631
Üçüncünün Rızası Olmadan Üç Kişinin Gizli
Danışmalarının Qadağan Olması
1409. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Üç nəfər
bir arada olduqları zaman bunlardan ikisi üçününü tərk edərək bir-birilə
pıçıldaşmasınlar”. (Buxari 6288, Muslim 5823, 2183/36)
1410. Abdulla (İbn Məsud) rəvayət edir ki, Peyğəmbər buyurdu: “Üç nəfər
olduğunuz zaman, camaatın yanına gəlib çıxanadək (sizdən) ikisi öz
aralarında pıçıldaşıb üçüncüsünü kənarda qoymasın. (Yoxsa bu hərəkət) onu
kədərləndirər.” (Buxari 6290, Muslim 5825, 2184/37)
Tibb, Xəstəlik Və Ruqyə Oxumaq
1411. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Göz dəymə
haqdır və bədənə döymə vurmaqdan qadağan etdi”. (Buxari 5740, Muslim
5831, 2187/41)
Sehr Barədə
632
1412. Aişə rəvayət edir ki, Bəni Zureyq yəhudilərindən Ləbid İbn əl-Əsləm
adında bir yəhudi Peyğəmbərə sehr etdi. Hətta Peyğəmbər bəzi işləri
etmədiyi halda ona elə gəlirdi ki, bu işləri edib. Nəhayət günün birində, yaxud
da gecənin birində Peyğəmbər dua etdi, sonra təkrar dua etdi, sonra təkrar
yenə də dua etdi. Sonra mənə buyurdu: “Ey Aişə! Allahdan fətva istədiyim şey
haqqında Allahın mənə fətva verdiyini bildinmi? Mənim yanıma iki nəfər
gəldi (Cəbrail və Mikail). Bunlardan biri baş tərəfimdə, digəri isə ayaq
tərəfimdə oturdu. Baş tərəfimdə olan ayaq tərəfimdə olana və ya ayaq
tərəfimdə olan baş tərəfdə olana: “Bu kimsənin xəstəliyi nədir?” deyə soruşdu.
O da: “Sehrlənmişdir” deyə cavab verdi. O: “Kim onu sehr etmişdir?” deyə
soruşdu. Digəri: “Ləbid İbn əl-Əsləm” deyə cavab verdi. O dedi: “Sehr nə ilə
edilib?” Digəri: “Daraqdan götrülmüş saç, saqqal tükü və erkək xurmanın
tumurcuğunun qurusu ilə” deyə cavab verdi. Digəri dedi: “Harada
edilmişdir?”. O: “Zərvan quyusunda” deyə cavab verdi. Səhəri Peyğəmbər
səhabələrdən bəziləri ilə çıxıb, o quyunun yanına getdi. Qayıtdıqdan sonra
mənə buyurdu: “Ey Aişə! Allaha and olsun ki, quyunun suyu xına suyu kimi
qırmızı, ətrafdakı xurma ağacının budaqlarının ucları isə şeytanın başları kimi
idi”. Mən: “Ya Rəsulullah! Sən o sehri çıxarıb basdırdınmı?” deyə soruşdum.
Peyğəmbər buyurdu: “Xeyr, basdırmadım. Çünki, Allah mənə şəfa verdi. Bir
də sehri çıxarmaqla insanlar arasında sehrin şərinin yayılmasını istəmədim”.
Quyunun ağzının bağlanmasını əmr etdi və quyu basdırıldı”. (Buxari 5765,
Muslim 5832, 2189/43)
Zəhər
1413. Ənəs İbn Məlik rəvayət edir ki, (Xeybər) günü bir Yəhudi qadın zeher
qatılmış bir qiyunu Peyğəmbər gətirdi. Peyğəmər də qoyunun ətindən
yedi (və zəhərli olduğunu xəbər verdi). Xeyanət edən qadın gətirilir (səbədi
soruşulur). (Səhabələr): “Qadını öldürəkmi” deyə soruşdular. Peyğəmbər:
“Xeyr, öldürməyin” deyə buyurdu. Ənsə: Bu bir loxma zəhərli ətin təsirini
633
Peyğəmbər dilində hiss edirdi”.
(Buxari 2617, Muslim 5834, 2190/45)
Xəstəyə (Ruqyə) Oxumağın Müstəhəb Olması
1414. Aişə rəvayət edir ki, Peyğəmbər xəstəni ziyarət etdikdə və ya onun
yanına xəstə gətirildikdə (onun üçün dua edib) deyərdi: “Əzhibil-Bəs,
Rabbən-Nas, Işfi Və Əntəş-Şafi, Lə Şifaə Ilə Şifaukə, Şifaən Lə Yuğadiru Səqəmən-
Ey insanların Rəbbi, bu xəstəliyi aradan qaldır və şəfa ver. Sənsən Şəfa verən!
Sənin verdiyin şəfadan başqa şəfa yoxdur. (Ona) elə bir şəfa ver ki, bundan
sonra heç bir xəstəlik qalmasın”. (Buxari 5675, 5745, 5750, Muslim 5838,
2191/47)
Xəstəyə Muavizateyn Oxumaq Və Üfürməklə Ruqyə Etmək
1415. Aişə rəvayət edir ki, Peyğəmbər (ağrları olduğu zaman əlinin
içinə) Muavizəteyn oxuyar və üfürərdi. Ağrıları şiddətləndiyi zaman mən
onun üçün oxuyar və onun əlinin bərəkətini ümüd edərək öz əliylə məsh
edərdim”. (Buxari 5016, Muslim 5844, 2192/51)
Göz Dəymə, Zəhər Və Nəzərdən Ruqyə Etməyin Müstəhəb
Olması
634
1416. Aişə demişdir: “Peyğəmbər hər bir zəhərli heyvan sancmasını
(müalicə etmək üçün) ruqya oxumağa rüsxət vermişdir.” (Buxari 5741, Muslim
5846, 2193/52)
1417. Aişə rəvayət edir ki, Peyğəmbər xəstə adama (belə dua) oxuyurdu:
“Bismillah! Turbətu Ərdinə Bi Riqəti Bədinə, Yuşfa Səqimuna Bi İzni Rabbinə
- Allahın adı ilə! (Bu) bizim yerin torpağıdır, bəzilərimizin ağız suyu ilə
qarışmışdır və xəstəmiz Rəbbimizin izni ilə sağalacaqdır” (Buxari 5745,
Muslim 5848, 2194/54)
1418. Aişə demişdir: “Peyğəmbər mənə (və ya qeyrisinə) gözdəyməyə
qarşı ruqya oxumağı buyurdu.” (Buxari, 5738, Muslim 5849, 2195/55)
1419. Ummu Sələmə rəvayət edir ki, (bir dəfə) Peyğəmbər onun evində
üzünün rəngi dəyişmiş bir qız uşağı görüb dedi: “Bu qıza ruqya oxuyun, çünki
ona göz dəyib.” (Buxari, 5739, Muslim 5854, 2197/59)
Quran Və Zikr Qarşılığı Edilən Ruqyəyə Görə Pul Almağın
İcazəli Olması
635
1420. Əbu Səid əl-Xudri demişdir: “(Bir dəfə) Peyğəmbərin əshabələrindən
bir dəstə səfərə yola düşdü. Nəhayət, onlar gəlib bədəvi qəbilələrindən birinə
məxsus bir kənddə dayandılar. Əshabələr onların evində qonaq olmaq
istədilər, lakin onlar əshabələri (yeməyə) qonaq etmək istəmədilər. Bu əsnada
qəbilə başçısını (əqrəb) sancdı. Kənddəkilər ona əllərindən gələn köməyi
göstərməyə çalışdılar, lakin bu cəhdlərin heç bir faydası olmadı. Onlardan
bəzisi dedi: “Yaxşı olar ki, gedib (kəndimizə) təşrif buyurmuş adamlara
müraciət edəsiniz, bəlkə onlarda nə isə tapıla.” Onlar əshabələrin yanına gəlib
dedilər: “Ay camaat! Qəbilə başçımızı (əqrəb) sancmışdır. Nə qədər çalışdıqsa,
əlac tapa bilmədik. Bəlkə sizdən birinizdə bir şey tapıla?” Əshabələrdən birisi
dedi: “Bəli, vallahi ki, mən ruqya oxuya bilirəm. Vallahi, biz sizin qonağınız
olmaq istədik, lakin siz bizi (yeməyə) qonaq etmədiniz. Elə buna görə də bizə
zəhmət haqqı verməyincə, mən sizin (xəstəniz) üçün ruqya oxumayacağam.”
Sonra onlar (müalicə müqabilində) əshabələrə bir sürü qoyun verəcəklərinə
razılaşdılar. Bundan sonra o, (qəbilə başçısının yanına gəlib onun yarasına)
yüngülcə tüpürdü və “əl-Fatihə” surəsini oxudu. (Bir az keçdikdən) sonra
qəbilə başçısı sanki buxovdan azad oldu və xəstə deyilmiş kimi ayağa qalxıb
gəzməyə başladı. Onlar əshabələrə razılaşdıqları zəhmət haqqını verdilər. Bu
vaxt əshabələrdən biri: “(Qoyunları) bölüşdürün!” dedi. Ruqya oxuyan əshabə
isə: “Peyğəmbərin yanına gedib hadisəni ona danışmayınca və onun nə
hökm verəcəyini öyrənməyincə, heç (bir şey) etməyin!” deyə etiraz etdi. Onlar
Peyğəmbərin yanına gəlib hadisəni ona danışdıqda o soruşdu: “Sən nə
bilirdin ki, bu (əl-Fatihə) ruqyadır?” Sonra əlavə edib dedi: “Siz düz etmisiniz.
(Qoyunları) bölüşdürün və özünüzlə yanaşı mənim üçün də bir pay ayırın.”
(Bunu deyəndən) sonra Peyğəmbər gülümsədi.” (Buxari 2276, Muslim 5863,
2201/65)
Hər Bir Xəstəliyin Əlacı Olması Və Müalicənin Müstəhəb
Olması
1421. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbərin belə buyurduğunu
eşitdim: "Əgər sizin müalicələrinizdən hər hansındasa xeyir olmuş olsaydı,
636
Əməliyyat bıçağında, bal şərbətində və odla damğalamqda olardı. Lakin mən
damğalamağı sevmirəm”. (Buxari 5683, Muslim 5873, 2205/71)
1422. İbn Abbas rəvayət edir ki, Peyğəmbər qan aldırdı və qan alan
kimsəyə pul ödədi”. (Buxari 2278, 2279, 5691, Muslim 4124, 5879, 1202/65)
1423. Ənəs rəvayət edir ki, Peğəmbər qan aldırar və heç kəsə əziyət
vermədən pulunu ödəyərdi”. (Buxari 2280, Muslim 5880, 1577/77)
1424. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qızdırma
Cəhənnəm istisinin (bir hissəsidir). Odur ki, onu su ilə soyudun!” (Buxari 3263,
5735, Muslim 5881, 2209/78)
1425. Əsma Bint Əbu Bəkrin yanına qızdırmadan əziyyət çəkən qadın
gətirildikdə o, (xəstə) üçün dua edər, sonra su götürüb onu qadının sinəsinə
tökər və deyərdi: “Peyğəmbər bizə qızdırmanı su ilə soyutmağı əmr edərdi.”
(Buxari 5724, Muslim 5887, 2211/82)
1426. Rafi İbn Xadic rəvayət edir ki, Peyğəmbər buyurdu: “Huma
(qızdırma xəstəliyi) Cəhənnəmin qaynamasındandır. Siz onun hərarətini su ilə
söndürün”. (Buxari 5726, Muslim 5889, 2212/83)
Lədud (Xəstənin Ağzının Bir Tərəfindən Axıdılan Və Ya
Barmaqla Sürtülüb Ovuşturulan Dərman) İlə Müalicənin
Pislənməsi
637
1427. Aişə deyərdi: “Peyğəmbər xəstələnərkən biz onun ağzına dərman
qoyduq, lakin o, (başı ilə) bizə işarə edib dərman istəmədiyini bildirdi. Biz
dedik: “(Bu ona görədir ki,) heç bir xəstə dərman xoşlamır.” Peyğəmbər
ayıldıqdan sonra dedi: “Məgər mən sizə işarə edib ağzıma dərman qoymağı
qadağan etmədimmi?” Biz dedik: “(Elə bildik ki,) heç bir xəstə dərman
xoşlamadığı kimi (sən də xoşlamırsan).” Peyğəmbər: “Qoy evin içində olan hər
kəsə gözümün qabağında dərman verilsin. Yalnız Abbasdan başqa. Çünki o
sizi görməmişdir”. (Buxari 4458, 5712, Muslim 5891, 2213/85)
Hindi Əl-Udu
İlə Müalicə, O Əl-Kustdur (Şabalid ağacı)
1428. Ummu Qeys Bint Mihsan rəvayət edir ki, o, hələ yemək yeməyən
(südəmər) oğlunu Peyğəmbərin yanına gətirdi. Peyğəmbər körpəni
qucağında otuzdurdu və uşaq onun paltarına sidik ifraz etdi. Peyğəmbər su
gətizdirib ondan paltarının üstünə səpdi və onu yumadı. (Buxari 223, Muslim
691, 287/86)
1429. Ummu Qeys Bint Mihsən demişdir: “Mən Peyğəmbərin belə
dediyini eşitmişəm: “Bu hind qustundan istifadə edin. Həqiqətən də, onda
yeddi (xəstəliyin) şəfası vardır. Onun məlhəmindən boğazı xəstə olanın
boğazına, plevritə (ağ ciyər iltihabı) tutulanın ağzına damızdırın.” (Buxari
5692, Muslim 5893, 2214/83)
638
Qara Çörək Otu İlə Müalicə
1430. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bu qara zirə hər
bir xəstəliyin dərmanıdır. Samdan – ölümdən – başqa”. (Buxari 5688, Muslim
5896, 2215/88)
Təlbinə (Şorba) Xəstənin Qəlbinə Rahatlandırar
1431. Peyğəmbərin zövcəsi Aişə rəvayət etmişdir ki, onun qohumlarından
bir kimsə vəfat etdikdə qadınlar bir yerə yığışar, (başsağlığı verər), sonra da
ailə üzvlərindən və ən yaxın rəfiqələrindən başqa hamı dağılışıb gedərdi.
(Bundan sonra) onun göstərişi ilə təlbinə bişirilər və şorba hazırlanar, sonra da
təlbinəni ona qatardılar. (Un və bal yaxud süd ilə yoğrulub bişirilmiş yemək)
Aişə onlara deyərdi: “Bundan yeyin! Çünki mən Peyğəmbərin : “Təlbinə
xəstənin qəlbinə təskinlik verir və kədərini aradan qaldırır” dediyini
eşitmişəm.” (Buxari 5417, Muslim 5900, 2216/90)
Bal Şərbəti İlə Müalicə
1432. Əbu Səid rəvayət edir ki, (bir dəfə) bir nəfər Peyğəmbərin yanına
gəlib dedi: “Qardaşımın qarnı bərk ağrıyır”. Peyğəmbər: “Ona bal içirt!” dedi.
(Çox keçmədən) həmin adam bir də Peyğəmbərin yanına gəldi və
Peyğəmbər (yenə): “Ona bal içirt!” dedi. Adam üçüncü kərə Peyğəmbərin
yanına gəldi və o (bu dəfə də): “Ona bal içirt!” dedi. Axırda həmin adam dedi:
639
“Mən sən deyəni elədim, (amma onun qarnının ağrısı kəsmədi ki, kəsmədi).”
Peyğəmbər: “Allah doğru söylədi, qardaşının qarnı isə yalançı çıxdı. (Sən
yenə) ona bal içirt.” Bundan sonra o, (qardaşına) bal içirtdi və qardaşı sağaldı.”
(Buxari 5684, Muslim 5901, 2217/91)
Taun, Təşəüm, Kahinlik Və S.
1433. (Bir dəfə) Səd İbn Əbu Vəqqas Usamə İbn Zeyddən : “Sən
Peyğəmbərdən taun (xəstəliyi) barəsində nə eşitmisən?” deyə soruşdu.”
Usamə: “Peyğəmbər belə buyurmuşdur: “Taun murdar bir şeydir. Vaxtı ilə
bu (xəstəlik) İsrail oğullarına və ya sizdən əvvəl yaşamış insanlara
göndərilmişdi. Belə bir xəstəlik harada olursa-olsun, o yerə getməyin. Əgər bu
xəstəlik siz olduğunuz yerdə yayılarsa, ondan qaçıb (canınızı qurtarmaq
məqsədilə) oranı tərk etməyin.” (Buxari 3473, Muslim 5906, 2218/95)
1434. Abdullah İbn Abbas rəvayət edir ki, Ömər İbn Xattab Şama doğru
yola çıxdı. Sarağ adlanan yerə çatdıqda əl-Əcnad əhli, yəni Əbu Ubeydə və
əshabı onunla qarşılaşdı və ona Şamda vəba xəstəliyinin olduğunu xəbər
verdilər. Ömər: “Mənə ilk mühacirləri çağırın!” dedi. Onları çağıraraq
müşavirə etdi və Şamda vəba olduğunu onlara xəbər verdi. Mühacirlər öz
640
aralarında ixtilaf etdilər onlardan bəziləri: “Sən bu iş üçün çıxmısan, ondan
geri qayıtmanı məsləhət görmürük” dedilər. Başqaları isə belə dedilər:
“Səninlə başqa insanlar və Peyğəmbərin səhabələri var, onları vəbanın üzərinə
aparmağını məsləhət görmürük” dedilər. Ömər: “Yanımdan qalxın!” dedi.
Sonra: “Mənə ənsarları çağırın!” deyə əmr etdi. Onları çağıraraq müşavirə etdi.
Onlar da mühacirlərin tutduğu mövqedə oldular və ixtilaf etdilər. Ömər:
“Yanımdan qalxın!” dedi. Sonra: “Mənə Qureyşin yaşlılarını və Məkkə
fəthində hicrət edənləri çağırın!” deyə əmr etdi. “Onları çağırdı və onlardan iki
kişi olsun belə ixtilaf etmədi. Onlar belə dedilər: “Biz sənin insanlarla
qayıtmanı məsləhət görürük. Onları bu vəbaya tərəf aparma!” dedilər. Ömər
insanlara səslənərək: “Mən səhəri minik üzərində açacağam. Siz də minin! Əbu
Ubeydə İbn Carrah ona: “Allahın qədərindən qaçırsan?” deyə söylədi. O:
“Ey Əbu Ubeydə! Kaş ki, bunu səndən başqası söyləyəydi?!” dedi. Ömər
onun müxalif olmasından xoşlanmırdı və belə buyurdu: “Bəli, Allahın
qədərindən qədərinə qaçırıq. Əgər sənin dəvələrin olsa və onları biri quru,
digəri yaşıllıq olan bir vadiyə endirsən, sən dəvələrini yaşıllıq olan yerdə
otlatsan, Allahın qədəriylə etmiş, quraq yerdə otlatsan da yenə də Allahın
qədəriylə otlatmış olmazsanmı?”. Bu vaxt AbdurRahman İbn Əuf gəldi. O,
ehtiyacından dolayı yubanmışdı. O, belə buyurdu: “Məndə bu haqda məlumat
var! Peyğəmbərin belə dediyini eşitmişəm: “Onun (taunun) bir torpaqda
olduğunu eşidərsinizsə, ora girməyin! (getməyin!) və əgər sizin torpaqlarda
olarsa ondan qaçmaq üçün oradan çıxmayın!”. Ömər Allaha həmd edərək
çevrilib getdi. (Buxari 5729, Muslim 5915, 2219/98)
Nə Yolxucu Xəstəlik, Nə Təşəüm, Nə Bayquş
(Uğursuzluğu), Nə Səfər Ayı, Nə Ulduz Batması (Düşməsi)
Və Xəstə Olan Dəvələri Sağlam Olan Dəvələrin Yanına
Gətirməyəcəyi
1435. Əbu Hureyra deyir ki, Peyğəmbər buyurdu: “Nə yoluxucu
xəstəlik
115
, bəd əlamət
116
, bayquş (uğursuzluğu)
117
və səfər
118
deyilən bir şey
115
Yəni xəstəlik bir adamdan başqa birisinə öz təsiri ilə yox, yalnız və yalnız Allahın izni ilə keçə bilər.
641
yoxdur. Bir də ki şirdən qaçdığın kimi cüzam xəstəliyinə tutulmuş adamdan
qaç!”. (Bir dəfə) bir bədəvi (Peyğəmbərdən ) soruşdu: “Ya Rəsulullah, mənim
dəvələrimə sözün nədir?! Onlar səhrada maral kimi olurlar. Elə ki aralarına
xəstə bir dəvə girir, hamısına xəstəlik düşür”. Peyğəmbər: “Yaxşı, bəs
birincisinə xəstəliyi kim salır?!” (Buxari 5707, 5717, Muslim 5919, 2220/101)
1436. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Xəstəni sağlam
olanların arasına gətirməyin.” (Buxari 5771, Muslim 5922, 2221/104)
Təşəüm, Fal Və Uğursuzluq Olan Şey
1437. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Nə xəstəliyə
yoluxma, nə də işin nəhs gətirməsi doğrudur. Lakin gözəl bir söz, xoş bir
kəlmədən ibarət olan Təfəul – söz mənim xoşuma gəlir”. Səhabələr: “Təfəul
nədir?” dedilər. Peyğəmbər: “(Söyləyəcəyiniz) gözəl bir söz” deyə buyurdu.
(Buxari 5676, Muslim 5933, 2224/111)
1438. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bəd əlamət
(deyilən bir şey) yoxdur. Bunun ən xeyirlisi isə fəldır.” (Əshabələrdən biri)
soruşdu: “Fəl nədir, ya Rəsulullah?” Peyğəmbər: “Birinizin eşitdiyi xoş
sözdür”. (Buxari 5754, 5755, Muslim 5931, 2223/110)
116
İnsanların bəd əlamət və uğursuzluq hesab etdiyi bir hadisə nəticəsində Allahın əzəldən yazdığı qəzavü-
qədərin dəyişəcəyini etiqad etmək qadağandır. Bütün bunlar cahiliyyə dövründən qalma batil fərziyyələrdir.
117
Bayquş görməyi bəd əlamət hesab etmək, onun qonduğu yerə və o ərazidə olanların başına müsibət
gələcəyini iddia etmək qadağandır.
118
Səfər ayında evlənməzdilər. Bunu uğursuzluqdan sayardılar.
642
1439. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Nə
xəstəliyə yoluxma, nə də hansı bir şeydə uğursuzluq yoxdur. Uğursuzluq
ancaq qadında, (xidmətçidə), atda və evdə olur". (Buxari 5753, Muslim 5943,
2225/117)
1440. Səhl İbn Sad əs-Sədi rəvayət edir ki, Peyğəmbər buyurdu: "Hər hansı
bir şeydə uğursuzluq olsaydı ancaq qadında, (xidmətçidə), atda və evdə olur".
(Buxari 2859, Muslim 5946, 2226/119)
İlanların Və Digər Növlərinin Öldürülməsi
1441. İbn Ömər Peyğəmbərin minbərdə xütbə verərkən belə dediyini
eşitmişdir: “İlanları öldürün! Belində iki zolağı olan ilanları, habelə
quyruğukəsik ilanları öldürün! Çünki bu ikisi adamın gözlərini kor edir və
hamilə qadının bətnindəki uşağı salır.” İbn Ömər: “Mən öldürmək üçün bir
ilanın dalınca düşdüyüm zaman Əbu Lubabə məni səsləyib: “Onu öldürmə!”
dedi. Dedim: “Axı Peyğəmbər ilanları öldürməyi əmr etmişdir?!” Əbu
Lubabə dedi: “Lakin bu əmrindən sonra o, ev ilanlarını öldürməyi qadağan
etdi.”Bu (ilanlara) “Əvamir” deyilir. (Buxari 3297, 3298, Muslim 5962,
2233/129)
1442. Abdullah İbn Məsud demişdir: “Biz Peyğəmbərlə birlikdə Minadakı
mağarada olarkən ona: “And olsun xeyirlə göndərilənlərə...”. (əl-Mursələt).
Surəsi nazil oldu və o, bu surəni oxumağa başladı. Mən bu surəni onun
ağzından eşidib əzbərləyirdim. O, surəni oxuyarkən birdən bizim üstümüzə
643
bir ilan atıldı və Peyğəmbər : “Öldürün onu!” deyə əmr etdi. Biz ilanı
öldürmək istədikdə o qaçdı. Peyğəmbər: “Siz onun şərindən qorunduğunuz
kimi, o da sizin şərinizdən qorundu.” (Buxari, 1830, 3317, 4934, Muslim 5972,
2234/137)
Kərtənkələ Öldürməyin Müstəhəb Olması
1443. Ummu Şərik rəvayət edir ki, Peyğəmbər kərtənkələlərin
öldürülməsini əmr etmişdir”. (Buxari 3307, Muslim 5979, 2237/142)
1444. Peyğəmbərin zövcəsi Aişə rəvayət edir ki, (bir dəfə) Peyğəmbər
kərtənkələni “xırda ziyanverici” adlandırdı. Mən onun kərtənkələni
öldürməyə dair əmr verdiyini eşitməmişəm. (Buxari 1831, Muslim 5982,
2239/145)
Dostları ilə paylaş: |