Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə50/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

 

 

Peyğəmbərin  Tərinin Gözəl Qoxması Və Onunla 

Təbərruk Edilməsi 

 

 



 

1505. Ənəs İbn Məlik   rəvayət edir ki, (anam) Ummu Suleym Peyğəmbər   

üçün  dəridən  hazırlanmış  bir  döşək  salardı.  Peyğəmbər    də  gündüz 

yuxusunu onun üzərində alardı. Bir gün Peyğəmbər   yatdığı zaman Ummu 

Suleym  Peyğəmbərin    tərindən  və  saçından  götürər  və  şüşə  qab  içərisinə 

qoyardı.  Sonra  bunları  gözəl  qoxu  içinə  (daha  da  gözəl)  olsun  deyə  əlavə 

edilərdi.  Ənəs    ölüm  anında  –  cəsədində  və  kəfənində  -  istifadə  ediləcək 

qoxunun  Peyğəmbərin    təri  və  saçı  olan  bu  qoxudan  qatılmasını  vəsiyyət 

etmişdi.  Vəsiyyəti  olduğu  kimi  də  edildi”.  (Buxari  6281,  Muslim  6201,  6202, 

2331/83) 



 

 

672 



 

 

Peyğəmbərin  Soyuq Havada Vəhy Gəldiyi Zaman 



Tərləməsi 

 

 



 

1506. Aişə  rəvayət edir ki, Haris ibn Hişam Peyğəmbərdən  soruşdu: “Ey 

Allahın  elçisi!  Sənə  vəhy  necə  gəlir?”.  Peyğəmbər:  “Bəzən  (vəhy)  mənə 

zınqırovun  cingiltisi  kimi  gəlir  və  mənə  ən  ağır  gələni  də  elə  budur.  Bu  hal 

məndən  çəkilən  kimi  (mələyin)  mənə  söylədikləri  yadımda  möhkəm  qalırdı. 

Bəzən də mələk mənə kişi qiyafəsində görünür, mənimlə danışır, mən də onun 

söylədiyini  yadda  saxlayıram”.  Aişə:  “Mən  çox  soyuq  bir  gündə  Allahın 

Elçisinə  vəhy nazil olduğunu görmüşəm. Bu hal ondan çəkilərkən alnından 

tər axırdı”. (Buxari 2, Muslim 6205, 2333/87) 

 

 

 

Peyğəmbərin  Sifəti Və Üzcə İnsanların Ən Gözəl Olması 

 

 



 

1507.  Bəra  İbn  Azib    demişdir:  “Peyğəmbər   ortaboy,  enli  kürək  bir  adam 

idi.  Onun  saçları  qulağının  mərcəyinə  çatırdı.  Mən  onu  qırmızı  libasda 

gördüm. Doğrusu, mən heç vaxt ondan yaraşıqlı insan görməmişəm.” (Buxari 

3551, Muslim 6210, 2337/91) 

 

 



 

1508.  Bəra    demişdir:  “Peyğəmbər    həm  zahiri  görkəm,  həm  də  əxlaq 

baxımından insanların ən gözəli idi. O nə çox hündürboy, nə də bəstəboy idi.” 

(Buxari 3549, Muslim 6235, 2347/113) 



 

 

673 



 

 

Peyğəmbərin  Saçlarının Xüsusiyyəti 

 

 

 



1509.  Ənəs  İbn Malik    demişdir:  “Peyğəmbərin    saçları nə  dümdüz,  nə  də 

qıvrım  idi.  (Onun saçları)  dalğavarı idi  və qulağı  ilə  çiyini  arasına  düşürdü.” 

(Buxari 5905, Muslim 6213, 2338/94) 

 

 



 

1510.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Peyğəmbərin    saçları  iki  çiyninə 

qədər uzanardı”. (Buxari 5903, Muslim 6214, 2338/95)  

 

 

 

Peyğəmbərin  Saçının Ağlığı 

 

 



 

1511.  Muhəmməd  İbn  Sirin  deyir  ki,  Ənəsdən  :  “Peyğəmbər    (saç  və 

saqalını)  heç  boyadımı?”.  Ənəs:  “Az  bir  tük  müstəsna  olmaqla  Peyğəmbərin 

saç və saqalı ağarmamışdı” dedi. (Buxari 5894, Muslim 6221, 2341/102) 

 

 

 



1512.  Cuheyfə  əs-Suvai    Peyğəmbəri    gördüyünü  rəvayət  edir.  Onun  alt 

dodağının altında beyazlıq gördüm”. (Buxari 3545, Muslim 6226, 2342/106) 

 

 

 



1513. Əbu Cuheyfə  demişdir: “Mən Peyğəmbəri  görmüşəm. Həsən İbn Əli 

  ona  oxşayırdı.”  (Hədisi  danışan  ravi)  dedi:  “Mən  Əbu  Cuheyfəyə  dedim: 

“Peyğəmbəri    mənə  vəsf  et.”  O  dedi:  “O,  ağbəniz  idi,  saqqalına  da  dən 


 

 

674 



düşmüşdü.  Peyğəmbər    bizə  on  üç  dişi  dəvə  verilməsini  əmr  etdi.  Biz  o 

dəvələri götürməmişdən əvvəl Peyğəmbər  vəfat etdi.” (Buxari 3544, Muslim 

6227, 2343/107) 

 

 

 

Peyğəmbərlik Möhrünün İsbati, Sifət Və Peyğəmbərin  

Bədənindəki Yeri 

 

 



 

1514.  Saib  İbn  Yezid    rəvayət  edir  ki,  xalam  məni  Peyğəmbərin    yanına 

gətirib:  “Ya  Rəsulullah!  Bacım  oğlu  xəstələnib  (ayaqları  bərk  ağrıyır)”  dedi. 

Peyğəmbər  əlini başıma çəkib (Allahdan) mənim üçün bərəkət dilədi. Sonra 

dəstəmaz aldı. Mən onun dəstəmaz aldığı sudan içdim. Sonra onun arxasında 

durdum  və  kürəkləri  arasında  kəklik  yumurtası  boyda  peyğəmbərlik 

möhürünü gördüm.” (Buxari 190, 5670, Muslim 6233, 2345/111) 

 

 

 

Peyğəmbərin  Sifəti, Peyğəmbər Göndərilməsi Və Yaşı 

 

 



 

1515.  Ənəs  İbn  Malik    demişdir:  “Peyğəmbər    ortaboy  bir  adam  idi,  o,  nə 

hündürboy, nə də bəstəboy idi. Onun dərisi qızıla çalırdı, o nə ağappaq, nə də 

qarayanız  idi.  Saçları  da  nə  tam  qıvrım,  nə  də  dümdüz  idi.  Qırx  yaşında  ikən 

ona vəhy nazil oldu. (Bundan sonra) o, on il Məkkədə, on il də Mədinədə qaldı 

və (həmin illərdə) ona vəhy nazil oldu. (Peyğəmbər  vəfat etdikdə) onun saç-

saqqalında  heç  iyirmi  ədəd  ağ  tük  yox  idi.”  (Buxari  3547,  3548,  5900,  Muslim 

6235, 2347/113)  

 

 

 


 

 

675 



Vəfat Etdiyi Gün Peyğəmbər  Neçə Yaşında Olması 

 

 



 

1516.  Aişə    rəvayət  etmişdir  ki,  Peyğəmbər    altmış  üç  yaşında  vəfat 

etmişdir. (Buxari 3536, 4466, Muslim 6238, 2349/115)  

 

 

 

Peyğəmbərin  Məkkə Və Mədinədə Neçə Müddət Qalması 

 

 



 

1517.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    Məkkədə  (vəhy  gəldikdən 

sonra) on  üç il  qaldı,  altımış  üç yaşında  isə  dünyasını  dəyişdi”.  (Buxari  3903, 

Muslim 6242, 2351/117)  

 

 

 

Peyğəmbərin  İsimləri Barədə 

 

 

 



1518.  Cubeyr  İbn  Mutim    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mənim 

beş  adım  var:  mən həm Muhəmməd  (mədh  olunan),  həm  də  Əhmədəm  (mədh 

olunmağa layiq), mən Allahın mənim  vasitəmlə küfrü yox etdiyi Məhiyəm (yox 

edən),  mən,  ayağı  altında  insanların  məhşərə  toplandığı  Haşirəm  (bir  yerə 

toplayan), mən Aqibəm (sonuncu)”. (Buxari 3532, 4896, Muslim 6252, 2354/125)  

 

 

 

Peyğəmbərin  Rəbbini Tanıması Və Ondan Şiddətli 

Şəkildə Qorxması 

 


 

 

676 



 

 

1519. Aişə  rəvayət edir ki, Peygəmbər  bir işi etdikdən sonra insanlara da 



etməyə  rüxsət  vermişdi.  Lakin  bir  dəstə  bunu  etməkdən  çəkinmişdi.  Onların 

bu  əməli  Peyğəmbərə    xəbər  verildikdə  həmən  xütbəyə  çıxıb  Allaha  həmd 

etdikdən sonra buyurdu: “Bir qrup cəmaata nə olub ki, mənim etmiş olduğum 

işdən  çəkinir?  Allaha  and  olsun  mən  Allahı  onların  ən  çox  tanıyanı  və 

Allahdan ən çox qorxanıyam”. (Buxari 6101, Muslim 6255, 6257, 2356/127) 

 

 

 

Peyğəmbərə  Tabeçiliyin Vacibliyi 

 

 



 

 

1520.  Abdullah  İbn  Zubeyr    rəvayət  edir  ki,  Ənsarlardan  bir  kişi 



Peyğəmbərin  yanında, Hərra adlanan yerdə xurmalıqları suladıqları su arxı 

barəsində  Zubeyrdən    şikayətçi  oldu.  O:  “Suyu  arxa  burax  getsin!”  dedi. 

Zubeyr    onlara  etiraz  etdikdə,  Peyğəmbərə    şikayət  etdilər.  Peyğəmbər   

Zubeyrə  buyurdu: “Ey Zubeyr, xurmalığı sula, sonra isə suyu qonşun üçün 

burax!”. Ənsardan olan kişi qəzəbləndi və: “Ey Allahın Elçisi, sənin əmin oğlu 

olduğu  üçün  belə  edirsən!”.  Peyğəmbərin    üzünün  rəngi  dəyişdi  və:  “Ey 

Zubeyr,  xurmalığı  sula,  sonra  suyu  divara  qayıdana  kimi  bağla”.  Zubeyr: 

“Allah and olsun ki, mən bu ayənin: “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar 

öz  aralarında  baş  verən  çəkişmələrdə  səni  hakim  hesab  etməyincə,  sonra  da 

verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca 

iman  gətirmiş  olmazlar”.  (ən-Nisa  65)  bu  haqda  nazil  olduğunu  hesab 

edirəm”.


 

(Buxari 2360, 4585, Muslim 6258, 2357/129) 

 

 

 


 

 

677 



Peyğəmbərin  Təzim Olunması, Zərurət Olmayan, 

Mükəlləf Və Hələdə Baş Verməyən Və S. Buna Bənzər İşlər 

Haqda Çox Sual Verməyin Tərk Olunması  

 

 



 

1521. Sad İbn Əbu Vaqqas  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Şübhəsiz 

ki, müsəlmanların müsəlmanlar haqqında ən böyük günahkarı, müsəlmanlara 

haram qılınmayan bir şeyi soruşan, kəsdir. Sırf onun bu sorğusuna görə onlara 

haram qılınar”. (Buxari 7289, Muslim 6265, 2358/132) 

 

 



 

1522. Ənəs İbn Malik  demişdir: (Bir dəfə) Peyğəmbər  elə bir xütbə verdi ki, 

bu  vaxta  qədər  beləsini  eşitməmişdim.  O  buyurdu:  “Əgər  mən  bildiyimi  siz 

bilsəydiniz, az gülüb çox ağlayardınız!” Bu vaxt əshabələr üzlərini tutub inilti 

ilə  ağlamağa  başladılar.  Bu  vaxt  bir  nəfər  Peyğəmbərdən    soruşdu:  “Mənim 

atam kimdir?”. Peyğəmbər: “Filankəsdir” dedi və bu ayə nazil oldu: “Ey iman 



gətirənlər!  Sizə  agah  olunca,  xoşunuza  gəlməyəcək  şeylər  barəsində 

soruşmayın...” (Buxari 4621, Muslim 6268, 2359/134) 

 

 



 

1523. Ənəs İbn Malik  rəvayət edir ki, Peyğəmbərə  suallar artdığı zaman və 

bunda  israr  etdikləri  üçün  qəzəbləndi  və  minbərə  çıxdı:  “Bu  gün  məndən  nə 

barədə soruşsanız onu sizə bəyan edəcəm” deyə buyurdu. Ənəs deyir ki, mən 

sağa  sola  baxırdım.  Hər  kəs  başını  libasının  içinə  salmış  və  ağlayırdı.  Bir  də 

insanların istehza etdiyi və atasından başqasının adı ilə çağırılan bir nəfər: “Ya 

Rəsulullah!  Mənim  atam  kimdir?”  deyə  soruşdu.  Peyğəmbər:  “Atan 

Huzafədir”  deyə  buyurdu.  Ömər    qalxaraq:  “Allahdan  Rəbb,  İslamdan  din, 

Muhəmmədən  Peyğəmbər  kimi  razıyıq.  Fitnələrdən  Allaha  sığınırıq”  dedi. 


 

 

678 



Peyğəmbər:  “Mən  xeyir  və  şərr  baxımından  bu  günün  bənzərini  görmədim. 

Cənnət  və  Cəhənnəm  mənə göstərildi.  Bu  divar arxasından onları gözlərimlə 

gördüm”  deyə  buyurdu.  Qatadə    bu  hədis  əsnasında  bu  ayəni  oxudu:  “Ey 

iman  gətirənlər!  Sizə  agah  olunca  xoşunuza  gəlməyəcək  şeylər  barəsində 

soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə 

aydın  olar.  Allah  bunları  (indiyə  qədər  verdiyiniz  bu  cür  sualları)  əfv  etdi. 

Allah  Bağışlayandır,  Rəhmlidir”.  (əl-Maidə  101).  (Buxari  6362,  Muslim  6268, 

2359/134) 

 

 

 



1524.  Əbu  Musa    rəvayət  edir  ki,  (insanlar)  Peyğəmbərdən    onun  xoşuna 

gəlmədiyi  bəzi  şeylər  barəsində  soruşdular.  (Peyğəmbərə  )  verilən  suallar 

çoxaldıqda  o  qəzəbləndi  və  camaata:  “Nə  haqda  (soruşmaq)  istəyirsinizsə, 

soruşun?”  dedi.  Birisi:  “Mənim  atam  kimdir?”  deyə  soruşdu.  (Peyğəmbər): 

“Atan Hüzafədir” dedi. Başqa birisi ayağa qalxıb: “Mənim atam kimdir?” deyə 

soruşdu.  (Peyğəmbər):  “Atan  Şeybənin  (köləlikdən)  azad  etdiyi  Salimdir” 

dedi. Ömər (Peyğəmbərin ) üzündəki qəzəbi gördükdə dedi: “Ya Rəsulullah! 

Həqiqətən,  biz  qüdrətli  və  əzəmətli  Allaha  tövbə  edirik.”  (Buxari  92,  7291, 

Muslim 6274, 2360/138) 

 

 

 

Peyğəmbərə  Baxmağın Və Onu Görmək İstəməyin 

Fəziləti 

 

 



 

1525.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Siz  tükdən 

qayırılmış  səndəllər  geyinmiş  adamlarla  döyüşməyincə,  habelə  qıyıq  gözlü, 

qırmızısifət,  yastıburun,  üzləri  də  döymə  qalxana  bənzər  türklərlə  vuruşma-

yınca Qiyamət qopmayacaq. Siz insanların ən xeyirlisinin, özünə (hakimiyyət) 

təklif  edilənədək  buna  ən  çox  nifrət  edən  kimsələr  olduğunu  görəcəksiniz. 



 

 

679 



İnsanlar  mədənlər

123


 kimidirlər.  Cahiliyyət  dövründə  onların  xeyirli  olanları 

İslamda da xeyirli olarlar. Siz elə bir zamana yetişəcəksiniz ki, (həmin vaxt hər 

biriniz)  ailə  və  mal-dövlət  sahibi  olmaqdan  daha  çox  məni  görmək 

istəyəcəkdir.” (Buxari 3587, 3589, Muslim 6278, 2364/142) 

 

 

 

İsanın  Fəziləti 

 

 

 



1526. Əbu Hureyra  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: 

“İnsanların  Məryəm  oğluna  ən  yaxın  olanı  mənəm.  (Ümumiyyətlə) 

peyğəmbərlər ata bir, ana ayrı (dinləri bir, şəriətləri ayrı) övladlardır. Mənimlə 

onun  arasında  heç  bir  peyğəmbər  olmamışdır.”  (Buxari  3442,  Muslim  6279, 

2365/143) 

 

 



 

 

1527. Əbu  Hureyrə    rəvayət  edir  ki, Peyğəmbər    buyurdu:  “Elə  bir  Adəm 



övladı  yoxdur  ki,  doğulduğu  zaman  şeytan  ona  toxunmasın.  Şeytanın 

toxunmasına görədir ki, uşaq doğulduğu zaman ağlayar. Məryəm oğlu  İsa 



 

ilə  anası  bundan  müstəsnadır”.  Əbu  Hureyrə:  “...Onu  və  onun  nəslini 



lənətlənmiş şeytandan qorunmağı Sənə həvalə edirəm”. (Ali İmran 36). (Buxari 

3431, 4548, Muslim 6282, 2366/146) 

 

 

 



1528. Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Məryəm oğlu 

İsa    bir  adamın  oğurluq  etdiyini  görüb  ona  dedi:  “Sən  oğurluq  edirsən?”. 

Adam:  “Xeyr!  Özündən  başqa  heç  bir  məbud  olmayan  Allaha  and  olsun  ki, 

(oğurluq  etmirəm)!”  Onda  İsa    dedi:  “Allaha  iman  gətirdim  və  gözlərimi 

yalançı hesab etdim.” (Buxari 3444, Muslim 6286, 2368/149) 

                                                

123

 Belə ki, mədəndən faydalı qazıntılar çıxdığı kimi, zərərlisi də çıxa bilər. 



 

 

680 



 

 

İbrahim  Xəlilullahın Fəziləti 

 

 

 



 

1529.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İbrahim   

səksən  yaşında  ikən  Qəddum  deyilən  yerdə  sünnət  olunmuşdur.”  Digər 

rəvayətdə  deyilir  ki,  “(İbrahim  səksən  yaşında  ikən)  kərki  ilə  (sünnət 

edilmişdir).” (Buxari 3356, Muslim 6290, 2370/151) 

 

 



 

1530.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Bizim 

İbrahimdən  daha  çox  belə  deməyə  haqqımız  çatır:  “Ey  Rəbbim,  ölüləri  necə 

diriltdiyini mənə göstər!” Rəbbi ona: “Məgər sən inanmırsan?” dedi. İbrahim: 



“Əlbəttə  inanıram!  Amma  istəyirəm  ki, qəlbim  rahat  olsun”.  (əl-Bəqərə  260). 

Allah  Luta  rəhmət  eləsin!  Həqiqətən,  o,  möhkəm  bir  dayağa  söykənirdi

124



Əgər mən Yusuf  qədər zindanda qalsaydım, (sonra da padşahın elçisi gəlib 



məni  çağırmış  olsaydı,)  mən  onun  çağırışını  dərhal  qəbul  edərdim.”  (Buxari 

3372, Muslim 6291, 2371/152) 

 

 

 



 

1531.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İbrahim   

yalnız  üç  dəfə  yalan  danışmışdır.  Bunlardan  ikisi  qüdrətli  və  əzəmətli  Allah 

                                                

124

 “Lut dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”. (Hud 80). 



 

 

681 



üçün  idi.  (Birinci  dəfə) o  demişdir:  “Mən  xəstəyəm!”.  (əs-Saffat  89).  (İkinci  dəfə 

isə)  demişdir:  “Xeyr,  bunu  onların  bu  böyüyü  etmiş  olar”.  (əl-Ənbiya  63). 

(Üçüncü  hadisə  isə  belə  olmuşdur):  “Bir  gün  İbrahim    (zövcəsi)  Sara  ilə 

qəddar  padşahlardan  birinin  məmləkətinə  gəldikdə  (padşaha)  xəbər  verdilər 

ki, şəhərə bir nəfər gəlib, yanında da çox gözəl bir qadın var.” Padşah (qadının 

kim  olduğunu  öyrənmək  üçün)  onun  yanına  adam  göndərdi.  O  adam  gəlib 

İbrahimdən:  “Bu  kimdir?”-  deyə  soruşdu.  İbrahim:  “Mənim  bacımdır!”  deyə 

cavab verdi. Sonra da Saranın yanına gəlib dedi: “Ey Sara! Yer üzündə bizim 

ikimizdən  başqa  mömin  olan  bir  kimsə  yoxdur.  Bu  (padşah)  məndən  (sənin 

barəndə) soruşdu. Mən də ona xəbər verdim ki, sən mənim bacımsan. Odur ki, 

mənim  dediyimi  təkzib  etmə.”  Çox  keçmədən  padşah  Saranın  dalınca  adam 

göndərdi. Sara padşahın yanına gəldikdə, o, qadına yaxınlaşıb ona toxunmaq 

istədi,  lakin  qıc  olub  qaldı.  Onda  o  yalvarıb  dedi:  “Mənim  üçün  Allaha  dua 

etsən, sənə pislik etmərəm!” Sara Allaha dua etdi və onun əlləri açıldı. Padşah 

ikinci dəfə ona toxunmaq istədikdə onun halı əvvəlkindən betər oldu. O yenə 

yalvarıb  dedi:  “Mənim  üçün  Allaha  dua  etsən,  sənə  pislik  etmərəm!”  Sara 

Allaha  dua  etdi  və  onun  əlləri  açıldı.  Padşah  gözətçilərdən  bəzisini  çağırıb 

dedi:  “Siz  mənim  yanıma  insan  yox,  şeytan  gətirmisiniz!”  Bundan  sonra 

Padşah  (Saranı  buraxdı,  üstəlik)  ona  xidmətçi  Həcəri  də  bağışladı.  Sara 

İbrahimin yanına gəldikdə, o, namaz qılırdı. Buna görə də əli ilə işarə etdi ki: 

“Nə  oldu?”  Sara  dedi:  “Allah  kafirin,  yaxud  günahkarın  hiyləsini  onun  öz 

başında  çatlatdı,  mənə  də  xidmətçi  olaraq  Həcəri  bəxş  etdi!”.  Əbu  Hureyra: 

“O

125


 sizin  ananızdır,  ey  səmavi  suyun

126


 oğulları!”  (Buxari  3358,  Muslim  6294, 

2371/154) 

 

 

 

Musanın  Fəziləti 

 

 

 



 

                                                

125

 Əbu Hureyra  Həcəri qəsd etmişdir. 



126

 Çox  güman  ki,  Əbu  Hureyra    bu  sözlə  qoyunlarını  səhralardakı  yağış  suyu  ilə  suvaran  ərəbləri  qəsd 

etmişdir. Bəzi şərhçilər isə “səmavi suyun” Zəm-zəm olduğunu söyləmişlər. “Fəthul-Bari” 10/141.  


 

 

682 



1532.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İsrail oğulları 

çılpaq olaraq, bir-birilərinə baxa-baxa çimirdilər. Musa   isə təklikdə çimərdi. 

(İsrail oğulları): “Musaya  bizimlə birlikdə çimməyə mane olan, ancaq onun 

dəbə (qrija) olmasıdır” dedilər. Bir dəfə Musa çimməyə getdi və paltarını daşın 

üstünə  qoydu.  Birdən  daş  onun  paltarını  götürüb  qaçdı.  Musa:  “Paltarımı 

(qaytar),  ey  daş!”  deyə-deyə  daşın  arxasınca  qaçdı.  Nəhayət,  İsrail  oğulları 

Musanı  çılpaq gördülər və: “Allaha and olsun ki, Musada  heç bir qüsur 

yox  imiş”  dedilər.  Musa    paltarını  götürdü  və  daşı  vurmağa  başladı.  Əbu 

Hureyra:  “Vallahi,  Musa  daşa  altı  yaxud  yeddi  zərbə  vurmaqla  daşı  tənbeh 

etdi.” (Buxari 278, Muslim 6295, 2372/155) 

 

 

 



1533. Əbu Hureyra  demişdir: “Ölüm mələyi Musanın  yanına göndərildi. 

Mələk  Musanın    yanına  gəldikdə  Musa    onu  vurdu  (və  onun  gözü 

çıxdı

127


). Mələk Rəbbinin yanına qayıdıb dedi: “Sən məni ölmək istəməyən bir 

bəndənin yanına göndərdin.” Allah onun gözünü yerinə qaytardı və buyurdu: 

“Qayıt ona de ki: “Əlini öküzün belinə qoysun. Əlinə gələn tüklərin sayı qədər 

– hər bir tükün müqabilində bir il ömrü artacaq.” Musa: “Ey Rəbbim! Sonra nə 

olacaq?”  Allah  buyurdu:  “Sonra  öləcəksən!”  Musa  dedi:  “Elə  isə  indi  (ölmək 

istəyirəm).”  Sonra  da  Allahdan  onu  atılmış  bir  daşın  uçub  düşdüyü  məsafə 

qədər  müqəddəs  torpağa  yaxınlaşdırmasını  dilədi.”  Əbu  Hureyra    rəvayət 

edir  ki,  Peyğəmbər    demişdir:  “Əgər  orada  olsaydım,  sizə  onun  yolun 

kənarında,  qırmızı  qum  təpəsinin  yanında  (yerləşən)  qəbrini  göstərərdim.” 

(Buxari 1339, Muslim 6298, 2372/158) 

 

 

 



                                                

127


 Musa onun mələk olduğunu bilmirdi, çünki mələk onun yanına insan qiyafəsində gəlmiş və icazəsiz onun 

yanına daxil olmuşdu.  



 

 

683 



1534.  Əbu  Hureyra    demişdir:  “(Bir  dəfə)  bir  müsəlmanla  bir  yəhudi  bir-

birilərini  söyməyə  başladılar.  Bu  əsnada  müsəlman  dedi:  “Aləmlər  içində 

Muhəmmədi  üstün  edən  Allaha  and  olsun  ki...”  Yəhudi  (isə  cavabında  belə) 

dedi:  “Aləmlər  içində  Musanı    üstün  edən  Allaha  and  olsun  ki...”  (Bunu 

eşidəndə)  müsəlman  əlini  qaldırıb  onun  üzünə  bir  yumruq  vurdu.  Bundan 

sonra  yəhudi  Peyğəmbərin    yanına  gedib  müsəlmanla  onun  arasında  baş 

verənləri  ona  danışdı.  Onda  Peyğəmbər    müsəlmanı  çağırıb  baş  vermiş 

hadisə  barəsində  ondan  soruşdu,  o  da  hər  şeyi  (olduğu  kimi)  ona  danışdı. 

Peyğəmbər:  “Məni  Musadan    üstün  tutmayın!  Həqiqətən,  Qiyamət  günü 

bütün insanlar bayılacaq, mən də onlarla birlikdə bayılacağam. Sonra ilk ayılan 

mən  olacağam.  (Ayıldıqda)  görəcəyəm  ki,  Musa      (Allahın)  Ərşinin  bir 

qırağından  tutub.  Mən  bilmirəm,  o,  hamı  ilə  birlikdə  bayıldıqdan  sonra 

məndən  qabaq  ayılacaq,  yoxsa  Allah  onu  müstəsna  kimsələrdən  edəcəkdir.” 

(Buxari 2411, 3408, 7472, Muslim 6302, 2373/160) 

 

 

 



1535. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər  oturmuş olduğu halda 

bir Yəhudi gəldi və: “Ey Əbul Qasim! Səhabələrdən bir nəfər mənim üzümdən 

vurdu”  deyə  şikayət  etdi.  Peyğəmbər:  “Kim  vurdu?”  deyə  buyurdu.  Yəhudi: 

“Ənsardan bir nəfər” dedi. Peyğəmbər: “Onu çağırın” deə buyurdu. Ona: “Sən 

bu  adamı  döydünmü?”  deyə  soruşuldu.  Adam:  “Bəli,  (səbəbi)  Musanı   

bütün bəşəriyətə seçib göndərən Allaha and olsun” dedə and içdi. Mən də: “Ey 

Xəbis!  Muhəmmədəndəmi  üstün  etdi”  dedim.  Bu  zaman  qəzəbləndim  və 

üzündən  vurdum.  Peyğəmbər:  “Peyğəmbərlər  arasında  (birini  digərindən) 

üstün  etməyin.  Çünki  Qiyamət  günü  insanlar  bayıldıqları  zaman  (mən  də 

bayılacağam), yeri yarılan (qəbri açılan) kimsə mən olacağam. O, zaman mən 

Musa  ilə  qarşılaşacağam.  Bir  də  baxacağam  ki,  Musa    Ərşin  tutacağından 

tutub. Bilmirəm Musa  da bayılanlar içərisində idi, məndən əvvəlmi ayıldı, 

yoxsa sonramı?” deyə buyurdu. (Buxari 2412, Muslim 6304, 2374/162) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin