdiyini rəvayət edir. Onda ibn Ömər Rafinin yanına 

gedib  (bu  haqda)  ondan  soruşdu.  Rafi:  “Peyğəmbər    əkin  sahələrini  kirayə 

verməyi qadağan etmişdir” dedi. İbn Ömər: “Sən bilirsən ki, biz Peyğəmbərin 

  zamanında  əkin  sahələrimizi  çay  kənarında  bitən  bitkilərin  və  müəyyən 

miqdar saman müqabilində kirayə verərdik.” (Buxari 2343-2344, Muslim 4020, 

1547/109) 

 

 

 

Yeri, Yemək (Buğda, Arpa) Müqabilində Kirayə Vermək  

 


 

 

433 



 

 

997.  Rafi  İbn  Xədic    əmisi  Zuheyr  İbn  Rafidən    rəvayət  edib  demişdir: 



“Peyğəmbər    bizim  üçün  asan  olan  bir  şeyi  bizə  qadağan  etmişdir.”  Mən 

dedim: “Peyğəmbər   nə demişdirsə, hamısı doğrudur.”(Zuheyr davam edib) 

dedi:  “(Bir  dəfə)  Peyğəmbər    məni  çağırıb  soruşdu:  “Əkin  sahələrinizdə  nə 

işlər  görürsünüz?”  Dedim:  “Biz  o  sahələri,  (oradan  götürüləcək  məhsulun) 

dörddə biri, yaxud bir neçə vəsq xurma ya da arpa müqabilində kirayə veririk.” 

O buyurdu: “Belə etməyin! Ya özünüz bu sahələrdə əkin, ya onu (havayı olaraq) 

başqalarına  verin,  ya  da  orada  heç  nə  əkməyin!”.  (Rafi  İbn  Xədic)  dedi: 

“Eşidirəm və itaət edirəm!” (Buxari 2339, Muslim 4031, 1548/114) 

 

 

 

Mənihə (Əvəzsiz Kirayə Vermək) Olaraq Verilən Yer 

 

 

998. Amr demişdir: “(Bir dəfə) mən Tavusa dedim: “Muxabərəni”



73

 tərk etsən 

yaxşı  olar.  Çünki  camaat  Peyğəmbərin    bunu  qadağan  etdiyini  söyləyir”. 

Tavus: “Ey Amr, mən onlara (kirayəyə əkin sahəsi) verir və onları ehtiyacdan 

qurtarıram.  Onların  ən  ağıllısı  –  İbn  Abbas  –  mənə  xəbər  vermişdir  ki, 

Peyğəmbər    bunu  qadağan  etməmişdir.  Fəqət  o  buyurmuşdur:  “Birinizin, 

(əkin  sahəsini)  öz  qardaşına  havayı  verməsi,  onun  üçün  (həmin  torpağı 

müəyyən  muzd)  müqabilində  kirayə  verməsindən  daha  xeyirlidir.”  (Buxari 

2330, 2342, Muslim 4040, 1550/121) 

 

 



 

 

 



 

                                                

73

 İcarəyə götürülmüş torpaqdan yığılan məhsulun bir hissəsini icarə haqqı olaraq torpaq sahibinə vermək. 



 

 

434 



 



 

 

 

 



 

Su İlə Təmin Etmək 

Kitabı 

 

 



 

 

 


 

 

435 



 

 

Meyvə Və Əkinin Bir Qismi Müqabilində Əl-Musaqat 



(Bağ-Bağçaya Onda Bitən Məhsulun Bir Qismi 

Müqabilində Baxmaq) Və Torpaqla Meyvə Və Əkin 

Məhsulunun Bir Qismi Müqabilində Müamələ Etmək 

 

 



 

999. Abdullah İbn Ömər  demişdir: “Peyğəmbər  Xeybər (yəhudilərinə) əkin 

sahələrindən götürdükləri məhsulun yarısını vermək şərtilə o torpaqları onlara 

icarəyə  verdi.  Peyğəmbər    zövcələrinə  yüz  vəsq  –  səksən  vəsq  xurma  və 

iyirmi  vəsq  arpa  verərdi.  Sonralar  Ömər  Xeybəri  (müsəlmanlar  arasında) 

bölüşdürdü və Peyğəmbərin  zövcələrinə seçim verdi ki, istər (paylarına) düşən 

suları  və  torpaq  sahələrini  götürsünlər,  istərsə  də  (əvvəlki  kimi)  onlara 

məhsuldan pay ayrılsın. Bəziləri torpağı, bəziləri də məhsulu seçdilər, Aişə isə 

torpağı seçdi.” (Buxari 2328, Muslim 4045, 1551/2) 

 

 



 

1000. İbn Ömər   demişdir: “Ömər İbn Xəttab   yəhudi və xristianları Hicaz 

torpağından  qovub  çıxarmışdır.  Peyğəmbər    Xeybər  fəth  edildiyi  zaman 

yəhudiləri oradan çıxarmaq istəmişdi. Xeybər fəth edildikdən sonra o torpaqlar 

Allaha,  Onun  elçisinə    və  müsəlmanlara  məxsus  olmuşdu.  Peyğəmbər   

yəhudiləri oradan çıxarmaq  istədikdə onlar Peyğəmbərdən   xahiş  etdilər  ki, 

onlara 

həmin 


torpaqlarda 

işləyib 


götürdükləri 

məhsulun 

yarısını 

müsəlmanlara  vermək  şərtilə  orada  qalmağa  izn  versin.  Onda  Peyğəmbər   

onlara  dedi:  “(Bu  şərtlərlə siz)  bizim istədiyimiz qədər orada  qala  bilərsiniz.” 

Beləliklə,  Ömər    onları  Teymaya  və  Əriyhaya

74

 qovanadək  onlar  orada 



qaldılar.” (Buxari 2338, Muslim 4049, 1551/6)  

                                                

74

 Teyma – Ərəb yarımadasının şimalında yerləşən ərazi; Əriyha – Şam şəhərlərindən biri. 



 

 

436 



 

 

Ağac Əkməyin Və Əkin Əkməyin Fəziləti  

 

 

 



1001.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hansı  bir  müsəlman 

ağac basdırarsa və ya (taxıl və s.) əkərsə, sonra da quşlar, insanlar və heyvanlar 

onun  (məhsulundan)  yeyərsə,  bu,  mütləq  ona  sədəqə  sayılar.”  (Buxari  2320, 

Muslim 4055, 1553/12)  

 

 

 

Tələfat Üz Verərsə Hesabda Düşmək 

 

 

 



1002.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    xurmalar  yetişənədək  onları 

satmağı  qadağan  etdi.  (Bir  nəfər) ondan:  “Yetişənədək  nədir?”  deyə soruşdu. 

O:  “(Yəni)  qızaranadək”  deyə  buyurdu.  Sonra  (buna  əlavə  edib)  dedi:  “De 

görüm,  əgər  (ağac)  Allahın  istəyi  ilə  bar  verməsə,  siz  nəyin  əsasında 

qardaşınızın malını alacaqsınız?!”. (Buxari 2198, Muslim 4060, 1555/15)  

 

 

 

Borcun Bir Qismini Hesabdan Keçirməyin Müstəhəb 

Olması  

 

 



 

1003.  Aişə 

  demişdir:  “(Bir  dəfə)  Peyğəmbər    qapının  önündə  səslərini 



qaldıraraq  mübahisə  edən  iki  nəfərin  səsini  eşitdi.  Onlardan  biri  digərindən 

 

 

437 



borcun  bir  hissəsindən  vaz  keçərək  yaxşılıq  etməyi  tələb  edir,  o  birisi  isə: 

“Vallahi ki, bunu edən deyiləm” deyirdi. Peyğəmbər  onların qarşısına çıxıb 

dedi: “Kimdir o yaxşılıq etməyəcəyinə dair Allaha and içən?” (And içən adam) 

dedi:  “Mənəm,  ya Rəsulullah.  (Sən  ki  bu işə  qol qoydun,)  qoy o  istədiyi  kimi 

olsun!” (Buxari 2705, Muslim 4066, 1557/19)  

 

 



 

1004.  Kəb  İbn  Malik    rəvayət  edir  ki,  (bir  dəfə)  məsciddə  o,  İbn  Əbu 

Hədrəddən  ona  verdiyi  borcu  qaytarmağı  tələb  etdi  və  onlar  səslərini 

qaldırmağa başladılar. Nəhayət, Peyğəmbər  evində ikən onların səsini eşidib 

bayıra çıxdı və otağının pərdəsini açıb uca səslə: “Ey Kəb!” deyə çağırdı. (Kəb): 

“Əmrinə  müntəzirəm,  ya  Rəsulallah!”  deyə  cavab  verdi.  Peyğəmbər    əli  ilə 

işarə  edib  dedi:  “Alacağından  bu  qədərini  (yəni  yarısını)  bağışla”.  Kəb: 

“Bağışladım,  ya  Rəsulallah!”  Onda  Peyğəmbər    (İbn  Əbu  Hədrədə):  “Qalx, 

borcunu ödə!” deyə əmr etdi. (Buxari 457, Muslim 4067, 1558/20)  

 

 

 

Satdığı Malı İflas Edən Müştərinin Əlində (Gördüyü) 

Zaman Onu Geri Ala Bilər  

 

 



 

1005. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər kim satmış 

olduğu malını, iflasa uğramış kimsənin və ya insanın yanında görərsə o, kimsə 

o mala sahib olmağa başqalarından daha haqlıdır”. (Buxari 2402, Muslim 4070, 

1559/22)  

 

 

 

Fəqirə Möhlət Verməyin Müstəhəb Olması 

 


 

 

438 



 

 

1006.  Huzeyfə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mələklər  sizdən 



əvvəl  yaşamış  insanlardan  birinin  canını  aldıqda  (ondan)  soruşdular:  “Heç 

xeyirxah  bir  iş  görmüsənmi?”  O  dedi:  “Mən  həmişə  öz  xidmətçilərimə 

(borcunu qaytarmağa) imkanı olan adama belə möhlət verməyi və ona güzəştə 

getməyi  əmr  edərdim.”  Allah  da  onu  bağışladı.  (Buxari  2077,  Muslim  4076, 

1560/26)  

 

 



 

1007. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir tacir vardı, 

insanlara borc verərdi. Borclunu fəqir gördüyü zaman  xidmətçilərinə xitabən: 

“Borcluya  möhlət  verməyi  və  ona  güzəştə  getməyi  əmr  edərdim,  umulur  ki, 

Allah da bizlərə rəhm edər. Bu əməlinə görə Allah da o, taciri əff etdi”. (Buxari 

2078, Muslim 4081, 1562/31)  

 

 

 

Zənginin Borcunu Uzatmasının Haram Olması, Həvalə 



Etməyin Səhih Olması Və Zənginə Həvalə Edildiyi Zaman 

Onu Qəbul Etməsinin Müstəhəb Olması  

 

 



 

1008. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İmkanlı adamın 

(ödəyəcəyi borcu) gecikdirməsi zülmdür. (Odur ki,) əgər birinizin borcu varlı 

adama  həvalə  edilərsə,  qoy  buna  razılıq  versin.”  (Buxari  2287,  Muslim  4085, 

1564/33)  

 

 

 

Suyun Atıq Qalan Hissəsini Satmağın Qadağan Olması 

 

 



 

 

439 



 

1009.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Otlaqda 

(otlayan qoyunların) artıq qalmış sudan içməyinə maneçilik törətmək olmaz

75

” 



(Buxari 2353, Muslim 4089, 1566/36)  

 

 

 

İtin Pulu, Kahinin Pulu Və Fahişənin Pulunun Haram 

Olması  

 

 



 

1010.  Əbu  Məsud  əl-Ənsari    rəvayət  etmişdir  ki,  Peyğəmbər    itin 

müqabilində  verilən  pulu,  zinakar  qadının  qazandığı  pulu  və  kahinə  verilən 

pulu  götürməyi  qadağan  etmişdir.”  (Buxari  2237,  2282,  5761,  Muslim  4092, 

1567/39)  

 

 

 

Köpəklərin Öldürülməsinin Əmr Edilmsi 

 

 



 

1011.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    itlərin  öldürülməsini  əmr 

etdi”. (Buxari 3323, Muslim 4099, 1570/43)  

 

 



 

1012.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Mal-qaranı) 

qorumaq  və  ov  ovlamaq  məqsədilə  saxlanılan  itdən  başqa  bir  it  saxlayan 

kimsənin  xeyirli  əməlindən  (savabından)  hər  gün  bir  Qirat  azalar”.  (Buxari 

5482, Muslim 4106, 1574/50)  

                                                

75

 Bu  o  deməkdir  ki,  əgər  su  quyusunun  ətrafında  otlaq  varsa  və  orada  bu  quyudan  başqa  heç  bir  quyu 



yoxdursa,  quyu  sahibi  orada  otlayan  qoyunların  su  içməsinə  mane  olmamalıdır.  Çünki  əgər  qoyunlar 

doyunca otladıqdan sonra su içməsələr, otlamağa davam edə bilməyəcək və belə olduğu təqdirdə çobanlar 

məcbur qalıb başqa su hövzələri axtaracaqlar. Buradan da belə nəticə çıxır ki, onların su içməsinə mane ol-

maq, elə onların otlaqda otlamasına mane olmaq deməkdir. Bunu etmək isə qadağandır. 



 

 

440 



 

 

 



1013.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İt  saxlayan 

adamın  gündəlik  olaraq  savabından  bir  qirat  azalar.  Yalnız  əkin  sahəsini  və 

mal-qaranı qoruyan itdən başqa.” (Buxari 2322, Muslim 4115, 1575/59)  

 

 



 

1014.  Sufyan  İbn  Əbi Zuheyr    rəvayət  edir  ki, Peyğəmbər    buyurdu:  “Hər 

kim nə əkin sahəsini nə də mal-qara qorumaq (ov) üçün bir it saxlayarsa onun 

savabından  hər  gün  bir  qirat  azalar”.  Ravi:  “Həqiqətən  sən  bu  hədisi 

Rəsulullahdan  eşitdin?”  deə soruşdu.  O,  (Kəbəyə)  işarə  edərək:  “Bu  məscidin 

Rəbbinə and olsun eşitdim” dedim. (Buxari 2323, Muslim 4119, 1576/61) 

 

 

 

Hicamaya Görə Alınan Pulun Halal Olması 

 

 

 



1015.  (Bir  dəfə)  Ənəsdən    həcəmət

76

 qoyan  adamın  qazancı  barədə 



soruşdular.  Dedi:  “(Bir  vaxt)  Əbu  Teybə  Peyğəmbərdən    qan  aldı  və 

Peyğəmbər  ona iki saa yemək verdi, üstəlik onun ağaları ilə danışdı və  onlar 

(gündəlik  olaraq  ondan  aldıqları  xəracın  miqdarını)  bir  qədər  azaltdılar”. 

Peyğəmbər:  “Müalicə  olunmağınız  üçün  istifadə  etdiyiniz  ən  gözəl  şey 

həcəmət  və  dənis  qustudur.”Həmçinin  demişdir:  “Uşaqlarınızın  (şişmiş) 

badamcıq (boğaz) vəzilərini (barmaqla) basaraq onlara əzab-əziyyət verməyin. 

Onları qustla müalicə edin.” (Buxari 5696, Muslim 4121, 1577/62) 

 

 



                                                

76

 Müalicə  məqsədilə  baş,  kürək  və  bədənin  başqa  nahiyələrindən  qan  almaq  üçün  işlədilən  buynuzşəkilli 



alət. 

 

 

441 



 

1016.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    qan  aldırmış  və  bunun 

müqabilində  qan  alan  kimsəyə  pulunu  verdi  və  burnuna  dərmn 

damcılatmışdır”. (Buxari 5691, Muslim 4124, 5879, 1202/65)  

 

 

 

Şərab Satmağın Haram Olması 

 

 

 



1017. Aişə 

 rəvayət edir ki, “əl-Bəqərə” 275-279 surəsindəki sələm haqqında 



ayələr  nazil  olduqda  Peyğəmbər    məscidə  gəlib  onları  camaata  oxudu. 

Bundan  sonra  o,  şərabın  alış-verişini  haram  buyurdu.  (Buxari  459,  Muslim 

4130, 4131, 1580/70) 

 

 

 

Şərab, Leş, Donuz Və Bütləri Satmağın Haram Olması  

 

 



 

1018. Cabir İbn Abdullah  Məkkənin fəth edildiyi il Peyğəmbərin  Məkkədə 

ikən  belə  dediyini  eşitmişdir:  “Allah  və  Onun  Elçisi  şərabın,  ölü  heyvanın, 

donuzun  və  bütlərin  satılmasını  haram  etmişdir.”  (Ona)  dedilər:  “Ya 

Rəsulullah,  gəmilərin  (böyürlərinin  və  altının)  cilalanması,  dərilərin 

yağlanması və (evlərin və s.) işıqlandırılması üçün istifadə edilən ölü heyvanın 

piyi  haqqında  nə  deyə  bilərsən?”  Peyğəmbər:  “Xeyr,  bu  haramdır!”  deyə 

buyurdu, sonra da əlavə edib dedi: “Allah yəhudiləri məhv etsin! Allah onlara 

heyvanın  piyindən  (istifadə  etməyi)  haram  buyurduqda,  onlar  onu  əridib 

satdılar və pulunu yedilər.” (Buxari 2236, Muslim 4132, 1581/71)  

 


 

 

442 



 

 

1019. İbn Abbas  rəvayət edir ki, Ömər İbn Xattaba  xəbər çatdı ki, filankəs 



şərab  satır.  Ömər:  “Allah  onu  öldürsün!  Rəsulullahın    belə  buyurduğunu 

eşitdim: “Allah Yəhudiləri öldürsün (lənət etsin). Onlara (heyvanların) piyləri 

haram  edildi.  Lakin  onlar  bu  yağları  əritdilər  və  satdılar”.  (Buxari  2223, 

Muslim 4134, 1582/72)  

 

 

 



1020.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah 

Yəhudilərə  lənət  etsin.  Onlar  (heyvanların)  piyləri  haram  edilmişdir.  Lakin 

onlar  bu  yağları  satdılar  və  gəlirini  də  yedilər”.  (Buxari  2224,  Muslim  4136, 

4137, 1583/73)  

 

 

 

Riba Babı 

 

 

 



1021. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qızılı qızıla 

ancaq (ikisi də) eyni olduğu halda dəyişin və birini digərindən artıq etməyin

77



Gümüşü  də  gümüşə  (ikisi  də)  ancaq  eyni  olduğu  halda  dəyişin  və  birini 



digərindən artıq etməyin. Bir də ki, əldə olmayan (qızıl və gümüşü) əldə olana 

dəyişməyin

78

”. (Buxari 2177, Muslim 4138, 1584/75)  



 

 

 

Qızıl Və Gümüşün Nisyə Satmağın Qadağan Edilməsi  

 

                                                



77

 Az verib çox almayın, yaxud əksinə, çox verib az almayın. 

78

 Bununla  Peyğəmbər    qızılın  və  gümüşün  nisyə  olaraq  alınmasını  və  ya  satılmasını  qadağan  etmişdir.  Bu 



mübadilə yalnız əlbəəl olmalıdır. 

 

 

443 



 

 

1022. Əbu Minhal demişdir: “Mən Bəra İbn Azibdən  və Zeyd İbn Ərqamdan 



  mübadilə  barəsində  soruşdum.  Onların  hər  biri  (digəri  haqqında):  “O 

məndən  yaxşı  (bilir)”  dedi,  sonra  ikisi  də  eyni  cavabı  verdi:  “Peyğəmbər  

qızılı borc olaraq gümüşlə dəyişdirməyi qadağan etmişdir”. (Buxari 2180, 2181, 

Muslim 4156, 1589/87)  

 

 

 



1023. Əbu Bəkr  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Gümüşü gümüşlə, 

qızılı  qızılla  dəyişməkdən  (satmaqdan)  qadağan  etdi  (Başqa  rəvayətdə: 

Sələmdir,  yalnız  onun  eyni  miqdarda  və  əlbəəl  dəyişdirilməsi  istisnadır). 

Yalnız  ikisi  də  eyni  olduğu  zaman  dəyişmək  müstəsnadır.  Peygəmbər   

bizlərə  Qızılı  gümüşlə,  gümüşü  də  qızılla  istədiyiniz  kimi  (çəki,  miqdar  fərq 

etmədən) dəyişdirə bilərsiniz deyə əmr etdi”. (Buxari 2182, 2132, Muslim 4157, 

1590/88)  

 

 

 

(Buğda Və Arpanın) Misli Mislinə Satılması 

 

 



 

1024.  Əbu  Səid əl-Xudri  və  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    bir 

nəfəri  Xeybərə  əmir  təyin  etdi.  O  adam  Peyğəmbərə    cənib  xurmaları 

gətirdikdə Peyğəmbər  soruşdu: “Xeybərin bütün xurmaları belədir?” Adam: 

“Vallahi, xeyr, ya Rəsulullah! Biz iki saa (başqa xurmadan) verib əvəzində bir 

saa (bu xurmadan), həmçinin üç saa (başqa xurmadan) verib əvəzində iki saa 

(bu xurmadan) götürürük” deyə cavab verdi. Peyğəmbər: “Belə etmə! Əvvəlcə 

(əlində  olan)  xurmaları  dirhəmə  sat,  sonra  da  cənibi  dirhəmlə  al.”  (Buxari 

2201-2202, 2303, 4244, 4245, Muslim 4166, 1593/95) 

 


 

 

444 



 

 

1025.  Əbu  Səid  əl-Xudri    demişdir:  “(Bir  dəfə)  Bilal    Peyğəmbərə    bərni 



xurması  gətirdi.  Peyğəmbər    ondan  soruşdu:  “Bu  haradandır?”  Bilal:  “Bizim 

köhnə  xurmamız  var  idi.  Mən  köhnə  xurmalardan  iki  saa  verib  bir  saa  (əla 

növ) xurma aldım ki, Peyğəmbər  ondan yesin. Peyğəmbər: “Ax! Ax! Bu, əsl 

ribadır!  Bu,  əsl  ribadır!  (Bir  də)  belə  şey  eləmə!  Əgər  (əla)  növ  xurma  almaq 

istəyirsənsə,  onda  əvvəlcə  köhnə  xurmanı  sat,  sonra  (istədiyin)  xurmanı  al.” 

(Buxari 2312, Muslim 4167, 4168, 1594/96)  

 

 

 



1026.  Əbu  Səid    demişdir:  “Bizə  qarışıq  xurma  verilərdi.  Biz  də  bundan  iki 

saa verib əvəzində bir saa (daha keyfiyyətli) xurma satın alardıq. Belə olduqda 

Peyğəmbər  buyurdu: “İki saa verib əvəzində bir saa almaq, iki dirhəm verib 

əvəzində bir dirhəm almaq olmaz.” (Buxari 2080, Muslim 4169, 1595/98)  

 

 

 



1027.  Əbu  Səid  əl-Xudri    demişdir:  “Dinarı  dinara,  dirhəmi  dirhəmə

79

 



(dəyişmək olar).”(Hədisi rəvayət edən Saleh) demişdir: “Mən ona dedim: “İbn 

Abbas  belə demir axı?!” Əbu Səid ibn Abbasdan: “Sən bunu Peyğəmbərdən 

  eşitmisən,  yoxsa  Allahın  Kitabında  tapmısan?”  deyə  soruşdu.  İbn  Abbas: 

“Bu mənim sözüm deyil. Siz Allahın Elçisini  məndən yaxşı tanıyırsınız. Mən 

ancaq  Usamənin  mənə  rəvayət  etdiyini  deyə  bilərəm  ki,  Peyğəmbər    belə 

buyurmuşdur:  “Sələm  ancaq  nisyə  alverdədir”

80

.  (Buxari  2178,  2179,  Muslim 



4172, 1596/101)  

 

 

                                                

79

 Qeyd etmək lazımdır ki, burada dinar və dirhəm deyildikdə, bunların dəyərindən başqa çəkisi də nəzərdə 



tutulur. Yəni həmin çəkidə olan malları dəyişdirmək olar.  

80

 Bu ancaq eyni cinsdən olan malların mübadiləsinə aiddir.  



 

 

445 



 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin