Qarışqa Öldürməyin Qadağan Olması
1445. Əbu Hureyra demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“(Bir dəfə) bir qarışqa peyğəmbərlərdən birini dişlədi və o, qarışqa yuvasının
yandırılmasını əmr etdi.” Onda Allah ona belə vəhy etdi: “Səni qarışqa dişlədi
deyə, Allahın şəninə təriflər deyən bir ümməti yandırdın!” (Buxari 3019,
Muslim 5986, 2241/148)
Pişik Öldürməyin Haram Olması
644
1446. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir qadın
acından ölənə qədər evdə həbs etdiyi pişiyə görə Cəhənnəmə düşdü. Pişiyi
evdə həbs edərək nə yemək vermiş, nə də su içirmişdi, nə də onun özü üçün
ov etməsinə izn vermişdir ki, yerin həşəratlarından yesin”. (Buxari 3482,
Muslim 5989, 2242/151)
Toxunulmaz Heyvanlara Su Və Yemək Verməyin Fəziləti
1447. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Bir dəfə) bir
adam yolla gedərkən bərk susadı və bir quyuya enib su içdi. Sonra quyudan
bayıra çıxdıqda bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb
(öz-özünə): “Mən susadığım kimi, bu (it də) susamışdır” dedi və (quyuya enib)
ayaqqabısını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub quyudan
çıxdı və itə su verdi. Allah da ona (bunun) əvəzini verdi və onu bağışladı.”
(Əshabələr) dedilər: “Ey Allahın elçisi, məgər heyvanlara (etdiyimiz
yaxşılıqlara) görə də bizə savab yazılır?” O buyurdu: “Hər bir canlıya (gös-
tərdiyin qayğıya) görə savab vardır.” (Buxari 2363, Muslim 5996, 2244/153)
1448. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “İsrail
oğullarından Fahişə bir qadın isti bir gündə quyunun ətrafında fırlanan və
susuzluqdan öləcək bir hala gələrək dilini çıxarmış bir köpək gördü. Qadın
ayaqqabısını çıxarıb (quyudan su götürərək) köpəyə verdi. Bu səbəblə qadın
bağışlandı”. (Buxari 3467, Muslim 5997, 2245/154)
645
Ədəb Sözləri,
Tərbiyyə Və S. Kitabı
646
Zamanı Söyməyin Qadağan Olması
1449. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu
119
: “Qüdrətli və
əzəmətli Allah buyurur: “Adəm övladı dəhri söyməklə Mənə əziyyət verir.
(Çünki) dəhr
120
Mənəm! Hər şey Mənim Əlimdədir, gecəni gündüzə, gündüzü
də gecəyə çevirən Mənəm!”. (Buxari 4826, 7491, Muslim 5999, 2246/1)
Üzümə Kərm – Deməyin Məkruh Olması
1450. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Üzümə kərim”
deməyin. Çünki kərim ancaq möminin qəlbidir.” (Buxari 6183, Muslim 6005,
2247/7)
Qul, Köləm, Seyyid (Ağam) Kəlimələrinin İstifadəsinin
Hökmü
119
Təbərinin təfsirində hədisin əvvəli səhih isnadla belə rəvayət edilmişdir: “Cahiliyyət dövründə insanlar:
“Bizi, gecə və gündüz həlak edir! Bizi həlak edən də, öldürən də, dirildən də odur!”– deyərdilər.” Allah da
Öz kitabında belə buyurdu: “Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz
də doğulur. Bizi öldürən ancaq zamandır.” Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə
qapılırlar”– onlar dəhri (yəni zamanı) söyürlər......”
120
İbn Teymiyyə demişdir: “Dəhr zamandır. Hər kəs zamanı söyərkən, müsibəti onun başına gətirəni qəsd
edir və beləliklə, bu söyüşü Allaha aid edir. Çünki həqiqətdə bu müsibəti onun başına gətirən Allahdır.
Deməli: “Dəhr Allahdır”– dedikdə, dəhrə aid etdiyi hər bir şeyin Allaha aidliyi qəsd edilir.” “Sarimul
Məslul” 3/922.
647
1151. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizlərdən heç
kəs (köləyə): “Rəbbinə yemək ver”, “Rəbbinə dəstəmaz almağa kömək et”,
“Rəbbinə su ver” deməsin; qoy: “mənim ağam”, “mənim himayədarım” desin.
Habelə heç kəs: “qulum”, “kənizim” deməsin; qoy: “oğlum”, “qızım”, “ay
uşaq” desin”. (Buxari 2552, Muslim 6011, 2249/15)
İnsanın: “Nəfsim Xəbis Oldu” – Deməsinin Məkruh Olması
1452. Aişə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən biriniz nə badə:
“Nəfsim Xəbis oldu” deməsin. Lakin “Nəfsim Sıxıldı” desin. (Buxari 6179,
6180, Muslim 6015, 2250/16)
1453. Səhl İbn Huneyf rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən
biriniz nə badə: “Nəfsim Xəbis oldu” deməsin. Lakin “Nəfsim Sıxıldı” desin.
(Buxari 6180, Muslim 6015, 2250/16)
648
Şer Kitabı
649
Şer Kitabı
1454. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Doğru söz şair
Ləbidin (şair olmuşdur) sözüdür. (O demişdir): “Məgər Allahdan başqa nə
varsa, batil deyilmi? (...hər bir ləzzətin, əlbət ki, bir sonu vardır)”. Umeyyə İbn
Əbu Səltə (Xristian idi) gəlincə, o, az qalmışdı ki, müsəlman olsun.” (Buxari
3841, 6147, Muslim 6026, 2256/3)
1455. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən bir
kimsənin qarnınn irinlə dolması onun üçün serlə dolmasından xeyirlidir”.
(Buxari 6155, Muslim 6030, 2258/8)
650
Yuxu Kitabı
651
Yuxu Kitabı
1456. Qatadə rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Saleh) yuxu
Allahdandır, Hulm (pis yuxu) şeytandandır. Sizdən biriniz xoşlamadığı bir
şeylər gördüyü zaman oyandığı zaman (sol tərəfə) üç dəfə üfürsün və
yuxunun şərrindən Allaha sığınsın. Yuxu ona zərər verməz”. (Buxari 5747,
Muslim 6034, 2261/1)
1457. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamət
yaxınlaşdığı zaman möminin yuxuları demək olar ki, həmişə doğru çıxacaq.
(Çünki) möminin yuxusu peyğəmbərliyin qırx altı qismindən biridir.
Peyğəmbərliyə aid olan bir şey isə yalan ola bilməz.” (Buxari 7017, Muslim
6042, 2263/6)
1458. Ubadə İbn Sabit rəvayət edir ki, Peyğəmbər buyurdu: “Möminin
yuxusu nübuvətin qırx altı cüzündən bir cüzdür”. (Buxari 6987, Muslim 6046,
2264/7)
1459. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Möminin yuxusu
nübuvətin qırx altı cüzündən bir cüzdür”. (Buxari 6987, Muslim 6047, 2264/6)
1460. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Möminin
yuxusu nübuvətin qırx altı cüzündən bir cüzdür”. (Buxari 6988, Muslim 6048,
2263/8)
652
Peyğəmbərin : “Məni Yuxusunda Görən, Həqiqətən
Görmüşdür”
1461. Əbu Hureyra demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Məni yuxusunda görən kimsə ayıq vaxtı da görəcəkdir (görmüş kimidir),
çünki şeytan mənim qiyafəmə girə bilməz.” (Buxari 6993, Muslim 6056,
2266/10)
Yuxu Yozumu Haqda
1462. İbn Abbas rəvayət edir ki, (bir dəfə) bir nəfər Peyğəmbərin yanına
gəlib dedi: “Mən bu gecə yuxuda bir bulud gördüm. Ondan (yerə) yağ və bal
damırdı. Habelə insanların bunu ovuclarına yığdığını da gördüm. Kimisi çox,
kimisi də az yığmışdı. Birdən yerdən göyə bir ip çəkdilər və mən sənin bu
ipdən tutub yuxarı qalxdığını gördüm. Sonra başqa bir adam bu ipdən tutub
yuxarı qalxdı. Onun ardından başqa birisi bu ipdən tutub yuxarı qalxdı. Daha
sonra bir nəfər bu ipdən tutub qalxmaq istədi, lakin ip qırıldı. Amma sonra
yenə birləşdi.” Bu vaxt Əbu Bəkr: “Ya Rəsulullah, atam-anam sənə qurban, izn
versən, mən onu yozaram”. Peyğəmbər: “Yoz!” deyə buyurdu. Əbu Bəkr:
“Bulud İslam dinidir. Ondan damla-damla axan yağ və bal isə Qurandır. (Bu)
onun şirəsidir damır. Qurandan kimi çox, kimi də az faydalanacaqdır. Göydən
yerə çəkilmiş ip isə sənin üzərində olduğun haqdır. Sən bu ipdən tutursan,
653
Allah da səni yüksəldir. Səndən sonra başqa bir adam bu ipdən tutacaq və
onun sayəsində yüksələcək. Onun ardınca başqa birisi bu ipdən tutacaq və o
da onun sayəsində yüksələcək. Sonra başqa birisi bu ipdən tutacaq, lakin ip
qırılacaq. Daha sonra ip birləşəcək və həmin adam da onun sayəsində
yüksələcəkdir. Atam-anam sənə qurban ya Rəsulullah, de görüm, mən düz
yozdum, yoxsa xətaya yol verdim?” Peyğəmbər: “Bəzisini düz yozdun,
bəzisini yox”. Əbu Bəkr: “Vallahi, ya Rəsulullah, hansında xəta etdiyimi mənə
deməlisən”. Peyğəmbər: “And vermə!” deyə buyurdu.” (Buxari 7046, Muslim
6066, 2269/17)
Peyğəmbərin Yuxusu
1463. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yuxuda gördüm ki,
misvakla dişlərimi təmizləyirəm. (Elə bu vaxt) mənim yanıma birisi digərindən
yaşlı olan iki nəfər gəldi. Mən misvakı onlardan kiçik olanına uzatdım. Mənə:
“Böyüyə ver” deyildi. Mən də onu daha böyük olanına verdim.” (Buxari 246,
Muslim 6071, 7700, 2271/19)
1464. Əbu Musa əl-Əşari rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yuxuda
mən Məkkədən xurmalıqlar olan bir yerə hicrət etdiyimi gördüm. Zənnimdə
bu yerin Yəməmə və ya Həcər olduğunu düşündüm. Bir də baxdım ki, bu yer
Yəsrib (Mədinə) şəhəridir. Həmçinin yuxumda qılıncı yellətdiyimi gördüm,
onun (qılıncın) başı sındı. Bu da Uhud günü möminlərin başına gələn
müsibətdir. Sonra onu yenə yellətdiyim vaxt ən gözəl şəklinə qayıtdı. Birdə
baxdım ki, bu, Allahın gətirdiyi fəth və möminlərin bir yerə cəm olmasıdır.
Yenə yuxuda inəklərlə Allahın etdiyinin daha xeyirli olduğunu gördüm. Bu da
Uhud günündə mömilərdən olan bir camaatdır. Xeyir isə Allahın sonradan
654
gətirdiyi xeyir və Bədr günündən sonra Allahın bizə verdiyi doğruluq və
sabitlik mükafatıdır”. (Buxari 3622, Muslim 6072, 2272/20)
1465. İbn Abbas demişdir: “Peyğəmbərin dövründə yalançı Müseyləmə
Mədinəyə gəlib dedi: “Əgər Muhəmməd özündən sonra (hakimiyyəti) mənə
versə, mən onun ardınca gedərəm. Onunla bərabər Mədinəyə onun bir çox
həmqəbilələri gəlmişdi. Peyğəmbər əlində bir xurma budağı Sabit İbn Qeys
İbn Şəmmas ilə birlikdə Müseyləmənin və onun həmqəbilələrinin yanına gəlib
dedi: ”Əgər sən məndən bu budağı istəsəydin belə, mən onu sənə verməzdim.
Sən heç vaxt Allahın əzəldən sənin barəndə verdiyi qərara qarşı çıxa
bilməzsən. Əgər (haqdan) üz döndərsən, Allah hökmən səni məhv edəcək.
Mən görürürəm ki, sən mənə yuxuda göstərilmiş həmin adamsan. Mənim
yerimə Sabit sənin cavabını verəcək.” (Peyğəmbər sözünü deyəndən) sonra
ondan uzaqlaşdı.” İbn Abbas: “Mən Peyğəmbərin : “Mən görürəm ki, sən
mənə yuxuda göstərilmiş həmin adamsan” sözünün mənasını soruşmağa
başladım. Əbu Hureyra mənə xəbər verdi ki, Peyğəmbər demişdir: “(Bir
dəfə) mən yuxuda qolumda qızıldan iki bilərzik gördüm və onlar məni bərk
narahat elədi. Sonra yuxuda ikən mənə: “Onlara üfür!” deyə vəhy edildi. Mən
bilərziklərə üfürdükdə onlar (havaya) uçdular. Mən bu bilərzikləri məndən
sonra (peyğəmbərlik iddia edəcək) iki yalançının meydana gələcəyinə yozdum.”
Biri (Əsvəd) əl-Ənsi, digəri isə Müseyləmə oldu.” (Buxari 4373, 4374, Muslim
6073, 2273/21)
1466. Əbu Hureyra mənə xəbər verdi ki, Peyğəmbər buyurdu: “(Bir dəfə)
mən yuxuda qolumda qızıldan iki bilərzik gördüm və onlar məni bərk narahat
elədi. Sonra yuxuda ikən mənə: “Onlara üfür!” deyə vəhy edildi. Mən
bilərziklərə üfürdükdə onlar (havaya) uçdular. Mən bu bilərzikləri məndən
sonra (peyğəmbərlik iddia edəcək) iki yalançının meydana gələcəyinə yozdum.”
Biri (Əsvəd) əl-Ənsi, digəri isə Müseyləmə oldu.” (Buxari 4374, Muslim 6074,
2274/21)
655
1467. Səmura İbn Cundəb rəvayət edir ki, Peyğəmbər sübh namazını
qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Bu gecə sizdən yuxu görən
varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o,
bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim
onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra)
uzanmış bir adamın yanına çatdıq. Bir də baxdım ki, bir nəfər əlində olan daş
656
parçası ilə uzanan adamın üstündə dayanıb əlində olan daşı uzanan adamın
başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib
daşı götürüb yerinə qayıdıncaya qədər uzananın başı əvvəlki (ilk) vəziyyətini
alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənəllah!
Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza
davam edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına
çatdıq. Onun üstündə əlində dəmir qarmaq olan bir nəfər var idi. (Dəmir
qarmağı) Üzü üstə uzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə
keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib
oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və
o, birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənəllah! Bunlar
kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam
edərək (bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn
edirəm ki, Peyğəmbər) Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri
baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara
yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənəllah! Bunlar kimlərdir?»
dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir
müddətdən sonra) bir gölün yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki,
Peyğəmbər gölün suyunun qan rəngində olduğunu buyurdu). Baxdıq ki,
göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə dayanıb. Üzən
adam bacardığı qədər üzdükdən sonra yanında daş topası olan adamın yanına
gəlib ağzını açır. O, da daşları onun ağzına atırdı. O, hər dəfə üzüb onun
yanına gəldikdə ağzını açır o, da daşları onun ağzına atırdı. Mən:
«Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz
yolumuza davam edərək (bir müddətdən sonra) çox iyrənc və çirkin bir
adamın yanına gəldik (sən gördüyün çirkin adamların ən çirkini). Atəşi
alovlandırır və ətrafında fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar:
«Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra)
içində hər növ çiçəyin olduğu, sıx və uzun ağaclarla dolu bir baxçaya çatdıq.
Baxçanın ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu
bir adam vardı. Adamın ətrafında daha əvvəl heç görmədiyim sayda çoxlu
uşaqlar vardı. Mən: «Bunlar kimlərdir?» deyə soruşdum. Onlar: «Gedək!
Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) böyük
bir ağacın yanına çatdıq. Bundan əvvəl bundan daha böyük və gözəl ağac
görməmişdim. Mənə «Ağaca qalx!» dedilər. Birlikdə o, ağaca qalxmağa
başladıq. Nəhayət gəlib bir şəhərə çatdıq. Şəhər qızıl və gümüş kərpicdən
tikilmişdi. Şəhərin qapılarına yaxınlaşdıq və açılmasını xahiş etdik. Qapı açıldı,
şəhərə girdik. Bizi bir qrup insanlar qarşıladılar. Vücudlarının yarısı
gördüklərinin ən gözəli qədər gözəl, digər yarısı isə gördüklərinin ən çirkini
657
qədər çirkin idi. Mənimlə gələnlər onlara: «Gedin, o, çaya girin!» dedilər. Onlar
gedib çaya girdilər. Baxdım ki, bu şəhərin ortasından suyu düm ağ olan bir çay
axır. Sonra onlar bizim yanımıza gəldilər. Çirkinlik onlardan getmiş və ən
gözəl bir hala gəlmişdilər. Mənimlə gələnlər mənə: «Bura Cənnətul adn (Ədn
Cənnətidir). Bu da sənin məqamındır!» dedilər. Gözümü yuxarı qaldırdıqda
düm ağ bulud kimi bir saray gördüm. Onlar: «Bura sənin evindir!» dedilər.
Mən də: «Bərəkəllahu fikə – Allah səni mübarək etsin! Mənə icazə verin ora
girim?!» dedim. Onlar: «İndi yox. Lakin nə vaxtsa sən ora girəcəksən!» dedilər.
Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?»
dedim. Onlar: «İndi sənə onları başa salarıq!» dedilər. İlk gördüyün başı daşla
yarılan insan Quran oxumağı öyrənmiş lakin onu tərk etmişdi (Quranı oxumaz
və əməl etməzdi) və fərz namazlarına yatıb qalardı. Bu da onun Qiyamətə
qədər görəcəyi qəbr əzabıdır. Ağzı, burnu və gözü boynunun ardına kimi
cırılan insan isə səhər evindən çıxar-çıxmaz hər tərəfə yalan yayardı (yalan
danışardı). Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Təndir içində
gördüyün kişi və qadınlar isə zinakar kişi və qadınlardır. Bu da onların
Qiyamətə qədər görəcəyi əzabdır. Göldə üzən insan isə faiz yeyəndir. Bu da
onun Qiyamətə qədər görəcəyi əzabdır. Atəşi alovlandıran çirkin adam isə
Cəhənnəmin gözətçisi Malikdir. Baxçada gördüyün uzun boylu adam İbrahim.
Ətrafındakı uşaqlar isə fitrət üzərində ölən uşaqlardır. (Başqa rəvayətdə –
Fitrət üzrə doğulan uşaqlardır). Səhabələr: «Ya Rəsulullah! Orada müşriklərin
də uşaqları vardır?» Peyğəmbər: «Bəli, müşriklərin uşaqları da!»
121
.
Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər ilə pis
əməllər etmiş (əməlləri bərabər olan) kimsələrdir. Allah isə onları
bağışlamışdır. Birinci girdiyin ev adi müsəlmanların evidir. Bu ev isə
şəhidlərin evidir. Mən Cəbrail, bu isə Mikail. (Başqa rəvayətdə - Mənə: «Başını
qaldır!» dedilər. Başımı qaldırdım. Bir də nə görsəm yaxşıdır. Üstümdə bulud
kimi bir şey vardır. Mənə: «Bu sənin evindir!» dedilər. Mən: «Buraxın ora
girim!» dedim. Onlar: «Sənin ömrün hələ tamamlanmayıb. Onu tamamladıqda
ora girəcəksən!» dedilər)». (Buxari 4674, 7047, Muslim 6076, 2275/23)
121
Ölmüş körpə uşaqlar haqqında bir cox rəylər var. 1) Onlar Allahın istəyi altındadırlar. 2) Onlar hamısı
Cənnətlikdirlər. 3) Ataları haraya düşəcəksə onlar da oraya düşəcəklər. 4) Torpağa çevriləcəklər. 5) Cənnət
ilə Cəhənnəm arasında bir yerdə olacaqlar. 6) Müşriklərin uşaqları Cənnət əhlinə xidmət edəcəkdir. 7) Bu
məsələni araşdıranda susmaq lazımdır. 8) Araşdırmamış susmaq lazımdır. 9) Hamısı Cəhənnəmdədir. 10)
Allah onları imtanhan edəcəkdir. Ən doğru olanı 1-ci və 10-cu rəylərdir.
658
Dostları ilə paylaş: |