Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə40/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

 

 

Peyğəmbərin  Allaha Dua etməsi Və Münafiqlərin 

Əziyyətinə Səbr Etmək 

 

 



 

 

1176.  Usamə  İbn  Zeyd    rəvayət  edir  ki,  Peyğəmbər    üzərində  palan  olan 



eşşəyin tərkinə mindi. Altında Fədək (yer adı) məxməri var idi. Usaməni  də 

tətkinə  aldı.  O,  Bəni  Həris  İbn  Xəzrəc  qəbiləsindən  olan  Sad  İbn  Ubadəni   

ziyarətə  gedirdi.  Bu,  Bədr  döyüşündən  əvvəl  idi.  Nəhayət  müsəlmanlar, 

bütlərə ibadət edən müşriklər, yəhudilər, Abdullah İbn Ubey və Abdullah İbn 



 

 

531 



Əlu Rəvaha olan bir məclisin yanından keçdi. Heyvanın qaldırdığı toz-torpaq 

məclisi  bürüdükdə,  Abdullah  İbn  Ubey  ridası  ilə  burnunu  tutaraq  belə  dedi: 

“Üzərimizi  tozlamayın!”.  Peyğəmbər   onlara salam  verdi.  Sonra  dayandı  və 

minikdən  düşdü.  Onları  Allahın  (dininə,  yoluna)  dəvət  etdi  və  onlara  Quran 

oxudu”.  Abdullah  İbn  Ubey  dedi:  “Ey  Adam!  Bundan  gözəl  bir  şey  yoxdu! 

Əgər dediklərin haqdırsa, bizə məclismizdə əziyyət etmə! Yerinə (evinə) dön! 

Bizdən  kim  yanına gəlsə, ona  danışarsan”.  Bunun  müqabilində Abdullah İbn 

Əbu  Rəvaha:  “Məclisimizə  gəl!  Çünki  biz  bunu  (Quran  dinləməyi,  dəvəti) 

sevirik”.  Bundan  sonra  (ara  qarışdı)  müsəlmanlar,  yəhudi  və  müşriklər  bir-

birilərini  söyməyə  başladılar.  Hətta  bir-birinin  üzərinə  atılmaq  istədilər. 

Peyğəmbər    isə  onları  sakitləşdirməyə  çalışırdı.  Sonra  O  miniyinə  mindi. 

Nəhayət Sad İbn Ubadənin  yanına daxil oldu və belə buyurdu: “Ey Sad, sən 

Əbu  Hibabın  (Abdullah  İbn  Ubey)  nə  dediyini  eşitmirsən?  O,  belə  və  belə 

dedi!”. Sad: “Ey Allahın Elçisi, onu  əfv et, bağışla! Allaha and olsun ki, Allah 

sənə  verdiyini  artıq  vermişdir  və  həqiqətən  bu  yerin  əhalisi  ona  tac 

geydirməyə,  sarğı  sarımağa  (padşahları  olsun  deyə)  razılığa  gəlmişdi.  Allah 

sənə  verdiyi  haqq  ilə  onu  rədd  etdikdə,  bu  onu  qəzəbləndirdi  (paxıllıq  etdi). 

Ona  görə  də  gördüyünü  etdi.  Və  Peyğəmbər    onu  bağışladı”.  (Buxari  6254, 

Muslim 4760, 1798/116)

 

 



 

 

 



1177.  Ənəs    rəvayət  edir  ki,  (Mədinəyə  gəldiyinin  ilk  günlərində) 

Peyğəmbərə:  “Abdullah  İbn  Ubeyyin  yanına  gedin  (İslama  dəvət  edin)” 

deyildi.  Bundan  sonra  Peyğəmbər    bir  eşşəyə minib  müsəlmanlarla  birlikdə 

Abdullah  İbn  Ubeyyin  yanına  getdilər.  Gedilən  yol  quru  bir  ərazi  idi. 

Peyğəmbər,  Ubeyy  tərəfə  getdikdə  o:  “Məndən  uzaq  ol!  Eşşəyinin  qoxusu 

mənə əziyyət verir” dedi. Buna qarşı Ənsardan Xəzrəc qəbiləsindən bir nəfər: 

“Vallahi Rəsulullahın  eşşəyinin qoxusu səndən daha xoşdur” dedi. Ubeyyin 

tərəfindən  bir  nəfər  ona  qəzəbləndi  və  bu  iki  nəfər  söyüşdülər.  Hər  iki  tərəf 

bir-birilərinə  qəzəbləndilər  və  əllərində  olan  xurma  çubuğu,  əllə  bir-birilərini 

vurmağa başladılar”. Ayə nazil oldu:  “Əgər möminlərdən iki dəstə bir-biri ilə 



vuruşsa,  onları  barışdırın....”  (əl-Hucurat  9).  (Buxari  2691,  Muslim  4762, 

1799/117)  



 

 

532 



 

 

Əbu Cəhlin Öldürülməsi 

 

 

 



1178.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  Peyğəmbər    Bədr  günü  buyurdu: 

“Kim  bizim  üçün  Əbu  Cəhlin  nə  etdiyinə  baxar?”.  İbn  Məsud    gedərək 

Afranın  oğullarının  onu  vurduqdan  sonra  yerə  sərildiyini  gördü.  Onun 

saqqalından  yapışaraq  belə  dedi:  “Əbu  Cəhl  sənsənmi?”.  O:  “Öz  qövmünün 

öldürdüyü kişinin üzəində kimsə varmı? Sizin öldürdüyünüz kişinin üstündə 

kimsə varmı? Onu tayfası öldürdü?” cavab verdi (yəni, sizin məni öldürməniz 

eyib  edilməz).  (Əbu  Micləz:  Əbu  Cəhl:  “Kaş  ki,  məni  əkinçi  yox,  başqası 

öldürərdi”). (Buxari 3963, Muslim 4763, 1800/118)  

 

 

 

Yəhudilərin Şeytanı Kəb İbn Əşrəfin Öldürülməsi 

 

 

 



 

1179. Cabir İbn Abdullah   rəvayət edir ki, (bir dəfə) Peyğəmbər   buyurdu: 

“Kim  Kəb  İbn  Əşrəfin  işini  bitirə  bilər?  Çünki  o,  Allaha  və  Onun  Rəsuluna 

əziyyət  verir.”  Muhəmməd  İbn  Məsləmə  ayağa  qalxıb  dedi:  “Ya  Rəsulullah, 



 

 

533 



istəyirsən onu mən öldürüm?”. Peyğəmbər: “Bəli!” deyə buyurdu. O dedi: “İzn 

ver bir şey deyim”. Peyğəmbər: “De!”. Bundan sonra Muhəmməd İbn Məsləmə 

(bir neçə əshabə ilə birlikdə Kəbin) yanına gəlib dedi: “Bu adam (Peyğəmbər) 

bizdən  sədəqə  tələb  edir  və  bizi  çox  sıxışdırır.  Buna  görə  də  mən  gəlmişəm 

səndən borc alım.” (Kəb) dedi: “Yenə (sizi bezdirəcək). Vallahi ki, tezliklə sizin 

onu  görməyə  gözünüz  olmayacaq.”  (Muhəmməd  İbn  Məsləmə)  dedi:  “Artıq 

biz ona tabe olmuşuq. Odur ki, bu işin nə ilə qurtaracağını görməyincə biz onu 

tərk  etmək  istəmirik.  İndi  isə  biz  səndən  borca  bir  və  ya  iki  vəsq  (ərzaq) 

götürmək  istəyirik.”  (Kəb)  dedi:  “Olar,  amma  gərək  mənim  yanımda  girov 

qoyasınız.”  Onlar:  “Nə  istəyirsən?”  deyə  soruşdular.  (Kəb)  dedi: 

“Qadınlarınızı yanımda girov qoyun!” Onlar (etiraz edib) dedilər: “Sən ərəblər 

arasında ən yaraşıqlı kişi olduğun halda biz qadınlarımızı sənin yanında necə 

girov  qoya  bilərik?!”  (Kəb)  dedi:  “Onda  uşaqlarınızı  yanımda  girov  qoyun!” 

Onlar  (yenə  etiraz  edib)  dedilər:  “Biz  uşaqlarımızı  sənin  yanında  necə  girov 

qoya bilərik?! Axı, sonra kimsə onları təhqir edib: “(Budur) bir və ya iki vəsq 

(ərzaq) müqabilində girov qoyulanlar!” deyəcək, beləliklə də, bizim üzümüzü 

qara  edəcək.  (Gəlsənə)  biz  öz  silahlarımızı  girov  qoyaq.”  Onlar  (bir  müddət 

sonra)  görüşməyə  vədələşdilər.  Gecə  (Muhəmməd  İbn  Məsləmə)  Kəbin  süd 

qardaşı Əbu Nailə ilə birlikdə onun yanına gəldi. (Kəb) onları öz istehkamına 

dəvət  etdi  və  özü  də  onların  yanına  endi.  Gedəndə  arvadı  ondan:  “Bu  vaxt 

hara gedirsən?”  deyə soruşdu.  (Kəb)  dedi:  “(Gələnlər)  ancaq Muhəmməd  İbn 

Məsləmə və  mənim  (süd) qardaşım  Əbu  Nailədir.”  Arvad  dedi:  “Mən  bir səs 

eşidirəm, sanki nədənsə qan damır.” (Kəb) dedi: “(Bu) sadəcə Muhəmməd İbn 

Məsləmə və süd qardaşım Əbu Nailədir. Həqiqətən, alicənab adam gecə vaxtı 

vurulmağa  çağırılmış  olsa  belə,  cağırışa  cavab  verməlidir.”  (Cabir  İbn 

Abdullah)  dedi:  “Muhəmməd  İbn  Məsləmə  özü  ilə  bərabər  içəri  iki  nəfər  də 

keçirdi.” (Digər rəvayətdə deyilir ki, bunlar: Əbu Əbs İbn Cəbr, Haris İbn Ovs 

və  Abbad  İbn  Bişr  idi.)  Amr  dedi:  “Muhəmməd  İbn  Məsləmə  ilə  birlikdə  iki 

nəfər  gəlmişdi.  O,  həmin  iki  nəfərə  dedi:  “Kəb  gələndə  mən  onun  başından 

tutub  onu  iyləyəcəyəm.  Mənim  onun  başından  bərk  yapışdığımı  görsəniz 

dərhal  gəlib  onun  boynunu  vurarsınız.”  (Digər  rəvayətdə):  “Sonra  (onun 

başını  sizə  tərəf  çəkəcəyəm  ki,)  siz  də  iyləyəsiniz.”  Kəb  əbasına  bürünmüş 

halda  onların  yanına  endi.  Ondan  xoş  ətir  qoxusu  gəlirdi.  (Muhəmməd  İbn 

Məsləmə)  dedi:  “Mən  indiyədək  bundan  gözəl  ətir  görməmişəm”.  Kəb: 

“(Evimdə) ərəb qadınları arasında ən yaxşı ətir seçən və (ümumiyyətlə) ərəblər 

içərisində  ən  ağıllı-kamallı  bir  (qadın)  var.”  (Muhəmməd  İbn  Məsləmə)  dedi: 

“İcazə  verirsənmi,  sənin  başını  iyləyim?”  O:  “Bəli!”  dedi.  Muhəmməd  İbn 

Məsləmə  onun  başını  iylədi,  sonra  dostlarına  da  təklif  etdi.  Sonra  yenə:  “İzn 

verirsənmi,  (başını  iyləyim)?”  deyə  soruşdu.  O:  “Bəli!”  dedi.  Elə  ki 


 

 

534 



Muhəmməd  İbn  Məsləmə  onun  başından  bərk  yapışdı,  (dostlarına):  “Növbə 

sizindir!”  deyə  buyurdu,  (onlar  da  Kəbin  üstünə  cumub)  onu  öldürdülər. 

Sonra  da  Peyğəmbərin   yanına  gəlib  əhvalatı ona  danışdılar.”  (Buxari 4037, 

Muslim 4765, 1801/119)  

 

 

 

Xeybər Döyüşü 

 

 

 



 

1180. Ənəs  rəvayət edir ki, Peyğəmbər  qoşun yığıb Xeybərə yollandı. Biz 

bu (kəndin) yaxınlığında, səhər ala-qaranlıqda sübh namazını qıldıq. (Bundan) 

sonra  Peyğəmbər    və  Əbu  Təlhə  (öz  miniklərinə)  mindilər.  Mən  isə  Əbu 

Təlhənin tərkinə mindim. Peyğəmbər   (miniyini) Xeybərin dar küçələrindən 

birinə sürdü və (bu vaxt) mənim dizim Peyğəmbərin  buduna toxundu, onun 

izarı  (yuxarı  qalxdı  və)  budu  açıldı,  onda  mən  Peyğəmbərin    budunun 

ağlığını  gördüm.  Kəndə  daxil  olduqda  o:  “Allahu  Əkbər!  Xeybər  dağıldı. 

Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda, qorxudulanların sabahı 

necə  də  pis  olar!”  dedi  və  (bunu)  üç  dəfə  təkrar  etdi”.  Ənəs:  “Xeybərlilər  öz 

işlərindən  ötrü  (evlərindən)  çıxıb:  “Muhəmməd  öz  qoşunuyla  (gəldi)!” 

dedilər”.  Ənəs: “Biz  Xeybəri  zəbt  etdik.  Əsirlər  bir  yerə  toplanıldıqdan  sonra 

Dihyə  gəlib  dedi:  “Ey  Allahın  Peyğəmbəri,  əsir  düşmüş  cariyələrdən  birini 

mənə ver”. Peyğəmbər: “Get birini götür!” dedi və o da Səfiyyə Bint Hüyeyyi 

götürdü.  Bundan  sonra  bir  nəfər  Peyğəmbərin    yanına  gəlib  dedi:  “Ey 

Allahın  Peyğəmbəri,  sən  Dihyəyə  Qureyza  və  Nədir  qəbilələrinin  xanımı 

Səfiyyə  Bint  Hüyeyyi  verdin,  halbuki  o  qadın  ancaq  sənə  layiqdir.”  (Onda 

Peyğəmbər ): “Onu qadınla bir yerdə yanıma çağırın!” deyə buyurdu. Dihyə 



 

 

535 



Səfiyyəni  (onun  yanına)  gətirdi.  Peyğəmbər    qadına  baxıb  (Dihyəyə)  dedi: 

“Cariyələrdən başqa birisini götür.”(Ənəs dedi): “Peyğəmbər  Səfiyyəni azad 

edib onunla evləndi.” Ravi Sabit (Ənəsdən) soruşdu ki: “Bəs Peyğəmbər  ona 

mehr  olaraq  nə  verdi?”  (Ənəs)dedi:  “Onun  özünü,  onu  azad  etdi  və  onunla 

evləndi.”(Ənəs dedi): “Nəhayət, yolda Ummu Suleym Səfiyyəni Peyğəmbər  

üçün hazırladı və gecə onun yanına apardı. Zifaf gecəsinin səhəri Peyğəmbər 

  dedi:  “Qoy  kimdə  (yeməyə)  bir  şey  varsa  bura  gətirsin”  və  yerə  bir  dəri 

sərdi. (Bu vaxt) kimi xurma, kimi də yağ gətirdi.(Bu hədisi) rəvayət edənlərdən 

biri dedi: “Güman edirəm ki, Ənəs sıyığı da qeyd etdi.”Ənəs dedi: “Sonra onlar 

heys (xurmadan olan yemək) hazırladılar. Allahın Peyğəmbərinin  toy ziyafəti 

belə oldu.” (Buxari 371, Muslim 3563, 1365/84) 

 

 



 

 

1181. Sələmə İbn Əkva  demişdir: “(Bir dəfə) biz (Mədinədən) Xeybərə yola 



düşdük  və  gecə  ikən  əshabələrdən  biri  Amirə  dedi:  “Ey  Amir,  bəlkə  bizim 

üçün  öz  şeirlərindən  nə  isə  oxuyasan!”  Amir  (tanınmış)  bir  şair  idi.  (Bu 

xahişdən) sonra o, miniyindən yerə enib ritmlə bu sözləri oxumağa başladı: 

Olmasaydın, ey Allah, düz yola gəlməzdik biz, 

Nə sədəqə verərdik, nə namaz qılardıq biz. 

Qurban olarıq Sənə, bağışla səhvimizi, 

Düşmən görünsə bizə, sabit et qədəmmizi. 

İndisə bir təskinlik, Özün nazil et bizə, 

Haqqa çağrılsaq əgər, qaçmaq yaraşmaz bizə, 

Onlar “İmdad!” deyərək, xitab edirlər bizə. 

Allahın Elçisi  soruşdu: “(Heyvanları) qovan bu (adam) kimdir?” (Əshabələr): 

“Amir ibn Əkvadır” deyə cavab verdilər. Peyğəmbər: “Allah ona rəhm etsin!” 

Orada  olanlardan  biri  dedi:  “(Onun  şəhid  olması)  vacib  oldu,  ey  Allahın 

peyğəmbəri!”  Nə  olaydı,  biz  sənin  sayəndə  ondan  faydalanardıq.  Sonra  Biz 


 

 

536 



Xeybərə getdik və xeybərliləri mühasirəyə aldıq. Çox keçmədən bizə bərk aclıq 

üz  verdi,  (lakin)  sonra  Uca  Allah  bizə  onların  üzərində  zəfər  çaldırdı. 

Xeybərlilərin üzərində zəfər çalınan günün axşamı (əshabələr) çoxlu tonqallar 

qaladılar.  Peyğəmbər:  “Bu  nə  tonqallardır?  Onları  nə  üçün  yandırmısınız?” 

(Əshabələr)  dedilər:  “Ət  (bişirmək)  üçün.”  Peyğəmbər:  “Hansı  ət?”  Onlar 

dedilər: “Ev eşşəyinin əti.” Peyğəmbər: “Bişirdiyinizi (yerə) boşaldın, qazanları 

da sındırın!” Bir nəfər dedi: “Ya Rəsulullah, yeməyi boşaldıb qazanları yusaq 

necə?”.  Peyğəmbər:  “Elə  də  olar.”  (Döyüş  başladıqda)  əsgərlər  səf-səf 

düzülmüşdülər.  Amirin  qılıncı  qısa  idi.  Amir  öz  qılıncıyla  bir  yəhudinin 

ayağından vurmaq istədikdə qılıncın tiyəsi qayıdıb Amirin diz qapağını kəsdi 

və bu (yaradan da) o, öldü. Biz (Mədinəyə) qayıtdıqda Peyğəmbər   mənim 

(kədərli olduğumu) gördü və əlimdən tutub dedi: “Nə olub sənə?” Mən ona 

dedim: “Atam-anam sənə qurban. Bəziləri iddia edirlər ki, Amirin əməlləri puç 

olmuşdur  (elə  düşünürdülər  ki,  özünü  öldürmüşdür)”.  Peyğəmbər:  “Bunu 

deyən yalan söyləmişdir. Çünki o, ikiqat savab qazandı. Bunu deyəndə o, iki 

barmağını  bir-birinə  birləşdirdi.  Həqiqətən  də,  o,  (haqq  uğrunda)  mübarizə 

aparan  bir  mücahid  idi.  Ərəblərdən  onun  kimi  (fədakarlıq)  göstərən  azdır.” 

(Buxari 4196, Muslim 4769, 1802/123)  

 

 

 

Əhzab – Xəndək - Döyüşü 

 

 

 



1182.  Bəra    demişdir:  “Müttəfiqlərin  (Mədinəyə  yürüş  etdiyi)  vaxt  mən 

Peyğəmbərin    qarnının  toz-torpağa  bulaşdığını,  özünün  də  (şeir)  dediyini 

gördüm:  

Sən olmasaydın əgər, düz yola gəlməzdik biz, 

Nə sədəqə verərdik, nə namaz qılardıq biz. 

Odur ki, bir təskinlik, Özün nazil et bizə, 

Sabit et qədəmləri, düşmən gəldikdə bizə. 

Doğrusu bu adamlar, təcavüz edir bizə, 

Hərgah fitnə salsalar, bata bilməzlər bizə

(Buxari 2837, Muslim 4771, 1803/125)  

 


 

 

537 



 

 

 



1183. Səhl İbn Sad  rəvayət edir ki, Xəndək günü torpağı qazarkən və oradan 

çıxan  torpağı  çiyinlərimizdə  daşıdığımız  zaman  Peyğəmbər    gələrək 

buyurdu:  “Allahummə!  Həyat  yalnız  axirət  həyatıdır,  Muhacir  və  Ənsara 

məğfirət et!”. (Buxari 3797, Muslim 4773, 1804/126)  

 

 

 



 

1184. Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “(Allahummə) 

Axirət həyatından başqa həyat yoxdur, Ənsar və Muhacirə yaxşılıq ehsan et!”. 

(Buxari 3795, Muslim 4774, 1805/127)  

 

 

 



 

 

1185. Ənəs  rəvayət edir ki, Xəndək günü Ənsar: “Bizlər həyatda olduğumuz 



müddətcə cihad etmək üçün Muhəmmədə beyət etdik” dedilər. Peyğəmbər   

onlara cavab  verərək  buyurdu:  “Allahummə!  Axirət həyatından  başqa  həqiqi 

hyat  yoxdur,  Ənsar  və  Muhacirlərə  ikram  et”.  (Buxari  2961,  Muslim  4775, 

1805/128) 

 

 

 

Zu Qarad Və Digər Döyüşlər 

 

 

 



1186.  Sələmə  İbn  Əkva    demişdir:  “(Bir  dəfə)  hələ  sübh  namazının  azanı 

verilməmişdən  əvvəl  mən  (Mədinədən)  yola  çıxdım.  Peyğəmbərin    sağmal 

dəvələri  (adətən)  Zu  Qarad  deyilən  yerdə  otlayardı.  (Yolda)  mən  Abdur-

Rəhman  İbn  Aufun  köləsinə  rast  gəldim.  O  dedi:  “Peyğəmbərin    sağmal 



 

 

538 



dəvələrini  aparıblar.”  Mən:  “Kim  aparıb?”  deyə  soruşdum.  Dedi: 

“Ğətəfanlılar.” Mən (o dəqiqə) üç dəfə uca səslə: “Köməyə gəlin!” deyə qışqırıb 

Mədinədəkiləri  xəbərdar  etdim.  Sonra  heç  yana  dönmədən  (atımı  dördnala 

çapıb)  ğətəfanlılara  çatdım  və  gördüm  ki,  onlar,  quyudan  su  içirlər.  Mən 

dərhal onları ox atəşinə tutdum və ox ata-ata bu sözləri oxudum: 

Əkvanın oğluyam mən, 

Ölüm günüdür bu gün. 

Mən bu sözləri deyə-deyə onlardan nəinki Peyğəmbərin   sağmal dəvələrini, 

(hətta əlavə olaraq) otuz  bürüncək  də götürdüm.  Peyğəmbər   əshabələri ilə 

birlikdə  (ora)  gəldikdə  mən  dedim:  “Ey  Allahın  peyğəmbəri,  bu  adamlar 

susamışlar,  mən  onlara  su  içməyə  imkan  verməyib  başlarının  üstünü  aldım. 

(Məsləhətdirsə,) indi onların dalınca adam göndər”. Peyğəmbər: “Ey Əkvanın 

oğlu, sən onları üstələdin. (İndi isə) mülayim davran.” Sonra biz geri qayıtdıq. 

Mədinəyədək mən dəvənin üstündə, Peyğəmbərin  tərkində getdim.” (Buxari 

4194, Muslim 4778, 1806/131)  

 

 

 

Qadınların Kişilərlə Birlikdə Hərb Etməsi 

 

 



 

 

1187. Ənəs  demişdir: “Uhud döyüşündə (bəzi) adamlar Peyğəmbəri  qoyub 



geri  çəkildikdə  Əbu  Təlhə    onun  önündə  dayanıb  öz  qalxanı  ilə  onu 

qoruyurdu.  Əbu  Təlhə    yaxşı  oxatan,  yayının  ipini  olduqca  möhkəm  dartıb 

(oxu)  atan  birisi  idi.  (Bu  döyüşdə  Əbu  Təlhə)  iki  ya  üç  yay  sındırdı.  (Həmin 

vaxt) kim əlində ox qabı ilə (onların yanından) keçirdisə, Peyğəmbər ona: “Ox 

qabını Əbu Təlhənin   qabağına sər!” deyirdi. Peyğəmbər   Əbu Təlhənin  

arxasından  boylanıb  düşmənə  baxmaq  istəyəndə  Əbu  Təlhə    ona  deyirdi: 

“Ey  Allahın  peyğəmbəri,  atam-anam  sənə  qurban,  baxma,  yoxsa  onların 

atdıqları ox sənə dəyər, mənim sinəm sənin üçün sipərdir.” (O gün) mən Aişə 

bint  Əbu  Bəkrin    və  Ummu  Suleymin    topuqlarındakı  xalxalları 

görününcəyədək  paltarlarının  ətəyini  yuxarı  qaldırdığını  və  su  tuluqlarını 



 

 

539 



çiyinlərində daşıyıb (yaralıların) ağzına su boşaltdığını, sonra geri qayıdıb tu-

luqları  su  ilə  doldurduqlarını  və  (yenə)  qayıdıb  (yaralıların)  ağzına  su 

boşaltdığını gördüm. (Döyüş əsnasında) Əbu Təlhənin qılıncı iki və ya üç kərə 

onun əlindən yerə düşmüşdü.” (Buxari 3811, 4064, Muslim 4786, 1811/136) 

 

 

 

Peyğəmbərin  Döyüşlərinin Sayı 

 

 

 



1188.  Abdullah  İbn  Yəzid  əl-Ənsari    deyir  ki,  (yağış  duası  üçün  səhraya 

çıxdıq).  Bizimlə  bərabər  Bəra  İbn  Azib    və  Zeyd  İbn  Ərqam    da  vardı. 

Minbər  olmadan  cəmaatla  birlikdə  ayağa  qalxdı  və  istiğfar  (dua)  etdi,  sonra 

azan  və  iqamə  olmadan  iki  rükət  səsli  namaz  qıldı”.  (Buxari  1022,  Muslim 

4796, 1254/144) 

 

 



 

1189.  Zeyd  İbn  Ərqamdan    soruşdular:  “Peyğəmbər   neçə  döyüşdə  iştirak 

etmişdir?”. Zeyd: “On doqquz”. Soruşdular: “Sən onunla neçə döyüşdə iştirak 

etmisən?”  Dedi:  “On  yeddi”.  Soruşdular:  “Bunların  hansı  birinci  (döyüş) 

olmuşdur?”  Dedi:  “Useyrə  və  ya  Uşeyr”

101


.  (Buxari  3949,  Muslim  4795, 

1254/143) 

 

 

 



1190. Bureydə İbn Huseyb  deyir ki, Rəsulullah  ilə bərabər on altı döyüşdə 

iştirak etmişəm”. (Buxari 4473, Muslim 4799, 1814/147)  

 

 

 



                                                

101


 Söhbət məkkəlilərin karvanlarına edilən basqından gedir.  

 

 

540 



1191.  Sələmə  İbn  Əkva    demişdir:  “Mən  Peyğəmbərlə    birlikdə  yeddi 

döyüşdə iştirak etmişəm. Habelə onun göndərdiyi, Əbu Bəkr   və Usamənin 

növbə  ilə  başçılıq  etdiyi  belə  dəstənin  tərkibində  doqquz  yürüşdə  də  iştirak 

etmişəm.” (Buxari 4270, Muslim 4800, 1815/148)  

 

 

 

Zatur Riqa Döyüşü 

 

 

 



1192. Əbu Musa   demişdir: “(Bir dəfə) biz altı nəfər Peyğəmbərlə  birlikdə 

döyüşə  çıxdıq.  Bizim  cəmi  bir  dəvəmiz  var  idi  ki,  onu  da  biz  növbə  ilə 

minirdik. Buna görə də bizim ayaqlarımızın altı sürtüldü. Mənim də ayaqlarım 

sürtüldü  və  dırnaqlarım  düşdü.  Biz  ayaqlarımızı  sarğı  ilə  sarıyırdıq.  Elə 

ayaqlarımızı  sarğı  ilə  sarıdığımıza  dörə  bu  döyüş  Zatur  Riqa  adlandırıldı”. 

(Buxari 4128, Muslim 4802, 1816/149) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

541 



 



 

 

 

 



 

Əmirlik Kitabı 

 

 



 

 

 

 


 

 

542 



 

 

İnsanların Qureyşə Tabe Olmaları Və Xilafətin Qureyşdən 



Olması 

 

 



 

1193.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Bu  xüsusda 

insanlar  qureyşə  tabedirlər.  Müsəlman  olanları  müsəlman  olanlarına,  kafir 

olanları  da  kafir  olanlarına  tabedirlər.  İnsanlar  mədən  kimidirlər.  Cahiliyyət 

dövründə onların xeyirli olanları – əgər şəriəti başa düşsələr – İslamda da xeyirli 

olarlar. Bu xüsusda insanların ən xeyirlisi özünə (hakimiyyət) təklif edilənədək 

buna ən çox nifrət edən kimsələrdir.” (Buxari 3495, 3496, Muslim 4805, 1818/2)  

 

 



 

1194.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qureyşlilərdən 

cəmi  iki  nəfər  qalmış  olsa  belə,  bu  (idarəçilik)  işi  onların  arasında  davam 

edəcəkdir.” (Buxari 3501, Muslim 4807, 1820/4) 

 

 

 



1195.  Cabir  İbn  Səmura    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini 

eşitmişəm: “(Məndən sonra) on iki əmir olacaq...” Sonra o elə bir söz dedi ki, 

mən  onu  eşidə  bilmədim.  Atam  isə  demişdir:  “Onların  hamısı  Qureyşdən 

olacaq.” (Buxari 7222, 7223, Muslim 4810, 1821/6) 

 

 

 

Yerinə Xəlifə Tərk Edib Etməmək 

 

 


 

 

543 



 

1196.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Ömər    can  üstə  olarkən  (ona): 

“Xəlifə  təyin  etməyəcəksənmi?”  deyə  sual  verdilər.  Dedi:  “Əgər  xəlifə  təyin 

etsəm,  (bilin  ki,)  məndən  daha  xeyirlisi  –  Əbu  Bəkr    (özündən  sonra  məni) 

xəlifə təyin etmişdir. Yox, əgər bunu etməsəm, (bilin ki,) məndən daha xeyirlisi 

– Allahın Elçisi  bunu etməmişdir”. (Buxari 7218, Muslim 4817, 1823/11) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin