Ev Eşşəklərinin Ətlərinin Haram Olması
1262. Əli İbn Əbu Talib rəvayət etmişdir ki, Xeybər günü Peyğəmbər siğəni
(müvəqqəti nigah) və ev eşşəyinin ətini yeməyi haram buyurmuşdur.” (Buxari
4216, Muslim 5116, 1407/22)
570
1263. Əbu Sələbə Cursum əl-Huşəni rəvayət edir ki, Peyğəmbər azı dişi
olan heyvanları ətlərini yeməyi qadağan etdi”. (Buxari 5527, Muslim 5118,
1936/23)
1264. İbn Ömər rəvayət edir ki, Peyğəmbər ev eşşəyinin ətini yeməkdən
nəhy (qadğan) etdi”. (Buxari 4218, Muslim 5119, 561/24)
1265. Abdullah İbn Əbi Əufa rəvayət edir ki, Xeybər günü bizləri şiddətli bir
aclıq tutmuşdu. Bizlər ev eşşəklərinin içinə düşərək (onlardan bəzisini) kəsdik.
Eşşək ətlərinin bişməkdə olduğu qazanlar qaynadığı zaman Rəsulullahın
carçısı səsləyərək: “Qazanları çevirin və eşşək ətindən heç bir şey yeməyin!”.
Abdullah: “Peyğəmbər bunu beşdə birə girmədiyi üçün qadağan etmişdir”.
Digərləri: “Peyğəmbər eşşək ətini qəti olaraq qadağan etmişdir”. Səid İbn
Cubeyr: “Qəti olaraq qadağan etmişdir” dedi. (Buxari 3155, Muslim 5123,
1937/27)
1266. Bəra İbn Azib və Abdullah İbn Əbi Əufa rəvayət edir ki,
Peyğəmbərlə bərabər olduğumuz zaman eşşək sürüsü ələ keçirdik. Onları
bişirdiyimiz zaman Peyğəmbərin carçısı səsləyərək: “Qazanları boşaldın”
dedi. (Buxari 4221, 4222, Muslim 5124, 1938/28)
1267. İbn Abbas (ev eşşəklərinin ətlərinin yeyilməsinin qadağan olunma
səbəbini belə izah edir) deyir ki: “Bunlar insanların yük daşıma heyvanları
olduğu üçün yeyildikləri zaman yox olub getmələrini istəmədiyi üçün
Rəsulullah bunu qadağan etdi, yoxsa Heybər günü ev eşşəklərini qadağan
etdi” bilmirəm. (Buxari 4227, Muslim 5129, 1939/32)
571
1268. Sələmə İbn Əkvə rəvayət edir ki, Peyğəmbər Xeybər günü
yandırılmış tonqallar gördü və: “Bu atəşlər nə üçün yandırılmışdır?” deyə
buyurdu. Səhabələr: “Ev eşşəklərinin ətidir” dedilər. Peyğəmbər: “Ətləri
boşaldın, qabları isə sındırın” deyə buyurdu. Səhabələr: “Ətləri boşaldsaq,
qabları yusaq olmazmı?” dedilər. Peyğəmbər: “qabları yuyun” deyə buyurdu.
(Buxari 2477, Muslim 5130, 1802/33)
At Ətinin Yeyilməsinin (İcazəli Olması)
1269. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər Xeybər günü ev
eşşəklərinin ətlərini yeməkdən nəhy etdi, lakin at ətini yeməyə icazə verdi”.
(Buxari 4219, Muslim 5134, 1941/36)
1270. Əsmə Binti Əbu Bəkr rəvayət edir ki, Peyğəmbərin zamanında biz
atı boynundan kəsdik və yedik”. (Buxari 5510, Muslim 5137, 1942/38)
Varan Ətinin Mübah Olması
1271. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən Varan
yemirəm, onu haram da saymıram”. (Buxari 5536, Muslim 5140, 1943/40)
572
1272. İbn Ömər rəvayət edir ki, Peyğəmbərin səhabələrindən bəziləri,
aralarında Sad İbn Əbi Vaqqas olmaqla bir ət yeməyinə (qonaq) oldular. Bu
vaxt Peyğəmbərin zövcələrindən biri ət yeyən topluluqa: “Bu bir Varan
ətidir” deyə nida etdi. Səhabələr (bir az) duruxdular. Peyğəmbər: “Ondan
yeyin, çünki o halaldır və ya onu yeməkdə heç bir problem yoxdur. Sadəcə
mən bu ətdən yemirəm”. (Buxari 7267, Muslim 5144, 1944/42)
1273. Xalid İbn Vəlid rəvayət edir ki, Peyğəmbər ilə bərabər Məymunənin
yanına daxil olduq. Məymunə həm Xalidin , həm də İbn Abbasın
xalası idi. Yanında qızardılmış Varan əti vardı. Bu varanı Məymunənin
bacısı Hufeydə Bintul Həris Nəcdən gətirmişdi. Bu varan ətindən
Rəsulullaha təqdim edildi. Rəsulullaha yemək təqdim edildikdə o, yemək
haqqında ona məlumat verilər və adını söyləyərdilər. Peyğəmbər əlini
Varana uzatdıqda orada olan qadınlardan biri: “Rəsulullaha təqdim
etdiyiniz yeməyin nə olduğunu söyləyin” dedi. Qadınlar: “Varandır” dedilər.
Peyğəmbər həmən varandan əlini qaldırdı. Xalid İbn Vəlid: “Varan
haramdır, ya Rəsulullah!” dedi. Peyğəmbər: “Xeyr, mənim qövmümün
ərazisində (bu heyvan) olmaz, məndə bu ətdən yemirəm” deyə buyurdu.
Xalid: “Mən əti qarşıma çəkib yedim, Peyğəmbərdə mənə baxırdı” dedi.
(Buxari 5391, Muslim 5146, 5147, 1946/44)
1274. İbn Abbas demişdir: “(Bir dəfə) ibn Abbasın xalası Peyğəmbərə qurut,
yağ və bir neçə kərtənkələ hədiyyə göndərdi. Peyğəmbər qurutu və yağı
yedi, kərtənkələləri isə xoşlamadığına görə qırağa qoydu”. İbn Abbas:
“(Bəziləri) Peyğəmbərin süfrəsi başında kərtənkələləri yedilər. Əgər haram
573
olsaydı, onlar Peyğəmbərin süfrəsi başında yeyilməzdi.” (Buxari 2575,
Muslim 5151, 1947/46)
Çəyirtkənin (Yeyilməsinin) Mübah Olması
1275. İbn Əbu Əufə demişdir: “Biz Peyğəmbərlə birlikdə yeddi, yaxud altı
döyüşdə iştirak etmişik. (Həmin ərəfədə) biz çəyirtkə yeyirdik.” (Buxari 5495,
Muslim 5157, 1952/52)
Dovşanın (Yeyilməsinin) Mübah Olması
1276. Ənəs demişdir: “(Bir dəfə) biz Mərruz Zəhranda (Məkkə yaxınlığında
vadi) olarkən bir dovşanı hürküdüb qaçırtdıq və camaat onun dalınca
qaçmağa başladı, lakin (onu tuta bilməyib) yorulub əldən düşdülər. Mən ona
çatıb onu tutdum, sonra da onu Əbu Təlhənin yanına gətirdim. O, dovşanı
kəsdi və arxa ayaqlarını (və ya budunu) Peyğəmbərə göndərdi. O da bu
(hədiyyəni) qəbul etdi və ondan yedi.” (Buxari 2572, Muslim 5160, 1953/53)
Ov Etmək Və Düşmənə Qarşı İstifadə Edilən Silahın
Mübah Olması Və Sapan Atmağın Məkruh Olması
574
1277. (Bir dəfə) Abdullah İbn Muğəffəl bir nəfərin barmaqlarının ucu ilə daş
atıb heyvan ovladığını görüb dedi: “Bu cür daş atmaqla ov etmə! Çünki
Peyğəmbər bu üsulla ov etməyi qadağan etmiş (və ya bu cür ovlamağın
əleyhinə olmuş) və demişdir: “Bu üsulla nə ov etmək, nə də düşmən öldürmək
olar. Bununla sadəcə diş sındırmaq və göz çıxartmaq olar.” Abdullah onun
yenə daş atdığını görəndə dedi: “Mən sənə Peyğəmbərin bu üsulla ov
etməyin qadağan olunmasına dair hədisini rəvayət edirəm, sən isə öz bildiyini
edirsən?! Mən səni filan vaxta qədər danışdırmayacağam.” (Buxari 5479,
Muslim 5162, 1954/54)
Heyvanları Həps Edərək Öldürməyin Qadağan Edilməsi
1278. Ənəs İbn Məlik rəvayət edir ki, (toyuğu (diri-diri) asıb oxla vuran bir
dəstə gənclərin yanından ötəndə) onlara: “Peyğəmbər heyvanları
(bağlayaraq) hədəf edərək vurmaqdan nəhy etdi”. (Buxari 5513, Muslim 5169,
1956/58)
1279. (Bir dəfə) İbn Ömər toyuğu (diri-diri) asıb oxla vuran bir dəstə adamın
yanından keçirdi. Onlar İbn Öməri görüb dərhal dağılışdılar. İbn Ömər:
“Bunu kim edib? Peyğəmbər belə hərəkət edən kimsəni lənətləmişdir.”
(Buxari 5515, Muslim 5173, 1958/59)
575
Qurbanlar Kitabı
576
Qubanın Kəsildiyi Vaxt
1280. Cundub İbn Bəcəli rəvayət edir ki, Peyğəmbər Qurban bayramı
günü bayram namazını qıldırdı, sonra xütbə verdi, ondan sonra qurbanıını
kəsdi və: “Hər kim namazı qılmadan öncə qurban kəsmişsə, (namazdan) sonra
bir dənə də kəssin. Hər kimdə kəsməmişsə Allahın adını zikr edərək kəssin”
deyə buyurdu. (Buxari 985, 7400, Muslim 5179, 1960/3)
1281. Bəra İbn Azib rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bu gün bizim
ilk öncə edəcəyimiz iş namaz qılmaqdır. Sonra qayıdaraq qurban kəsəcəyik.
Hər kim belə edərsə, sünnətə müvafiq olmuşdur. Hər kim (namazdan qabaq)
kəsmişsə, bu ailəsi üçün kəsdiyi ət sayılır və qurbanlıqdan onun heç bir payı
yoxdur!”. Bunun üzərinə namazdan əvvəl qurbanını kəsmiş Əbu Burda İbn
Neyyar dedi: “Məndə biryaşlı heyvandan daha yaxşı bir oğlaq var”.
Peyğəmbər: “Onu kəs, yalnız səndən sonra bu heç kəs üçün caiz deyildir!”
deyə buyurdu. Peyğəmbər: “Hər kim namazdan sonra kəsərsə qurban kəsmə
ibadəti tamam olmuşdur və müsəlmanların sünnətinə isabət etmişdir” deyə
buyurdu. (Buxari 5546, 5556, Muslim 5181, 1961/4)
1282. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər kim bayram
namazından öncə qurbanını kəsmişsə bunu (namazdan) sonra təkrar etsin”.
Bir nəfər ayağa qalxaraq: “Bu ət yemək arzu olunan bir gündür. Qonşularının
fəqirlik və ehtiyaclarını zikr etdi”. Peyğəmbər: “Onun sözlərini qonşular
barəsində təsdiq etdi”. Adam: “Məndə ət üçün kəsiləcək daha sevimli bir
oğlaq da vardır” dedi. Peyğəmbər: “Bu oğlaqı qurban etməsinə icazə verdi”.
577
Lakin bu rüxsətin ondan başqalarına da verildiyini və ya verilmədiyini
bilmirəm” dedi. (Buxari 954, 5549, Muslim 5191, 1962/10)
1283. Uqbə İbn Amir rəvayət etmişdir ki, (bir dəfə) Peyğəmbər ona (bir
sürü) qoyun verdi ki, onları əshabələrin arasında bölüşdürsün. (Uqbə
qoyunları bölüşdürdükdən) sonra bir çəpiş qaldı və o, bu haqda Peyğəmbərə
xəbər verdikdə o dedi: “Onu da özün üçün kəs!” (Buxari 2300, Muslim 5196,
1965/15)
Qurbanlıq Və Onu Kəsərkən Bismilləh Və Təkbirin
Müstəhəb Olması
1284. Bize Ənəs rəvayət edir ki, Peyğəmbər iki ədəd qoç qurban etdi.
Bismilləh – Allahu Əkbər deyərək ayağını boynuna qoyaraq əli ilə onları
kəsdi”. (Buxari 5565, Muslim 5199, 1966/17)
Diş, Dırnaq Və S. Sümüklər İstisna Olmaqla, Qan Axıdan
Hər Bir Şeylə Heyvan Kəsməyin İcazəli Olması
1285. Rafi İbn Xadic deyir ki: “Yə Rəsulullah! Biz düşünürük ki, sabah
düşmən artıq burada olacaq. Biz heyvanlarımızı qamış ilə kəsə bilərikmi?”.
Peyğəmbər: “Qanı axıdılmış və Allahın adı ilə zikr edilərək kəilmiş (istənilən
bir alətlə) heyvanların ətidən yeyin. Lakin heyvanları Sinnom və Zufrom ilə
kəsməyin. Çünki Sinno – sümük, Zufron – Həbəşilərin bıçaqıdır” deyə
578
buyurdu. Bir dəvə qaçmışdı. Orada olanlardan biri dəvəyə ox atdı və Allahın
izni ilə dəvə dayandı. Peyğəmbər: “Həqiqətən bu heyvanlardan bəziləri
vəhşiləşərək vəhşi heyvanlara bənzəmişlər. Əgər onlardan hər hansı biri sizə
itaət etməzsə onunla bu cür rəftar edin”. (Buxari 5503, 5509, Muslim 5204,
1968/20)
1286. Rafi İbn Xədic demişdir: “(Bir dəfə) biz Peyğəmbərlə birlikdə Zül
Hüleyfədə olarkən camaata aclıq üz vermişdi. Onlar (döyüşdə) çoxlu dəvə və
qoyun ələ keçirmişdilər. (Həmin vaxt) Peyğəmbər arxada gələnlərin
arasında idi. Onlar heyvanları (bir-bir) kəsməyə başladılar və qazanları odun
üstünə qoydular. (Bir az keçdikdən) sonra Peyğəmbər gəlib qazanları
boşaltmağı əmr etdi. Sonra o, (heyvanları əshabələrin arasında) paylaşdırdı və
on qoyunla bir dəvəni eyni hesab etdi. Bu vaxt dəvələrdən biri qaçdı. (Bəziləri)
onun dalınca qaçdılar, lakin ona çata bilməyib yorğun düşdülər. Orduda az
sayda atlı olduğundan (dəvəni tuta bilmədilər). Axırda onlardan biri dəvəni
oxla vurdu və Allah bu dəvəni dayandırdı. Sonra Peyğəmbər buyurdu:
“Həqiqətən, bu heyvanlardan (bəzisi) vəhşiləşib vəhşi heyvanlar kimi
olmuşdur. Odur ki, onlardan hansı biri əlinizdən çıxıb qaçarsa, onu oxla
vurun.” Mən dedim: “Biz (sabah) düşmənlə (qarşı-qarşıya) gəlməyimizi
gözləyirik (və ya düşmənin qəfil hücumundan ehtiyat edirik). Yanımızda bıçaq
da yoxdur (ki, heyvanları kəsək). Biz onları qamışla kəsə bilərikmi?”.
Peyğəmbər: “(Heyvanın) qanı axıdılsa və onun üstündə Allahın adı çəkilsə,
ondan yeyə bilərsiniz. Lakin diş və dırnaqla kəsmək olmaz. Sizə bunun niyə
qadağan olduğunu deyim: diş sümükdür (heyvanı rahat kəsmək olmur),
dırnaq isə həbəşilərin bıçağıdır”. (Buxari 2488, 2508, 3075, Muslim 5204,
1968/20)
1287. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qurban
ətlərini üç gün müddətinə yeyin”. Abdullah qurban ətlərini yeməkdən
çəkinmək üçün Minada hərəkət edərkən çörəyi zeytun yağı ilə yeyərdi”.
579
(Buxari 5574, Muslim 5212, 1970/26)
1288. Aişə
deyir ki: “Biz qurban ətlərindən bir qismini duzlayar, sonra da
duzlu ətləri Mədinədə Peyğəmbərə gətirərdik”. Peyğəmbər: “Sizlər qurban
ətlərini üç gündən sonra yeməyin” buyurdu. Aişə: “(Bu nəhy haramlıq
deyildir), lakin Peyğəmbər bu ətlərdən zənginlərin fəqirləri də doydur-
masını istəmişdi və Allah, Peyğəmbərinin muradını ən yaxşı biləndir” dedi.
(Buxari 5570, Muslim 5215, 1971/28)
1289. Cabir İbn Abdullah demişdir: “Biz qurban kəsdiyimiz heyvanın ətindən
– Minada qaldığımız üç gün istisna olmaqla (başqa günlərdə) – yeməzdik. Belə
olduğu halda Peyğəmbər bizə rüsxət verib: “Yeyin və (yolunuza) azuqə
götürün!” deyə buyurdu. Biz də yedik və (yolumuza) azuqə götürdük”.
(Buxari 1719, Muslim 5217, 1972/30)
1290. Sələmə İbn Əkva rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizlərdən
kim qurban kəssə, (qoy bayramın) üçüncü gününün səhəri evində onun
(ətindən) heç bir şey qalmasın.” Növbəti il (bayram günü yetişdikdə əshabələr)
dedilər: “Ya Rəsulullah, keçən ildəki kimi edəkmi?”. Peyğəmbər: “Özünüz
yeyin, (başqalarına) yedizdirin, üstəlik ehtiyatınızı da götürün. Belə ki, (keçən)
il insanlara qıtlıq üz vermişdi, bu səbədən də mən sizin onlara yardım
etməyinizi istədim.” (Buxari 5569, Muslim 5222, 1974/34)
Fərə Və Atira
580
1291. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Nə fərə, nə də
atira (din sayıla bilməz).”(Hədisi danışan ravi demişdir): “Fərə: (qoyunun və
ya dəvənin) birinci balasıdır ki, müşriklər onu öz bütlərinə qurban kəsərdilər.
Atirə isə (onların) rəcəb ayında (kəsdikləri qurbandır).” (Buxari 5473, Muslim
5231, 1976/38)
581
İçkilər Kitabı
582
Şərabın Haram Olması, Quru Və Kal Xurmadan, Quru
Üzümdən Və Daha Başqa Sərxoş Edən Şeylərdən
Hazırlanmasının Bəyanı
1292. Əli İbn Əbu Talib rəvayət edir ki, Bədr günü qənimətdən payıma yaşlı
bir dəvə düşmüşdü. Peyğəmbər də bundan öncə mənə xumsdən
(beşdəbirdən) bir yaşlı dəvə də vermişdi. Peyğəmbərin qızı Fatiməylə
evlənmək istədikdə, Qaynuqa qəbiləsindən olan zərgər bir kişi ilə mənimlə
izxır (ətirli ot) yığmağa getməsinə vədləşdim. Onu zərgərlərə satıb toy
ziyafətim üçün sərf edəcəkdim. Mən dəvələrim üçün çuval, yəhər, ip
toplayarkən, dəvələrim ənsarlardan olan bir kişinin evinin yanında yerə
çökmüşdülər. Toplaya bildiyimi cəm etdikdən sonra qayıtdım. Dəvələrimin
hürgücləri kəsilmiş, böyürləri yırtılaraq ciyərləri qopardılmış mənzərəni
gördükdə gözlərimə hakim ola bilmədim və: “Bunu kim etdi?” deyə
soruşdum. Onlar belə savab verdilər: “Bunu Həmzə İbn AbdulMuttalib etdi. O
bu evdədir. Ənsarlardan olan içki içənlərin arasındadır”. Ona və yoldaşlarına
bir cariyə mahnı oxuyurdu və mahnı əsnasında: “Ey Həmzə, bu yaşlı, kök
dəvələrə diqqət et!” dedi və Həmzə qalxaraq qılıncı ilə dəvələrin hürgüclərini
kəsdi, böyürlərini yırtdı və ciyərlərindən bir şey qopartdı”. Əli: “Dərhal gedib
Peyğəmbərin yanına daxil oldum. Yanında Zeyd İbn Hərisə var idi.
Peyğəmbər başıma nəsə gəldiyini anladı və: “Sənə nə olub?” deyə soruşdu?
Mən: “Ey Allahın Elçisi, bugünkü kimi heç görməmişdim. Həmzə mənim
583
dəvələrimə təcavüz edərək hürgücləri kəsib və böyürlərini yırtıb. Budur, indi
o, içki içənlərlə birgə bir evdədir. Peyğəmbər ridasını istədi. Geyindi və
gəzərək getdi. Mən və Zeyd İbn Hərisə onun ardınca getdik. Peyğəmbər
Həmzə olan qapının yanına gələrək içəri girmək üçün izin istədi. Ona izin
verdilər. Onlar içki içənlər idilər. Peyğəmbər Həmzəni etdiyi şeyə görə
danlamağa başladı. Həmzə gözləri qızarmış halda Peyğəmbərə baxdı. Sonra
nəzərini onun dizlərinə zillədi və baxışlarını qaldırdı. Sonra yenidən nəzərini
onun göbəyinə zillədi, baxışlarını qaldırdı, onun üzünə baxdı və belə dedi:
“Siz mənim atamın kölələrindən başqa bir şey deyilsiniz?”. Peyğəmbər onun
sərxoş olduğunu anladı geri döndü və bayıra çıxdı. Biz də onunla birgə
çıxdıq”. (Buxari 3091, Muslim 5244, 1979/2)
1293. Ənəs İbn Məlik rəvayət edir ki, mən Əbu Təlhənin evində bir içki
məclisində içki paylayırdım. O, gün onların şərabı (xurmadan hazırlanan)
Fadih adlanan içki idi. Peyğəmbər bir carçıya bel deməyi əmr etdi:
“Xəbəriniz olsun ki, şərab haram edilmişdir”. Ənəs deyir ki, Təlhə mənə
şərabları çölə boşaltmağı əmr etdi. Mən də çıxıb şərabları boşaltdım. Mədinə
küçələrindən su kimi şərab axırdı. Bu an topluluqdan bəzisi: “(Uhud
döyüşündə) qarınlarında şərab olduğu halda öldürülənlər nə olacaq?” dedilər.
Allah bu ayəni nazil etdi: “İman gətirib yaxşı işlər görənlərə, Allahdan
qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə Allahdan qorxaraq
iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri
təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah
gəlməz. Allah yaxşı iş görənləri sevir”. (əl-Maidə 93). (Buxari 2464, Muslim
5246, 1980/3)
Xurma İlə Üzümdən Hazırlanan Bütün İçkilərə Şərab
Adının Verilməsi
584
1294. Cabir rəvayət edir ki, Peyğəmbər xurma ilə kişmişi (quru üzümü),
kal xurma ilə təzə xurmanı qatışdıraraq (satmaqdan) nəhy etdi”. (Buxari 5601,
Muslim 5261, 1986/17)
1295. Əbu Qətadə demişdir: “Peyğəmbər yetişmiş xurma ilə kal xurmanı,
habelə xurma ilə kişmişi qatışdırıb (şirə) çəkməyi qadağan etmişdir. Bunların
hər birinin şirəsi ayrı-ayrı çəkilməlidir.” (Buxari 5602, Muslim 5269, 1988/24)
Muzəffət, Dubbə, Hantem və Nəkir Adlanan Qablarda Şirə
Hazırlamağın Qadağn Edilməsi, Bunun Nəsh Edilməsi Və
Sərxoşluq Vermədikcə Bu Gün Halal Olması
1296. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Dubbə və
Muzaffə adlanan qablarda (şirə, içki) qoymayın”. Əbu Hureyrə deyir ki, bu
iki qabla bərabər: “Hantəm və Nakir adında qabları da qatardı”. (Buxari 5587,
Muslim 5283, 1993/31)
1297. Əli rəvayət edir ki, Peyğəmbər Dubbə və Muzaffə adlanan
qablardan nəhy etdi”. (Buxari 5594, Muslim 5286, 5288, 1994/34)
1298. İbrahim ən-Nəhai deyir ki, mən Əsvəd əl-Yəziddən soruşdum: “Sən
möminlərin anası Aişədən
hansı qablar içərisində şirə saxlanılmaz deyə
soruşdunmu?”. Əsvəd: “Bəli, mən ey möminlərin anası! Peyğəmbər hansı
585
qabların içərisində şərab saxlamağı nəht etdi?”. Aişə: “Ev əhlinə Dubbə və
Muzəffə adlanan qablarda şirə (şərab) saxlamağı qadağan etdi. Ravi deyir ki,
Aişə
Hantem və Cərri zikr etdimi?”. O: “Mən ancaq eşitdiyim şeyi
söyləyirəm, sənə eşitmədiyim bir şeyimi söyləyim” dedi. (Buxari 5595, Muslim
5287, 1995/35)
1299. İbn Abbas rəvayət edir ki, AbdulQeys
105
heyəti Rəsulullahin
hüzuruna gələrək dedilər: «Ya Rəsulullah! Bizlər Rabia qəbiləsindənik. Səninlə
bizim aramızda Mudar kafirlərindən ibarət bir qəbilə maneə olmuşdur. Buna
görə də sənin yanına yalnız Haram aylarda
106
gələ bilirik. Buna görə də bizə
qəti bir əmr ver ki, onu yerinə yetirək və həm də geridə qalanlara onu dəvət
edək Cənnətə girək. Rəsulullah onlara dörd şeyi əmr etdi və dörd şeydən də
çəkindirdi. Rəsulullah: «Bir və tək olaraq Allaha iman etməyinizi əmr edirəm.
Bir və tək olaraq Allaha iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar Allah
və Rəsulu daha gözəl bilir!». O, buyurdu: «Allahdan başqa ibadətə layiq haqq
ilah olmadığına, Muhəmmədin onun Rəsulu olduğuna şəhadət etmək, namaz
qılmaq, zəkat vermək və qənimətin 1/5-ni verməkdir. Sizləri Dubbadan,
Hantəmdən, Nakirdən və Muzzafərdən çəkindirirəm»
107
(Buxari 1398, 3510,
Muslim 124, 5293, 5317, 17/23)
105
Bu heyət Hudeybiyyə sülhündən sonra Məkkə fəthindən bir az əvvəl Peyğəmbər yanına gəlmişlər.
Heyətin böyüyü Munziru İbn Aiz əl-Əsəri idi. Munzirin üzündə qılınc və ya bıçaq izi olduğu üçün
Peyğəmbər onu əl-Əşəcc diyə ləqəbləndirmişdir. Bundan sonra o, kimsə AbdulQays Əşəcci ləqəbi ilə
şöhrət tapmışdır. Heyəti sayı barəsində bir çox rəqəmlər vardır. 14, 40, 50 nəfərə qədər olduğu da söylənilir.
106
Haram Aylar – «Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın
kitabında on ikidir. Onlardan dördü (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm) haram aylardır. Bu doğru
dindir. Ona görə də həmən aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi siz
də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!». (ət-Tövbə 36). Bu aylarda döyüşlər etmək, hücum
etmək, ozünə zülm etmək qadağan edilmişdir. Məhz buna görə də bu ayları haram aylar adlandırırlar.
107
Bu adları çəkilən dörd kəlimə o, qövmün içərisində şərab düzəltdikləri qabların adlarıdır. Dubba – içi
ovulmuş balqabaqdır, Hantəm – saxsıdan düzəldilmiş qabdır, Nakir – içi ovulmuş ağac parçasıdır ki,
içərisinə kiçik xurmalardan atır. Sonra içərisinə su tökərdilər. Bir müddətdən sonra onu şərab olaraq
alırdılar. Muqayyər – qır sürtülən qabdır. Buxari, Müslim.
586
1300. Abdullah İbn Amr demişdir: “Peyğəmbər (şərab hazırlanan)
qablardan istifadə etməyi qadağan etdikdə (bəziləri) Peyğəmbərə dedilər:
“Hər kəs (lazımi) qab tapa bilmir.” Bundan sonra Peyğəmbər (yan-yörəsinə)
qatran sürtülməmiş cürdəklərdən istifadə etməyə rüsxət verdi.” (Buxari 5593,
Muslim 5328, 2000/66)
Dostları ilə paylaş: |