Al-lulu vəl-mərcan


Hər Səxoş Edən Şeyin Şərab Və Hər Şərabın Haram Olması



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə44/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

 

 

Hər Səxoş Edən Şeyin Şərab Və Hər Şərabın Haram Olması 

 

 



 

1301. Aişə 



rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sərxoşluq verən hər 



bir içki haramdır”. (Buxari 242, 5586, Muslim 5329, 5330, 2001/68) 

 

 



 

1302.  Əbu  Musa  əl-Əşari    rəvayət  etmişdir  ki,  Peyğəmbər    onu  Yəmənə 

göndərdikdə  Əbu  Musa  ondan  orada  düzəldilən  içkilər  barədə  soruşdu. 

Peyğəmbər:  “Nədir  o?”  Əbu  Musa:  “Bit  və  mizrdir”  dedi.  Onda  Peyğəmbər: 

“Sərxoşediçi hər bir şey haramdır.”(Hədisi danışan ravi demişdir): “Mən Əbu 

Burdədən soruşdum: “Bit nədir?” Dedi: “Bal şərabıdır.” Soruşdum: “Bəs mizr 

nədir?”  dedi:  “Arpa  şərabıdır.”  (Buxari  4343,  4344,  6124,  7172,  Muslim  5332, 

1733/70)  

 

 

 

Şərab İçib Ondan Tövbə Etməyən Kimsənin Axirətdə 



Ondan Məhrum Olmasıyla Cəzalandırılması 

 

 



 

1303. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər kim 

bu  dünyada  şərab  içər  və  tövbə  etməzsə,  axirətdə  (içənlərə  ləzzət  verən) 

şərabdan məhrum olar.” (Buxari 5575, Muslim 5340, 2003/76) 



 

 

587 



 

 

Sərtləşərək Spirtli İçkiyə Çevrilməmiş Nəbzin Mübah 



Olması  

 

 



 

1304.  Səhl  İbn  Sad    deyir  ki,  Əbu  Useyd  əs-Səidiy    Rəsulullahı    öz  toy 

ziyafətinə  dəvət  etmişdir.  O,  gün  gəlin  olan  zövcəsi  də  onlara  xidmət  edirdi. 

Səhl:  “Gəlinin  o,  gün  Rəsulullaha    nə  içirdiyini  bilirsinizmi?  Gəlin  gecədən 

(bir  qab  içinə)  Rəsulullah    üçün  bir  az  xurma  islatmışdır.  Rəsulullah   

düyüdən yediyi  zaman şirədən  də içərdi” dedim.  (Buxari  5176, Muslim  5351, 

2006/86)  

 

 



 

1305.  Səhl  İbn  Sad    deyir  ki,  Əbu  Useyd  əs-Səidiy    evləndiyi  zaman 

Peyğəmbəri  və səhabələri dəvət etdi. Onlar üçün yemək hazırlayan, önlərinə 

qoyan  Useydin  zövcəsi  Ummu  Useyd  idi.  O,  gecədən  hazırladığı  qazan 

içərisində  isladılmış  xurma  şirəsini  Peyğəmbər    yeməyi  yeyib  qurtardıqdan 

sonra ona ikram etdi”. (Buxari 5182, Muslim 5353, 2006/87)  

 

 

 



 

 

1306. Səhl İbn Səd  demişdir: “(Bir dəfə) Peyğəmbər   Bəni Saidə talvarının 



yanına  gəlib  dedi:  “Bizə  su  ver,  ey  Səhl!”  dedi.  Onda  mən  bu  camda  su 

çıxardıb onlara verdim.” (Hədisi danışan ravi) demişdir: “Sonra Səhl   bizim 

üçün həmin qabı çıxartdı və biz o qabdan su içdik. Bundan sonra isə Ömər İbn 


 

 

588 



AbdulƏziz  Səhldən  bu  camı  ona  bağışlamağı  xahiş  etdi,  o  da  qabı  Ömərə 

bağışladı.” (Buxari 5637, Muslim 5354, 2007/88) 

 

 

 

Süd İçməyin İcazəli Olması 

 

 

 



1307. Bəra İbn Azib  rəvayət edir ki, Peyğəmbər  Mədinəyə yönəlib hərəkət 

etdiyi  zaman  yolda  Suraka  İbn  Məlik  İbn  Cuşum  onları  təqib  edirdi. 

Peyğəmbər  onun  əleyhinə  bəd  dua  etdikdən  sonra  atının  ayaqları  torpaqda 

batmağa başladı. Suraka, Peyğəmbərə: “Mənim üçün Allaha dua et, mən sənə 

zərər vermərəm” dedi. Peyğəmbər  də onun lehinə dua etdi. (Ravi) deyir ki: 

“Rəsulullah    yolda  susamışdı.  Bir  çobana  rast  gəldilər.  Əbu  Bəkr    bir  qab 

götürdü  və  içinə  bir  az  süd  sağdı.  Südü  Peyğəmbərə  gətirdim  və  o  bundan 

içdikcə mən də bundan xoş olurdum. (Buxari 3908, Muslim 5357, 2009/91)  

 

 

 



1308.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər   İsra gecəsi İliya  – Qüds – 

adlanan  yerdə  ona  birində  şərab,  digərində  süd  olan  iki  qədəh  gətirildi 

(bunlardan  istədiyini  seç)  dedilər.  Rəsulullah  onlara  baxdıqdan  sonra  Südü 

seçdi.  Cəbrail:  “Səni  fitrət  üzərə  edən  Allaha  həmd  olsun.  Əgər  şərabı 

seçsəydin ümmətin azardı” dedi. (Buxari 4709, Muslim 5358, 168/92)  

 

 

 

Şirə İçmək Və Qabların Ağzını Bağlamaq 

 

 



 

 

 

589 



1309.  Cabir  İbn  Abdullah    demişdir:  “(Bir  dəfə)  Əbu  Humeyd  ən-Nəqi 

deyilən yerdən bir kasa süd gətirdi. Peyğəmbər: “(Kasanın) ağzına ağac parçası 

qoyub  südün  üstünü  örtsəydin,  yaxşı  olardı?”  (Buxari  5605,  5606,  Muslim 

5363, 2011/95) 

 

 

 

Qabları Örtmək, Tuluqları Bağlamaq Və Qapıları 



Bağlayaraq Bismilləh Deməyin, Yatıldığı Zaman Şam Və 

Atəşi Söndürmək, Gecənin Qaranlığı Düşdüyü Zaman 

Uşaqları Çölə Buraxmamağın Əmr Edilməsi  

 

 



 

1310.  Cabir    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qaş  qaraldığı  zaman 

(gecə  yarısı)  uşaqlarınızı  (bayıra)  buraxmayın.  (Çünki  bu  vaxt)  şeytanlar  (hər 

tərəfə)  yayılırlar.  Gecədən  bir  müddət  keçdikdən  sonra  isə  onları  buraxa 

bilərsiniz. (Gecələr) “Bismillah” deyərək (evinin) qapısını bağla! Çünki şeytan 

bağlı qapını açmaz”.

 

(Buxari 3304, 5623, Muslim 5368, 2012/97)  



 

 

 



1311. İbn Ömər   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Yatdığınız zaman 

evlərinizdə  olan  atəşi  yanar  halda  qoymayın”.  (Buxari  6293,  Muslim  5376, 

2015/100)  

 

 



 

1312. Əbu Musa   demişdir: “(Bir dəfə) gecə vaxtı Mədinədə bir ev, sakinləri 

içində  ikən  yandı.  Onların  başına  gələn  (bu  müsibət  haqda)  Peyğəmbərə   

xəbər verildikdə o  dedi:  “Bu od,  həqiqətən  də,  sizin  düşməninizdir.  Odur  ki, 

yatmağa gedəndə onu söndürün”. (Buxari 6294, Muslim 5377, 2016/101)  

 


 

 

590 



 

 

Yeyib-İçmək Ədəbləri Və Əhkamları 

 

 

 



1313.  Ömər  İbn  Əbu  Sələmə    demişdir:  “Mən  Peyğəmbərin    himayəsi 

altında  böyüyən  bir  uşaq idim.  Yemək yeyəndə mən  əlimi  qabın hər  tərəfinə 

uzadardım. (Bir dəfə) Peyğəmbər  mənə belə buyurdu: “Balaca, “Bismillah” 

de, özün də sağ əllə və öz qabağından ye!” O gündən bəri mən yeməyi ancaq 

bu qaydada yeyirəm.” (Buxari 5376, Muslim 5388, 2022/108) 

 

 



 

1314.  Əbu  Səid  əl-Xudri    demişdir:  “Peyğəmbər    tuluğun  ağzını  əyib  su 

içməyi  (tuluğun  ağzından)  qadağan  etmişdir.”  (Buxari  5625,  Muslim  5391, 

2023/111) 

 

 

 

Zəm-Zəmi Ayaq Üstə İçmək 

 

 

 



 

1315. İbn Abbas  demişdir: “Mən Peyğəmbərə  Zəm-zəm suyundan verdim 

və o,  (suyu)  ayaq  üstə  içdi.”  (Hədisi  rəvayət  edən)  Asim  demişdir:  “İkrimə o 

gün  Peyğəmbərin    dəvənin  üstündə  olduğuna  dair  and  içmişdir.”  (Buxari 

1637, Muslim 5399, 2027/117)  

 

 



 

 

1316.  Əbu  Qətadə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  biriniz 



(bir şey) içdikdə qabın içinə üfürməsin, subaşına çıxdıqda  sağ əli ilə cinsiyyət 

 

 

591 



üzvünə  toxunmasın  və  (onu)  sağ  əli  ilə  təmizləməsin.”  (Buxari  153,  5630, 

Muslim 637, 638, 267/64) 

 

 

 



1317.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    (su içərkən)  üç  dəfə  nəfəs  alardı. 

(Buxari 5631, Muslim 5405, 2028/122) 

 

 

 

Su, Süd Və Ona Bənzər Şeyləri Verərkən Sağdan 



Başlamağın Müstəhəb Olması  

 

 



 

1318.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    evimizə  gəldi  və  içmək  üçün  bir 

şey istədi. Biz bizə aid olan bir qoyunu onun üçün sağdıq. Sonra mən bu südü 

evimizdə  olan  su  quyusunun  suyu  ilə  qarışdırdım  və  Rəsulullaha    verdim. 

Əbu  Bəkr    solunda,  Ömər    qarşısında  və  bir  bədəvi  də  sağında  idi. 

Rəsulullah  südü içdikdən sonra Ömər: “Bu Əbu Bəkrindir! Dedi. Peyğəmbər 

  isə  südü  bədəviyə  verdi.  Sağdakılar,  sağdakılar  (önə  keçrilir)”.  Ənəs: 

“Sağdan  başlamaq  sünnədir,  sağdan  başlamaq  sünnədir,  sağdan  başlamaq 

sünnədir” dedi. (Buxari 2571, Muslim 5411, 2029/126) 

 

 



 

1319. Səhl İbn Səd  demişdir: “(Bir dəfə) Peyğəmbərə  bir cam süd gətirdilər 

və  o,  bu  süddən  içdi.  (Həmin  vaxt)  onun  sağında  (məclisdəkilərin)  ən  kiçiyi  – 

yeniyetmə  (İbn  Abbas)  bir  oğlan,  solunda  isə  yaşlı  adamlar  oturmuşdu. 

Peyğəmbər    (yeniyetməyə)  dedi:  “Cavan  oğlan!  Mənə  izn  verirsənmi,  bunu 

qocalara verim?”.  (Cavan oğlan cavabında) dedi: “Sənin artığını  (birinci olaraq 

içmək) xüsusunda heç kəsə güzəştə gedən deyiləm, ya Rəsulullah.” (Buna görə 

də)  Peyğəmbər    camı  o  cavan  oğlana  verdi.”  (Buxari  2351,  Muslim  5412, 

2030/127) 


 

 

592 



 

 

Barmaqları Və Qabı Yalamağın, Batan Pisliyi Sildikdən 



Sonra Yerə Düşən Loxmanı Yeməyin Müstəhəb Olması Və 

Əli Yalamadan Silməyin Məkruh Olması  

 

 



 

1320.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Biriniz  yemək 

yedikdə əlini yalamayınca və ya (əhli-əyalına) yalatdırmayınca onu (heç nəyə) 

silməsin.” (Buxari 5456, Muslim 5414, 2031/129)  

 

 

 

Müsafirin Ardınca Yemək Sahibinin Dəvət Etmədiyi Birisi 



Gələrsə Nə Edəcəyi Və Yemək Sahibinin Gələn Kimsəyə 

İzn Verməsinin Müstəhəb Olması  

 

 



 

1321. Əbu Məsud əl-Ənsari  rəvayət edir ki, Ənsarlardan adı Əbu Şueyb olan 

bir  kişi  var  idi.  Onun  qəssab  bir  köləsi  var  idi.  Peyğəmbəri    gördükdə 

üzündən  ac  olduğunu  anladı  və  köləsinə:  “Vay  olsun  sənə,  bizim  üçün  beş 

nəfərlik yemək hazırla! Çünki mən Peyğəmbəri  beş nəfərin beşincisi olaraq 

dəvət etmək istəyirəm”. O hazırladı. Sonra Peyğəmbərin  yanına gələrək onu 

beş nəfərin beşincisi olaraq dəvət etdi. Onların ardınca bir kişi gəlirdi. Qapıya 

çatdıqları  vaxt  Peyğəmbər:  “Bu  bizin  ardımızca  gəlib,  istərsən  ona  izin 

verərsən,  istəsən  də  qayıdar”  deyə  buyurdu.  O:  “İzin  verirəm,  ey  Allahın 

Elçisi” deyə cavab verdi. (Buxari 2081, Muslim 5429, 2036/138)  

 

 

 


 

 

593 



Tam Yəqinliklə Razılığına Əmin Olduğu Kimsənin Evinə 

Gedərkən Başqasını Da Götürməyin İcazəli Olması Və Bir 

Yeməyin Ətrafına Toplanmağın Müstəhəb Olması  

 

 



 

1322. Cabir İbn Abdullah  deyir ki, mən Xəndək qazıldığı zaman Peyğəmbər 

    (səhabələr)  qarınları  aclıqdan  boş  idi.  Həmən  yoldaşımın  yanına  gəlib: 

“Yanında  yeməyə  bir  şeylər  varmı?  Çünki  mən  Peyğəmbəri    şiddətli  ac 

gördüm”  dedim.  Yoldaşım içində  bir saa  arpa olan  bir qab  çıxardı.  Bizim  bir 

bəslənmiş oğlağımız  da  vardı. Mən onu  kəsdim. Yoldaşım  da  arpanı  üyütdü. 

Onun arpanı üyütməsi mənim quzunu kəsib soymağımla bir oldu. Quzu ətini 

parçalıyıb  qazanın  içinə  qoyub  Peyğəmbərin    yanına  döndüm.  Yoldaşım 

Suheylə mənim Peyğəmbərin  yanına döndüyümdə: “Məni Peyğəmbər  və 

yanında  olanların  qarşısında  biyabır  etmə!”  dedi.  Peyğəmbərin  yanına  gəlib 

ona gizlicə: “Ya Rəsulullah! Biz bir quzu kəsdik, yoldaşım da arpa üyütdü. Sən 

və  on  nəfər  də  bizə  gəlin”  dedim.  Bu  təklif  üzərinə  Peyğəmbər:  “Ey  Xəndək 

əhli! Cabir    ziyafət yyeməyi  verir.  Tez olun  gəlin!”  deyə  buyurdu  və: “Mən 

sizə  gələnə  qədər  qazanı  təndirdən  çıxarma  və  xəmiri  də  çorək  etməyin”. 

Cabir: “Mən evə gəldim. Peyğəmbər  də gəldi, insanlarda gəlirdi. Yoldaşımın 

yanına  gəldim.  O,  insanları  çoxluğunu  (yeməyin  azlığını)  görüb:  “Allah  səni 

belə  belə  etsin”  dedi.  Məndə  yeməyin  az  olduğunu  Peyğəmbərə    xəbər 

verdim.  Sonra  yoldaşım xəmiri  Peyğəmbər    verdi.  Peyğəmbər   onun  içinə 

ağız suyunda tökdü və bərəkət duası etdi. Sonra ət qazanına yönəldi və onun 

da  içinə  ağız  suyundan  tökdü  və  bərəkət  dilədi.  Sonra  bir  çörək  bişirən  bir 

qadın çağrdı və mənimlə bərabər bişirdi. Sən də qazanı təndirdən götürməmək 

şərtilə əti içindən çıxara bilərsə. Orada olanların sayı min nəfər idi. Allaha and 

olsun  ki,  hamı  yedi.  Yemək  yeyib  getdikdən  sonra  bizim  qazan  olduğu  kimi 

dolu,  xəmirimiz  də  heç  əskilmədən  qalmışdı”.  (Buxari  4102,  Muslim  5436, 

2039/141) 


 

 

594 



 

 

 



 

1323. Ənəs İbn Məlik  rəvayət edir ki, Əbu Təlhə  və Ummu Suleym: “Mən 

bu  dəfə  Peyğəmbərin    səsini  zəif  eşitdim.  Aclıq  içində  olduğunu  bilirdim. 

Yanında  yeyiləsi  bir  şeylər  varmı?”  dedi.  Ummu  Suleym:  “Bəli,  var”  dedi  və 

buğdadan  hazırlanmış  bir  neçə çörək çıxardı.  Sonra  bir  baş örtüyü  də çıxarıb 

onunla çörəkləri bükdü. Sonra boxçanı mənim qoltuğumun altında gizlətdi və 

bir  qismini  də  üstümə  atdı  və  məni  Peyğəmbərin    yanına  göndərdi.  Ənəs: 

“Mən də bunu götürdüm və Peyğəmbəri  məsciddə tapdım. Yanında insanlar 

vardı.  Onların  yanlarına  gəlib  oturdum.  Peyğəmbər:  “Səni  Əbu  Təlhəmi   

göndərdi?”  deyə  buyurdu.  Mən:  “Bəli”  dedim.  Peyğəmbər:  “Yeməyə  görə?” 

deyə buyurdu. Mən: “Bəli” dedim. Peyğəmbər  yanında olanlara qalxın dedi 

və getməyə başladılar. Mən də onların önlərində yeriməyə başladım. Nəhayət 

Əbu  Təlhənin    yanına  gəldim  və  bu  gördüklərimi  ona  xəbər  verdim.  Əbu 

Təlhə:  “Ey  Ummu  Suleym!  Rəsulullah!  İnsanları  gətirmişdir.  Halbuki  onları 

doyura biləcəyimiz bir şey yoxdur” dedi. Ummu Suleym: “Allah və Rəsulu ən 

yaxşı biləndir” dedi. Bu söhbətdən sonra Əbu Təlhə   gedərək Rəsulullaha  

qovuşdu  və  onunla  bərabər  qayıtdı.  Ey  Ummu  Suleym!  Yanında  nə  varsa 

qayıt!”  buyurdu.  O,  da  çörəkləri  gətirdi.  Rəsulullah    əmr  etdi  və  çörəklər 

kiçik  kiçik  hissələrə  bölündü.  Ummu  Suleym  yağ  tuluğundan  bu  çörəklərin 

üzərinə yağ sürtdü. Peyğəmbər  bu yemək haqqında Allahın dilədiyi şeyləri 

söylədi. Sonra: “On kişiyə izin ver!” deyə buyurdu. Əbu Təlhə  on kişiyə izn 

verdi.  Onlar  doyunca  yedilər  və  çölə  çıxdılar.  Sonra:  “On  kişi  daha  izin  ver” 

deyə  buyurdu.  Əbu  Təlhə    onlara  izin  verdi.  Onlar  da  doyuncaya  qədər 

yedilər  və  çölə  çıxdılar.  Sonra  Peyğəmbər:  “On  kişiyə  də  izin  ver!”  deyə 

buyurdu. Beləcə cəmaatın hamısı da yedilər və doydular. Bizlər yetmiş və ya 

səksən nəfər idik”. (Buxari 3578, 6688, Muslim 5437, 2040/142)  



 

 

595 



 

 

Şorba İçməyin Caiz Olması, Balqabaq Yeməyin Müstəhəb 



Olması, Yemək Sahibi Pis Görməmək Şərtilə Süfrədəkilərin 

Müsafir Belə Olsalar Bir-Birilərini Önə Vermələri  

 

 



 

1324.  Ənəs İbn Malik    demişdir:  “Bir  dərzi  yemək  hazırlayıb  Peyğəmbəri   

qonaq  çağırdı.  Mən  də  Peyğəmbərlə    birlikdə  bu  qonaqlığa  getdim.  Adam 

Peyğəmbərin   qabağına çörək  və  içində  balqabaq  və  qurudulmuş  ət  tikələri 

olan  şorba  qoydu.  Mən  Peyğəmbərin    qabdakı  balqabaq  tikələrini  seçib 

yediyini gördüm. O gündən bəri mən də balqabağı xoşlayıram.” (Buxari 2092, 

5439, Muslim 5446, 2041/144)  

 

 

 

Xurma İlə Xiyar Yemək 

 

 



 

1325.  Abdullah  İbn  Cəfər  İbn  Əbu  Talib    demişdir:  “Mən  Peyğəmbərin   

xurma  ilə  xiyar  yediyini  görmüşəm.”  (Buxari  5440,  5447,  Muslim  5451, 

2043/147)  

 

 

 

Cəmaatla Yemək Yeyən Kimsənin Sahiblərinin İzni 



Olmadan İki Xurma Və Ona Oxşar Şeylərin Bir Loxmada 

(İki-İki) Yeməyin Qadağan Olması  

 


 

 

596 



 

 

1326.  Cəbələ    demişdir:  “Biz  bəzi  iraqlılarla  birlikdə Mədinədə olarkən  bizə 



qıtlıq üz verdi. O vaxt İbn Zubeyr bizə xurma paylayırdı. İbn Ömər  isə bizim 

yanımızdan  keçib  deyərdi:  “Peyğəmbər    iki-iki  xurma  götürüb  yeməyi 

qadağan etmişdir. Ancaq aranızdan birinin digərindən izn istəməsi istisnadır.” 

(Buxari 2455, 2490, Muslim 5454, 2045/150) 

 

 

 

Mədinə Xurmasının Fəziləti 

 

 

 



1327.  Səd    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  hər  səhər  Əcva 

xurmasından  yeddi  dənə yesə,  həmin  gün ona  nə  zəhər, nə  də  sehr  təsir  edə 

bilməz.” (Buxari 5445, 5769, Muslim 5460, 2047/155)  

 

 

 

Mannanın Fəziləti Və Gözün Onunla Müalicəsi 

 

 



 

1328.  Səid  İbn  Zeyd    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Bu,) 

mannadan  olan  kitrədir

108


,  suyu  da  gözə  dərmandır.”  (Buxari  4478,  5708, 

Muslim 5463, 5464, 2049/157)  

 

 

 

Qara Kəbas (Ərak Ağacının Yetişmiş Meyvəsi) 

 

                                                



108

 Kitrə - bəzi ağac və kol bitkilərinin gövdələrindən axan yapışqanabənzər yarımşəffaf qatı maye.  



 

 

597 



 

 

1329.  Cabir  İbn  Abdullah    demişdir:  “(Bir  dəfə)  biz  Ərak  ağacının  yetişmiş 



meyvəsini  dərirdik.  Onda  Peyğəmbər    buyurdu:  “Qara  rəngdə  olanını 

götürün,  çünki  bunlar  (meyvənin)  ən  ləzzətlisidir.”  (Əshabələr)  soruşdular: 

“(Ey  Allahın  elçisi)  sən  qoyun  otarmısanmı?”.  Peyğəmbər:  “Heç  elə  bir 

peyğəmbər  olubmu  ki,  qoyun  otarmasın?!”  (Buxari  3406,  Muslim  5470, 

2050/163)  

 

 

 

Müsafirə İkram Və Onu Özündən Üstün Etməyin Fəziləti 

 

 



 

1330. Əbu Hureyra  rəvayət edir ki, bir nəfər Peyğəmbərin  yanına (qonaq) 

gəldi.  O,  (əshabələrdən)  birini  (yemək-içmək  gətirmək  üçün)  zövcələrinin 

yanına  göndərdi.  Peyğəmbərin    zövcələri  evdə  sudan  başqa  heç  nə 

olmadığını  ona  xəbər  verdilər.  Onda  o,  (əshabələrinə  müraciət  edib)  dedi: 

“Kim  (mənim  qonağıma)  qayğı  göstərər  və  ya  onu  evində  qonaq  saxlayar?” 

Ənsardan  olan  bir  nəfər:  “Mən!”  deyib  onu  evinə  apardı  və  zövcəsinə: 

“Rəsulullahın  qonağına  layiqincə  hörmət  et!”  deyə  buyurdu.  (Zövcəsi  ona): 

“Uşaqlarımın yeməyindən başqa yemək yoxdur!” deyə cavab verdi. (Əshabə) 

dedi: “Yeməyi hazırla, çırağı yandır, uşaqlar yemək istəsələr, onları yatızdır!” 

Zövcəsi yeməyi hazırladı, çırağı yandırdı və uşaqlarını yatızdırdı. Sonra ayağa 

qalxıb  özünü  guya  çırağı  düzəldirmiş  kimi  göstərdi  və  bilərəkdən  onu 

söndürdü.  Sonra  hər  ikisi  (əllərini  qaba  uzadaraq)  özlərini  guya  yemək 

yeyirlərmiş  kimi  (qonağa)  göstərdilər  və  o  gecə  onlar  ac  yatdılar.  Səhər 

açıldıqda  hər  iki  əshabə  Peyğəmbərin    yanına  getdi.  Peyğəmbər    (onlara): 

“Allah sizin dünənki əməlinizə güldü və ya ondan təəccübləndi!” dedi və bu 

ayə  nazil oldu:  «Mühacirlərdən  əvvəl  (Mədinədə)  yurd  salmış  və  (Peyğəmbərə 

qəlbən)  iman  gətirmiş  kimsələr  (ənsar)  öz  yanlarına  (şəhərlərinə)  mühacirət 


 

 

598 



edənləri  sevər, onlara verilən  qənimətə  görə ürəklərində həsəd, qəzəb duymaz, 

özləri  ehtiyac  içində  olsalar  belə,  onları  özlərindən  üstün  tutarlar.  (Allah 

tərəfindən)  nəfsinin xəsisliyindən, tamahından qorunub  saxlanılan kimsələr  – 

məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!». (əl-Həşr 9). (Buxari 

3898, Muslim 5480, 2054/172)  

 

 

 



1331. AbdurRahman İbn Əbu Bəkr  demişdir: “Bir dəfə biz – yüz otuz nəfər 

Peyğəmbərlə    bir  yerdə  olarkən  Peyğəmbər    soruşdu:  “Yanında  yeməyi 

olan  varmı?”  Bu  vaxt  bir  nəfərin  (xurcunundan)  bir  saa  un  çıxdı  və  bundan 

xəmir  yoğruldu.  Sonra  hündürboylu,  saçları  dağınıq  halda  olan  bir  müşrik 

bizim  yanımıza  gəldi  və  özü  ilə  qoyun  sürüsü  gətirdi.  Peyğəmbər:  “Satırsan, 

ya hədiyyə verirsən?” O: “Xeyr, satıram!” dedi. Onda Peyğəmbər  ondan bir 

qoç  aldı  və  (ondan)  yemək  bişirildi.  Sonra  Peyğəmbər    onun  içalatını 

qızartmağı əmr etdi. Allaha and olsun ki, Peyğəmbər  bu içalatdan yüz otuz 

nəfərin  hər  birinə  verdi.  Orada  olanların  payını  özlərinə  verdi,  olmayanların 

payını isə ayırıb saxladı. Qalan əti də iki qaba qoydu. Hamımız (ondan) yeyib 

doyduq. Axırda iki qab yemək artıq qaldı. Onu da dəvəyə yüklədik.” (Buxari 

2618, Muslim 5485, 5486, 2056/176)  

 

 

 



 

 

 

599 



1332. AbdurRahman İbn Əbu Bəkr  demişdir: “Suffə

109


 əhli kasıb adamlar idi. 

(Odur  ki,)  Peyğəmbər    buyurdu:  “Kimin  iki  nəfərlik  yeməyi  varsa,  qoy 

üçüncü bir adamı da (yeməyə) dəvət etsin, əgər dörd nəfərlikdirsə, beşincisini 

və ya altıncısını da (yeməyə çağırsın).” Əbu Bəkr  üç nəfəri, Peyğəmbər  isə 

on  nəfəri  (evinə)  apardı.  Mən,  anam  və  atam  (bir  evdə  yaşayırdıq).  (Hədisin 

ravisi  demişdir  ki,  mən  AbdurRahmanın:)  “Arvadım  və  Əbu  Bəkrə  qulluq 

edən  xidmətçim  də”  deyib-demədiyini  xatırlamıram.  (AbdurRahman):  “Əbu 

Bəkr  Peyğəmbərin    yanında  axşam  yeməyini  yedi,  sonra  da  işa  namazını 

qılana qədər  gözlədi. Daha sonra geri qayıdıb  Peyğəmbər    axşam  yeməyini 

yeyənə qədər orada  qaldı  və gecənin  bir  hissəsi keçdikdən  sonra  evinə  gəldi. 

Arvadı ondan soruşdu: “Qonaqlarının yanına gəlməyə sənə nə mane oldu?” O 

dedi:  “Olmaya,  onlara  şam  yeməyi  verməmisən?”  Arvadı  dedi:  “Onlar  sən 

gələnədək  (yemək)  istəmədilər,  qabaqlarına  yemək  qoyuldu,  lakin  imtina 

etdilər.”(Abdur-Rəhman)  deyir  ki:  “Mən  (atamın  qorxusundan)  qaçıb 

gizləndim.”  Atam  isə:  “Ay  həşərat!”  deyə  qışqırıb  (məni)  danladı.  (Yemək 

süfrəyə  gətirildikdən  sonra)  dedi:  “Yeyin,  onsuz  da  canınıza  sinməyəcək! 

Vallahi,  mən  o  yeməkdən  yeməyəcəyəm!”(AbdurRahman)  deyir  ki:  “Allaha 

and  olsun  ki,  biz  (hər  dəfə)  bir  loxma  götürdükcə  altından  (yemək)  daha  da 

artırdı. Nəhayət, hamı yeyib doydu və yemək əvvəlkindən daha çox oldu. Əbu 

Bəkr    yeməyə  baxıb  onun  olduğu  kimi  qaldığını  və  ya  daha  da  artdığını 

görəndə  arvadına  dedi:  “Ey  Firas  oğullarının  bacısı,  bu  nədir?”  Qadın  dedi: 

“Gözün  aydın!  İndi  yemək  əvvəlkindən  üç  dəfə  artıq  olmuşdur!”  Beləliklə, 

Əbu  Bəkr    də  o  yeməkdən  yedi  və  (yeməyə  toxunmayacağına  dair)  and 

içməsini  qəsd  edərək:  “Bu,  şeytanın  işidir”  dedi.  O,  yeməkdən  bir  loxma  da 

yedikdən  sonra  onu  Peyğəmbərin    yanına  apardı  və  yemək  səhərə  qədər 

onun  yanında  qaldı.  (O  vaxta  qədər)  bizimlə  bir  qəbilə  arasında  saziş 

bağlanmışdı  ki,  artıq  onun  müddəti  bitmişdi.  Biz  (bu  qəbilədən)  on  iki  nəfər 

seçdik;  (onlardan)  hər  birinin  yanında Allaha  məlum olan sayda  adamlar  var 

idi, onların hamısı bu xörəkdən yedi” və ya buna bənzər bir söz dedi. (Buxari 

602, Muslim 5486, 2057/176) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin