479
Dişlərdə Və Diş Hökmündə Olan Şeylərdə Qisasın İsbatı
1090. Ənəs İbn Məlik rəvayət edir ki, ər-Rubeyyə - Ənəs İbn Məlikin xalası
- ənsardan bir cariyyənin ön dişlərini qırmışdı. Cariyənin qövmü ər-
Rubeyyidən qisas istədilər. Aralarında hökm vermək üçün Peyğəmbərin
yanına gəldilər. Peyğəmbər də qisas əmr etdi. Bu zaman Ənəs İbn Məlikin
əmisi Ənəs İbn Nadr gələrək: “Vallahi! Ya Rəsulullah! ər-Rubeyyənin dişləri
sındırılmaz” dedi. Peyğəmbər: “Ya Ənəs! Allahın Kitabı qisas deyir!” deyə
buyurdu. Sonra cariyənin qövmü qisas almağı tərk edərək qan pulunu almaqla
kifayətləndilər. Peyğəmbər: “Allahın qullarından elə bir kimsələr vardır ki,
Allaha and içsələr Allah onların andlarını yerinəyetirər” deyə buyurdu.
(Buxari 4611, 2703, 4500, Muslim 4467, 1675/24)
Müsəlmanın Qanını Nə Mübah Edir?
1091. Abdullah (İbn Məsud) rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Allahdan başqa (ibadətə layiq) məbud olmadığına və mənim Allahın elçisi
olmağıma şəhadət gətirən müsəlmanın qanını (axıtmaq) halal deyildir. Yalnız
üç hal istisnadır: cana can (qisas alınmalı), zinakar evli (kişi və ya qadın
daşqalaq edilməli) və dinindən dönüb camaatdan uzaqlaşan (mürtəd edam
olunmalıdır).” (Buxari 6878, Muslim 4468, 1676/25)
Ölümü İcad Edən Kimsənin Günahı
480
1092. Abdullah (İbn Məsud) rəvayət edir ki, Peyğəmbər buyurdu: “Haqsız
yerə qətlə yetirilən elə bir insan yoxdur ki, onun (axıdılmış) qanına görə
(qazanılmış günahdan) ilk Adəm oğluna (əl-Maidə 27-32) bir pay çatmış
olmasın. Çünki adam öldürməyin əsasını o qoymuşdur.” (Buxari 3335, Muslim
4473, 1677/27)
Qan Tökmək Səbəbilə Axirətdə Veriləcək Cəza Və Qiyamət
Günü İnsanlar Arasında Veriləcək İlk Hökmün Qan
Davaları Olması
1093. Abdullah (İbn Məsud) rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Qiyamət günü insanlar arasında veriləcək ilk hökm qan davalarına görə
olacaq.” (Buxari 6533, Muslim 4475, 1678/28)
Qan, Mal Və Namusun Ağır Şəkildə Haram Olması
1094. Əbu Bəkrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Zaman, Allah
yerləri və göyü yaratdığı gündən bəri heç dəyişmədən dövran etməkdədir. İl
481
on iki aydan ibarətdir. Bunlardan dördü haram aylardır. (Haram aylardan)
üçü – zülqədə, zülhiccə və muhərrəm dalbadal gəlir. (Dördüncüsü isə) Mudər
qəbiləsinin (digər on bir aydan üstün tutduğu) və Cümadəl Axir ilə Şaban
(ayları) arasında keçən rəcəb ayıdır.” Sonra Peyğəmbər soruşdu: “İndi hansı
aydır?” Dedik: “Allah və Onun rəsulu daha yaxşı bilir.” Peyğəmbər bir
qədər susdu, hətta biz elə zənn etdik ki, o bu ayı başqa adla adlandıracaq. O
dedi: “Məgər zülhiccə ayı deyilmi?!” Biz: “Bəli” deyə cavab verdik. Sonra
soruşdu: “Bura hansı şəhərdir?” Dedik: “Allah və Onun rəsulu daha yaxşı
bilir.” Peyğəmbər bir qədər susdu, hətta biz elə güman etdik ki, o bu şəhəri
başqa adla adlandıracaq. O dedi: “Məgər (müqəddəs) şəhər deyilmi?!” Biz:
“Bəli” deyə cavab verdik. (Yenə) soruşdu: “Bu (gün) hansı gündür?” Dedik:
“Allah və Onun rəsulu daha yaxşı bilir.” Peyğəmbər bir qədər susdu, hətta
biz elə zənn etdik ki, o bu günü başqa adla adlandıracaq. O dedi: “Məgər
qurban günü deyilmi?!” Biz: “Bəli” deyə cavab verdik. Onda o buyurdu:
“Şübhəsiz ki, qanınız da, malınız da (namusunuz da) sizə bu şəhərinizdə və bu
ayınızda bu gününüzün haram olduğu kimi haramdır (toxunulmazdır). Siz
tezliklə Rəbbinizin hüzurunda duracaqsınız. O sizdən əməlləriniz barədə
soruşacaq. Diqqət edin! Məndən sonra azğınlığa düşüb bir-birinizin boynunu
vurmayın! Qoy burada olanlar (eşitdiklərini) aramızda olmayanlara təbliğ
etsinlər. Ola bilər ki, özlərinə təbliğ olunacaq kimsələrin bəzisi, (mənim
dediklərimi öz qulağı ilə) eşidənlərin bəzisindən daha yaxşı qavrasın.” Sonra
Peyğəmbər iki dəfə: “(Bu dini sizə) təbliğ etdimmi?” dedi. (Buxari 4406,
Muslim 4477, 1679/29)
Ana Bətnində Öldürülən Uşağın, Xəta Və Qəsdən Oxşar
Şəkildə Öldürülənin Qan Pulunun Caninin Ailəsinin
Üzərinə Vacib Olması
1095. Əbu Hureyra rəvayət edir ki, (bir dəfə) Peyğəmbər Huzeyl
qəbiləsindən olan, bir-birilə dalaşmış iki qadın arasında hökm verdi. Onlardan
biri digər hamilə olan birisini daşla vurmuş və onun bətnindəki uşağını
482
öldürmüşdü. Onlar mühakimə olunmaq üçün Peyğəmbərə müraciət etdilər.
Peyğəmbər qərar verdi ki, ölmüş uşağa görə bir kölə və ya bir kəniz (və ya
beş dəvə) qanbahası verilməlidir. Cərimə edilmiş qadının hamisi dedi: “Ya
Rəsulullah, nə üçün mən nə (yemək) yemiş, nə (su) içmiş, nə (bir söz)
danışmış, nə də doğularkən çığırmış birisinə görə cərimə ödəməliyəm? Mən
beləsinin qanbahasını ödəməyi düzgün hesab etmirəm”. Peyğəmbər: “Bu
adam kahinlərin qardaşlarındandır.” (Buxari 5758, Muslim 4485, 1681/36)
1096. Muğira İbn Şöbə , Muhəmməd İbn Məsləmə deyirlər ki, Ömər
qadının doğum vaxtından əvvəl düşürdüyü cəni (uşağı) haqqında məşvərət
etdi. Muğira: “Peyğəmbər qərar verdi ki, ölmüş uşağa görə bir kölə və ya bir
kəniz (və ya beş dəvə) qanbahası verilməlidir. (Ömər: Buna şahidlik edən
kimsə varmı, səndən başqa?). Muhəmməd İbn Məsləmə də Peyğəmbərin
belə hökm etdiyini şəhadət etdi”. (Buxari 6905, 6906, Muslim 4491, 1689/39)
483
Cəzalar Kitabı
484
Oğurluq Edənin Cəzası Və Dəyəri (Qiyməti)
1097. Aişə
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Oğrunun əli
(oğurladığı şeyin dəyəri) Dinarın dördə biri qədərində olduğu zaman kəsilir”.
(Buxari 6790, Muslim 4492, 1684/1)
1098. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər dəyəri üç dirhəm
olan bir qalxana görə oğrunun əlinin kəsilməsini əmr etdi”. (Buxari 6798,
Muslim 4500, 1686/6)
1099. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yumurta
oğurladığına görə əli kəsilən, həmçinin ip oğurladığına görə əli kəsilən oğruya
Allahın lənəti olsun!” (Buxari 6783, 6799, Muslim 4503, 1687/7)
Şərəfli Və Şərəfsiz Oğrunun Əlinin Kəsilməsi Və Cəzada
Şəfaətçi Olmağın Qadağan Olması
1100. Aişə
rəvayət edir ki, Peyğəmbərin (zamanında) oğurluq edən
Məxzumiyyə qəbiləsindən olan qadının halı Qureyşi narahat etmişdi
(üzmüşdü). Onlar: “Onun haqda Peyğəmbərə kim şəfaətçi ola bilər? Buna
ancaq Peyğəmbərin sevimlisi olan Üsamə İbn Zeyddən başqası cürət edə
bilməz” dedilər. Üsamə Peyğəmbərin yanına gələrək qadına görə onunla
485
danışdı. (Peyğəmbərin üzünün rəngi dəyişdi) və buyurdu: “Allahın qoyduğu
cəzalardan birində şəfaətçi olmaq istəyirsən?!”. (Üsamə: “Ey Allahın Elçisi,
mənim üçün bağışlanma dilə!” dey söylədi). Peyğəmbər qalxaraq xütbə
verdi, Allaha gərəkliyi kimi həmd-səna etdi, sonra isə belə buyurdu: “Sonra
sizdən əvvəlki ümmətlərin həlak olmasına səbəb: onlardan şərəfli olan bir
kimsə oğurluq etsəydi, onu tərk edərdilər (ona toxunmazdılar), onlardan olan
zəif bir kimsə oğurluq edərdisə, onu cəzalandırardılar. Mən nəfsim əlində
olana and içirəm ki, əgər Muhəmmədin qızı Fatimə
oğurluq etsəydi,
onun əlini tərəddüd etmədən kəsərdim”. (Başqa rəvayətdə: Sonra əmr etdi və
oğurluq edən qadının əlini kəsdilər.” Aişə: “Sonra bu qadın tövbə etdi və ərə
getdi. Bundan sonra bizə gələrdi və mən də onun ehtiyacını Peyğəmbərə ərz
edərdim)”. (Buxari 3475, Muslim 4505, 1688/8)
Zina Edən Evlinin Cəzası
-
1101. İbn Abbas rəvayət edir ki, Ömər Mədinədə Peyğəmbərin Minbəri
üzərində oturaraq dedi: “....(Allaha həmd etdikdən sonra) Həqiqətən Allah
Muhəmmədi haqq ilə göndərdi və ona Kitabı nazil etdi. Allahın nazil etdiyi
şeylər içində Rəcm ayəsi də vardır. Bizlər o, ayətləri oxuduq, başa düşdük və
əzbərlədik. Peyğəmbər də rəcm etmişdir, Ondan sonra biz də rəcm etmişik.
Mən insanlara bir kimsənin: “Biz Allahın Kitabında rəcm ayələrini görmürük”
deməsindən və Allahın nazil etdiyi bir fərzi tərk edərək insanların azğınlığa
düşmələrindən qorxuram. Rəcm Allahın kitabında sabit bir haqdır. Bu kişi və
qadınlardan evli olub zina edən. Zinası da dəlil (sübut), hamiləlik və etiraf
etməklə sabit olan kimsələrə tətbiq edilir....”. (Buxari 6830, Muslim 4513,
1691/15)
Zina Etdiyini Etiraf Edən Kimsənin Cəzası
486
1102. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər məsciddə ikən bir nəfər
gəlib: “Ya Rəsulullah! Mən zina etdim” dedi. Peyğəmbər ondan üz
döndərdi. Bu adam bu şəkildə dörd dəfə Peyğəmbərə zina etdiyini etraf etdi.
Öz əleyhinə dörd dəfə şahidlik etdikdən sonra Peyğəmbər onu çağıraraq:
“Səndə dəlilik varmı?” deyə buyurdu. O: “Xeyr” dedi. Peyğəmbər: “Sən
evlisənmi?” deyə buyurdu. O: “Bəli” dedi. Peyğəmbər orada olanlara: “Bunu
aparın daşlayın” deyə əmr etdi. Cabir: “Mən o, kimsəni daşlayanların
içərisində oldum. Biz onu musallədə daşladıq. Daşlar ona dəydikdə qaçdə və
biz onu Harrədə tutaraq rəcm etdik” dedi. (Buxari 6815, Muslim 4515, 1691/16)
1103. Əbu Hureyrə və Zeyd İbn Xalid əl-Cuhəni rəvayət edir ki, iki nəfər
Peyğəmbərin yanına gələrək: «Ya Rəsulullah! Aramızda Allahın kitabı ilə
hökm etməyini istəyirəm”. Digəri: “Bəli, aramızda Allahın kitabı ilə hökm
etməyini istəyirik (Ya Rəsulullah!)” dedi və (mübahisənin) səbəbini söyləmək
üçün mənə izn ver. Peyğəmbər: “Danış” deyə buyurdu. O: “Oğlum filankəsin
yanında (pul müqabilində) xidmətçi işləyirdi və oğlum onun qarısı ilə zina
etdi. Mənə də zinadan ötrü oğluma rəcm edilmək cəzası verilməlidir deyə
xəbər verildi. Mən oğlum üçün yüz qoyun və bir cariyə fidyə verib oğlumu
qurtardım. Elm əhlindən də soruşdum onlar isə oğlunun cəzası sadəcə yüz
qamçı və bir ildə sürgündür dedilər. Rəcm cəzası isə yalnız onun yoldaşına
düşdüyünü söylədilər. Peyğəmbər: «Nəfsim əlində olan Allaha and olsun ki,
mən sizin aranızda Allahın Kitabı ilə hökm edəcəyəm. Cariyə ilə qoyunlar
təkrar sənə geri qaytarılır. Oğluna da yüz qamçı və bir ildə insanlardan
uzaqlaşdırmaq cəzası veriləcəkdir. Ey Uneys! Bu insanın qadınının yanına get.
Əgər etiraf edərsə onu rəcm edin. O qadın zinanı etiraf etdi və rəcm əmri
yerinə yetrildi”. (Buxari 6842, 6843, 6859, 6860, Muslim 4531, 1697/25)
487
Zimmət
Əhlindən Olan Yəhudilərdən Zina Etmiş Kimsənin
Rəcm (Daşqalaq) Olunması
1104. Abdullah İbn Ömər rəvayət edir ki, (bir dəfə) yəhudilər Peyğəmbərin
yanına gəlib içərilərindən bir kişinin bir qadınla zina etdiyini ona xəbər
verdilər. Peyğəmbər onlardan soruşdu: “Tövratdan daşqalağa aid nə
bilirsiniz?” Onlar dedilər: “Biz (zinakarları hər yerdə) biabır edir, üstəlik də
şallaqlayırıq”. Abdullah İbn Səlam: “Yalan danışdınız! Həqiqətən, Tövratda
(zinakarları) daşqalaq etmək əmr olunmuşdur.” Belə olduqda onlar Tövratı
gətirib (onun bükülü səhifələrini) açdılar, sonra onlardan biri əlini daşqalaq
ayəsinin üstünə qoydu və bu ayədən həm əvvəlki, həm də sonrakı ayələri
oxudu. Abdullah İbn Səlam: “Qaldır əlini!” Adam əlini qaldırdı və orada
daşqalağa aid ayə olduğunu (hamı) gördü. Onda onlar dedilər: “Ey
Muhəmməd, (Abdullah) düz deyir, (bu Kitabda) daşqalaq ayəsi vardır.” Bundan
sonra Peyğəmbərin əmri ilə zinakarları daşqalaq etdilər. (Buxari 3635,
Muslim 4533, 1699/26)
1105. Şeybəni deyir ki, mən Abdullah İbn Əbi Əufə soruşdum: “Rəsulullah
rəcm etmişdirmi?”. O: “Bəli” etmişdir dedi. Mən: “ən-Nur surəsi nazil
olmamışdan əvvəl yoxsa sonra?” dedim. O: “Bunu bilmirəm” dedi. (Buxari
6813, Muslim 4541, 1702/29)
488
1106. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kəniz zina
edərsə və bu işin üstü açılarsa, qoy (ağası) ona (əlli) çubuq vursun və onu
təhqir etməsin. Əgər (bir də) zina edərsə, (yenə) ona (əlli) çubuq vursun və onu
təhqir etməsin. Üçüncü dəfə zina edərsə, (əvəzində) tükdən əyrilmiş ip (almış)
olsa da belə, onu (dəyər-dəyməzinə) satsın”. (Buxari 2152, 6839, Muslim 4542,
1703/30)
1107. Əbu Hureyrə və Zeyd İbn Xalid rəvayət edir ki, Peyğəmbərdən
evlənməmiş kölənin zina etdikdə cəzasının nə olduğu soruşuldu?”. O: “Zina
etsə, şallaqlayın! Sonra yenə zina etsə şallaqlayın! Sonra yenə zina etsə
şallaqlayın! Sonra yenə də zina edərsə bir ip əvəzinə olsa da belə satın” deyə
buyurdu. İbn Şihab: “Bunu üçüncü və ya dördüncü dəfə zina etdikdən sonra
söylədiyini bilmirəm” dedi. (Buxari 2153, 2154, Muslim 4544, 1703/32)
Şərabin (İçkinin) Cəzası
1108. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər Şərab içənə xurma
budağı ilə cəza tətbiq etdi. Əbu Bəkrdə qırx qamçı vurdu”. (Buxari 6776,
Muslim 4553, 1706/36)
1109. Əli İbn Əbu Talib demişdir: “Mən cəzalandırdığım adamlardan
kimsənin (verilən cəzaya tab gətirməyib) ölməsinə üzülməzdim. Yalnız şərab
içən kimsədən başqa. Beləsi öldüyü təqdirdə mən onun ailəsinə qanbahası
verərdim. Bu ona görə idi ki, Peyğəmbər (şərab içən kimsəyə vurulan
qamçıların sayına) hədd qoymamışdı (bunu sünnət etməmişdir)”. (Buxari
6778, Muslim 4555, 1707/39)
489
İçki İçənə Neçə Şallaq Vurulur
1110. Əbu Burdə əl-Ənsari demişdir: “Mən Peyğəmbərin belə dediyini
eşitmişəm: “Allahın qoyduğu qadağaları pozan kimsəyə on qamçıdan artıq
qamçı vurmayın. Yalnız (şəriətlə sayı təyin edilmiş) qadağa istisnadır.” (Buxari
6848, 6850, Muslim 4557, 1708/40)
Cəzalar Sahibi Üçün Kəffarədir
1111. Ubadə İbn Samit rəvayət edir ki, Peyğəmbər ətrafında
əshabələrindən bir dəstə olarkən dedi: “Mənə beyət edin ki, Allaha şərik
qoşmayacaqsınız, oğurluq etməyəcəksiniz, zina eləməyəcəksiniz, uşaqlarınızı
öldürməyəcəksiniz, yalan uydurub (kimsəyə) iftira atmayacaqsınız, şəriətin
buyurduğundan boyun qaçırmayacaqsınız! Sizlərdən hər kim bu əhdə vəfa
etsə, onun savabını Allah verər. Kim də bu günahlardan birini edib sonra
dünyada ikən cəzalandırılsa, bu onun üçün kəffarə olar. Kim bu günahlardan
birini etdikdən sonra da Allah onu gizlədərsə, onun işi Allaha qalar. İstəsə, onu
bağışlayar, istəsə onu cəzalandırar.” Biz də buna beyət etdik. (Buxari 18,
Muslim 4558, 4560, 1709/41)
Heyvanın, Mədən Və Quyu Səbəbilə Yaralanın Hədər
Olması
490
1112. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Heyvanın
vurduğu zərərin, habelə quyuya düşmüş və ya mədəndə (qəzaya uğramış)
kimsəyə (dəymiş) zərərin əvəzi ödənilmir. Tapılmış xəzinənin isə beşdə biri
(zəkat verilməlidir)” (Buxari 1499, 6912, 6913, Muslim 4562, 1710/45)
491
Mühakimə Kitabı
492
Cavabdehin And İçməsi
1113. İbn Əbu Muleykə rəvayət etmişdir ki, (bir dəfə) iki qadın bir evdə (və
ya bir otaqda) biz ilə dəridən çarıq tikirdilər. Bu vaxt onlardan biri əlinə biz
batmış halda bayıra çıxdı və bizi o biri qadının onun əlinə batırdığını iddia
etdi. (Mübahisəni həll etmək üçün) İbn Abbasa müraciət edildikdə İbn
Abbas: “Peyğəmbər demişdir: “Əgər insanlara onların iddia etdiklər (şeylər)
verilsəydi, digərlərinin qanı və malı mənimsənilmiş olardı. İttiham edilən o
qadına Allahı xatırladın və bu ayəni ona oxuyun: “Həqiqətən də, Allah ilə olan
əhdlərini və andlarını ucuz Qiymətə satan kəslər üçün axirətdə heç bir pay
yoxdur...” Qadına bunu xatırlatdılar, o da etiraz etdi. (Hədisi danışan ravi)
demişdir: “İbn Abbas: “Peyğəmbər buyurmuşdur: “İttiham edilən şəxs and
içməlidir” (Buxari 4552, Muslim 4567, 1711/1)
Zahirə Görə Hökm Vermək Və Hüccəti Doğru Çatdırmaq
1114. Peyğəmbərin zövcəsi Ummu Sələmə
rəvayət etmişdir ki, (bir dəfə)
Peyğəmbər hücrəsinin qapısı yanında mübahisə (edən adamların) səsini
eşitdi və onların yanına çıxıb dedi: “Mən sadəcə bir insanam. Hərçənd
mübahisələri düşmüş insanlar (mübahisələrini çözmək üçün) mənim yanıma
gəlirlər, lakin olur ki, biriniz digərinizdən daha bəlağətlə danışır və mən də
onun doğru danışdığını hesab edirəm. Bu səbəbdən də hökmü onun lehinə
çıxarıram. Əgər mən (səhvən) bir müsəlmanın haqqını başqa birisinə
verirəmsə, əslində, mən ona Cəhənnəm odundan bir parça vermiş oluram.
493
(Bundan sonra isə özü bilər) istər onu götürsün, istərsə də, tərk etsin.” (Buxari
2458, Muslim 4570, 4572, 1713/4)
Hind Bintu Utbənin Məsələsi
1115. Aişə
deyir ki, Hind Bintu Utbə
Peyğəmbərin yanına
gələrək: “Ya Rəsulullah! (Ərim) Əbu Sufyan çox simic bir kimsədir. Mənə və
uşağıma yetərincə (pul, mal) vermir. Onun xəbəri olmadan ondan nə
götürürəmsə ancaq odur» dedi. Peyğəmbər: «Sənə və uşağına yetəcək qədər
götürə bilərsən» deyə buyurdu (Buxari 5364, 7180, Muslim 4574, 1714/7)
1116. Aişə
demişdir: “(Bir dəfə) Hind Bint Utbə (Peyğəmbərin) yanına gəlib
dedi: “Ya Rəsulullah, (əvvəllər) yer üzündəki (insanlar arasında) sənin ailəndən
daha çox zəlil olmağını istədiyim heç bir ailə yox idi. Bu günkü gündə isə yer
üzündə sənin ailəndən daha çox hörmət sahibi olmağını istədiyim başqa bir
ailə yoxdur”. Peyğəmbər: “Canım Əlində olan Allaha and olsun ki, yenə də
85
”.
Hind: “Ya Rəsulullah, Əbu Süfyan xəsis adamdır. Əgər mən onun malından
(gizlincə) götürüb uşaqlarımıza xərcləsəm, mənə günah sayılarmı?”.
Peyğəmbər: “Xeyr (yazılmaz). Ancaq sənə bəs edəcək qədər götürə bilərsən!”
(Buxari 3825, Muslim 4577, 1714/9)
Dostları ilə paylaş: |