Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

 

 

                                                



85

 Yəni  qəlbindəki  iman  möhkəmləndikcə  bu  məhəbbət  də  artacaq  və  axırda  o  nifrətdən  əsər-əlamət 

qalmayacaqdır. 


 

 

494 



Ehtiyac Olmadan Çox Sual Verməyin, Verməyib 

İstəməkdən – Boynuna Düşən Haqları Əda Etməkdən 

Çəkinmək Və Haqqı Olmayan Bir Şeyi İstəməkdən – 

Qadağan Olması 

 

 



 

1117. Muğira İbn Şobə   rəvayət edir ki, Peyğəmbər  buyurmuşdur: “Allah 

sizlərə anaların üzünə ağ olmağı, qız uşaqlarını diri-diri yerə gömməyi, (borcu 

qaytarmaqdan) boyun qaçırmağı və “ver” deyərək (haqqınız olmayan bir şeyi) 

tələb  etməyi  qadağan  etmişdir.  Habelə  söz  gəzdirməyinizi,  çox  sual 

verməyinizi  və  var-dövləti  israf  etməyinizi  xoşlamır.”  (Buxari  2408,  5975, 

Muslim 4580, 1715/593/12)  

 

 

 

Hakim İctihad Edib İcabət Edər Və Ya Xəta Edərsə Əcrinin 

Bəyanı 

 

 



 

1118.  Amr  İbn  As    rəvayət  etmişdir  ki,  o,  Peyğəmbərin    belə  dediyini 

eşitmişdir:  “Əgər  hakim  hökm  verdiyi  zaman  ictihad  etsə,  sonra  da  verdiyi 

hökm  düz  çıxsa,  iki  savab  qazanar.  Əgər  hökm  verdiyi  zaman  ictihad  etsə, 

sonra  da  verdiyi  hökm  səhv  olsa,  bir  savab  qazanar.”  (Buxari  7352,  Muslim 

4584, 1716/15)  

 

 

 

Qazinin Qəzəbli Olduğu Halda Hökm Verməsinin 



Bəyənilməməsi 

 

 



 

 

495 



 

1119.  Əbu  Bəkrə    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini  eşitmişəm: 

“Hakim  qəzəbli  olduğu  halda  iki  nəfərin  arasında  hökm  verməsin!”  (Buxari 

7158, Muslim 4587, 1717/16)  

 

 

 

Batil Olan Şeyləri Yıxmaq Və Bidət Olan Şeyləri Rədd 



Etmək 

 

 



 

1120.  Aişə 



rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  bizim  bu 



işimizdə  (dinimizdə)  ondan  olmayan  bir  yenilik  edərsə  o,  rədd  olunandır”. 

(Buxari 2697, Muslim 4589, 1718/17)  

 

 

 

Müctəhidlərin İxtilafının Bəyanı 

 

 

 



1121.  Əbu  Hureyra    Peyğəmbərin    belə  dediyini  eşitmişdir:  “Mənimlə 

ümmətimdən (olan günahkarların) məsəli od qalamış bir kimsə ilə həmin oda 

düşən pərvanələrin və həşəratların məsəlinə bənzəyir.”

86

 Peyğəmbər: “İki qadın 



və  bu  qadınların  hər  birinin  bir  uşağı  var  idi.  (Birdən)  bir  canavar  gəlib 

onlardan  birinin  uşağını  apardı.  Rəfiqəsi  ona  dedi:  “Canavar  sənin  uşağını 

apardı.”  O  biri  qadın  dedi:  “(Xeyr,)  o  sənin  uşağını  apardı.”  Sonra  da 

mühakimə  olunmaq  üçün  Davuda  müraciət  etdilər.  Davud  hökmü  yaşca 

böyük  olan  qadının lehinə  kəsdi.  Sonra  bu qadınlar  Süleymanın  yanına  gəlib 

məsələdən  onu  agah  etdilər.  Süleyman  buyurdu:  “Mənə  bıçaq  gətirin,  onu 

bunların  arasında  iki  yerə  bölüm.”  (Bunu  eşidəndə)  yaşca  kiçik  olan  qadın 

                                                

86

 Peyğəmbər    buyurdu:  “Mənimlə  ümmətimin  məsəli  od  qaladıqdan  sonra  həşəratları  və  pərvanələri 



həmin oddan uzaqlaşdıran kimsənin məsəlinə bənzəyir. Mən sizin qurşağınızdan tutub kənara çəkirəm, siz 

isə özünüzü oda atırsınız”. Muslim.  



 

 

496 



dedi:  “Eləmə  (bunu),  Allah  sənə  rəhm  etsin,  uşaq  onundur.”  Beləliklə, 

Süleyman uşağın yaşca kiçik qadına aid olduğuna hökm verdi.” (Buxari 3427, 

6769, Muslim 4592, 1720/20)  

 

 

 

Hakimin İki Münaqişə Edən Kəsin Arasını Düzəltməyin 

Müstəhəb Olması 

 

 



 

1122.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Bir  dəfə)  bir 

nəfər  başqa  birisindən  onun  malikanəsini  satın  aldı.  Sonra  malikanəni  satın 

alan  adam  oradan  bir  küp  qızıl  tapdı  və  mülk  sahibinə  dedi:  “Gəl  qızıllarını 

apar!  Mən  səndən  ancaq  torpaq  sahəsini  satın  almışam,  qızılı  ki,  almamışam.” 

Mülk  yiyəsi  dedi:  “Mən  onu  sənə  içindəkilərlə  birlikdə  satmışam.”  Belə 

olduqda  onlar  öz  mübahisələrini  həll  etmək  üçün  (şəriəti  bilən)  bir  adama 

müraciət  etdilər  və  həmin  adam  soruşdu:  “Sizin  övladınız  varmı?”  Onlardan 

biri: “Mənim  bir oğlum  var!”  dedi.  O  birisi isə:  “Mənim  bir qızım  var!”  dedi. 

Onda həmin adam belə buyurdu: “Oğlanla qızı evləndirin və bu qızılların (bir 

qismini)  cavanlara  xərcləyin,  (bir  qismini  də)  sədəqə  verin!”  (Buxari  3472, 

Muslim 4594, 1721/21)  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

497 



 



 

 

 

 



 

Tapıntı Kitabı 

 

 



 

 

 


 

 

498 



 

 

Tapıntı Kitabı 

 

 

 



1123. Zeyd İbn Xalid  rəvayət edir ki, bir nəfər Peyğəmbərin  yanına gələrək 

tapılmış  malın  (əşyanın)  hökmünü  soruşdu.  Rəsulullah:  “(Əvvəlcə)  o  əşyaya 

bağlanılmış  ipin  və  (yaxud  əşyanın  saxlanıldığı)  qabın  (kimə  məxsus 

olduğunu)  öyrənməli,  sonra  da  bir  il  ərzində  bu  tapılmış  əşya  barədə 

(insanlara) bildirməlisən. (Əgər gələrsə sahibinə qaytar), Əgər sahibi gəlməzsə 

mala  sahib ol və istifadə  et!”  deyə  buyurdu. Adam:  “Bəs  itmiş  qoyun  necə?” 

deyə  soruşdu.  Peyğəmbər:  “O  ya  sənə,  ya  sənin  qardaşına,  ya  da  canavara 

çatacaq” buyurdu. Adam: “Bəs itmiş dəvə necə?” deyə soruşdu. (Peyğəmbər  

o qədər qəzəbləndi ki, yanaqları (və ya üzü) qızardı). Dedi: “Ondan sənə nə? 

Onun  tuluğu  və  pəncəsi  yanında  ikən  bulaq  başına  gəlir,  ağaclardan  yarpaq 

yeyir. Elə isə sahibi onu tapıncaya qədər ona toxunma!” deyə buyurdu. (Buxari 

2372, 2429, Muslim 4595, 1722/1) 

 

 

1124. Sələmə İbn Kuheyl deyir ki, Suveydə İbn Ğafələdən eşitdim ki, o Sələmə 



İbn Rabia və Zeyd İbn Suhən ilə bərabər bir döyüşdə olduq.  (yolda) bir qamçı 

tapdıq.  Mənə:  “Qamçını  at!”  dedilər.  Mən:  “Xeyr,  atmaram,  lakin  sahibini 

tapsam  (ona  qaytararam),  əgər  sahibini  tapmasam  ondan  faydalanaram” 

dedim. Döyüşdən qayıtdıqda Həcc etdik və mən Mədinəyə gəldim. Ubey İbn 

Kəbdən    itmiş  qamçını  götürməyin  hökmünü  soruşdum.  Ubey:  “Mən 

Peyğəmbərin    zamanında  içində  yüz  dinar  olan  bir  kisə  tapdım.  Onu 

Peyğəmbərə    gətirdim”.  Peyğəmbər:  “Bunu  bir  il  (insanların  toplandıqları) 

yerlərdə  bəyan  et!”. Mən  bir il onu  elan  etdim.  Sonra Peyğəmbərin   yanına 

gəldim. Peyğəmbər  yenə də: “Onu bir il də elan et!” deyə buyurdu. Mən onu 


 

 

499 



bir  il  də  elan  etdim.  Sonra  Peyğəmbərin    yanına  gəldim.  Peyğəmbər:  “Onu 

bir  il  də  elan  et!”  dedi.  Mən  bir  il  də  elan  etdim.  Sonra  dördüncü  dəfə 

Peyğəmbərin   yanına gəldim. Peyğəmbər: “Dinaların sayını, (kisənin ağzını) 

bağla və yaxşı tanı. Əgər sahibi gəlib (doğru xəbər verərsə) oa qaytar, gəməzsə 

ondan faydalan” deyə buyurdu. (Buxari 2437, Muslim 4603, 1723/9) 

 

 

 

Sahibinin İzni Olmadan Heyvanını Sağmağın Haram 

Olması 

 

 



 

1125. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizlərdən 

biri  sahibinin  izni  olmadan  başqasının  heyvanını  sağmasın!  Sizlərdən  kimə, 

onun  anbarına  kiminsə  girərək  xəzinəsini sındırması  və yeməyini  (azuqəsini) 

aparması  xoş  gələrmi?  Heyvanların  məmələri  də  insanlar  üçün  döşlərində 

onların yeyəcəklərini saxlayır. Ona görə də heç bir kimsə digərinin heyvanının 

südünü  sahibinin  izni  olmadan  sağmasın”.  (Buxari  2435,  Muslim  4608, 

1726/13)  

 

 

 

Ziyafət Və Bənzəri Şeylər 

 

 

 



1126.  Əbu  Şureyh  əl-Adaviyyu    rəvayət  edir  ki,  Peyğəmbər    bu  hədisi 

söylədiyi zaman iki qulağım və üçünü də iki gözümlə gördüm. Peyğəmbər   

buyurdu: “Kim Allaha və axirət gününə iman edirsə, qonşusuna hörmət etsin. 

Kim  Allaha  və  axirət  gününə  iman  edirsə,  müsafirinə  hörmət  edib  haqqını 

versin”. Səhabələr: “Ya Rəsulullah! Qonağın haqqı nədir?” dediər. Peyğəmbər: 

“Bir  gün  bir  gecədir.  Qonaq  qalmaq  isə  uç  gündür.  Uç  gündən  sonra  edilən 

ikram artıq sədəqədir. Kim Allaha və axirət gününə iman edirsə ya xeyir (söz) 


 

 

500 



söyləsin, ya da sussun” deyə buyurdu. (Buxari 6019, Muslim 4610, 48/14)  

 

 



 

1127.  Əbu  Şureyh  əl-Kəabi    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim 

Allaha  və  axirət  gününə  iman edirsə,  müsafirinə  hörmət  edib  haqqını  versin. 

Bir gün və bir gecədir. Qanaq qalmaq isə üç gündür. Üç gündən artıq qalmaq 

(ev  sahibi)  üçün  sədəqədir.  Qonaq  üçün  ev  sahibinin  yanında  (onu  üzərək 

evdən  qovulana)  qədər  qalması  halal  olmaz”.  (Buxari  6135,  Muslim  4610, 

48/14) 

 

 



 

1128.  Uqbə  İbn  Amir    demişdir:  “(Bir  dəfə)  biz  Peyğəmbərə    dedik:  “Sən 

bizi  (dəvətə)  göndərirsən  və  biz  elə  insanların  yanında  qalırıq  ki,  onlar  bizi 

yeməyə  qonaq  etmək  istəmirlər.  Bu  haqda  nə  deyə  bilərsən?”.  Peyğəmbər: 

“Əgər  bir  tayfaya  qonaq  getsəniz  və  onlar  sizi  qonaq  saxlasalar,  onların 

ziyafətini qəbul edin. Yox əgər onlar sizi qonaq qəbul etmək istəməsələr, onda 

onlardan  qonağa  çatacaq  payı  götürün.”  (Buxari  2461,  6137,  Muslim  4613, 

1727/17)  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

501 



 



 

 

 

 



 

Cihad Kitabı 

 

 



 

 

 

 


 

 

502 



 

 

İslamın Dəvəti Çatan Kafirlərə Xəbərsiz Hücum Etməyin 



İcazəli Olması 

 

 



 

1129. Abdullah İbn Ömər  rəvayət etmişdir ki, Peyğəmbər  (müsəlmanların 

üstünə hücum etməyə hazırlaşan) Bəni Müstəliq qəbiləsinə, onlar xəbərsiz ikən 

hücum  etdi.  Həmin  vaxt  onların  mal-qarası  suvatda

87

 su  içirdi.  Peyğəmbər   



onların  döyüşçülərini  öldürdü,  qadınlarını  və  uşaqlarını  əsir  götürdü. 

Cuveyriyəyə  (Peyğəmbərin    zövcəsi)  da  məhz  bu  döyüşdə  sahib  oldu”. 

(Buxari 2541, Muslim 4616, 1730/1)  

 

 

 

Asanlaşdırmağın Əmr Olunması Və Nifrət Etməyin Tərk 

Olunması 

 

 



 

 

1130. Səid İbn Əbi Burdə atasından rəvayət edir ki, Peyğəmbər  Əbu Musa  



və  Muazı    Yəmənə  göndərdiyi  zaman  onlara  buyurdu:  “Asanlaşdırın, 

çətinləşdirməyin,  müjdə  verib  sevindirin, nifrət  etdirməyin.  bir-birinizi  sevin, 

ixtilaf etməyin”. (Buxari 3038, 7172, Muslim 4623, 1733/7)  

 

 



 

1131.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Asanlaşdırın, 

çətinləşdirməyin.  Müjdələyin,  nifrət  oyatmayın.”  (Buxari  69,  Muslim  4626, 

1734/8)  

 

 

                                                

87

 Çaydan, arxdan və s.-dən su götürülən, habelə mal-qaranın su içdikləri dayaz yer.  



 

 

503 



 

Xainliyin Haram Olması 

 

 



 

1132. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qiyamət günü hər 

bir  xain  üçün  (tanınsın  deyə)  bir  bayraq  sancılacaq  və  deyiləcək:  “Bu,  xain 

filankəs ibn filankəsdir.” (Buxari 6177, Muslim 4627, 1735/9)  

 

 

 



1133. Abdullah (İbn Məsud) və Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: 

“Əhdi pozan hər xainin Qiyamət günü yanında bir bayraq olacaq.”Ravilərdən 

biri:  “(Bayraq)  dikəldiləcək”  demiş,  digəri  isə:  “Qiyamət  günü  (hamı)  onu 

görəcək  və  onun  sayəsində  o  (xain)  tanınacaq”  demişdir.  (Buxari  3186,  3187, 

Muslim 4634, 1737/14)  

 

 

 

Hərbdə Hiylənin İcazəli Olması 

 

 



 

1134. Cabir İbn Abdullah  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hərb bir 

aldatmadır (hiylə)”. (Buxari 3030, Muslim 4637, 4638, 1739/17)  

 

 



 

1135.  Əbu  Hureyra    demişdir:  “Peyğəmbər    müharibəni  “aldatma” 

adlandırmışdır.” (Buxari 3029, Muslim 4638, 1740/18)  

 

 

 

Düşmənlə Qarşılaşmağı İstəməyin Pislənməsi Və 

Qarşılaşdığı Zaman Səbrin Əmr Edilməsi 

 

 



 

 

504 



 

1136. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizlər düşmənlə 

qarılaşmağı he bir zaman arzu etməyin. Lakin düşmənlə qarşılaşdığınız zaman 

(hərbin sıxıntılarına) səbr edin”. (Buxari 3026, Muslim 4639, 1741/19)  

 

 

 



1137.  Abdullah  İbn  Əbu  Əufə    rəvayət  etmişdir  ki,  döyüşlərin  birində 

Peyğəmbər   düşmənlə  qarşılaşdığı  vaxt  gün  batmağa  meyil  edənədək 

gözlədi,  sonra  camaatın  qarşısında  ayağa  qalxdı  və  (onlara  xitab  edib)  dedi: 

“Ey  insanlar,  düşmənlə  qarşı-qarşıya  gəlməyi  arzulamayın  və  Allahdan 

salamatlıq  diləyin!  Hərgah onlarla  qarşı-qarşıya gəlsəniz, səbirli olun  və  bilin 

ki, Cənnət  qılıncların  kölgəsi  altındadır.”  Sonra  (dua  edib)  dedi:  “Allahummə 



Munziləl-Kitabi Və Mucriyəs-Səhabi Və Hazimil-Əhzabi, İhzimhum Vənsurna 

Aleyhim  –  Kitabı  nazil  edən,  buludları  hərəkətə  gətirən  və  müttəfiqlərin 

toplumunu darmadağın edən Allahım, onları darmadağın et və onlara qələbə 

çalmaqda bizə kömək et!” (Buxari 2966-2965, 3025, Muslim 4640, 1742/20)  

 

 

 

Hərbdə Qadınlarla Uşaqların Öldürülməsinin Haram 

Edilməsi 

 

 



 

1138.  Abdullah  İbn  Ömər    rəvayət  etmişdir  ki,  Peyğəmbərin    apardığı 

döyüşlərin birində bir qadın meyiti tapıldı. Elə bu səbəbdən də Peyğəmbər   

qadınların  və  uşaqların  öldürülməsini  qadağan  etdi.  (Buxari  3014,  Muslim 

4645, 1744/24)  

 

 

 


 

 

505 



Qadınlarla Uşaqların Gecə Hücumları Zamanı Qəsdli 

Olmadan Öldürülməsinin İcazəli Olması 

 

 



 

1139. Səb İbn Cəssamə   demişdir: “Peyğəmbər  Əbvada (və ya Vəddanda) 

mənim  yanımdan  keçərkən  ondan,  gecə  vaxtı  müşriklərə  hücum  etmək  və 

(hücum  əsnasında)  qadınların  və  uşaqların  ölə  biləcəyi  barədə  soruşdular.” 

Dedi:  “Bunlar  onların  bir  parçasıdır.”Mən  Peyğəmbərin    belə  dediyini 

eşitdim:  “Qoruqlar  ancaq  Allaha  və  Onun  Elçisinə    aiddir

88

”.  (Buxari  3012, 



Muslim 4647, 4649, 1745/26)  

 

 

 

Kafirlərin Ağaclarının Kəsilməsi Və Yandırılmasının İcazəli 

Olması 

 

 



 

1140. İbn Ömər  demişdir: “Peyğəmbər   Buveyrədə Bəni Nədir qəbiləsinin 

xurmalıqlarını  yandırdı  və  onları  kəsib  doğram-doğram  etdi.  Onda  bu  ayə 

nazil oldu: “Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat 



qoymağınız  Allahın  iznilədir  və  Onun  fasiqləri  rəzil  etməsi  üçündür....”.  (əl-

Həşr 5). (Buxari 4031, 4884, Muslim 4650, 1746/29)  

 

 

 

Qənimətlərin Bu Ümmət Üçün Xas Olaraq Halal Olması 

 

                                                



88

 Bununla şəriət müsəlman əmirlərinə məsləhət bildikləri yerlərdə sərhəd çəkməyə izn vermişdir. 



 

 

506 



 

 

1141.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 



“Peyğəmbərlərdən  biri  döyüşə  çıxarkən  öz  həmqəbilələrinə:  “Qoy  qadınla 

evlənib onunla  yaxınlıq  etmək istəyən, lakin hələ  yaxınlıq  etməmiş,  həmçinin 

ev  tikmiş,  amma  üstünü  hələ  damla  örtməmiş,  habelə  qoyun  və  ya  dəvə 

sürüsü  almış  və  onların  balalamasını  gözləyən  kimsələr  mənim  dalımca 

gəlməsinlər!” dedi, sonra da döyüşə yollandı. O, əsr namazının vaxtında və ya 

buna  yaxın  bir  vaxtda  (qəsdinə  durduğu)  məmləkətə  gəlib  çatdıqda  günəşə 

dedi: “Sən də (Allahın) əmrindəsən, mən də. Allahım, bizim üçün günəşi saxla!” 

Beləliklə, Allah Öz peyğəmbərinə zəfər bəxş edənədək günəş dayandı. Sonra o, 

(döyüşdə  ələ  keçirdikləri)  qənimətləri  bir  yerə  topladı.  Bu  vaxt  (göydən) 

qənimətləri  yandırıb  yox  edəcək  bir  od  gəldi,  lakin  qənimətlərə  toxunmadı

89



Onda  həmin  peyğəmbər  (öz  əsgərlərinə)  dedi:  “Aranızda  əmanətə  xəyanət 



edən  kimsələr  var.  Odur  ki,  qoy  hər  qəbilədən  bir  nəfər  mənə  beyət  etsin.” 

(Beyət  əsnasında)  onlardan  birinin  əli  peyğəmbərin  əlinə  yapışdı  və  o  dedi: 

“Xəyanətkar sizin aranızdadır. Qoy sənin həmqəbilələrin mənə beyət etsinlər.” 

(Bu dəfə) onlardan iki və ya üç nəfərin əli peyğəmbərin əlinə yapışdı və o dedi: 

“Xəyanəti  siz  etmişsiniz!”  (İşin  üstü  açıldıqdan)  sonra  onlar  gedib  qızıldan 

düzəldilmiş, inək başına oxşar bir baş gətirdilər və onu (qənimətlərin arasına) 

qoydular.  Bundan  sonra  od  o  qənimətlərin  hamısını  yandırıb  yox  etdi.  Daha 

sonra isə Allah qənimətləri bizə halal buyurdu, bizim zəif və aciz olduğumuzu 

görüb onları bizə halal etdi. (Buxari 3124, Muslim 4653, 1747/32)  

 

 

 

Ənfal (Qənimət) 

 

 



 

1142.  İbn  Ömər    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    Abdullahı    ordu 

sıralarında  Nəcdə  yolladı.  Orada  onlar  qənimət  olaraq  çoxlu  dəvə  ələ 

                                                

89

 Muhəmməd  peyğəmbərə   qədər  gəlib  getmiş  peyğəmbərlər  döyüşlərdə  qənimət ələ keçirdikdə onu bir 



yerə toplayar,  sonra  da Allah göydən od  nazil edib həmin  qənimətləri  yandırardı. Bu  da onu  bildirərdi  ki, 

artıq  onların  Allah  yolunda  verdiyi  qurbanlar  qəbul  edilmiş  və  qənimətlərdən  heç  bir  şey  mənimsə-

nilməmişdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  qənimətlərə  yiyələnmək  ancaq  Muhəmməd    ümmətinə 

məxsus edilmişdir. 



 

 

507 



keçirdilər  və  hər  bir  döyüşçünün  payına  on  iki  və  ya  on  bir  dəvə  düşdü. 

(Bundan əlavə,) onların hər birinə yenə bir dəvə verildi. (Buxari 3134, Muslim 

4656, 1749/35)  

 

 



 

 

1143. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  göndərdiyi ordudan bəzilərinə 



(qənimətdən)  ümumi  ordunun  payından  xüsusi  olaraq  əlavə  pay  verərdi. 

Xums (beşdəbir) isə bunların hamısında vacib idi”. (Buxari 3135, Muslim 4664, 

1750/40)  

 

 

 

Öldürən Kimsənin Ölünün Üzərində Olan Əşyalarını Haqq 

Etməsi 

 

 



 

 

1144. Əbu Qatədə  rəvayət edir ki, Huneyn döyüşü olan ildə Peyğəmbərlə  



birgə  idim.  Biz  (düşmənlə)  qarşılaşdıqda  müsəlmanların  sıraları  pozuldu 

(qaçdılar).  Mən  müşriklərdən  bir  kişini  müsəlmanlardan  olan  birini  yerə 

yıxdığını  gördüm  və  onun  arxa  tərəfinə  gəldim  və  onun  boynu  ilə  çiyni 

arasından  vurdum.  Mənə  tərəf  çevrilərək  məni  elə  sıxdı  ki,  ondan  gələn 

ölümün  iyini  hiss  etdim.  Sonra  o  öldü  və  məni  buraxdı”.  Mən  Ömər  İbn 

Xattabla    qarşılaşdım.  Ona:  “İnsanlara  nə  olub?”  deyə  soruşdum.  Mən: 

“Allahın əmri!” deyə cavab verdim. Sonra insanlar qayıtdılar və Peyğəmbər  

oturaraq  buyurdu:  “Kim  bir  düşməni  qətlə  yetirərsə  və onu sübuta yetirərsə, 

ölənin üzərində olan (silah sürsatı) onun olar”. Mən qalxdım və: “Mənim üçün 

kim  şahidlik  edər?”  dedim.  Sonra  isə  oturdum.  Sonra  Peyğəmbər    yenə: 



 

 

508 



“Kim bir düşməni qətlə yetirərsə və onu sübuta yetirərsə, ölənin üzərində olan 

(silah  sürsatı) onun olar”  buyurdu. Mən  yenə qalxdım  və:  “Mənim  üçün  kim 

şahidlik  edər?”  dedim.  Sonra  oturdum.  Sonra  Peyğəmbər    üçüncü  dəfə 

dediyini təkrarladı. Mən yenə qalxdığım vaxt, Peyğəmbər  məndən: “Sənə nə 

olub,  ey  Əbu  Qatədə?“deyə  soruşdu  və  mən  Ona  hekayəni  anlatdım. 

Camaatdan  bir  kişi:  “O  düz  deyir,  ey  Allahın  Elçisi.  Öldürülənin  üzərində 

olanlar  məndədir.  Onu  haqqı  olanla  razı  sal!”  deyə  buyurdu.  Əbu  Bəkr: 

“Allaha  and  olsun  ki,  əsla  olmaz.  Allahın  aslanlarından  bir  aslan  Allah  və 

Elçisinin  uğrunda  vuruşsun,  sonra  onun  haqqı  sənə  verilsin!  Əsla  olmaz!” 

Peyğəmbər:  “(Əbu  Bəkr)  doğru  söylədi”  deyə  buyurdu.  Öldürülmüş  əskərin 

əşyaları  Qatadaya    verildi. Zirehi  satıb  Bəni  Sələmə qəbiləsindən  bir  bostan 

aldım.  Bu  mənim  İslamda  nail  olduğum  birinci  malım  idi”.  (Buxari  3142, 

Muslim 4667, 51/2)  

 

 



 

1145. AbdurRahman İbn Auf  rəvayət edir ki, Bədr günü (döyüş üçün) səfdə 

durduğum  zaman  sağıma  və  soluma  baxdıqda  Ənsardan  iki  cavan  kimsəni 

gördüm. Halbuki yanımda bunlardan daha güclü və qüvvətli olan bir kimsəni 

təmənna edərdim. Bu iki gəncdən biri məni gözü ilə süzüb dedi: “Ey Əmi! Əbu 

Cəhli  tanıyırsan?”.  Mən:  “Bəli,  tanıyıram.  Ey  qardaşım  oğlu,  Əbu  cəhli 

neynirsən?”  deyə  soruşdum.  Cavan:  “Eşitdim  ki,  Rəsulullahı    söyürmüş. 

Həyatım  əlində  olan  Allaha  and  olsun  ki,  əgər  onunla  qarşılaşsam  ölüncəyə 

qədər  ondan  ayrılmaram”  dedi.  Mən  bu  cavanın  söylədiyi  sözlərə  heyrət 

etdim.  Bu  iki  gəncdən  digəri  də  (qardaşının)  söylədiyi  kimi  söylədi.  Mən 

gözlərimlə  Əbu  Cəhli  görmüşdüm.  O,  Qureyş  əsgərləri  içərisində  dolaşırdı. 

Mən:  “Cavanlar!  (Qureyş)  içərisində  o  tərəfə,  bu  tərəfə  gedən  kimsə  məndən 

soruşduğunuz  Əbu  Cəhldir”  dedim.  Onlar  da  (döyüş  əsnasında)  qılınclarına 

sarıldılar  və  ölüncəyə  qədər  onu  vurdular  və  sonra  qayıdaraq  hadisəni 

Peyğəmbərə  xəbər verdilər. Peyğəmbər: “Əbu Cəhli hansınız öldürdünüz?” 

deyə  soruşdu.  Hər  ikisi:  “Onu  mən  öldürdüm”  dedi.  Peyğəmbər: 

“Qılınclarınızı  sildinizmi?”  deyə  soruşdu.  Onlar:  “Xeyr,  silmədik”  dedilər. 

Bundan  sonra  Rəsulullah    onların  qılıclarına  baxaraq:  “Onu  hər  ikiniz  də 



 

 

509 



öldürmüsünüz  və  Əbu  Cəhlin  üzərində  olan  əşyalarını  (sonuncu,  öldürücü 

zərbəni) vurduğu üçün Muaz İbn Amr İbn Cəmuha   aiddir” deyə buyurdu. 

Bu iki Mucahid Muaz İbn Arfa və Amr İbn Cəmuh idi”. (Buxari 3141, Muslim 

4668, 1752/42)  

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin