Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə32/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

 

 

 

 



  

Qul Azad Etmək 

Kitabı 

 

 



 

 

 


 

 

418 



 

 

Qul Azad Etmək Kitabı 

 

 

 



958.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  kim 

öz  şərikli  köləsini  azad  edərsə,  özündə  də  kölənin  dəyəri  qədər  pul  varsa, 

köləni ədalətli şəkildə qiymətləndirməli, sonra da şəriklərinə onların paylarını 

ödəməklə  köləni  tam  azad  etməlidir.  Əks  təqdirdə isə onun  yalnız öz payına 

düşən hissəsini azad etmiş olur

69

” (Buxari 2522, Muslim 3843, 4415, 1501/1)  



 

 

 

Kölənin İşlədilməsinin Zikri 

 

 

 



959. Əbu  Hureyra    rəvayət edir  ki, Peyğəmbər    buyurdu: “Kim öz  köləsini 

qismən azad edərsə, öz malından şərikinin pulunu ödəməklə köləni tam azad 

etməlidir.  Əgər  onun  ödəməyə  pulu  yoxdursa,  onda  köləni  ədalətli  şəkildə 

qiymətləndirməli,  sonra  da  köləni  gücü  çatdığı  bir  işdə  işlətməlidir”  (Buxari 

2492, Muslim 3846, 1503/3) 

 

 

 

Vəlilik Azad Edənə Məxsusdur 

 

                                                



69

 Əgər bir adamın şərikli köləsi varsa və bu köləni azad etmək istəyirsə, onda həmin adam öz payına düşən 

hissəni  azad  etməklə  yanaşı  digər  yarısına  görə  öz  malından  götürüb  şərikinin  haqqını  ödəməlidir.  Yəni 

şəriki ilə birlikdə köləni qiymətləndirməli və dəyərin yarısını şərikinə ödəməlidir ki, köləni azad edə bilsin. 

Pulu  olmadığı  təqdirdə  isə  köləni  gücü  çatdığı  işlərdə  işlədib  əvəzində  aldığı  pulu  şərikinə  ödəməklə  onu 

tam şəkildə azad etməlidir. 



 

 

419 



 

 

960.  Bərirə 



  Aişənin 



yanına  gəlib,  ondan  əvvəlcədən  yazılmış 



müqaviləyə  əsasən  ağasına  müəyyən  məbləğdə  pul  ödəyib  onu  köləlikdən 

azad etməsini xahiş etdi. Həmin vaxt o, (müəyyən edilmiş puldan) hələ heç bir 

şey ödəməmişdi. Aişə: “Ağalarının yanına qayıt, (gör) əgər onlar, müqavilədə 

yazılmış  məbləği  ödəyəcəyim  təqdirdə  ağalıq  hüququnu  mənə  verməyə 

razıdırlarsa  (pulu)  ödəyim”.  Bərirə  (Aişənin  təklifini)  ağalarına  bildirdikdə 

onlar razılıq vermədilər və dedilər: “Əgər o, savab qazanmaq məqsədilə sənin 

yerinə  pul  vermək  istəyirsə,  versin  (lakin)  sənə  ağalıq  etmək  yenə  bizə  aid 

olacaq”.  Aişə 



bunu  Peyğəmbərə    xəbər  verdikdə,  Peyğəmbər    ona 



buyurdu:  “Sən  onu  al  və  azad  et!  Vəlilik  etmək  ancaq  (köləni)  azad  edən 

kimsəyə aiddir”. Sonra Peyğəmbər  (camaatın qarşısında) ayağa qalxıb dedi: 

“Nə üçün  bəzi  adamlar  Allahın  Kitabında olmayan şərtlər  qoyurlar.  Hər  kim 

Allahın Kitabında olmayan bir şərt qoyarsa, bu şərt keçərli sayılmaz. Hətta yüz 

dəfə  şərt  kəssə  belə.  Allahın  şərtləri  daha  doğru  və  daha  etibarlıdır”.  (Buxari 

2561, Muslim 3850, 1504/6)  

 

 

 



961. Peyğəmbərin  zövcəsi Aişə 



rəvayət edir ki, Bərirə (azad olduqda) 



üç sünnət (hökm) vardı: “Bərira azad edildikdə, ərində qalıb-qalmayacağı vaxt 

seçim  edildi”.  Peyğəmbər:  “Vəlilik  etmək  ancaq  (köləni)  azad  edən  kimsəyə 

aiddir. Peyğəmbər  evə daxil olduqda, odun üzərində qazan vardı. (O, yemək 

istədi).  Ona  çörək  və  evdə  olan  ədviyyatlardan  bir  ədviyyat  gətirildiyi  vaxt 

belə  buyurdu:  “Məgər odun  üzərində içərisində ət olan  qazanı görmürəm?!”. 

Onlar: “Bəli (Ey Allahın Elçisi), bu əti Bəriraya sədəqə veriblər, Ona ət hədiyyə 

edilmişdi.  Sən  axı  sədəqə  yemirsən”  dedik.  Peyğəmbər:  “Bərirə  üçün  sədəqə, 

bizə isə hədiyyədir” deyə buyurdu. (Buxari 5097, 5279, Muslim 3859, 154/14) 

 

 

 


 

 

420 



Vəlilik Haqqının Satılması Və Hədiyyə Edilməsinin Nəhy 

Olması 

 

 



 

962.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    vəlilik  haqqının 

satılmasını  və  hədiyyə  edilməsini  qadağan  etdi”.  (Buxari  2535,  6756,  Muslim 

3861, 1506/16)  

 

 

 

Azad Edilən Qulun Özünü Azad Edəndən Başqasına 



(Vəlidən) Nisbət Etməsinin Haram Olması  

 

 



 

963.  Əli  İbn Əbu  Talib    bişirilmiş  (gildən)  bir minbər  üzərində  xütbə  verdi. 

Üzərində,  qınından  aslı  bir  səhifə  olan  qılıc  vardı.  Əli:  “Vallahi  bizim 

yanımızda  oxunan  heç  bir  yazı  yoxdur,  yalnız  Allahın  kitabı  və  bir  də  bu 

səhifədəki şeylər vardır və səhifəni açdı. İçində zəkata düşən dəvələrin yaşı ilə 

Mədinənin Air dağından buraya qədər olan (sahəsi) haramdır. Kim Mədinənin 

bu haram bölgəsində bir bidət edərsə Allahın, mələklərin və bütün insanların 

lənəti  onun  üzərinə  olar.  Allah  o,  kimsədən  heç  bir  şey  qəbul  etməz. 

Müsəlmanların zimməti (əmanəti) birdir. O, əminlik müsəlmanlardan ən aşağı 

fərdini belə əhatə edir. Hər kim bir müsəlmanın verdiyi əhdi pozarsa Allahın, 

mələklərin və bütün insanların lənəti onun üzərinə olar. Allah o, kimsədən heç 

bir  şey  qəbul  etməz.  Hər  kim  öz  ağasından  başqa,  digər  bir  qövmün  icazəsi 

olmadan  onları  özlərinə  ağa  hesab  edərsə  Allahın,  mələklərin  və  bütün 

insanların  lənəti  onun  üzərinə  olar.  Allah  ondan  heç  bir  şey  qəbul  etməz”. 

(Buxari 7300, Muslim 3393, 3867, 1370/467) 

 

 

 


 

 

421 



Qul Azad Etməyin Fəziləti 

 

 



 

964.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  bir 

müsəlmanı  köləlikdən  azad  edərsə,  onun  (azad  olanın)  hər  bir  əzasına  görə, 

Allah  azad  edən  adamın  bir  əzasını  Cəhənnəm  odundan  xilas  edər.”  (Buxari 

2517, Muslim 3871, 1509/24)  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

422 



 



 

 

 

 



 

Alış-Veriş Kitabı 

 

 



 

 

 

 


 

 

423 



 

 

Muləməsə_Və_Munabəzə_Alış-Verişinin_Batil_Olması'>Muləməsə Və Munabəzə Alış-Verişinin Batil Olması 

 

 



 

965.


 

Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    Muləməsə  (Malı  gözlə 

görmədən, sadəcə ona əl vurmaqla, onu lazımınca yoxlamayıb razılaşaraq aparılan 

alış-veriş)  və  Munəbəzə  (Satıcının  öz  malını  alıcının  üstünə  ataraq,  alıcının  da 

öz  malını  satıcının  üstünə  ataraq  mallarını  yoxlamadan  dəyişdirmək)  alış-

verişini qadağan etdi”. (Buxari 2146, Muslim 3874, 1511/11)  

 

 

 



966. Əbu Hureyra   rəvayət edir ki, iki orucdan və iki alış-verişdən qadağan 

olunduq: “Ramazan bayramı və Qurban bayramı  orucundan (bayram günləri 

oruc  tutmaqdan),  alış-verişə  gəldikdə  isə:  Muləməsə  və  Munəbəzə”.  (Buxari 

1993, Muslim ) 

 

 

 



967. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər  iki alış-verişi və iki cür 

geyimi qadağan  etdi:  “Alı-verişdə  bizə  Muləməsə  və  Munəbəzə  qadağan  etdi. 

Muləməsə: “Bir kimsənin gecə və yaxud gündüz başqa bir kəsin paltarına əlini 

toxunduraraq  onu  yalnız  bu  şəkildə  qəbul  etməsidir.  Sadəcə  əl 

toxundurmaqla”. Munəbəzə: “Bir kişinin o birinə paltarını atması, o biri kəs də 

öz  paltarını  ona  tərəf  atmasıdır.  Beləcə  aralarında  (malı)  görmədən,  razılıq 

olmadan  alış-veriş  olmasıdır”.  İki  cür  geyimə  gəldikdə  isə  bunlar  -  İştiməlu 

Səmma  –  Səmma  –  insanın  libasını  ehramda  olduğu  kimi  bir  çiyni  üzərinə 

atmaq və iki çiynindən birinin açılması və üzərində heç bir şeyin olmamasıdır 

(Başqa  rəvayətdə:  Bir  kimsənin  libasına  bürünərək  əllərini  libasının  altında 

saxlaması), Digər geyim isə insanın oturaq halda libasına sarılıb bürünməsidir 

ki, övrəti görsənir (Başqa rəvayətdə: Oturub dizlərini əlləriylə bağlayıb qarnına 

çəkərək  oturma  şəkilidir  ki,  bununla  övrəti  görsənir)”.  (Buxari  5820,  Muslim 

3879, 1512/3)  


 

 

424 



 

 

Boğaz Dəvənin Doğacağı Balasının Boğaz Olana Qədər 



Satışının Haram Olması  

 

 



 

968.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    ana  (dəvənin) 

bətnində olan balanı satmağı qadağan etdi. Bu, cahiliyyət dövründə insanların 

həyata keçirdiyi bir satış növü idi. O dövrdə insanlar, dişi dəvənin  bətnindəki 

balanın (böyüdükdən sonra) balalayacağı dəvənin (pulunu ödəyib əvvəlcədən) 

onu almağa qərar verərdilər.” (Buxari 2143, Muslim 3882, 3883, 1514/5) 

 

 

 

Bir Kimsənin Din Qardaşının Satışı Üzərinə Satış 



Etməsinin, Hərracda Qiyməti Qaldırmaq Üçün Yalandan 

Qiymət Qışqırmağın Və Heyvanın Məməsində Süd 

Saxlamağın Haram Edilməsi  

 

 



 

969.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  biriniz 

qardaşının  alış-verişi  üzərinə  alış-veriş  etməsin”.  (Buxari  2139,  Muslim  3885, 

1412/8) 


 

 

 



970.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Bazara)  mal 

gətirən  minikliləri  (bazardan  kənarda)  qarşılamayın.  Bəziniz  digərinin  alış-

verişi  üzərinə  alış-veriş  etməsin.  Sizlər  müştərini  aldadmaq  üçün  (qiyməti 

qaldıraraq)  aldatmayın.  Heç  bir  şəhərli  bədəvinin  (kəndlinin)  adından  malını 

satmasın.  Qoyunları  bol  südlü  göstərməyə  çalımayın.  Hər  kim  südü 


 

 

425 



məməsində  yığılmış  bir  heyvanı  alarsa  bu  heyvanı  satdıqdan  sonra  iki 

görüşdədir:  Bu  halı  ilə  razı  olarsa  onu  özündə  saxlayar,  razı  olmazsa  bir  saa 

xurma ilə birlikdə geri verər”. (Buxari 2150, Muslim 3890, 1515/11)  

 

 



 

971.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    (bazara)  mal  gətirənləri 

(bazardan  kənarda)  qarşılamağı

70

,  muhacirin  bədəvinin  (kəndlinin)  adından 



malını  satmağı  (Şəhərli  onun üçün  dəllallıq

71

 etməsin!),  qadının nigah  zamanı 



başqa  (ərinin  başqa)  bir  qadınını  boşamağı  şərt  qoşmasını,  kişinin  digər 

qardaşının  alış-verişi  üzərinə  alış-veriş  etməsin,  müştərini  aldadmaq  üçün 

(qiyməti  qaldıraraq)  aldatmaqdan  və  müştərini  aldatmaq  üçün  heyvanı 

sağmadan südünü məməsində saxlamaqdan nəhy etdi”.  (Buxari 2727, Muslim 

3891, 1515/12) 

 

 

 

(Bazara Girmədən Yol Kənarından) Malı Qarşılamanın 

Haram Olması 

 

 



 

972.  İbn  Məsud    deyir  ki:  “Hər  kim  südü  məməsində  yığılmış  bir  heyvanı 

alarsa bu heyvanı (istəsə) geri qaytarsın və onunla bərabər (südün pulu olaraq) 

bir saa bir şey versin və Peyğəmbər  mal satanları yolda qarşılamaqdan nəhy 

etdi”. (Buxari 2149, Muslim 3896, 3907, 1524/23) 

 

 

 

Şəhərlinin Bədəvi Üçün Satış Etməsinin Haram Olması 

 

                                                



70

 

Peyğəmbər    kəndlərdən  və  ya  başqa  məmləkətlərdən  şəhərə  mal  gətirən  kəndliləri  və  tacirləri  şəhərin 



kənarında  qarşılamağı  ona  görə  qadağan  etmişdir  ki,  yerli  sakinlər  onları  aldatmasın.  Çünki  fırıldaqçı  və 

möhtəkir alverçilər onların bazar qiymətlərindən xəbərsiz olduğundan istifadə edərək malın hamısını ucuz 

qiymətə onlardan alıb bazar əhlinə istədikləri baha qiymətə satırdılar.  

71

 Ticarət işlərində müəyyən faiz almaq şərtilə vasitəçilik etmək.  



 

 

426 



 

 

973. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  buyudu: “(Şəhərə mal gətirən) 



karvanı  (şəhərin  kənarında)  qarşılamayın.  Qoy  şəhərli  kəndlinin  adından 

(onun  malını)  satmasın.”  İbn  Abbasdan    soruşdular:  “Şəhərli  kəndlinin 

adından  (onun  malını)  satmasın”  nə  deməkdir?”  İbn  Abbas:  “(Şəhərli)  onun 

üçün dəllallıq etməsin!” (Buxari 2158, 2274, Muslim 3900, 1521/19)  

 

 

 



974.  Ənəs  İbn  Məlik    deyir  ki:  “Şəhərli  kəndlinin  adından  (onun  malını) 

satmasın”. (Buxari 2161, Muslim 3904, 1523/21)  

 

 

 

Satılan Malın Təslim Almadan (Əlinə Keçmədən) 



Satılmasının Batil Olması 

 

 



 

975.  İbn Abbas    rəvayət  edir  ki, Peyğəmbərin    nəhy  etdiyi  şey:  “(Ərzağın) 

alınıbda,  lakin  təslim  almadan  (əlinə  keçmədən)  yanında  olmayan  ərzağın 

satılmasını”.  İbn  Abbas:  “(Digər  əşyalara  gəldikdə  də)  onları  da  tam  təslim 

almadan  satışının  qadağan  olunduğunu  zənn  edirəm”  dedi.  (Buxari  2135, 

Muslim 3913, 1525/29) 

 

 

 



976. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər kim zahirə görə 

alış-veriş  edib  alarsa,  zahirə  aldığını  ölçüb  tam  təslim  almadıqca  (əlinə 

almadıqca) satmaz”. (Buxari 2126, Muslim 3917, 1526/32) 

 

 



 

 

 

427 



977.  İbn  Ömər    deyir  ki:  (İnsanlar)  bazarın  üst  tərəfində  ərzaq  mallarını 

(gözəyarı qiymət qoyub) alır və bu malları aldıqları yerdə də satardılar (Başqa 

rəvayətdə:  Hətta  buna  görə  cəzalanardılar).  Peyğəmbər    onları  bu  malları 

yükləyib  bazara  gətirmədikləri  müddətdə  aldıqları  yerdə  satmaqlarını 

qadağan etdi”. (Buxari 2167, Muslim 3919, 1526/34) 

 

 

 

Alış-Veriş Edənlərin Seçim Etmələrinin Sübutu (İcazəli 

Olması) 

 

 



 

978.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Alıcı  və  satıcı  bir-

birindən ayrılmadıqları müddətdə digərinə qarşı ixtiyar sahibidir. Yalnız satışın 

ixtiyarlı satış olması müstəsnadır”. (Buxari 2111, Muslim 3930, 1531/43)  

 

 

 



979.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İki  kişi  alış-veriş 

etdikləri zaman, onlardan hər biri birgə ikən bir-birilərindən aralanmayıncaya 

kimi  seçim  qarşısındadırlar.  Əgər  bunlardan  biri  digərinə  seçim  verər  və  bu 

seçim  verdikdən  sonra  ticarət  etsələr,  artıq  satış  vacib  olar.  Ticarət  etdikdən 

sonra  ayrılarlarsa  və  onlardan  hər  hansı  biri  ticarəti  tərk  etməzsə,  artıq  satış 

vacib olmuşdur”. (Buxari 2112, Muslim 3934, 1531/44)  

 

 

 

Alış-Verişdə Və Bəyanda Doğruluq 

 

 

 



980. Həkim İbn Hizam  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Alıcı və satıcı 

bir-birindən ayrılanadək ixtiyar sahibidirlər. Əgər onlar düz danışar və aydınlıq 



 

 

428 



gətirərlərsə,  alış-verişləri  bərəkətli  olar.  Əgər  (nəyi  isə)  gizlədər  və  yalan 

danışarlarsa, alış-verişlərinin bərəkəti gedər”. (Buxari 2079, 2082, Muslim 3937, 

1532/47) 

 

 

 

Alış-Verişdə Aldanan Kimsə 

 

 



 

981. Abdullah İbn Ömər  rəvayət etmişdir ki, bir nəfər Peyğəmbərin  yanına 

gəlib  alış-veriş  etdikdə  aldanıldığını  ona  xəbər  verdi.  Peyğəmbər:  “Alver 

etdikdə  (qarşı  tərəfə):  “Lə  Xiləbə  -  Aldatmaq yoxdur!  (Başqa  rəvayətdə:  “Kişi 

(pəltək olduğu) üçün: Lə Xiyəbə - deyərdi)” de. (Buxari 2117, 2407, 2414, 6964, 

Muslim 3939, 1533/48) 

 

 

 

Meyvələri Yetişməmişdən Öncə Dərməyi Şərt Qoşmasa Da 



Belə Satmaqdan Qadağan Etməsi  

 

 



 

982.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    kal  meyvələri  meyvə 

yetişənədək  onu  satmağı  qadağan  etmişdi.  Bundan  satıcını  da,  alıcını  da 

qadağan etmişdir”. (Buxari 2194, Muslim 3941, 1534/49)  

 

 

 



983. Cabir  demişdir: “Peyğəmbər  meyvə yetişənədək (bəhrə verənə qədər) 

onu  satmağı  qadağan  etmişdi.  Bunu  da  dinar  və  dirhəmdən  başqa  bir  şeylə 

mübadilə  etmək  olmazdı.  Yalnız  “Ərayə”dən  başqa

72

”.  (Buxari  2189,  Muslim 



3989, 1536/81) 

                                                

72

 Ərəbcə  buna  “əriyyə”  və  ya  “əraya”  deyilir.  Gəlin  mübadilənin  bu  növünü  daha  yaxşı  başa  düşmək  üçün 



alimlərdən  birinin  çəkdiyi  məsələ  nəzər  salaq.  Alim  demişdir:  “Deyək  ki,  bir  adamın  keçən  ildən  qalmış 

qurudulmuş  xurmaları  var,  özünün  də  təzə  xurma  almağa  bir  dirhəm  də  olsun  belə  pulu  yoxdur  və  bu 



 

 

429 



 

 

 



984.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    (xurmanın  satışı  haqda 

soruşulduğu vaxt) buyurdu: “Xurma ağacının meyvəsini sahibi yeyincə və ya 

ondan  yeyilincə  və  çəkilincəyə  qədər  satmağı  qadağan  etdi”.  Mən  İbn 

Abbasdan:  “Çəkilincə  nə  deməkdir?”  deyə  soruşdum.  Yanında  olan  bir  kişi: 

“Onu gözəyarı ölçməsidir” dedi. (Buxari 2250, Muslim 3953, 1537/55) 

 

 

 

Əraya Müstəsna Olmaqla Quru Xurma Müqabilində Yaş 

Xurma Satmağın Haram Olması  

 

 



 

985.  Zeyd  İbn  Sabit    rəvayət  edir  ki,  Peyğəmbər    sahibinə  Ərayə  satışına 

rüxsət  verdi.  Yəni,  (ötənilki)  quru  xurmanı  yeni  yaş  xurma  müqabilində 

almağa rüzsət verildi”. (Buxari 2188, Muslim 3960, 1539/60) 

 

 

 



986.  Səhl  İbn  Əbi  Həsmə    deyir  ki,  Peyğəmbər    yaş  (təzə)  xurmanı  quru 

xurma  müqabilində satmağı  qadağan  etdi.  Lakin  Ərayə  satışına  rüxsət  verdi. 

Yəni,  (ötənilki)  quru  xurmanı  yeni  yaş  xurma  müqabilində  almağa  rüzsət 

verildi.  Sufyan:  “Peyğəmbər    Ərayə  sahiblərinin  gətirdikləri  quru  xurma 

miqdarını təhmin edərək o, qədər yaş (təzə) xurma vermələrinə rüxsət verdi”. 

                                                                                                                             

adam  hamı  kimi  təzə  xurmadan  dadmaq  istəyir.  Belə  olduğu  halda  şəriət  ona,  novbar  meyvəyə  tamarzı 

qalmasın deyə quru xurma verib əvəzində təzə xurma almağa rüsxət vermişdir ki, buna da “əraya” deyilir. 

Özündə  qurudulmuş  xurmalardan  başqa  bir  şeyi  olmayan  həmin  kasıb  adam  xurma  bağına  gəlib  quru 

xurmalarla  ağacdakı  təzə  xurmaları  dəyişdirə  bilər.  Lakin  qeyd  etmək  lazımdır  ki,  bütün  bunlar  ancaq 

aşağıdakı  şərtlər  olduğu  təqdirdə  tətbiq  oluna  bilər:  –  mübadilə  etmək  istəyən  kasıb  adamın  təzə  xurma 

almaq  üçün  özündə  olan  quru  xurmalardan  başqa  əlində  heç  bir  vəsaiti  olmasın  –  mübadilə  olunan 

xurmaların  çəkisi beş  vəsqdən  artıq  olmasın (bir  vəsq 60  saaya, bir  saa isə 2,40 kiloqrama  bərabərdir “Şərh 

Zadul  Müstəğna”  6/104)  –  xurmalardan  başı  çıxan  mahir  bir  bağban  çağırtdırıb  mübadilə  olunan  təzə 

xurmaların  quruduqdan  sonra  təxminən  neçə  saa  olacağını  təyin  etmək  –  kasıbın,  həqiqətən  də,  təzə 

xurmaya  ehtiyacı  olsun  və  bununla  başqa  məqsəd  güdməsin  –  təzə  xurmalar  ağacdan  dərilməmiş  olsun”. 

“Zadul Müstəqna 8/408. 


 

 

430 



(Buxari 2191, Muslim 3968, 1540/67) 

 

 



 

987. Rafi İbn Xadic  və Səhl İbn Əbi Həsmə  rəvayət edirlər ki, Peyğəmbər 

 Muzəbənəni qadağan etdi. Muzəbənə - yaş xurmanı (ağacda gözəyarı təhmin 

edərək)  quru  xurma  ilə  satmağı  və  qadağandan  yalnız  Ərayə  sahiblərini 

mustəsna tutdu. Ərayə sahiblərinə izn verdi”. (Buxari 2383, 2384, Muslim 3972, 

1540/70) 

 

 

 



 

988. Əbu Hureyra  rəvayət etmişdir ki, Peyğəmbər  “Əraya” mübadiləsində 

beş  vəsq  və  ya  bundan  az  miqdarda olan  xurmaların  dəyişdirilməsinə  rüsxət 

vermişdir. (Buxari 2190, Muslim 3973, 1541/71) 

 

 

 



989. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  müzabənəni qadağan 

etmişdir. Muzabənə – (təzə) xurmaların quru xurmalarla dəyişdirilməsi, habelə 

kişmişin üzümlə dəyişdirilməsidir. (Buxari 2171, Muslim 3974, 1542/73) 

 

 



 

990. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  Muzabənə satışını qadağan etdi. 

Muzəbənə  -  kişinin  baxçası  xurmalıqdırsa  yaş  xurma  ilə  quru  xurmanı 

gözəyarı  ölçərək  satmaqdan,  əgər  baxça  üzümlükdürsə  yaş  üzümünü  quru 

üzüm (kişmiş) müqabilində gözəyarı ölçərək satmaqdan, Əgər əkin sahəsidirsə 

onun biçilməmiş əkinini gözəyarı ölçərək satılmasını qadağan etdi. Peyğəmbər 

  bunların  hamısını  (gözəyarı  baxaraq  satılmasını)  qadağan  etdi”.  (Buxari 

2205, Muslim 3980, 1542/76) 

 

 

 

Üzərində Meyvəsi Olan Xurma Ağacını Satan 



 

 

431 



 

 

 



991.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 

“Tozlandırıldıqdan  sonra  alınan  xurma  ağacının  bəhrəsi  (meyvəsi)  satana 

aiddir.  Yalnız  alan  müştərinin  şərt  qoyması istisnadır”.  (Buxari  2204, Muslim 

3982, 1543/77) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin