Al-lulu vəl-mərcan


Libas Və S. Saxtakarlıq Etməyin Və Olmayan Bir Şeylə



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə46/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

 

 

Libas Və S. Saxtakarlıq Etməyin Və Olmayan Bir Şeylə 



Özünü Doymuş Göstərməyin Qadağan Olması  

 

 



 

1379. Əsma 

 rəvayət edir ki, (bir dəfə) biq qadın (Peyğəmbərə ) dedi: “Ya 



Rəsulullah, mənim günüm

111


 vardır. Əgər mən ərimin mənə vermədiyi bir şeyi 

(guya) mənə verdiyini danışsam günah qazanarammı?”. Peyğəmbər: “Əslində, 

əldə  etmədiyi  bir  şeyi  əldə  etdiyini  bildirən  kimsə  iki  ədəd  böhtan  libası

112


 

geymiş adama bənzəyir.” (Buxari 5219, Muslim 5705, 5706, 2130/127)  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                



111

 Günü - birinci arvadın üstünə alınan ikinci, üçüncü və ya dördüncü arvad.  

112

 Birisi bir başqasından borca  iki qiymətli  paltar  alıb  geyir ki,  zahiri  görünüşü  ilə  insanları  aldadıb onları 



inandıra bilsin. 

 

 

617 



 



 

 

 

 



 

Ədəb Kitabı 

 

 



 

 

 

 


 

 

618 



 

 

Əbul Qasim Kunyəsini Götürməyin Qadağan Olması Və 



Müstəhəb Olan Adların Bəyanı 

 

 



 

1380.  Ənəs    rəvayət  edir  ki,  bir  nəfər  Bəqidə  səsləyərək:  “Yə  Əbul  Qasim!” 

dedi.  Peyğəmbər    ona  tərəf  çönüb  baxdıqda  o,  dedi:  “Mən  səni  qəsd 

etmirdim”  dedi.  Peyğəmbər:  “Mənim  adımla  ad  qoyunuz,  lakin  kunyəmlə 

kunyələnməyin” deyə buyurdu. (Buxari 2121, 3537, Muslim 5715, 2133/6)  

 

 



 

 

 



1381.  Cabir  İbn  Abdullah  əl-Ənsari    demişdir:  “Bizlərdən  birinin  oğlu  oldu 

və o, uşağa Qasım adını verdi. Ənsar (ona) dedi: “Biz səni Əbul Qasım deyib 

çağırmayacaq və sənə gözün aydın olsun da deməyəcəyik.” Onda həmin adam 

Peyğəmbərin  yanına gəlib dedi: “Ya Rəsulullah, mənim oğlum oldu və mən 

ona  Qasım  adını  verdim.  Lakin  Ənsar  (mənə)  dedi  ki:  “Biz  səni  Əbul  Qasım 

deyib çağırmayacaq və sənə gözün aydın olsun da deməyəcəyik.” Peyğəmbər: 

“Ənsar  düz  iş  görmüşdür.  (Özünüzə)  mənim  adımı  qoya  bilərsiniz,  lakin 

kunyamı qoymayın. Çünki Qasım ancaq mənəm!”. (Buxari 3115, Muslim 5717, 

2133/7)  

 

 



 

1382. Cabir   rəvayət edir ki, bizlərdən Ənsardan birinin oğlu olduğu zaman 

adını  Qasım  qpyardılar.  Biz  səni  Əbul  Qasım  deyə  çağırmadıq.  Bu  xəbər 

Peyğəmbərə    xəbər  verildi.  Peyğəmbər:  “Sən  oğluna  AbdurRahman  çağır” 

deyə buyurdu. (Buxari 6186, Muslim 5718, 2133)  

 

 



 

 

 

619 



1383. Əbu Hureyrə  rəvayət edir ki, Əbul Qasim  buyurdu: “Mənim ismimi 

övladlarınıza isim olaraq verin, lakin kunyəmlə kunyələnməyin”. (Buxari 6188, 

Muslim 5720, 2134/8)  

 

 

 

Pis Mənalı Adları Gözəl Adlarla Əvəz Etmək, Bərra İsmini 

Zeynəb, Cuveyriyə Və Bənzəri Adlarla Dəyişməyin 

Müstəhəb Olması 

 

 



 

1384.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Zeynəbin 

  adı  Bərra  idi.  Ona:  “Sən 



özünü  təmizə  çıxardırsan”  deyildi,  sonra  Peyğəmbər    ona  Zeynəb  adını 

verdi. (Buxari 6192, Muslim 5731, 2141/17) 

 

 

 

Məlikul Əmlək, Məlikul Mulk Adları Taxmağın Haram 



Olması 

 

 



 

1385.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: “Allah qatında 

ən  alçaq  isim  Məlikul  Əmlək  ismi  ilə  (adlanan  kimsədir)”.  (Buxari  6206, 

Muslim 5735, 2143/21)  

 

 

 

Uşaq Doğulduğu Zaman Ağzına (Çeynənilmiş Xurma) 



Qoymaq Və Bunu Etmək Üçün Saleh Bir Kimsəyə 

Aparmağın Müstəhəb Olması, Doğulduğu Gün Adının 

Qoyulması, Abdullah, İbrahim Və S. Peyğəmbərlərin 

Adlarının Qoyulmasının Müstəhəb Olması  

 

 

620 



 

 

 



1386.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  Əbu  Təlhənın    oğlu  xəstə  idi.  Əbu 

Talha  bir dəfə (səfərə) getdiyi vaxt oğlu vəfat etdi. O qayıtdıqda: “Uşaq nə 

etdi?  Necədi?”  deyə  zövcəsindən  xəbər  aldı.  Ummu  Süleym:  “Əvvəlkindən 

daha sakitdir! (yaxşıdır)” dedi və onun qabağına şam yeməyini qoydu. O, şam 

yeməyini  yedikdən  sonra  qadınla  yaxınlıq  etdi.  Bundan  sonra  qadın:  “Uşağı 

dəfn  edin!”  dedi.  Səhər  açıldıqda  isə  Əbu  Təlhə    Peyğəmbərin    yanına 

gəldi.  Ona  bunu  xəbər  verdi.  Peyğəmbər:  “Bu  gecə  yaxınlıq  etmisinizmi?” 

deyə  buyurdu.  O:  “Bəli!”  deyə  cavab  verdi.  Peyğəmbər:  “Allahım,  onlara 

bərəkət ver!” deyə buyurdu. O bir oğlan uşağı doğdu. Əbu Təlhə  mənə onu 

Peyğəmbərin  yanına aparmağı istədi. Onu Peyğəmbərin  yanına gətirdim. 

Onunla  birgə  bir  neçə  quru  xurma  göndərdi.  Peyğəmbər    onu  götürdü  və: 

“Onunla  bərabər  bir  şey  varmı?”  deyə  soruşdu.  Onlar:  “Bəli,  quru  xurma!” 

deyə  cavab  verdilər.  Peyğəmbər    onu  ağzında  çeynədi  və  sonra  çıxararaq 

uşağın ağzına qoydu. Onu təhnik etdi və adını Abdullah qoydu”. (Buxari 5470, 

Muslim 5737, 2144/23) 

 

 



 

1387. Əbu Musa  demişdir: “Mənim uşağım olduqda mən onu Peyğəmbərin 

 yanına gətirdim. Peyğəmbər  uşağa İbrahim adını verdi, xurmanı ağzında 

əzib  körpənin  ağzına  qoydu,  onun  üçün  xeyir-bərəkət  dilədi  və  onu  mənə 

qaytardı.” (Bu uşaq) Əbu Musanın  yaşca ən böyük övladı idi. (Buxari 5467, 

6198, Muslim 5739, 2145/24) 

 

 

 



 

 

621 



1388. Əsma (Bint Əbu Bəkr) 

 Abdullah İbn Zubeyrə  hamilə olduğu vaxtı 



(xatırlayıb)  demişdir:  “Mən  hamiləliyin  son  ayında  (Məkkədən)  çıxıb 

Mədinəyə  gəldim  və  Qubada  qonaq  qaldım.  Elə  orada  da  övladımı  dünyaya 

gətirdim. Sonra uşağı Peyğəmbərin  yanına gətirdim və onu Peyğəmbərin  

qucağına qoydum. Peyğəmbər  bir xurma gətizdirdi, sonra onu ağzında əzdi 

və  (bu  əzməni)  uşağın  ağzına  qoydu.  Beləliklə  də,  bu  körpənin  mədəsinə 

gedən  ilk  şey,  Peyğəmbərin    ağız  suyu  oldu.  Sonra  Peyğəmbər    xurma 

əziyini  körpənin  damağına  sürtdü  və  onun  üçün  dua  edib  Allahdan  xeyir-

bərəkət  dilədi.  Beləcə  o,  İslamda  (Mədinədə)  doğulmuş  ilk  körpə  oldu.” 

(Buxari 3909, 5469, Muslim 5741, 2146/26)  

 

 



 

1389. Səhl İbn Sad  rəvayət edir ki, Munzir İbn Useyd doğulduğu zaman onu 

Peyğəmbərin    yanına  gətirdilər.  Peyğəmbər  onu  qucağına  götürdü.  Əbu 

Useyd    də  yanında  oturmuşdu.  Peyğəmbər    önündə  olan  bir  işlə  məşğul 

oldu.  Əbu  Useydə    oğlunu  götürməyi  əmr  etdi  və  uşağı  Peyğəmbərin   

qucağından  götürərək  evə  qayıtdılar.  Peyğəmbər    özünə  gəldikdə:  “Uşaq 

haradadır?”  deyə  soruşdu.  Əbu  Useyd:  “Onu  evə  apardıq,  ey  Allahın  Elçisi” 

dedi.  Peyğəmbər:  “Onun  adı  nədir?”  deyə  soruşdu.  O:  “Filankəs,  ey  Allahın 

Elçisi!” deyə cavab verdikdə, Peyğəmbər: “Xeyr! Onun adı əl-Munzirdir!” deyə 

buyurdu və o gün adını Munzir qoydu. (Buxari 6191, Muslim 5745, 2149/29)  

 

 

 



1390.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  Peyğəmbər    insanların  ən  əxlaqlısı 

idi.  Mənim  bir  qardaşım  vardı,  adı  Əbu  Umeyr  idi  (Ravi:  “Zənnimcə  o,  belə 

dedi”) süddən yeni ayrılmışdı. Peyğəmbər  (Ummu Suleymin yanına) gəldiyi 

vaxt onu  gördükdə,  belə  deyərdi: “Ey Əbu  Umeyr,  Nuğeyrə nə  etdin?”  deyə 

buyurdu.  Nuğeyr  qardaşımın  oynadığı  kiçik  quş  idi.  Peyğəmbər    bizim 

evimizdə ikən namaz vaxtı gəldikdə həmən əmr edər ayaq altında olan xalça 

təmizlənər  və  üzərinə  su  səpilərdi.  Sonra  biz  də  arxasında  dayanaraq  O  bizə 

namaz qılırardı”. (Buxari 6203, Muslim 5747, 2150/30) 



 

 

622 



 

 

İzn İstəmək 

 

 

 



1391.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  mən Ənsardan ibarət  bir  məclisdə 

idim. Bu an Əbu Musa  həyacan içərisində (sanki bir şeydən qorxmu) olaraq 

gəldi. (Ömər  məni çağırmışdı). Mən Ömərin  yanına girmək üçün üç dəfə 

izn  istədim,  mənə  izn  verilmədiyi  üçün  geri  döndüm.  Ömər:  “Sən  bizim 

yanımıza nə üçün gəlmədin?” dedi. Mən: “Sənin yanına girmək üçün üç dəfə 

izn  istədim,  izn  verilmədii  üçün  geri  döndüm”  dedim.  Çünki  Peyğəmbər: 

“Sizdən  biri  üçn  dəfə  izn  istədiyi  zaman  ona  izn  verilməzsə  həmən  geri 

dönsün”  deyə  buyurdu.  Ömər:  “Vallahi,  bu  hədisə  görə  dəlil  gətirəcəksən” 

dedi. Sizlərdən kimsə bunu Peyğəmbərdən  eşidibmi?” dedim. Ubey İbn Kəb: 

“Vallahi  səninlə  bərabər  qövmün  ən  kiçiyi  belə  bunu  eşitmişdir”  dedi  və: 

“Mən qövmün ən kiçiyi idim. Əbu Musa  ilə bərabər qalxıb getdim və Ömərə 

  Peyğəmbərin    söylədiyini  xəbər  verdim”.  (Buxari  6245,  Muslim  5753, 

2153/34) 

 

 

 

Kimdir O? Deyildiyi Zaman İzn İstəyənin: Mənəm – 

Deməsinin Bəyənilməməsi 

 

 



 

1392.  Cabir    deyir  ki,  (bir  dəfə)  mən  atamın  borcuna  dair  (məsləhət  almaq 

üçün)  Peyğəmbərin    yanına  gəlib  qapını  döydüm.  O  soruşdu:  “Kimdir  o?” 

Dedim:  “Mənəm.”  O,  narazı  qalmış  halda:  “Mənəm,  mənəm!

113

”  dedi.” 



(əBuxari 6250, Muslim 5763, 2155/39)  

                                                

113

 Qapını  döyən  adamdan  onun  kim  olduğu  soruşularsa,  o,  müəmmalı  şəkildə  cavab  verməməli  və  kim 



olduğunu hökmən bildirməlidir. 

 

 

623 



 

 

Başqasının Evinə Baxmağın Qadağan Ediləsi 

 

 

 



1393. Səhl İbn Səd  rəvayət edir ki, bir nəfər Peyğəmbər qapısındakı dəlikdən 

içəri  baxdı.  Peyğəmbər    yanında  başını  daradığı  darağı  vardır.  Peyğəmbər: 

«Əgər  mənə  baxdığını  bilsəydim  bunu  gözünə  soxardım  (Başqa  rəvayətdə: 

Bədəvi  çubuğu  gördükdə  geri  çəkilir.  Peyğəmbər:  «Əgər  çəkilməsəydin 

gözünü  çıxardardım)”.  Peyğəmbər:  “İzn  istəmək  yalnız  gözə  görə  qanun 

edilmişdir” deyə buyurdu. (Buxari 6901, Muslim 5764, 2156/40) 

 

 

 



1394.  Ənəs  İbn Məlik    rəvayət  edir  ki,  bir  nəfər  Peyğəmbərin   çadırlarının 

birindən  içəriyə  uzanıb  badı.  Peyğəmbər  ox  kimi  dəmirlə  ona  tərəf  uzatdı. 

Ənəs: “Peyğəmbər   sankı o, adama batırmaq üçün onun görmədiyi tərəfdən 

yaxınlaşırdı” dedi. (Buxari 6242, Muslim 5767, 2157/42) 

 

 

 



1395. Əbu Hureyra  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: 

“Əgər  bir  adam  sənin  iznin  olmadan  sənin  evinə  boylansa,  sən  də  daş  atıb 

onun  gözünü  çıxartsan,  (buna  görə)  sənə  günah  yazılmaz”.  (Buxari  6888, 

Muslim 5769, 2158/44)  

 

 

 



 

 

 

624 



 



 

 

 

 



 

Salam Kitabı 

 

 



 

 

 

 


 

 

625 



 

 

Minik Üstə Olan Kəs Piyadaya, Az Sayda Olan Toplum Çox 



Sayda Olanları Salamlayır 

 

 



 

1396. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Minik üstə olan 

kəs  piyadaya,  piyada  oturana  və  az  sayda  olan  toplum  çox  sayda  olanlara 

salam verməlidir.” (Buxari 6232, 6233, Muslim 5772, 2160/1)  

 

 

 

Müsəlmanın Müsəlman Üzərində Olan Haqqlarından Biri 



Də Salamı Qaytarmaqdır 

 

 



 

1397.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Müslmanın 

digər müsəlman üzərində oln haqqı beşdir: “Salamını qaytarmaq, xəstələndiyi 

zaman  ziyarət  etmək,  cənazəsində  iştirak  etmək,  dəvətinə  icabət  etmək, 

asqıdığı zaman Yərhəmukəllah – demək”. (Buxari 1240, Muslim 5776, 2162/4) 

 

 

 

Kitab Əhli Olan Kimsələrə İlk Olaraq Müsəlmanın Salam 

Verməsinin Qadağan Olması Və Onların Salamı Necə 

Alınır 

 

 



 

1398.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kitab  əhli  sizə  salam 

verdiyi  zaman  (ona  qarşılıq  olaraq)  “Va  Aleykum”  deyin.  (Buxari  6258,  6926, 

Muslim 5780, 2163/6)  

 


 

 

626 



 

 

1399. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Yəhudilər 



sizə  salam  verdikləri  zaman  onlardan  biri  “əs-Səmu  Aleykə”  deyərlər  (ona 

qarşılıq olaraq) “Va Aleykə” deyin. (Buxari 6257, Muslim 5782, 2164/8) 

 

 

 



1400. Aişə  rəvayət edir ki, (bir gün) Peyğəmbər   “Yəhudilərdən bir neçə 

insan  Peyğəmbərə    salam  verərək:  “Əs-Səmu  Əleykum”  (sizə  ölüm  olsun) 

dedi. Aişə: “Mən bu sözlərin (nə məna daşıdığını) anladım. (Allahın) ölümü və 

lənəti  üzərinizə  olsun”  dedi.  Peyğəmbər:  “Yavaş  ol!  Ey  Aişə!  Həqiqətən  də 

Allah  hər  bir  işdə  mülayimliyi  sevir”  deyə  buyurdu.  Aişə:  “Məgər  onların 

dediklərini  eşitmirsən?!”.  O:  “Bəli  eşitdim  və  cavab  olaraq:  Va  aleykum  (sizə 

də)  deyə  cavab  verdim”.  (Başqa  rəvayətdə:  “Onların  əleyhinə  bizim  duamız 

qəbul  edilir, onların  bizim  əleyhimizə olan  duası  qəbul olmur)”  (Buxari  6256, 

Muslim 5786, 2165/11) 

 

 

 

Uşaqlara Salam Verməyin Müstəhəb Olması 

 

 



 

1401. (Bir dəfə) Ənəs İbn Malik  (bir dəstə) uşağın yanından keçərkən onlara 

salam  verdi  və  dedi:  “Peyğəmbər    də  belə  edərdi.”  (Buxari  6247,  Muslim 

5791, 2168/14)  

 

 

 

İnsanın Ehtiyacını Görmək Üçün Qadınların Çölə 



Çıxmalarının Mübah Olması 

 


 

 

627 



 

 

1402.  Aişə    demişdir:  “Hicab  ayəsi  nazil  olduqdan  sonra  (bir  gün)  Səudə 



ehtiyacı  üzündən  bayıra  çıxdı.  O,  irigövdəli  qadın  olduğundan  onu  görən 

adam  onu  o  saat  tanıyardı.  Ömər  İbn  Xəttab    onu  görüb  dedi:  “Ey  Səudə, 

vallahi,  biz  səni  tanıdıq.  Bayıra  çıxanda  bax  gör  necə  çıxırsan.”  Səudə  geri 

qayıtdı.  Həmin  vaxt  Peyğəmbər    mənim  evimdə  əlində  sümüklü  ət  şam 

yeməyini  yeyirdi.  Səudə  içəri  daxil  olub  dedi:  “Ya  Rəsulullah!  Mən  ehtiyac 

üzündən bayıra çıxdım, lakin Ömər mənə belə-belə dedi.” (Aişə): “Elə bu vaxt 

Allah Peyğəmbərə  vəhy nazil etdi. Vəhy tam nazil olduqda sümüklü ət hələ 

Peyğəmbərin    əlində  idi,  yerə  qoymamışdı.  Sonra  Peyğəmbər    buyurdu: 

“Siz  qadınlara  ehtiyac  üzündən  bayıra  çıxmağa  izn  verildi.”  (Buxari  4795, 

Muslim 5796, 2170/17)  

 

 

 

Naməhrəm Qadınla Tək Qalmağın Və Onun Yanına 



Girməyin Haram Olması 

 

 



 

1403.  Uqbə  İbn  Amir    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    buyurdu: 

“Nəbadə  qadınların  yanına  girəsiniz!”  Ənsardan  biri  dedi:  “Ya  Rəsulullah, 

qayın barədə nə deyə bilərsən?”. Peyğəmbər: “Qayın ölümdür”. (Buxari 5232, 

Muslim 5803, 2172/40)  

 

 

 

Bir Kimsə Bir Qadınla Görüldüyü Zaman O, Qadın Zövcəsi 

Və Ya Məhrəmi Olarsa, Sui Zənn Olsun Deyə: “Bu Qadın 

Filankəsdir – Deməyin Müstəhəb Olması  

 


 

 

628 



 

 

1404.  Peyğəmbərin    zövcəsi  Səfiyyə    rəvayət  etmişdir  ki,  Peyğəmbər   



ramazanın axır on günündə məsciddə etikaf edərkən ona baş çəkdi, onunla bir 

müddət  söhbət  etdikdən  sonra  çıxıb  getmək  istədikdə  Peyğəmbər    ayağa 

qalxıb onu qapıyadək ötürdü. Nəhayət, məscidin qapısına – Ummu Sələmənin 

qapısının yanına çatdıqda ənsardan olan iki nəfər gəlib onların yanından keçdi 

və  ona  salam  verdi.  Peyğəmbər    onlara:  “Dayanın,  bu,  Səfiyyə  Bint 

Huyeydir!”  dedi.  Onlar:  “Subhanəllah,  ya  Rəsulullah!”  dedilər  və  bu  söz 

onlara  ağır  gəldi.  Onda  Peyğəmbər    dedi:  “Həqiqətən  də,  şeytan  insanın 

bədənində qan dövran etdiyi kimi dövran edir. Mən onun sizin qəlbinizə (pis) 

bir şey salacağından ehtiyat etdim.” (Buxari 2035, 3101, Muslim 5808, 2175/24) 

 

 

 

Bir Məsclisə Gəlib Bir Yer Tapan Kimsənin Orada 

Oturması, Əksi Təqdirdə Cəmaatın Arxasında Oturmağın 

Lazım Olması  

 

 



 

1405.  Əbu  Vaqid  əl-Leysi    rəvayət  edir  ki,  Peyğəmbər    camaatla  birlikdə 

məsciddə oturarkən, (oraya) üç nəfər gəldi. İkisi Peyğəmbərə  tərəf yönəldi, 

biri  isə  çıxıb  getdi.  O  iki  nəfər  Peyğəmbərin    yanında  dayandı.  Onlardan 

birisi dövrə vurub oturmuş camaatın arasında boş yer görüb orada əyləşdi. O 

birisi  də  onların  arxa  tərəfində  əyləşdi.  Üçüncüsü  isə  üz  çevirib  getdi. 

Peyğəmbər  söhbətini bitirdikdən sonra dedi: “Bu üç nəfər barədə sizə xəbər 

verimmi?  Onlardan  biri  Allaha  sığındı,  Allah  da  ona  sığınacaq  verdi.  Digəri 

utandı,  Allah  da  ondan  utandı.  Üçüncüsünə  gəldikdə  isə,  o,  üz  döndərdi, 

Allah da ondan üz döndərdi.” (Buxari 66, 474, Muslim 5810, 2176/26)  



 

 

629 



 

 

Bir İnsanı Əvvəlcədən Oturduğu Mubah Yerindən 



Qaldırmağın Haram Olması 

 

 



 

1406. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir kişi digər birini 

məclisdə  qaldıraraq  onun  yerində  oturmasın”.  “Ey  iman  gətirənlər!  Sizə: 

"Məclislərdə  yer  verin!"–  deyildikdə  yer  verin  ki,  Allah  da  sizə  geniş  yer 

versin.  Habelə  sizə:  "Qalxın!"–  deyildikdə  qalxın  ki,  Allah  da  sizdən  iman 

gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın.  Allah nə 

etdiklərinizdən xəbərdardır”. (Buxari 6269, Muslim 5812, 2177/27)  

 

 

 

Qadın Təbiətli Kimsənin Qadınların Yanına Girməsinin 

Qadağan Edilməsi 

 

 



 

1407.  Ummu  Sələmə    demişdir:  “(Bir  dəfə  Hit  adlı)  bir  xonsa

114

 mənim 


yanımda  ikən  Peyğəmbər    içəri  girdi  və  (bu  xonsanın)  Abdullah  İbn  Əbu 

Umeyyəyə (Ummu Sələmənin  qardaşı) belə dediyini eşitdi: “Ey Abdullah, 

əgər  sabah  Allah  sizə  Taifi  fəth  etməyi  nəsib  edərsə,  sən  Ğeylanın  qızını  ələ 

keçirməyə  çalış.  Çünki  o,  (qız  o  qədər  toppuşdur  ki,)  ön  tərəfindən  (onun 

bədəninin) dörd qatı, arxa tərəfindən isə səkkiz qatı görünür.” (Bunu eşidəndə) 

Peyğəmbər    (Ummu  Sələməyə)  buyurdu:  “Belələri  sizin  yanınıza 

gəlməməlidirlər.” (Buxari 4324, Muslim 5819, 2180/32)  

 

 

 

                                                



114

 Xonsa - deyildikdə, ya özündə hər iki cinsin əlamətləri olan və qadına meyl salmayan arvadsifət kişi, ya 

da fasiqlər tərəfindən axtalanmış kişi nəzərdə tutulur. “Avnul Məbud” 9/143.  


 

 

630 



Əcnəbi Bir Qadın Yolda Götürülmədiyi Zaman Onu 

Heyvanın Tərkinə Mindirməyin Caiz Olması  

 

 



 

1408.  Əsma  Bint  Əbu  Bəkr    demişdir:  “Zubeyr    mənimlə  evlənərkən  yer 

üzündə onun, – dəvəsi və atı istisna olmaqla, – nə bir malı, nə bir köləsi, nə də 

başqa  bir  şeyi  var  idi.  (Ər  evində)  mən  onun  atını  yemləyir,  (quyudan)  su 

çıxardır,  dəridən  olan  su  tuluğunu  tikir  və  xəmir  yoğururdum.  Mən  çörəyi 

yaxşı  bişirə  bilmirdim  (deyə)  qonşuluqda  yaşayan  ənsar  qadınları  mənə  bu 

işdə  köməklik  edirdilər.  Onlar  ləyaqətli  qadınlar  idilər.  Mən  Peyğəmbərin   

Zubeyr    üçün  ayırdığı  torpaq  sahəsindəki  xurma  çəyirdəklərini  (zənbilə 

yığıb)  başımın  üstündə  (evə)  aparardım.  Bu  xurmalıq  bizim  evdən  üçdə  iki 

fərsəx (bir fərsəx 5760 m) aralıda yerləşirdi. Bir gün mən yenə başımın üstündə 

xurma  çəyirdəyi  apararkən  Peyğəmbərə    rast  gəldim.  Yanında  ənsardan  bir 

dəstə  adam  var  idi.  O  məni  yanına  çağırdı  və  (dəvəsinə)  “İx,  ix!  (dəvəni  yürə 

çökdürəndə  deyilir)”–  dedi  ki,  (onu  yerə  çökdürüb)  məni  tərkinə  alsın.  Mən 

kişilərlə  birgə  getməkdən  həya  elədim,  Zubeyri  və  onun  qısqanc  olduğunu 

xatırladım. Zubeyr   çox  qısqanc  adam idi.  Peyğəmbər    mənim  utandığımı 

başa  düşüb  yoluna  davam  etdi.  Sonra  mən  Zubeyrin    yanına  gəlib  dedim: 

“Mən  başımda  xurma  çəyirdəyi  daşıyarkən  Peyğəmbərə    rast  gəldim. 

Yanında da əshabələrindən bir dəstə adam var idi. O, dəvəsini yerə çökdürdü 

ki, məni tərkinə alsın, lakin mən ondan utandım və sənin qısqanclığın yadıma 

düşdü.  Zubeyr:  “Vallahi  ki,  sənin  xurma  çəyirdəyi  daşımağın  mənim  üçün 

onun  tərkinə  minməyindən  daha  ağır  gəlir.”  Nəhayət,  Əbu  Bəkr  mənim 

yanıma bir xidmətçi göndərdi ki, atlara baxsın və (beləliklə də) sanki məni (bu 

yükdən) azad etdi.” (Buxari 5224, Muslim 5821, 2182/34)  

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin