Halal İlə Əməl Etmək Və Şübhəli Şeyləri Tərk Etmək
1028. Numən İbn Bəşir rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini
eşitdim: “Halal da bəllidir, haram da. Bunların arasında (halal yaxud haram
olduğu bəlli olmayan bəzi) şübhəli şeylər vardır ki, çox insanlar bunu
bilməzlər. Kim şübhəli şeylərdən çəkinsə, dinini və namusunu qorumuş olar.
Kim şübhəli şeylərə dalsa, (mal-qarasını) qoruğun kənarında otaran çoban
kimi, çox keçməz qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu vardır.
Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir. Diqqət
edin! Bədəndə bir ət parçası vardır. Əgər o yaxşı olarsa, bütün bədən yaxşı
olar, yox əgər korlanarsa, bütün bədən korlanar. Bilin ki, o (ət parçası)
qəlbdir.” (Buxari 52, Muslim 4178, 1599/107)
Dəvəni Satıb Tərkinə Minməyi İstisna Etmək
1029. Cabir rəvayət edir ki, özünə aid bir dəvə üzərində səfər edirdim.
Dəvəm yorulmuşdu. Peyğəmbər yanıma gəlib dəvəyə əli ilə vurdu və dua
etdi. Bundan sonra yorğun dəvə heç yorulmamış daha sürətlə yeriməyə
başladı. Peyğəmbər: “Bu dəvəni mənə bir Vaqiyyə müqabilində (qırx dirhəm
gümüşə) sat” deyə buyurdu. Cabir: “Xeyr, satmaram” dedi. Peyğəmbər: “Bu
dəvəni mənə bir Vaqiyyə müqabilində sat” deyə buyurdu. Bu dəfə mən dəvəni
ona satdım. Lakin məni ailəmin yanına minikdə aparmasını istədim. Mədinəyə
gəldikdə dəvəni Peyğəmbərə gətirdim. Peyğəmbər mənə (filankəsin əliylə)
dəvəmin pulunu verdi. Dönüb gedərkən arxamdan xəbərçi göndərib məni
çağırdı və buyurdu: “Mən sənin dəvəni almaram, bu dəvəni götür, o sənin
malındır”. (Buxari 2718, Muslim 4182, 715/109)
446
1030. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbərlə bərabər döyüşlərin
birində idik. Yolda Peyğəmbər mənə çatdı. Mən bizə aid olan su daşıyan bir
dəvənin üzərində idim. Dəvə yorulmuşdu, heç yerimirdi. Peyğəmbər: “Sənin
dəvənə nə olub” deyə buyurdu. Mən: “Yorulub” dedim. Peyğəmbər dəvənin
arxa tərəfinə keçib dəvəni danladı və dua etdi. Bundan sonra mənim dəvəm
digər dəvələrin önündə gedirdi. Peyğəmbər: “Dəvən necədir?” deyə buyurdu.
Mən: “Dəvə xeyirlə bərabərdir, ona sənin bərəkətin dəymişdir” dedim.
Peyğəmbər: “Onu mənə satarsan?” deyə buyurdu. Cabir: “Mən,
Peyğəmbərdən utandım. Halbuki bizim ondan başqa su daşıma dəvəmiz
yox idi. Bəli, sataram” dedim. Peyğəmbər: “Elə isə onu mənə filan qiymətə
ver” deyə buyurdu. Mən də dəvəni Mədinəyə evə çatana qədər belində
getmək şərtilə satdım. Cabir: “Ya Rəsulullah! Mən evliyəm!” dedim və ondan
öndə getmək üçün izn istədim. O, da mənə izn verdi. Mən də Mədinəyə
çatmaq üçün insanları önünə keçdim. Məni evdə dayım qarşıadı və dəvə
barəsində soruşdu. Ona dəvə ilə olan hadisəni danışdım. O, da başqa dəvəmiz
olmadığı üçün satdığıma görə məni danladı. Cabir: “Mən Peyğəmbərdən izn
istədiyim vaxt mənə: “Qızla, yoxsa dul ilə evləndin” deyə buyurdu. Mən: “Dul
ilə” dedim. Peyğəmbər: “Sən onunla, onun da səninlə oynayacaq bir qızla
evlənsəydin?” deyə buyurdu. Mən: “Ya Rəsulullah! Atam şəhid oldu. Mənim
kiçi yaşda bacılarım var. Onlara baxmayacaq, işlərini görməyəcək bir qızla
evlənməyi istəmədim. Onları bütün işlərini görsün deyə dul ilə evləndim.
Mədinəyə gəldikdə dəvəni Peyğəmbərə gətirdim. O,da mənə dəvənin
pulunu verdi, həm də dəvəni mənə geri qaytardı”. (Buxari 2967, Muslim 4184,
715/110)
447
1031. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər məndən iki
Vaqiyyəyə, bir dirhəm və ya iki dirhəm müqabilində bir dəvə aldı. Sırar
adlanan yerə çatdıqda əmr etdi bir inək kəsildi və cəmaat ondan yedilər.
Mədinəyə gəldiyimiz zamn isə çənə məscidə gəlib iki rükət namaz qılmağımı
əmr etdi və dəvəyə düşəcək pulu çəkib verdi mənə”. (Buxari 3089, Muslim
4189, 715/115)
Bir Kimsənin Borc Alıb Ondan Daha Xeyirlisini Verməklə
Borcunu Ödəməsi Və: “Sizin Ən Xeyirliniz Borcunu Ən
Yaxşı Ödəyəninizdir”
1032. Əbu Hureyra rəvayət edir ki, (bir dəfə) bir nəfər Peyğəmbərin
yanına gəlib ondan borcunu tələb etməyə başladı və onunla kobud danışdı.
Peyğəmbərin əshabələri ona qulaqburması vermək istədikdə Peyğəmbər
buyurdu: “Ona dəyməyin! Həqiqətən, borc yiyəsinin danışmağa haqqı var.”
Sonra əlavə edib dedi: “Ona dəvəsi yaşında olan bir dəvə verin!”. Səhabələr:
“Ya Rəsulullah, bizdə olan dəvə onun dəvəsindən yaşlıdır”. Peyğəmbər:
“(Bunu) ona verin! Həqiqətən, sizin ən xeyirliniz, (borcunu) ən gözəl şəkildə
ödəyəninizdir.” (Buxari 2306, Muslim 4194, 1601/120)
Girov, Səfərdə Və Daim Yaşadığı Yerdə Girov Qoymağın
İcazəli Olması
1033. Aişə
Peygəmbər bir Yəhudidən bir neçə müddətə ödəmək şərtilə
buğda alır. Və ona dəmirdən zirehini girov qoyur”. (Buxari 2068, 2386, Muslim
4199, 1603/125)
448
Sələm (Bir Neçə İllik Satış Etmək) Babı
1034. İbn Abbas demişdir: “Peyğəmbər Mədinəyə gəldiyi zaman (Mədinə)
sakinləri bir il və ya iki ildən sonra alacaqları xurmanın pulunu qabaqcadan
ödəyərdilər. Onda Peyğəmbər buyurdu: “Hər kim (alacağı xurmanın)
pulunu qabaqcadan ödəmək istəyirsə, qoy müəyyən edilmiş çəkisinə və
miqdarına görə (pul) ödəsin, təyin edilmiş vaxtda (veriləcəyinə) görə” (Buxari
2240, Muslim 4202, 1604/127)
Alış-Verişdə And İçməkdən Nəhy
1035. Əbu Hureyra demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“(Yalandan) and içmək malın satılmasına rəvac versə də, onun bərəkətini
aparır.” (Buxari 2087, Muslim 4209, 1606/131)
Şəriklik
1036.
Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər bölünməyən hər bir
şeydə şəriklik hökmü verdi. Sərhədlər bölünübsə, yollar təyin edilibsə artıq
şəriklik haqqı yoxdur”. (Buxari 2257, 2496, Muslim 4213, 1608/134)
449
Qonşunun Divarına Ağac Salmaq
1037. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Heç kəs öz
qonşusuna onun divarı dibində ağac basdırmağına mane olmamalıdır.” Sonra
Əbu Hureyra (onu dinləyənlərə) dedi: “Nə üçün siz bu işdən boyun qaçı-
rırsınız? Vallahi, mən bunu sizə daim xatırladacağam.” (Buxari 2463, Muslim
4215, 1609/136)
Zülm, Yer Qəsb Etmək Və S. Haram Olması
1038. Səid İbn Zeyd İbn Amr İbn Nofəl deyir ki, Ərva Bintu Uveys iddia etdi
ki, Səid İbn Zeyd onun haqqını tapdalamışdır deyə Mədinə vəlisi Mərvan
İbn Həkəmə şikayət etdi. Bu şikayət görə Səid: “Mən bu qadının haqqısı
tapdalamışam? Şəhadət edirəm mən Rəsulullahdan belə buyurduğunu
eşitdim: “Hər kim zülm edərək bir qarış yer belə alarsa heç şübhə yox ki,
Qiyamət günü (həmən yer parçası) yeddi qat onun boynuna halqa
(formasında) salınacaqdır”. (Buxari 3198, Muslim 4220, 1610/140)
1039. Əbu Sələmə İbn AbdurRahman İbn Auf , özü ilə qövmündən bəzi
kimsələr arasında münaqişə yarandığı zaman bunu Aişəyə ərz etdi. Aişə: “Ey
Əbu Sələmə! Yer (torpaq) qəsb etməkdən çəkin. Peyğəmbər buyurmuşdu:
“Hər kim zülm edərək bir qarış yer belə alarsa heç şübhə yox ki, Qiyamət günü
(həmən yer parçası) yeddi qat onun boynuna halqa (formasında) salınacaqdır”.
(Buxari 2453, Muslim 4222, 1612/142)
450
Yol Haqqında İxtilaf Edildikdə Yolun Nəqədər Olacağı
1040. Əbu Hureyra demişdir: “Peyğəmbər hökm vermişdir ki, əgər yol
üstündə mübahisə düşərsə, keçid üçün yeddi ərəş enində yol saxlamaq
lazımdır.” (Buxari 2473, Muslim 4224, 1613/143)
451
Miras Kitabı
452
Mirası Əhlinə Vermək, Yerdə Qalanı Ən Yaxın Olan Kişiyə
Vermək
1041. İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Miras paylarını
sahiblərinə verin
81
. Yerdə qalanı isə (ata tərəfdən) ən yaxın olan kişiyə verilir.”
(Buxari 6732, 6735, Muslim 4226, 1615/2)
Valideyni Və Övladı Olmayanın Mirası
1042. Cabir İbn Abdullah rəvayət edir ki, bir xəstəliyə tutulmuşdum. (Vəda
həcci zamanı) Peyğəmbər Əbu Bəkr ilə bərabər yanıma xəstə ziyarətinə
gəlmişdilər. Onlar məni huşumu itirmiş halda gördülər. Peyğəmbər dəstəmaz
aldı və dəstəmaz suyundan mənim üzərimə çırpdı. Ayıldım və Peyğəmbəri
görən kimi: “Ya Rəsulullah! Mən malım haqqında necə edim? Malım barədə
necə hökm edim? dedim. Miras ayəsi nazil olana qədər Peyğəmbər mənə bir
şey demədi (ən-Nisa 11, 12, 176)”. (Buxari 5651, Muslim 4230, 1616/5)
Son Olaraq Nazil Olan Ayə Kələlə Ayəsidir
81
Bax: “ən-Nisa” surəsi, 11, 12 və 176.
453
1043. Bəra İbn Azim rəvayət edir ki, ən son nazil olan surə Bəraə ( ət-Tövbə)
surəsidir. Ən son nazil olan ayə: “Səndən fətva istərlər...” ayəsidir” dedi.
(Buxari 4605, Muslim 4237, 4238, 4239, 1618/14)
Hər Kim Bir Mal Tərk Edərsə O, Mal Mirascılarındır
1044. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbərin yanına borcu olduğu
halda ölmüş bir kimsənin cənazəsi gətirildiyi zaman Peyğəmbər: “Bu kimsə
borcunu qaytarmaq üçün bir şeylər tərk etdimi?” deyə soruşardı. Əgər o,
kimsənin borcu ödəmək üçün bir şeylər buraxdığı söylənsəydi (və ya kimsə
onun borcunu ödəmək üçün üzərinə götürsəydi) onun cənazə namazını
qılardı. Əks halda müsəlmanlara xitabən: “Qardaşınızın cənazə namazını
sizlər qılın” deyə buyurardı. Nəhayət Allah ona bir çox fəthlər müyəssər
etdikdən sonra: “Mən bütün möminlərə öz nəfsimdən daha yaxınam. Artıq hər
kim üzərində bir borc buraxaraq ölərsə o, borcu ödəmək mənə aiddir. Hər kim
də bir mal buraxarsa o, mal mirasçılarına aiddir” deyə buyurdu. (Buxari 2298,
5371, Muslim 4242, 1619/14)
454
Hədiyyə Kitabı
455
Sədəqə Verdiyi Kimsədən Verdiyi Hədiyyəni Geri Pulla
Almağın Bəyənilməməsi
1045. Ömər demişdir: “Mən bir nəfərə Allah yolunda (vuruşsun deyə) at
bağışladım. Lakin o, lazımınca atın qayğısına qalmadı. Onda mən atımı satın
almaq istədim və elə güman etdim ki, o bunu mənə ucuz qiymətə satar. Bu
haqda Peyğəmbərdən soruşduqda o (mənə) dedi: “Onu sənə bir dirhəmə
versə belə, nə (onu) satın al, nə də verdiyin sədəqəni geri götür. Çünki verdiyi
sədəqəni geri götürən adam, qusduğunu yeyən adama bənzəyir.” (Buxari 1490,
Muslim 4248, 1620/1)
1046. Abdullah İbn Ömər rəvayət edir ki, atam Ömər İbn Xattab bir
kimsəyə Allah yolunda cihad üçün at verdi. Sonra həmən atın satıldığını
eşitdikdə onu geri almaq istədi və (bu barədə) Rəsulullahdan soruşdu.
Peyğəmbər: “O, atı geri almavə sədəqənə geri dönmə” deyə buyurdu. (Buxari
2971, 3002, Muslim 4252, 1621/3)
Hədiyyəni Və Sədəqəni Verdikdən Sonra Ondan Geri
Almağın Haram Olması Yalnız Övladına Və Ya Övladının
Övladına Verdiyi Müstəsnadır
1047. İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Verdiyi hədiyyəni
geri götürən adam, qusduqdan sonra qayıdıb qusduğunu yeyən itə bənzəyir.”
(Buxari 2589, Muslim 4261, 1622/8)
456
Övladlar Arasında Hədiyyə Verərkən Bir Övladı
Digərlərindən Üstün Tutmağın Bəyənilməməsi
1048. Numanın atası Bəşir İbn Sad, Numanı Rəsulullahın yanına gətirib:
“Mən bu oğlum Numana bir kölə vermişəm” dedi. Rəsulullah: “Uşaqlarının
hamsına bunun bənzərini verdinmi?” deyə buyurdu. Bəşir: “Xeyr” dedi.
Peyğəmbər: “Elə isə bunu da geri al” deyə buyurdu. (Buxari 2586, Muslim
4262, 1623/9)
1049. Numan İbn Bəşir minbərdə ikən demişdir: “(Bir dəfə) atam mənə bir
hədiyyə verdi. Lakin (anam) Amra Bint Rəvaha (ona): “Sən Peyğəmbəri
şahidlik etməyə çağırmayınca mən buna razılıq verən deyiləm” dedi. Onda
atam Peyğəmbərin yanına gəlib dedi: “Mən Amra Bint Rəvahadan olan
oğluma hədiyyə verdim. Lakin (yoldaşım) məndən səni buna şahid tutmağımı
istədi, ya Rəsulullah”. Peyğəmbər: “O biri övladlarına da bu cür hədiyyə
verdinmi?”. (Atam): “Xeyr!” deyə cavab verdi. Onda Peyğəmbər buyurdu:
“Allahdan qorxun və övladlarınıza (olan münasibətdə) ədalətli olun!”. Bundan
sonra (atam) qayıdıb hədiyyəsini geri götürdü. (Buxari 2587, Muslim 4267,
1623/13)
Umra
82
Hədiyyəsi
82
Bu, islamaqədərki dövrdə ərəblər arasında yayılmış hədiyyə üslubudur. “Umra” belə idi ki, bir nəfər başqa
birisinə ömürlük olaraq bir mülkü hədiyyə edərdi və əgər bu adam ölürdüsə, hədiyyə yenidən sahibinə
qaytarılırdı. “Ruqbə” də belə idi ki, bir nəfər başqa birisinə hədiyyə etmək istədikdə deyərdi: “Mən bu evi
sənə ömürlük hədiyyə edirəm. Əgər mən birinci ölsəm, ev sənin olsun, yox əgər sən məndən əvvəl ölsən, ev
457
1050. Cabir rəvayət edir ki, Peyğəmbər hökm etmişdir ki, “Umra”
hədiyyəsi, onun verildiyi adama məxsusdur.” (Buxari 2625, Muslim 4280,
1625/25)
1051. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Umra caizdir”.
(Buxari 2626, Muslim 4289, 1626/32)
yenidən mənim olacaq.” Tərəflərdən hər biri digərinin ölümünü gözlədiyinə görə bu növ hədiyyə qadağan
edilmişdir.
458
Vəsiyyət Kitabı
459
Vəsiyyət Kitabı
1052. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Vəsiyyət
etməyə bir şeyi olan bir müsəlmanın (başının altında) yazılı bir vəsiyyəti
olmayınca (ardıcıl) iki gecə keçirməyə haqqı yoxdur.” (Buxari 2738, Muslim
4291, 1627/1)
Üçtə Biri Vəsiyyət Olunur
1053. Səd İbn Əbu Vəqqas demişdir: “Mən vida həcci ilində xəstələnmişdim
deyə Peyğəmbər (tez-tez) mənə baş çəkirdi. Onda mən (ona) dedim: “Mənim
xəstəliyim çox ağırlaşıb! Mən var-dövlət sahibiyəm, qızımdan başqa da bir
varisim yoxdur. Malımın üçdə ikisini sədəqə verə bilərəmmi?” O: “Xeyr!” deyə
buyurdu. Dedim: “Yarısını (verə bilərəmmi)?” O: “Xeyr” deyə cavab verdi,
sonra da belə buyurdu: “Üçdə birini, əslində üçdə biri də çoxdur. Şübhəsiz ki,
sənin üçün varislərini zəngin qoyub getməyin, onları kasıb və dilənçi
vəziyyətdə qoyub getməyindən daha xeyirlidir. Sən Allahın Üzünü diləyərək
xərclədiyin sədəqənin, hətta həyat yoldaşının ağzına qoyduğun (loxmanın) belə
əvəzini mütləq alacaqsan.” Dedim: “Ya Rəsulullah, mən (burada ölüb)
qardaşlarımdan geridəmi qalacağam?” O dedi: “Sən əsla geridə qalmayacaqsan.
Etdiyin (hər bir) yaxşı əməl sayəsində sənin dərəcən və hörmətin mütləq
artacaq. Bundan başqa bəlkə də, sən elə bir uzun ömür yaşayacaqsan ki, sənin
sayəndə bəziləri (möminlər) xeyir əldə edəcək, digərlərinə (kafirlərə) isə zərər
460
dəyəcəkdir Allahım, əshabələrimin hicrətini tamamla və onları geri döndərmə
83
Yazıq Səd İbn Xovlə!”. (Səd ibn Əbu Vəqqas demişdir:) “Peyğəmbər (bu
sözü ilə) onun Məkkədə vəfat etməsinə heyfsiləndi.” (Buxari 1295, 6733,
Muslim 4296, 1628/5)
1054. İbn Abbas deyir ki, kaş ki, insanlar 3/1 azaldıb, 4/1 getsəydilər. Çünki
Rəsulullah: “3/1 (caizdir), lakin 3/1 çoxdur və ya böyükdür” deyə buyurdu.
(Buxari 2743, Muslim 4305, 1629/10)
Sədəqənin Savabının Ölüyə Çatması
1055. Aişə
rəvayət edir ki, bir nəfər Peyğəmbərdən soruşdu: “Anam
qəfil vəfat etdi. Güman edirəm ki, əgər o, danışmağa macal tapsaydı,
(malından) sədəqə verməyi vəsiyyət edərdi. Əgər mən onun əvəzinə sədəqə
versəm, (bundan ona) savab çatarmı?”. Peyğəmbər: “Bəli!” deyə cavab verdi.
(Buxari 1388, Muslim 4307, 4308, 1004/2)
Vəqf Etmək
1056. Abdullah İbn Ömər rəvayət edir ki, (atam) Ömər İbn Xəttab
Xeybərdə bir yer əldə etdi və onun əmrini almaq üçün Peyğəmbərin yanına
83
Burada Peyğəmbər Allaha dua edir ki, əshabələrini Məkkədə sakin etməyib sağ-salamat Mədinəyə
qaytarsın.
461
gəldi və: “Ey Allahın Elçisi, mən Xeybərdən bir torpaq əldə etmişəm. Mənə
bundan qiymətli olan heç bir mal əldə etməmişəm. Mənə bununla nə etməmi
(bu ərazidən necə istifadə etməyimi) əmr edərsən?”. O: “İstərsən təməlini vəqf
et və ondan (gələn gəliri) sədəqə et”. Buna görə, Ömər o yeri: “Təməli
satılmaz və alınmaz, miras olunmaz və hədiyyə verilməz” şərti ilə sədəqə etdi.
Ömər bu yeri, kasıblar, qohumlar, kölələr, Allah yolunda çıxanlar, yolçular
və qonaqlar (zəiflər) üçün sədəqə etdi. O yerə vali olan, ondan yaxşılıqla
yeməsində, ondan mal sahibi olmamaq şərti ilə dostuna yedirməsində bir
günah yoxdur. Ravi deyir ki, bu hədisi İbn Sirinə danışdıqda dedi: “Mal
toplayan olmayaraq”. (Buxari 2737, Muslim 4311, 1632/15)
Vəsiyyət Etməyə Bir Şeyi Olmayan Kimsənin Vəsiyyəti
Tərk Etməsi
1057. Təlhə İbn Müsərrif demişdir: “Mən Abdullah İbn Əbu Əufədən
soruşdum: “Peyğəmbər vəsiyyət etmişdirmi?” O: “Xeyr!” deyə cavab verdi.
Mən soruşdum: “Bəs nə üçün insanlara vəsiyyət yazmaq əmr edilmişdir?!” O
dedi: “Peyğəmbər Allahın Kitabını vəsiyyət etmişdir”. (Buxari, 2740, Muslim
4314, 1634/16)
1058. əl-Əsvəd ən-Nəhai deyir ki, bir dəfə Aişənin
yanında Peyğəmbərin
Əliyə vəsiyyət etdiyi zikr edildi (Peyğəmbərin ölüm xəstəliyində Əliyə
vəsiyyət etdiyi). Aişə: “Rəsulullah, Əliyə nə zaman vəsiyyət etmişdir? Mən,
Rəsulullahı həyatının son anlarında köksüm üzərində, bir qab (su) istədiyini
və qucağımda ikən dünyasını dəyişdiyini, lakin onun öldüyünü hiss etmədim.
Bu halda Rəsulullah, nə zaman Əliyə vəsiyyət etdi?”. (Buxari 2741, Muslim
4318, 1635/18)
462
1059. (Bir dəfə) İbn Abbas : “Cümə axşamı! Nədir cümə axşamı?!” deyib
ağladı və onun göz yaşları yerdəki daşların üstünə düşməyə başladı. Sonra
dedi: “Cümə axşamı Peyğəmbərin ağrıları şiddətləndi və o: “Mənə kağız
gətirin, sizə elə bir yazı yazdırım ki, ondan sonra heç vaxt haqq yoldan
azmayasınız” deyə buyurdu. (Həmin vaxt oradakılar) mübahisə etməyə
başladılar, halbuki onun hüzurunda mübahisə etmək olmaz. Onlar dedilər:
“Peyğəmbərin vəziyyəti ağırdır!”. Peyğəmbər: “Məni rahat buraxın! Mənim
olduğum hal sizin məni dəvət etdiyiniz şeylərdən daha xeyirlidir.” Peyğəmbər
ölüm ayağında üç şeyi vəsiyyət etdi: “Müşrikləri ərəb yarımadasından
çıxardın! Mən (nümayəndələrə) hədiyyə verdiyim kimi, siz də (yanınıza gələn)
nümayəndələrə hədiyyələr verin!” Üçüncü (vəsiyyətini isə) unutmuşam.”
(Buxari 3053, Muslim 4319, 1637/20)
1060. İbn Abbas rəvayət edir ki, Peyğəmbərin (vəfatı yaxınlaşdıqda) və
evində (səhabələrdən mühüm bir qrup) olduğu zaman Peyğəmbər: “Mənə
(üstündə) yazı yazmaq
84
üçün bir şey gətirin, sizə elə bir yazı yazım ki, ondan
sonra zəlalətə düşməyəsiniz” deyə buyurdu. Lakin Orada olanlardan bəziləri
(Başqa rəvayətdə: Ömər): “Peyğəmbərin ağrıları şiddətlənmişdir, bizim
əlimizdə Allahın Kitabı var, o bizə kifayət edər” dedi. Bu vaxt (əshabələr)
arasına ixtilaf düşdü. Onlardan kimisi: “Kağız gətirin sizə vəsiyyətini etsin,
ondan sonra yolunuzu azmayasınız! Kimisidə bundan başqa sözlər söyləyirdi.
Səs-küy qalxdıqda Peyğəmbər: “Qalxın yanımdan! Mənim hüzurumda
mübahisə etmək olmaz” deyə buyurdu. Ravi deyir ki, İbn Abbas: “Nə böyük
müsibətdir bu müsibət ki, Rəsulullah ilə onlara yazmaq istədiyi kitab arasına
əngəl oldular! Bunun da səbəbi ixtilaf və səslərini qaldırmaq oldu” dedi.
(Buxari 114, 4432, Muslim 4322, 1637/22)
84
Yəni yazdırmaq üçün.
463
Dostları ilə paylaş: |