Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə53/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

 

 

Peyğəmbərin  Qızı Ftimənin  (Fəziləti) 

 

 



 

1592.  Əli  İbn  Huseyn  deyir  ki,  Yezid  İbn  Muaviyənin  yanından  Mədinəyə 

qayıtdıqda  Əlinin  oğlu  Huseyn  öldürüldüyü  zaman  onları  Misvər  İbn 

Məxrəmə qarşıladı. Mənə hər hansı bir ehtiyacın varmı? Varsa onu mənə əmr 

                                                

136


 Qadın bununla oğlanın olduqca nərmənazik olduğunu bildirmişdir.  

137


 Qadının  yanları  yekə  olduğundan  o  yerə  uzandıqda  beli  yuxarı  qalxmış  və  uşaqlar  əllərindəki  narları 

onun belinin altından o tərəf-bu tərəfə diyirləyirlərmiş. “Fəthul Bari” 9/273.  



 

 

709 



edə  bilərsiniz”  dedi.  Əli:  “Xeyr,  bir  ehtiyacım  yoxdur”  dedim.  Misvər:  “Sən 

Rəsulullahın  qılıncını mənə verirsənmi? Çünki mən bu qövmün onu səndən 

almaqla  qələbə  çalmasından  qorxuram.  Allaha  and  olsun  ki,  əgər  sən  onu 

mənə versən ruhum alınmadıqca bu qılıncı onlara vermərəm. Heç şübhəsiz ki, 

Əbu  Talibin  oğlu  Əli  ,  Fatimənin    üstünə  Əbu  Cəhlin  qızını  istəmişdi. 

Mən o, vaxtlar həddi-buluq yaşına çatmışdım. Minbər üzərinə xütbə verərəkən 

Peyğəmbərdən  eşitdim: “Fatimə  məndəndir. Mən onun dini xüsusunda 

fitnəyə  məruz  qalmasından  qorxuram.  Ravi  Məhrəm  dedi  ki:  “Sonra 

Rəsulullah   AbduşŞəms oğullarından olan  bir kürəkənini  (Zeynəbin   əri 

Əbul Ası ) zikr etdi və onu tərif edərək yaxşı xüsusarını dilə gətirdi. O, mənə 

söz  söyləmiş  və  sözündə  doğru  çıxmışdı,  mənə  vəd  etmiş  və  vədini  yerinə 

yetirmişdir.  Mən  heç  bir  halalı  haram  etmir  və  heç  bir  haramı  da  halal 

etmirəm.  Lakin  Allaha  and  olsun  ki,  Allah  Rəsulunun    qızı  ilə  Allah 

düşməninin qızı əbədiyyən bir (adamın nigahı) altıda birləşməz”. (Buxari 3110, 

Muslim 6462, 2449/95) 

 

 



 

1593. Misvər İbn Məxrəmə   demişdir:  “(Bir  dəfə)  Əli, Əbu Cəhlin  qızına  elçi 

göndərdi. Fatimə  bunu  eşidəndə  (bərk  qəzəbləndi və)  Peyğəmbərin    yanına 

gəlib  dedi:  “Həmqəbilələrin  deyəcəklər  ki,  sən  öz  qızlarına  görə  heç 

qəzəblənmirsən. Əli, Əbu Cəhlin qızı ilə evlənmək istəyir.” Onda Peyğəmbər  

ayağa  qalxıb  şəhadət  gətirdi  və  buyurdu:  “Sonra  isə...  Mən  qızımı  Əbul-Asa 

ərə  verdikdə  o  mənə  söz  verdi  və  sözünün  üstündə  durdu

138


.  Fatimə    də 

mənim  ciyərparəmdir.  Mən  istəmirəm  ki,  kimsə  ona  bir  pislik  etsin.  Vallahi, 

Allahın  Elçisinin    qızı  ilə  Allahın  düşmənin  qızı  eyni  bir  kişinin  zövcəsi  ola 

bilməz.”  (Bunu  eşidəndə)  Əli  (o  qızla)  evlənmək  fikrindən  vaz  keçdi.”  Digər 

rəvayətdə Misvər demişdir: “Mən Peyğəmbərin  Abduşəms oğullarından olan 

kürəkənini  yad  etdiyini,  onu  qohumluq  əlaqələrini  saxlamaq  xüsusunda 

tərifləyib  belə  dediyini  eşitmişəm:  “O,  mənə  söz  verdi  və  sözünün  üstündə 

durdu, vəd verdi və vədini yerinə yetirdi”

139

. (Buxari 3729, Muslim 6462, 6463, 



2449/95) 

                                                

138

 Peyğəmbər  hələ İslamdan əvvəl qızı Zeynəbi Əbul-Asa ərə vermiş və Əbul As  da ona Zeynəbdən  



başqa heç kəslə evlənməyəcəyinə dair söz vermişdir. 

139


 Əbul As  Bədr döyüşündə əsir düşdükdə Peyğəmbər  onu azad etmiş, o da ona Məkkəyə qayıdan kimi 

Zeynəbi  Mədinəyə göndərəcəyinə vəd vermiş və vədini yerinə yetirmişdir. 



 

 

710 



 

 

 



1594.  Aişə    rəvayət  edir  ki,  Peyğəmbər  (xəstəliyi  zamanı)  bütün  qadınları 

toplum olaraq hamısı yanında idilər. Aişə  deyir ki, Peyğəmbərin  bütün 

zövcələri yanında olduğu an qızı Fatimə  gəldi. Vallahi Yerişi Peyğəmbərin 

  yerişindən  heç  bir  şey  ilə  fərqlənmirdi.  Peyğəmbər    qızını  gördükdə 

buyurdu:  «Xoş  gəlmisən  qızım  (Mərhəba).  Sonra  onu  sağına  yaxutda  soluna 

oturtdu.  Qulağına  nə  isə  pıçıldadıqdan  sonra  qızı  ağlamağa  başladı.  Onun 

ağladığını  görüb  qulağına  yenə  də  gizlicə  nə  isə  pıçıldadı.  Bu  dəfə  o  güldü. 

Mən  Fatiməyə    dedim:  «Peyğəmbər    bu  qədər  zövcələrinin  içərsində 

yalnız  sənə  sir  dedikdən  sonra  sən  hələ  də  ağlayırsan!».  Peyğəmbər   

geddikdən  sonra  mən  soruşdum.  Peyğəmbər    sənə  nə  buyurdu:  «Mən 

Peyğəmbərin    sirrini  ifşa  etmərəm».  Peyğəmbər    dünyasını  dəyişdikdən 

sonra  mən  Fatimə    dən soruşdum:  «Üzərindəki  haqqım  üçün

140

 de  görüm 



Peyğəmbər  sənə nə buyurdu: «Bəli, indi deyə bilərəm. Birinci dəfə o mənim 

qulağıma  pıçıldadıqda  buyurdu:  «Hər  il  Cəbrail  mənə  bir  və  ya  iki  dəfə 

təkrarladırdı.  Ancaq  bu  dəfə  o  bunu  iki  dəfə  etdi.  Bundan  da  əcəlimin 

yaxınlaşdığını  başa  düşdüm.  Allahdan  qorx  və  səbr  et.  Mən  sənin  üçün  necə 

də gözəl Sələfəm (keçmişəm). Mən də ağladım. Mənim ağladığımı görüb ikinci 

dəfə  mənim  qulağıma  pıçıldadı.  Ya  Fatimə!  Mömin  qadınların  və  ya  bu 

ümmətimin qadınlarının seyyidi olmasından razı deyilsənmi (Başqa rəvayətdə: 

Yaxınlarımdan ilk öncə mənə qovuşan sən olacaqsan)» deyə buyurdu.  (Buxari 

6286, Muslim 6468, 2450/99)  

 

 



                                                

140


 Aişə  Peyğəmbərin  zövcəsi həm də  möminlərin anası olduğu üçün belə deyir. 

 

 

711 



 

1595.  Usamə  İbn  Zeyd    rəvayət  edir  ki,  (bir  dəfə)  Ummu  Sələmə   

Peyğəmbərin  yanında ikən Cəbrail onun yanına gəlib onunla söhbət etdi. O, 

çıxıb getdikdən sonra Peyğəmbər  Ummu Sələmədən  soruşdu: “(Bilirsən) 

o kim idi?” Ummu Sələmə: “Bu Dihyə İbn Kəlbi  idi”- dedi. (Sonralar) Ummu 

Sələmə  deyirdi:  “Vallahi,  Allahın  peyğəmbərinin    xütbəsini  eşidənədək, 

xütbədə  onun  Cəbrail  olduğunu  bildirənədək  mən  onun  Dihya  olduğunu 

hesab edirdim.” (Buxari 3634, Muslim 6469, 2451/100)  

 

 

 

Möminlərin Anası Zeynəbin  Fəziləti 

 

 

 



1596.  Aişə    rəvayət  edir  ki,  Peyğəmbərin    zövcələrindən  bəzisi 

Peyğəmbərdən:  “Hansımız  sənə  daha  tez  qovuşacaq?”  deyə  soruşdular.  O: 

“Əli  ən  uzun  olanınız”  deyə  cavab  verdi.  (Belə  deyəndə)  onlar  bir  qamış 

götürüb  qollarını  ölçməyə  başladılar.  Ən  uzun  qollu  Səudə  idi.  (Zeynəb  Bint 

Cəhş    vəfat  etdikdə)  biz  başa  düşdük  ki,  uzun  əl  deyildikdə,  sədəqə 

(vermək)  qəsd  edilirdi.  O,  hamımızdan  tez  Peyğəmbərə    qovuşdu. 

(Həqiqətən,) o, sədəqə verməyi sevirdi.” (Buxari 1420, Muslim 6470, 2452/101) 

 

 

 

Ənəs İbn Məlikin  Anası Ummu Suleymin  Fəziləti 

 

 



 

1597.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    Mədinədə,  –  zövcələrinin  evi 

istisna olmaqla – Ummu Suleymin evindən başqa heç bir evə girməzdi. (Bunun 

səbəbini  ondan)  soruşduqda  isə  belə  demişdir:  “Mənim  ona  yazığım  gəlir, 

onun  qardaşı  mənimlə  bir  döyüşdə  ikən  şəhid  olmuşdur.”  (Buxari  2844, 

Muslim 6473, 2455/104)  



 

 

712 



 

 

Abdullah İbn Məsud  Və Anasının Fəziləti 

 

 

 



1598.  Əbu  Musa  əl-Əşari    deyir  ki,  mən  qardaşımla  Yəməndən  Məkkəyə 

gəldiyim  zaman  bir  müddət  gözlədim.  Bu  vaxt  bizim  ən  çox  gördüyümüz 

Abdullah  İbn  Məsudun   Əhli  Beytdən  bir  kimsə olduğunu  zənn  etməyimiz 

idi. Çünki biz Peyğəmbərin  yanına daima İbn Məsud  ilə anasının girdiyini 

gördük”. (Buxari 3763, Muslim 6480, 2460/110) 

 

 



 

 

1599.  Abdullah  İbn  Məsud    demişdir:  “Vallahi,  mən  yetmişdən  çox  surəni 



Peyğəmbərin    dilindən  eşidib  öyrənmişəm.  Vallahi,  Peyğəmbərin   

əshabələri  yaxşı  bilirlər  ki,  mən  Allahın  Kitabını  onların  hamısından  yaxşı 

bilirəm  və  mən  onların  ən  xeyirlilərindənəm.”  (Buxari  5000,  Muslim  6486, 

2462/114) 

 

 

 



1600. Abdullah İbn Məsud  deyir ki, Ondan başqa heç bir haqq ilah olmayan 

Allaha and olsun Allahın kitabından elə bir surə nazil olmadı ki, onun harada 

nazil olduğunu bilməyim, Allahın kitabından elə bir ayə nazil olmadı ki, onun 

nə haqda nazil olduğunu bilməyim. Əgər kimsə Allahın Kitabını məndən daha 

yaxşı  bildiyini  (mənə  söyləsələrdi)  və  onun  yanına  dəvə  ilə  gedib  çatmaq 

mümkün  olsaydı  heç  şübhəsiz  ki,  dəvəyə  minib  onun  yanına  gedərdim”. 

(Buxari 5002, Muslim 6487, 2463/115) 

 

 



 

 

 

713 



1601.  Abdullah  İbn  Amr    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Quran 

oxumağı  dörd  nəfərdən  öyrənin:  Abdullah  İbn  Məsud,  Huzeyfənin  mövlası 

Səlimdən,  Ubey  İbn  Kəbdən    və  Muaz  İbn  Cəbəldən  ”.  (Buxari  3760, 

Muslim 6492, 2464/118) 

 

 

 

Ubey İbn Kəb  Və Ənsarda Olan Bir Cəmaatın Fəziləti 

 

 

 



1602.  Ənəs    demişdir:  “Peyğəmbər    zamanında  ənsardan  olan  dörd  nəfər 

Quranı cəm etməklə məşğul idi: Ubey (İbn Kəbə), Muaz İbn Cəbəl, Əbu Zeyd 

və Zeyd İbn Sabit.”(Hədisi danışan ravi demişdir): “Mən  Ənəsdən soruşdum: 

“Əbu Zeyd kimdir?” Dedi: “Əmilərimdən biridir.” (Buxari 3810, Muslim 6494, 

2465/119) 

 

 



 

1603. Ənəs  rəvayət edir ki, (bir dəfə) Peyğəmbər  Ubey (İbn Kəbə)  dedi: 

“Allah mənə: “Kitab əhlindən və müşriklərdən inkar edənlər...”. (əl-Bəyyinə1). 

Surəsini  sənə  oxumağı  buyurdu.”  (Ubey)  soruşdu:  “O,  mənim  adımı  çəkdi?” 

Peyğəmbər:  “Bəli!”  dedi  və  (Ubey)  ağlamağa  başladı”  (Buxari  3809,  4959, 

Muslim 1901, 6497, 199/122)  

 

 

 

Sad İbn Muazın  Fəziləti 

 

 

 



1604.  Cabir    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini  eşitmişəm: 

“(Allahın)  Ərşi  Səd  İbn  Muazın    ölümündən  sarsıldı.”  (Buxari  3803,  Muslim 

6500, 2466/124) 

 


 

 

714 



 

 

1605.  Bəra  İbn  Azib    rəvayət  edir  ki,  Peyğəmbər    ipəkdən  (bir  neçə)  libas 



hədiyyə  edildi.  Səhabələr  ipəyiə  əlləriylə  toxunmağa  və  onun  yumşaqlığına 

heyrət etməyə başladılar. Bu vaxt Peyğəmbər: “Sizlər bu ipəyin yumşaqlığına 

heyrət  edirsiniz?  (Vallahi)  Sad  İbn  Muazın    (Cənnətdə)  olan  dəsmalı  daha 

xeyirlidir  və  ya  yumşaqdır”  deyə  buyurdu.  (Buxari  3802,  Muslim  6502, 

2468/126) 

 

 



 

1606. Ənəs  demişdir: “(Bir dəfə) Peyğəmbərə  ipək cübbə hədiyyə etdilər. 

Halbuki  o,  (kişilərə)  ipək  geyməyi  qadağan  etmişdi.  Camaat  bu  cübbənin 

zərifliyinə  heyran  qaldılar.  Peyğəmbər    (onların  təəccüblə  baxdığını  görüb) 

dedi:  “Muhəmmədin  canı  Əlində  olan  Allaha  and  olsun  ki,  Səd  ibn  Muazın 

Cənnətdəki  dəsmalı  bundan  da  gözəldir.”  (Buxari  3248,  2615,  Muslim  6505, 

2469/127) 

 

 

 

Cabirin  Atası Abdullah İbn Amr İbn Hiramın  Fəziləti 

 

 



 

1607.  Cabir  İbn  Abdullah    deyir  ki,  atam  uhud  günü  şəhid  edildi.  Burnu, 

qulaqları,  ətrafı  kəsilmiş  olaraq  gətrilərək  Peyğəmbərin    qarşısına  qoyuldu. 

Üzəri bir bezlə örtülü idi. Mən atamın üzərini açmaq üçün yanına yaxınlaşdım. 

Yaxınların  buna  icazə  vermədilər.  Sonra  bir  daha  cəhd  göstərdim.  Yenə  də 

qəbiləm  buna  icazə  vermədi.  Bu  dəfə  Peyğəmbər    əmr  etdi  və  örtük 

qaldırıldı.  Bu  zaman  qadın  səsləri  eşidildi.  Bu  qadın  kimdir?  Orada  olanlar: 

“Amrın qızı və ya bacısı” deyildi. Peyğəmbər: “Bu qadın nə üçün ağlayır? Və 

ya ağlamasın. Çünki onun cənazəsi qaldırılıncaya qədər mələklər qanadlarıyla 

onu  kölgələməyə  davam  etdilər”  deyə  buyurdu.  (Buxari  1293,  Muslim  6508, 



 

 

715 



2471/129) 

 

 

 

Əbu Zərin  Fəziləti 

 

 



 

1608.  Abdullah  İbn  Abbas    rəvayət  edir  ki,  Məkkədə  Peyğəmbərin    zühur 

xəbəri  Əbu  Zərin    qulağına  çatınca  qardaşına:  “Heyvanına  min,  bu  vadiyə 

get  və  özünə  səmadan  xəbər  gəldiyini  söyləyən  bu  adam  haqqında  mənə 

məlumat  topla.  Danışdığını  dinlə,  sonra  da  mənə  xəbər  gətir!”  dedi.  Qardaşı 

yola  çıxaraq  Məkkəyə  gəldi  və  Peyğəmbərin    söylədiklərini  dinlədi.  Əbu 

Zərin    yanına  dönərək:  “Onun  yaxşı  əxlaqı  əmr  edərkən  və  elə  bir  söz 

söyləyərkən gördüm. Bu söz şeir deyil” dedi. Əbu Zər: “İstədiyim haqda mənə 

bir  şey  əldə  etmədin!  Sonra  azuqəsini  yığdı  və  içində  su  olan  bir  tuluğunu 

götürərək Məkkəyə  gəldi. Məscidə  çatdıqda  Peyğəmbəri   axtardı,  lakin onu 

tanımırdı  və  soruşmaqdan  da  çəkindi.  Nəhayət,  axşam  oldu  və  yatdı.  Əli   

onu  gördü  və  onun  qərib  olduğunu  başa  düşdü.  Onu  gördükdə  arxasınca 

düşdü, lakin bir-birlərindən heç bir şey soruşmadılar. Nəhayət, səhər olduqda 

(Əbu Zər) tuluğu və azuqəsini alaraq məscidə çəkildi. O gün belə davam etdi. 

Peyğəmbəri  görə bilmirdi. Nəhayət, axşam oldu. O yenə yatdığı yerə döndü. 

Əli  yenə onun yanına baş çəkdi və: “Bu adama evinin yolunu bilmək zamanı 

gəlmədimi?” deyərək onu qaldırdı və özü ilə apardı. Bir-birlərindən heç bir şey 

soruşmadılar. Üçüncü gün gəlincə eyni şəkildə etdi. Əli  yenə onu qaldıraraq 



 

 

716 



apardı. Sonra: “Səni bu diyara gətirən nədir?” deyə ondan soruşdu. Əbu Zər: 

“Məni  irşad  edəcəyinə  əhdi-peyman  versən,  (dediyini)  edərəm”  dedi.  O  da 

onun dediyi kimi etdi. Bunun üzərinə Əbu Zər  ona (nə üçün gəldiyini) xəbər 

verdi. Əli: “Həqiqətən o haqdır və Allahın Elçisidir. Sabaha çıxdığı vaxt məni 

təqib  et!  Mən  sənin  üçün  qorxudacaq  bir  şey  görsəm,  su  tökərmişəm  kimi 

edəcəyəm, keçib getdikdə arxamca gəl və mənim girdiyim yerə gir!” dedi. Əbu 

Zər    onun  dedyini  etdi.  Əlini    təqib  edərək  yola  düşdü.  Nəhayət  Əli   

Peyğəmbərin    yanına  girdi.  Əbu  Zər    də  onunla  birlikdə  girdi.  Onun 

söylədiyini  dinlədi  və  orada  müsəlman  oldu.  Bunun  üzərinə  Peyğəmbər: 

“Tayfana dön, əmrim sənə gəlincə onlara xəbər ver!” deyə buyurdu. Əbu Zər: 

“Nəfsim  əlində  olan  Allaha  and  içərəm  ki,  onların  arasında  bunu 

qışqıracağam.  O,  çıxaraq  məscidə  gəldi  və  var  səsiylə:  “Şahidlik  edərəm  ki, 

Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  yoxdur  və  Muhəmməd  Allahın 

Elçisidir”  deyə  qışqırmışdı.  Müşriklər  ayağa  durdular  və  onu  yerə  sərilənə 

kimi  döydülər.  Abbas    gələrək  onun  üzərinə  yıxıldı  və:  “Təəssüflər  olsun 

sizə!  Onun  Ğifar  qəbiləsindən  olduğunu  və  tacirlərinizin  Şama  gedən  yolu 

bunlardan keçdiyini bilmirsiniz?” deyərək onu müşriklərin əlindən qurtardı. O 

sabahısı  gün  yenə  bunun  kimi  etdi.  Onlar  yenə  ayağa  durdular  və  onu 

döydülər. Yenə Abbas  onu qurtardı”. (Buxari 3861, Muslim 6516, 2474/133) 

 

 

 

Cərir İbn Abdullahın  Fəziləti 

 

 



 

1609.  Cərir  İbn  Abdullah    rəvayət  edir  ki,  İslama  girdiyim  gündən  bəri 

istədiyim  heç  bir  şeyə  görə  Peyğəmbər    mənə  (yox)  demədi.  Məni  hər  dəfə 

gördükdə üzümə gülərdi. Bir gün ona at üzərində sabit dayana bilmirəm deyə 

şikayət  etdim.  Peyğəmbər  əli  ilə  sinəmə  vuraraq  buyurdu:  “Allahummə 

Səbbithu  Və  Cəalhu  Hədiyən  Məhdiyyən”.  (Buxari  3035,  3036,  6090,  Muslim 

6519, 2475/135) 

 


 

 

717 



 

 

1610. Cərir İbn Abdullah  demişdir: “(Bir dəfə) Peyğəmbər  mənə buyurdu: 



“Zul  Xələsəni  (yox  etməklə)  mənim  qəlbimi  rahat  etmək  istəmirsənmi?”  Zul 

Xələsə  Xəsəm  qəbiləsində  yerləşən,  Yəmən  kəbəsi  adlanan  bir  bütxana  idi. 

Mən  Əhməs  qəbiləsindən  olan  yüz  əlli  nəfərlik  bir  süvari  dəstədə  (oraya) 

yollandım.  Əhməsilər  yaxşı  at  sürən  adamlar  idi.  Mən  isə  atın  belində  dura 

bilmirdim. (Bu vaxt) Peyğəmbər   (əli ilə) mənim sinəmə elə bir zərbə vurdu 

ki,  barmaqlarının izi  sinəmdə  qaldı,  (sonra  da  dua  edib)  dedi:  “Allahım, onu 

sabitqədəm et, onu doğru yol göstərən və doğru yolda olan (kimsələrdən) et!”. 

Bundan sonra Cərir bütxanaya getdi və onu darmadağın edib yandırdı. Sonra 

da  Peyğəmbərin    yanına  adam  göndərdi  (ki,  nə  etdiyini)  ona  xəbər  versin. 

Cəririn göndərdiyi adam (Peyğəmbərə ) dedi: “Səni haqq ilə göndərən Allaha 

and olsun ki, mən gələndə o (bütxana) haldan düşmüş və ya qotur xəstəliyinə 

tutulmuş bir dəvə kimi (yanıb qapqara) olmuşdu.”(Cərir) dedi: “Bundan sonra 

Peyğəmbər    əhməsilərdən  ibarət  olan  bu  dəstəyə  və  onlara  qoşulanlara 

(Allahdan)  beş  dəfə  xeyir-bərəkət  dilədi.”  (Buxari  3020,  4356,  Muslim  6521, 

2476/137) 

 

 

 

Abdullah İbn Abbasın  Fəziləti 

 

 



 

1611.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    ayaqyoluna  girdi  və  mən 

onun  üçün  su  qoydum.  (Ayaqyolundan  çıxdıqdan  sonra)  Peyğəmbər:  “Bunu 

kim qoydu?” deyə soruşdu. Ona (bu haqda) xəbər verildikdə dedi: “Allahım, 

dini başa düşməyi ona müyəssər et!” (Buxari 143, Muslim 6523, 2477/138) 

 

 

 

Abdullah İbn Ömərin  Fəziləti 

 


 

 

718 



 

 

1612. İbn Ömər   demişdir: “Peyğəmbərin   sağlığında kimsə yuxu görəndə 



onu  Peyğəmbərə    danışardı.  Mən  də  istəyirdim  ki,  bir  yuxu  görüm  və  onu 

Peyğəmbərə    danışım.  Peyğəmbərin    zamanında  mən  məsciddə  yatırdım, 

özüm  də  cavan  oğlan  idim.  Bir  dəfə  mən  yuxuda  iki  mələyin  məni  tutub 

Cəhənnəmə tərəf apardıqlarını gördüm. Baxdım ki, Cəhənnəmin ətrafı (daşdan 

tikilmiş) su quyusu kimi hörülmüşdür. Bununla yanaşı onun iki dirəyi  də var 

idi.  Birdən  mən  onun  içində  tanıdığım  adamları  gördüm  və:  “Cəhənnəm 

odundan  Allaha  sığınıram!”  deməyə  başladım.  (Bu  vaxt)  qarşımıza  bir  mələk 

çıxıb mənə: “Qorxma!” dedi. Mən bu yuxunu Həfsəyə danışdım, Həfsə də onu 

Peyğəmbərə    danışdı.  O  dedi:  “Nə gözəl insandır  Abdullah!  Kaş  ki, gecələr 

namaz qılaydı.”(Səlim İbn Abdullah deyir ki,) bundan sonra o, gecələr çox az 

yatardı. (Buxari 1121-1122, 1156, 1157, Muslim 6525, 2479/140) 

 

 

 

Ənəs İbn Məlikin Fəziləti 

 

 



 

1613.  Ummu  Suleym    kiçik  Ənəsi    Peyğəmbər    yanına  gətirərək  dedi: 

“Ənəs  (bu  gündən)  sənin  xidmətçindir,  onun  üçün  dua  et!”.  Peyğəmbər: 

Allahummə Əksir Mələhu Və Vələdəhu Və Bərik Ləhu Fimə Əatəytə”. (Buxari 

6378, 6344, 6381, Muslim 6527, 2480/141)  

 

 



 

1614. Ənəs  rəvayət edir ki, Peyğəmbər  mənə sir olaraq bir şeylər söylədi. 

Ondan  sonra  bu  sirri  heç  kimsəyə  xəbər  vermədim.  Onu  məndən  Ummu 

Suleymdə   soruşdu, lakin ona  da  xəbər  vermədim”.  (Buxari  6289, Muslim 

6534, 2482/146) 

 

 



 

 

719 



 

Abdullah İbn Sələmin  Fəziləti 

 

 



 

1615.  Səd  İbn  Əbu  Vəqqas    demişdir:  “Mən  Peyğəmbərin    Abdullah  İbn 

Səlamdan başqa yer üzündə gəzən heç bir kimsəyə: “O, Cənnət əhlindəndir!” 

dediyini eşitməmişəm. Onun barəsində bu ayə nazil olmuşdur: “De: “Bir deyin 



görək,  əgər  bu  Quran  Allah  tərəfindəndirsə  və  siz  də  onu  inkar  etmisinizsə, 

İsrail  oğullarından  da  bir  şahid  onun  bənzərinə  şahidlik  edib  iman  gətiribsə, 

siz  isə  təkəbbür  göstərmisinizsə,  zülm  etmiş  olmazsınızmı?  Allah  zalımları 

doğru yola yönəltməz!”. (əl-Əhqaf 10). (Buxari 3812, Muslim 6535, 2483/147) 

 

 



 

1616.  Abdullah  İbn  Səlam    demişdir:  “Peyğəmbərin    zamanında  mən  bir 

yuxu  gördüm  və  bu  yuxunu  ona  danışdım.  Yuxuda  gördüm  ki,  bir  bağın 

içindəyəm.” (Abdulla İbn Səlam) bağın geniş və yaşıl olduğunu vəsf etdikdən 

sonra dedi: “Bağın ortasında aşağı tərəfi yerdə olan, yuxarı tərəfi isə göyə çatan 

bir dəmir dirək, dirəyin də  başında bir tutqac var idi. Kimsə mənə dedi: “Çıx 

yuxarı!”  Dedim:  “Bacarmaram!”  Bu  vaxt  yanıma  bir  xidmətçi  gəlib  arxa 

tərəfdən mənim paltarımın ətəyini qaldırdı və mən (dirəyə) çıxmağa başladım. 

Haçandan-haçana  dirəyin  başına  çatıb  tutqacdan  yapışdım.  (Yenə)  kimsə 

mənə: “(Tutqacdan) möhkəm yapış!” dedi və mən yuxudan oyandım. Baxdım 

ki, həmin tutqac əlimdə qalmışdır. Mən bu (hadisəni) Peyğəmbərə  danışdım. 

Peyğəmbər:  “(Gördüyün)  o  bağ  –  İslam  dinidir,  dirək  –  İslamın  dirəyidir, 

tutqac  –  ən  etibarlı  dəstəkdir,  (bu  da  o  deməkdir  ki,)  sən  son  nəfəsinə  qədər 

müsəlman kimi qalcaqsan.” (Buxari 3813, Muslim 6536, 2484/147) 

 

 

 


 

 

720 



Həssən İbn Sabitin  Fəziləti 

 

 



 

1617. Sad İbn Museyyib   deyir ki, Həssən İbn Sabit   məscidə şer söylədiyi 

zaman Ömər  içəri daxil oldu (bu Ömərin  xoşuna gəlmədi). Həssən: “Mən 

vaxtıyla  bu  məsciddə  səndəndə  xeyirli  bir  kimsə  olduğu  zaman  şer 

söyləmişəm”  dedi  və  Əbu  Hureyrəyə    yönələrək:  “Allah  xatirinə, 

Peyğəmbərin  mənə:  “Onlara  (müşriklərə) cavab ver.  Allahummə!  Onu  Ruhul 

Quds ilə qüvvətləndir”  deyərkən eşitdinmi?”.  O da:  “Bəli”  deyə  cavab  verdi. 

(Buxari 3212, Muslim 6541, 2485/152) 

 

 

 



1618.  Bəra  İbn  Azib    rəvayət  edir  ki,  Peyğəmbər    (kafirlərin  cavabını 

vermək  üçün)  Həssana    deyərdi:  “Onlara  şeirlə  cavab  ver!  (Arxayın  ol) 

Cəbrail də səninlədir.” (Buxari 3213, 4123, Muslim 6542, 2486/153)  

 

 



1619. Aişə  demişdir: “Həssan  (öz şeiri ilə) müşrikləri gülünc vəziyyətdə 

qoymaqla  yerinə  oturtmaq  üçün  Peyğəmbərdən    izn  istədi.  Peyğəmbər   

soruşdu:  “Bəs  mənim  əsil-nəsəbim  necə  olacaq?”.  Həssan:  “Tük  xəmirin 

içindən  çıxarıldığı  kimi,  mən  səni  onların  arasından  çıxaracağam

141

”.  Ravi 



deyir  ki:  “Həssəni    Aişənin  yanında  təhqir  etdikdə  Aişə:  “Həssənə  söymə! 

Çünki  o,  Peyğəmbəri  müdafiə  edərdi”  dedi.  (Buxari  3531,  Muslim  6544, 

2487/154) 

 

 



 

 

                                                



141

 Burada  Həssan  Peyğəmbərin    dədə-babalarının  adını  çəkməyəcəyini,  onları  təhqir  etməyəcəyini 

bildirmişdir.  


 

 

721 



 

1620. Masruq rəvayət edir ki, Aişənin  yanına daxil oldum, yanında Həssən 

İbn  Sabit    vardı.  Ona  şeir oxuyur, öz  beytlərindən qəzəllər  söyləyirdi.  (Belə 

dedi):“İffətlidir, ağıllıdır, heç bir şübhə ilə ittiham oluna bilməz. Dedi qodu və 

iftirayla sabaha çıxılmaz”. Bunun üzərinə Aişə: “Lakin sən belə deyilsən! (yəni 

qeybət etdin və iftiraçıların sözlərinə uydun)” deyə buyurdu. Masruq, Aişəyə: 

“Yanına girmək üçün ona nə üçün icazə verirsən? Halbuki Allah: “Şübhəsiz ki, 

Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz 

üçün  pis  bir  şey  hesab  etməyin.  Əksinə,  bu  sizin  üçün  xeyirlidir.  O  dəstədən 

olan  hər  bir  şəxsin  qazandığı  günahın  cəzası  vardır.  İçərilərindən  günahın 

böyüyünü öz üstünə  götürəni  isə  böyük  bir  əzab  gözləyir”.  (ən-Nur  11). Aişə: 

“Korluqdan daha şiddətli əzab nə ola bilər? O, Peyğəmbəri (və İslamı şerlərilə) 

müdafiə  edər,  yaxud  qoruyardı”  dedi.  (Buxari  4145,  4146,  Muslim  6546, 

2488/155)  

 

 

 



1621.  Aişə    demişdir:  “Həssan  (öz  şeiri  ilə)  müşrikləri  gülünc  vəziyyətdə 

qoymaqla  yerinə  oturtmaq  üçün  Peyğəmbərdən    izn  istədi.  Peyğəmbər   

soruşdu:  “Bəs  mənim  əsil-nəsəbim  necə  olacaq?”.  Həssən:  “Tük  xəmirin 

içindən  çıxarıldığı  kimi,  mən  səni  onların  arasından  çıxaracağam”  (Buxari 

3531, 4144, 6150, Muslim 6550, 2490/157)  

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin