Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

 

 

 

 



 

Nəzir Kitabı 

 

 



 

 

 


 

 

464 



 

 

Nəzirin Yerinə Yetrilməsinin Əmr Olunması 

 

 

 



1061.  İbn  Abbas    deyir  ki,  Sad  İbn  Ubadə    Rəsulullahdan    fətva  istəyib 

dedi:  “Anam  vəfat  etmişdir.  Üzərində  ödəmədiyi  nəziri  qalmışdır”. 

Peyğəmbər: “Sən o, nəziri ananın adından yerinə yetir” deyə buyurdu. (Buxari 

2761, Muslim 4323, 1638/1)  

 

 

 

Nəzir Etməyin Qadağan Olması Və Nəzirin Heç Bir Şeyi 



Rədd Etmədiyi (Geri Qaytarmaması) 

 

 



 

1062.  İbn  Ömər    demişdir:  “Peyğəmbər    nəzir  etməyi  qadağan  edib 

demişdir:  “Nəzir  (qədərdən)  heç  nəyi  dəyişdirə  bilməz.  Bu  sadəcə  xəsis 

adamdan qoparılan bir şeydir.” (Buxari 6608, Muslim 4326, 1639/3)  

 

 

 



1063.  Əbu  Hureyrə  vrəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Nəzir, Adəm 

övladına onun üçün təqdir edilməmiş bir şeyi gətirməz. Lakin nəzir onun üçün 

təqdir  edilmiş  qədərə  sürüklər  onu.  Allah  bu  nəzir  səbəbilə  paxıldan  mal 

çıxarır.  Artıq o,  kimsə  nəzirin səbəbilə  daha öncə  verməz olduğu  malı gətirib 

verər”. (Buxari 6694, Muslim 4331, 1640/7) 

 

 

 

Kəbəyə Yeriyərək Getməyi Nəzir Edən Kimsə 

 


 

 

465 



 

 

1064.  Ənəs    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    ixtiyar  bir  qocanın 



oğlanlarının  qoluna  girib  getdiyini  görüb:  “Ona  nə  olub?”  deyə  soruşdu. 

(Qocanın)  oğlanları  dedilər:  “O,  (Məkkəyə)  piyada  getməyi  nəzir  etmişdir”. 

Peyğəmbər:  “Allah  onun  öz  canına  əziyyət  verməyinə  möhtac  deyildir”  dedi 

və ona miniyə minməyi əmr etdi. (Buxari 1865, Muslim 4336, 1642/9) 

 

 

 



1065. Uqbə İbn Amir  demişdir: “Bir vaxt mənim bacım Allahın Evinə piyada 

getməyi nəzir etdi və mənə Peyğəmbərdən  bunun hökmünü soruşmağı əmr 

etdi. Mən (bu haqda) Peyğəmbərdən  soruşduqda o dedi: “Qoy həm piyada, 

həm də minik üstündə getsin!” (Buxari 1866, Muslim 4339, 1644/11)  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

466 



 



 

 

 

 



 

Andlar Kitabı 

 

 



 

 

 


 

 

467 



 

 

Allahdan Qeyrisinə And İçməyin Qadağan Olması 

 

 

 



1066. Ömər İbn Xattab  rəvayət edir ki, Peyğəmbər  mənə buyurdu: “Allah 

sizə  atalarınıza  and  içmənizi  qadağan  edir”.  Ömər:  “Allaha  and  olsun  ki, 

Peyğəmbərin  bunu qadağan etdiyini eşitdiyimdən bəri nə öz adımdan, nə də 

başqasının  adından  (onun  adından  nəql  edərək) buna  and  içmədim”.  (Buxari 

6647, Muslim 4343, 1646/1)  

 

 



 

1067. İbn Ömər  deyir ki, atam Ömər İbn Xattab  (bir gün) minik üzərində 

ikə atasının adıyla and içdi. Peyğəmbər: “Diqqət edin! Allah sizlərə atalarınızın 

adıyla  and  içməyi  qadağan  etmişdir.  Hər  kim  and  içmək  qarşısında  qalarsa 

ualnız  Allahın  adıyla  and  içsin  və  ya  (and  içməyib)  sussun”  deyə  buyurdu. 

(Buxari 6108, Muslim 4346, 1646/3)  

 

 

 

Kim Lat Və Uzzaya And İçərsə Dərhal - Lə İləhə İlləllah - 



Desin 

 

 



 

1068.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  kim  and 

içərkən: “Lata and olsun, Uzzaya  (bütlərin adlarıdır) and olsun!” desə, qoy: “Lə 

İlahə İlləllah!” desin. Həmçinin, kim dostuna: “Gəl qumar oynayaq” desə, qoy 

sədəqə versin”. (Buxari 4860, 6107, 6301, 6650, Muslim 4349, 1647/5)  

 

 

 


 

 

468 



Hər Kim Bir Şeyə And İçər, Sonra Ondan Xeyirlisini 

Görərsə, Xeyirli Olanı Edib, Andını Pozaraq Kəffarəsini 

Versin! 

 

 



 

1069.  Əbu  Musa    demişdir:  “(Bir  dəfə)  dostlarım  Peyğəmbərdən    minik 

heyvanı  istəmək  üçün  məni  onun  yanına  göndərdilər.  O  vaxt  onlar  Usra 

ordusunun  tərkibində  Təbuk  döyüşünə  qatılmaq  istəyirdilər.  Mən 

(Peyğəmbərin  yanına gəlib) dedim: “Ey Allahın peyğəmbəri, dostlarım məni 

sənin  yanına  göndərdilər  ki,  onlara  minik  heyvanı  verəsən”.  Peyğəmbər: 

“Vallahi,  mən  sizə  heç  bir  minik  verən  deyiləm.”  Mən  özüm  də  bilmədən 

Peyğəmbərin   yanına onun  qəzəbli olduğu  vaxt  gəlmişdim.  Peyğəmbərin   

yox  cavabı  (mənə  çox  pis  təsir  etdi,)  üstəlik  mənə  qəzəbi  tutacağından 

qorxdum  və  məyus  halda  geri  döndüm.  Mən  dostlarımın  yanına  gəlib 

Peyğəmbərin    dediyini  onlara  xəbər  verdim.  Az  keçmədən  Bilalın:  “Ey 

Abdullah  ibn  Qeys!”  deyə  (məni)  çağırdığını  eşitdim.  Mən  ona  hay  verdikdə 

dedi: “Peyğəmbərin  yanına get, o səni çağırır.” Mən Peyğəmbərin  yanına 

gəldikdə o  buyurdu:  “Bu  bir-birilərinə cüt-cüt  kəndirlənmiş  dəvələri  (Səddən 

satın aldığı altı dəvəni) götür, apar dostlarının yanına və de ki: “Allah (və ya 

Allahın  elçisi  )  bu  heyvanları  sizə  verir,  onlara  minə  bilərsiniz.”  Mən 

heyvanları götürüb dostlarımın yanına getdim və dedim: “Allahın elçisi   bu 

heyvanları  sizə  verdi,  lakin  Allaha  and  olsun  ki,  biriniz  mənimlə 

Peyğəmbərin   sözünü  eşidən  adamların  yanına  getməyincə  mən  sizdən  əl 

çəkməyəcəyəm. Belə etməlisiniz ki, mənim Peyğəmbərin   demədiyi bir sözü 

danışdığımı  zənn  etməyəsiniz.”  Onlar  mənə  dedilər:  “Onsuz  da  biz  sənə 

inanırıq.  (Amma  bununla  yanaşı)  sənin  istəyini  də  mütləq  yerinə 

yetirəcəyik.”Əbu  Musa  onlardan  bir  neçə  nəfər  götürüb  getdi.  Nəhayət, 

Peyğəmbərin    əvvəlcə  onlara  imtina  etdiyini,  sonra  isə  istədiklərini  onlara 



 

 

469 



verməyə  razılaşdığını  eşidən  adamların  yanına  gəlib  çatdılar  və  bu  adamlar 

onlara  Əbu  Musanın  dediklərini  olduğu  kimi  xəbər  verdilər”.  (Buxari  4415, 

Muslim 4353, 1649/8)  

 

 



 

1070. Zəhdəm deyir ki, biz Əbu Musanın  yanında idik. (Ona yemək ikram) 

olundu  və  bu  zaman  toyuq  barədə  danışıldı.  Əbu  Musanın    yanında 

Teymullah oğullarından  qırmızı sifətli  bir  nəfər vardı.  Sanki  (Rum)  əsirlərinə 

oxşayırdı.  Əbu  Musa    onu  yeməyə  dəvət  etdi.  Adam:  “Mən  bu  toyuğu  bir 

dəfə murdar bir şey yediyini gördüyüm üçün bir daha bu toyuq ətini yemərəm 

deə and  içdim”  dedi.  Əbu Musa:  “Bəri  gəl,  mən sizə  (andın  kəffarəsi)  barədə 

bir  hədis  danışım. Mən  Əşarilərdən  bir  cəmaat içində  Peyğəmbərin   yanına 

gəldim. Ondan minik və yük daşımaq üçün dəvə istədik. Peyğəmbər: “Vallahi 

mən  sizi  və  yüklərinizi  daşıyacaq  dəvəm  yoxdur”  deyə  buyurdu.  Sonra 

Peyğəmbərə    qənimətdən  dəvələr  verildi.  Peyğəmbər    bizləri  çağırıb: 

“Əşarilər hardadır?” deyə buyurdu. Bizlər gəldik və bizə yaşları iki ilə doqquz  

arasında  ağ  hörgüclü  beş  dəvə  verilməsini  əmr  etdi.  Biz  də  onun  yanından 

ayrıldığımız  zaman  mən:  “Biz  nə  etdik?  Onun  bizə  verdikləri  bizim  üçün 

bərəkətli  olmaz!  Və  Peyğəmbərin    yanına  döndüm.  Ona:  “Biz  səndən  bizi 

daşıyacaq  dəvə  istəmişdik.  Sən  də  bizlərə  verməyəcəyini  and  içdin.  Sən  bu 

andını unutdunmu?” dedik. Peyğəmbər: Sizləri mən yükləmədim, sizləri Allah 

yüklədi.  Vallahi,  əgər  Allah  istəsə  bir  bir  şeyə  and  içərəm,  lakin  and  içilən 

şeyin  başqasını  and  içiləndən  xeyirli  görsəm  heç  şübhəsiz  ki,  o  xeyirli  olanı 

edərəm.  Kəffarə  ilə  andımı  pozaram”.  (Buxari  3133,  5518,  6649, Muslim  4354, 

1649/9)  

 

 



 

1071.  AbdurRahman  İbn  Səmura    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər   

(ona)  belə  buyurdu:  “Ey  AbdurRahman  İbn  Səmura,  heç  vaxt  vəzifə  istəmə! 


 

 

470 



Çünki  əgər  sən  öz  istəyinlə  vəzifəyə  gəlsən,  bunun  öhdəçiliyi  sənin  boynuna 

düşəcək  (və  Allah  sənə  yardım  etməyəcək),  yox,  əgər  sən  vəzifəyə  can 

atmadan buna nail olsan, onda bu işdə (Allah) sənə kömək edər. Habelə, əgər 

sən and içdikdən sonra, başqa bir işin ondan daha xeyirli olduğunu görsən, daha 

xeyirli olanı yerinə yetir və andını pozduğuna görə kəffarə ver.” (Buxari 6622, 

7146, Muslim 4370, 1652/19) 

 

 

 

And İçərkən İstisna Etmənin “İnşəallah” Demənin 



Müstəhəb Olması 

 

 



 

1072.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Davud  oğlu  Suleyman  Peyğəmbər   

buyurdu:  “Bir  gecədə  yüz  qadınımı  dolaşacam  və  hər  biri  də  Allah  yolunda 

döyüşəcək  bir  oğlan  övladı  dünyaya  gətirəcəkdir.  Mələk  ona:  “İnşəallah”  de, 

deyə  söylədi.  Lakin  Sulyman  bunu  söyləmədi  və  ya  söyləməyi  unutdu. 

Qadınlarını  ziyarət  etdi.  Nəticədə  qadınlardan  bir  dənəsi  müstəsna  heç  biri 

doğmadı. Müstəsna olan da yarım insan doğdu”. Peyğəmbər: “Əgər Suleyman 

İnşəallah desəydi andından dönməz və ehtiyacına nail olardı” deyə buyurdu. 

(Buxari 5242, Muslim 4376, 1654/23)  

 

 



 

1073.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Davud  oğlu 

Suleyman: “Mən bu gecə yetmiş qadınımı ziyarət edəcəm və hər biri də mənim 

üçün  Allah  yolunda  döyüşəcək  bir  mücahid  doğacaq  deyərək  qətiyyətlə 

danışdı.  Dostu  olan  (Mələk)  ona:  “İnşəallah”  de,  dedi.  Suleyman  demədi 

(deməyi unutdu). Suleyman qadınlarını dolaşdı. Lakin içərilərindən yalnız biri 

şikəst bir oğlan uşağı doğdu”. Peyğəmbər: “Əgər Suleyman İnşəallah desəydi 

onların  hər  bir  Allah  yolunda  döyüşən  bir  oğlan  doğardı”  deyə  buyurdu. 

(Buxari 3424, Muslim 4379, 1654/25) 


 

 

471 



 

 

Haram Olmayan, Lakin And İçənin Ailəsini Rahatsız Edən 



Bir Şey Haqqından And İçməyin Qadağan Olması 

 

 



 

1074. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Biz sonuncular 

Qiyamət  günü  hamıdan  əvvəl  (Cənnətə)  girəcəyik.”Peyğəmbər    həmçinin 

demişdir: “Vallahi, sizdən birinizin andını israrla yerinə yetirib ailəsini təhlükə 

ilə  üz-üzə  qoyması,  onun  üçün  Allah  yanında  Onun  buyurduğu  kəffarəni 

verməkdən daha böyük günah sayılır.” (Buxari 6625, Muslim 4381, 1655/25)  

 

 

 

Kafirin Nəziri Və Təslim (Müsəlman) Olduqdan Sonra 



Onunla Ediləcək Müamələ 

 

 



 

1075.  İbn  Ömər    rəvayət  edir  ki,  (bir  dəfə)  Ömər  İbn  Xəttab    dedi:  “Ya 

Rəsulullah, mən cahiliyyət dövründə bir gün etikaf edəcəyimə nəzir etmişəm.” 

Peyğəmbər    də  ona  nəzirini  yerinə  yetirməyi  əmr  etdi.  Huneyn  döyüşündə 

ələ keçirilmiş cariyələrdən ikisi Ömərə çatmışdı. O da bu cariyələri Məkkədəki 

evlərindən  birində  sakin  etmişdi.  Peyğəmbər    Huneyn  əsirlərini  azad 

etdikdən  sonra  onlar  küçələrdə  gəzib-dolaşmağa  başladılar.  Bu  vaxt  Ömər 

(oğluna)  dedi:  “Ey  Abdullah,  bax  gör  nə  olub?”  İbn  Ömər:  “Peyğəmbər   

əsirləri azad etmişdir.” Onda Ömər: “Get, (mənə verilmiş) cariyələri azad  et!” 

dedi. (Buxari 3144, Muslim 4384, 1656/28) 

 

 

 


 

 

472 



Köləsini Zinada İttiham Edən Kimsəyə Ağır Cəza Veriləcəyi 

 

 



 

1076.  Əbu  Hureyra    demişdir:  “Mən  Əbul  Qasımın    belə  dediyini 

eşitmişəm:  “Kim  zinadan  uzaq  olan  bir  köləsini  (zinada)  ittiham  edərsə, 

Qiyamət  günü  onun  özünə  şallaq  vurular.  Yalnız  sözündə  həqiqət  olan  kim-

sələrdən başqa.” (Buxari 6858, Muslim 4401, 1660/37)  

 

 

 

Köləsinə Yediyindən Yedirtmək, Geyindiyindən 

Geyindirmək Və Onu Gücü Çatmadiği İşlə Yükləməmək 

 

 



 

1077. Əbu Zərr   rəvayət edir ki, mən bir adama nalayiq söz deyib (Ey zənci 

oğlu!)  onu  anasına  görə  utandırdım.  Peyğəmbər    mənə  buyurdu:  “Ey  Əbu 

Zərr! Sən onu anasına görə utandırdın? Həqiqətən də, səndə cahiliyyət (əxlaqı) 

qalmışdır.  Kölələriniz  sizin  qardaşlarınızdır!  Allah  onları  sizin  tabeçiliyinizə 

vermişdir.  Kimin  qardaşı  öz  tabeçiliyi  altında  olsa,  yediyindən  ona  da 

yedirtsin,  geyindiyindən ona  da  geyindirsin!  Onları gücləri çatmadığı  bir işlə 

yükləməyin. Hərgah, onları gücləri çatmadığı bir işlə yükləsəniz, onda onlara 

yardım edin.” (Buxari 30, Muslim 4403, 4405, 1661/38)  

 

 



 

1078.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Birinizin 

xidmətçisi  ona  yemək  gətirdiyi  zaman  əgər  onu  yanında  oturtmasa,  qoy  ona 

bir və ya iki loxma yemək versin. Çünki bunu o hazırlamışdır.” (Buxari 2557, 

5460, Muslim 4407, 1663/42) 

 

 



 

 

473 



 

Sahibinə Qarşı Səmimi Olub Allaha İbadətində Gözəl Olan 

Kölənin Əcri 

 

 



 

1079. İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər   buyurdu:  “Qul  ağasına itaət 

etdiyi  və  Rəbbinə  gözəl  ibadət  etdiyi  zaman  əcri  ikiqat  olur”.  (Buxari  2550, 

Muslim 4408, 1664/43)  

 

 

 



1080. Əbu Hureyrə   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Saleh olan qul 

üçün iki ərir vardır. Nəfsim əlində olan Allaha and olsun əgər Allah yolunda 

cihad etmək, həcc etmək və anaya (valideyinə) itaət və yaxşılıq olmasaydı heç 

şübhəsiz  ki,  qul  olaraq  ölməyi  arzu  edərdim”.  (Buxari  2548,  Muslim  4410, 

1665/44)  

 

 



 

1081.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buurdu:  “Rəbbinin 

ibadətini gözəl yerinə yetirməkdə və ağasına itaət etməkdə gözəl davranan hər 

bir kəsə nə gözəl”. (Buxari 2549, Msulim 4414, 1667/46)  

 

 

 

Bir Kimsənin Öz Köləsindəki Hissəsini Azad Etməsi 

 

 

 



1082. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər kim 

öz  şərikli  köləsini  azad  edərsə,  özündə  də  kölənin  dəyəri  qədər  pul  varsa, 

köləni ədalətli şəkildə qiymətləndirməli, sonra da şəriklərinə onların paylarını 

ödəməklə  köləni  tam  azad  etməlidir.  Əks  təqdirdə isə onun  yalnız öz payına 

düşən hissəsini azad etmiş olur” (Buxari 2522, Muslim 3843, 1501/1)  

 


 

 

474 



 

 

1083. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim öz köləsini 



qismən azad edərsə, öz malından şərikinin pulunu ödəməklə köləni tam azad 

etməlidir.  Əgər  onun  ödəməyə  pulu  yoxdursa,  onda  köləni  ədalətli  şəkildə 

qiymətləndirməli,  sonra  da  köləni  gücü  çatdığı  bir  işdə  işlətməlidir”  (Buxari 

2492, Muslim 4423, 1503/54) 

 

 

 

Sahibinin Ölümündən Sonra Azad Olunacaq Qulun 



Satılmasının Caiz Olması  

 

 



 

1084.  Cabir    rəvayət  edir  ki,  Ənsardan  bir  nəfər  (Əbu  Məzkur)  öz  qulunu 

ölümündən sonra Mudəbbir (Mən öldükdən sonra azad ol!) olaraq azad etdi. 

Bu  kimsənin  də  bu qulundan  başqa  malı  yox idi.  Xəbər  Peyğəmbər   çatdığı 

zaman Peyğəmbər  o, köləni alıb buyurdu: “Bunu məndən kim alar”. Nueym 

İbn nəhhər səkkiz yüz dirhəmə aldı”. (Buxari 6716, Muslim 4428, 997/58)

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

475 



 



 

 

 

 



 

And İçən Kimsə 

Kitabı 

 

 



 

 

 


 

 

476 



 

 

And İçən Kimsə 

 

 

 



 

1085. Ənsarın Mövlası olan Buşeyr İbn Yəsar deyir ki, Rafi İbn Xədic, Səhl İbn 

Əbi  Həsmə  mənə  belə  dedi:  “Abdullah  İbn  Səhl  ilə  Muhəyyisə  İbn  Məsud 

birlikdə Xeybərə (xurma toplamağa) getmişdilər. Bu ikisi (Xeybərdə) xurmalıq 

içində bir-birindən ayrıldılar. Abdullah İbn Səhl öldürüldü. AbdurRahman İbn 

Səhl  ilə  Məsudun  iki  oğlu  Huveyyisə  və  Muheyyisə,  Peyğəmbərin    yanına 

gələrək  öldürülmüş  yoldaşları  barədə  danışdılar.  Danışmağa  AbdurRahman 

başladı  (Başqa  rəvayətdə:  Onlar  iddia  edirdilər  ki,  Abdullah  İbn  Səhli 

Yəhudilər  öldürüb  quyuya  atıblar).  Halbuki  AbdurRahman  onların  ən  kiçiyi 

idi.  Peyğəmbər:  “İlk  sözü  söləməyi  böyüyə  ver!”  buyurdu.  Ravi  Yəhyə  deyir 

ki:  “Danışmağı  üzərinə  böyük  olan  götürsün”  dedi.  Onlar  bu  hadisəni 

danışdılar. Sonda Peyğəmbər: “Qatilinizin qan pulunu sizlərdən əlli nəfər (Bu 

cinayəti  Yəhudilər)  etdi  deyə  and  içməklə  haqq  qazandıra  bilərsiz?”  deyə 

buyurdu.  Onlar:  “Ya  Rəsulullah!  Bu  görmədiyimiz  bir  şeydir  (necə 

görmədiyimizə  and  içə  bilərik,  biz  sadəcə  belə  düşünürük)”  dedilər. 

Peyğəmbər:  “O,  halda Yəhudilərdən əlli nəfər  (bu  cinayəti  biz  etmədik)  deyə 

and  içsələr  bu  hadisə  bitər  (Başqa  rəvayətdə:  Hətta  Peyğəmbər    onlarla 

müharibəyə hazır olsunlar deyə xəbər də göndərir. Lakin onlar and içirlər ki, 

biz  öldürməmişik)”  deyə  buyurdu.  Onlar:  “Ya  Rəsulullah!  Yəhudilər  kafir 

kimsələrdir.  Biz  onların  andlarını  necə  qəbul  edə  bilərik”  deyə  narazılıq 

etdilər.  Peyğəmbər    qan  pulunu  öz  tərəfindən  (Beytul  Maldan)  ödədi.  Səhl: 

“Mən  Peyğəmbərin    verdiyi  (100  dişi)  dəvəyə,  dəvələrin  toplandığı  yerdə 

olanda məni ayağıyla vurdu” dedi. (Buxari 6143, Muslim 4435, 1669/2) 

 

 

 

Mürtədlərin Və Müharibə Edənlərin Hökmü 


 

 

477 



 

 

 



1086.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Ukl  (Uraniyə)  qəbiləsindən  səkkiz 

nəfər Peyğəmbərin  yanına Mədinəyə gəldilər və İslam üzərinə onunla beyət 

etdilər.  Mədinə  ərazisinin  havası  onlara  ağır  gəldi  və  vücudları  xəstələndi 

(qarın  yatalağı).  Onlar  bu  xəstəliklərini  Peyğəmbər   ərz  etdilər.  Peyğəmbər: 

«Bizim çobanlarımızla bərabər (zəkat üçün ayrılmış) dəvələrin yanına gedin və 

onların sidiklərindən və südlərindən için» deyə buyurdu. Onlar Peyğəmbərin 

  dediyi  şəkildə  etdilər  və  sağaldılar.  Bundan  sonra  çobanları  öldürdülər 

(İslam dinindən çıxdılar) və dəvələri də sürüb apardılar. Bu xəbər Peyğəmbərə 

  çatdıqda onların  ardınca  bir  dəstə göndərdi.  Tez bir  zamanda əsir  edilərək 

geri  gətrildilər.  Peyğəmbər    əmr  etdi  əlləri  və  ayaqları  kəsildi.  Gözləri 

çıxarıldı. (Harre deyilən yerə atıldılar) və ölənə kimi günəşin altında qaldılar”. 

(Çünki onlar da çobanların gözlərini çıxarmışdılar). (Buxari 6899, Muslim 4446, 

1671/10)

 

 



 

 

Daşla, İti Və Ağır Alətlə Qətl Edildikdə Qisasın Sübutu, 



Qadın Öldürülməsi Səbəbilə Kişinin Öldürülməsi  

 

 



 

1087. Ənəs İbn Məlik  rəvayət edir ki, Rəsulullahın  zamanında bir cariyəni 

başı  (iki  daş  arasında) əzilmiş  və üzərindən  zinət  əşyaları  (oğurlanmış)  halda 

(tapırlar). Ailəsi cariyəni Peyğəmbərin  yanına gətirirlər. Cariyə dili tutulmuş 

və  həyatının  son  anlarını  yaşıyırdı.  Rəsulullah    onu  öldürənin  deyil  başqa 

birisinin  adını  çəkərək:  “Səni  filankəsmi  öldürdü  (vurdu)”  deyə  buyurdu. 

Cariyə  başı  ilə:  “Xeyr”  dedi.  Peyğəmbər  yenə  də  onu  öldürənin  deyil  başqa 


 

 

478 



birisinin  adını  çəkərək:  “Səni  filankəsmi  öldürdü  (vurdu)”  deyə  buyurdu. 

Cariyə başı ilə: “Xeyr” deyə işarə etdi. Bu dəfə Peyğəmbər  qatili üçün: “Səni 

filankəsmi  öldürdü?”  deyə  buyurdu.  Cariyə:  “Bəli”  dedi.  Bundan  sonra 

Peyğəmbər    əmr  etdi  həmən  Yəhudinin  başı  da  iki  daş  arasında  əzildi”. 

(Buxari 5295, Muslim 4454, 1672/15)  

 

 

 

İnsanın Özünə Və Ya Bir Üzvünə Zərər Yetirən Kimsə, Xətər 

Yetirilən Özünü Müdafiə Edərkən Öldürərsə Və Ya Bir 

Üzvünə Xətər Yetirərsə Məsuliyyət Daşımır  

 

 



 

1088. İmran İbn Huseyn  rəvayət edir ki, bir nəfər digər birinin əlini dişlədi. 

Əli  dişlənən  əlini  elə  şiddətlə  çəkdi  ki,  dişləyənin  ön  dişləri  sındı.  Sonda 

Peyğəmbərin    yanına  gəlib  mühakimə  olundular.  Peyğəmbər:  “Adamda 

qardaşını dəvə kimi dişləyərmi? Sənin tökülən dişlərin üçün ödəniləcək bir şey 

yox” deyə buyurdu. (Buxari 6892, Muslim 4459, 1673/18) 

 

 

 



 

1089.  Yəalə  İbn  Umeyyə  rəvayət  edir  ki,  Peyğəmbər    ilə  bərabər  Usra 

ordusunda  –  Təbuk  səfərində  -  çımışdıq.  Bu  səfər  nəfsimdə  əməllərin  ən 

etibarlı və ən sağlamı idi. Mənim muzdlu bir xidmətçim də vardı. Bu xidmətçi 

yolda  biri  ilə  döyüşdü.  Biri  o,  birinin  barmağını  dişlədi.  Xidmətçim  əlini 

dişləyən  kişinin  ağzından  elə  bir  şəkildə  çəkdi  ki,  ön  dişləri  töküldü.  Dişləri 

tökülən  Peyğəmbərin    yanına  gəlib  şikayət  etdi.  Peyğəmbər    heç  bir  qan 

pulu  olmadığını  söylədi  və:  “(Sən  istəyirsən  ki)  Bu  adam  əlini  sənin  ağzına 

salsın  səndə  dəvə  kimi  onun  əlini  dişləyəsən?”  deyə  buyurdu.  (Buxari  2265, 

Muslim 4464, 1674/22) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin