Al-lulu vəl-mərcan


Südün Hökmü Ancaq Aclıq Etibarı İlə Sabit Olar



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə30/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

 

 

Südün Hökmü Ancaq Aclıq Etibarı İlə Sabit Olar 

 

 

 



921.  Aişə 



rəvayət  edir  ki,  bir  gün  yanımda  bir  nəfər  olduğu  halda 



Peyğəmbər  içəri daxil oldu və: “Yə Aişə! Bu kimdir?” dedi. Mən: “Bu mənim 

süd  qardaşımdır”  dedim.  Peyğəmbər:  “Süd  qardaşlarınızın  kim  olduğuna 

diqqət  edin.  Çünki  süd  əmmə  yalnız  aclıqdan  olur”  deyə  buyurdu.  (Buxari 

2647, Muslim 3679, 1455/32).  

 

 

 

Övladın Yataq Sahibinə Aiddir Və Şübhələrdən Qorunmaq 

 

 

 



922. Aişə 



rəvayət edir ki, Sad İbn Əbu Vaqqas  və Abd İbn Zema  bir 



(oğlan)  uşağına  görə  mübahisə  etdilər.  Sad:  “Ya  Rəsulullah!  Bu  qardaşım 

Utbənin  oğludur.  O,  bu  uşağın  oğlu  olduğu  barədə  mənə  əhd  verdi.  Uşağın 

Utbəyə  necə  bənzədiyinə  bir  bax”  dedi.  Abd  İbn  Zema:  “Ya  Rəsulullah!  Bu 

uşaq  mənin  qardaşımdır.  Atamın  döşəyi  üzərində  cariyəsindən  (anasından) 

olub”  dedi.  Peyğəmbər    uşağın  simasına  baxdıqda  onun  daha  çox  Utbəyə 


 

 

392 



oxşadığını  gördü  və:  “Ya  Abd!  Bu  uşaq  sənindir,  çünki  uşaq  yataq 

sahibinindir.  Zinakara  isə  daş-qalaq  vardır.  Ey  Sevda  Binti  Zema  sən  onun 

yanında  görünmə  (hicablan)”.  Aişə:  “Sevda  bir  daha  onun  yanında 

görünmədi” dedi. (Buxari 2218, Muslim 3686, 1457/36) 

 

 

 



 

923.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Uşaq  döşək 

sahibinindir”. (Buxari 6750, Muslim 3688, 1458/37) 

 

 

 

Qaifin

64

 Sözünə Əməl Edib Uşağı Atasına Nisbət Etmək 

 

 

 



 

924.  Aişə 

  demişdir:  “(Bir  dəfə)  Peyğəmbər    yanımda  olarkən,  habelə 



Usamə İbn Zeyd və Zeyd İbn Harisə  (hücrəmin bir tərəfində) uzanmış ikən 

bir  qaif  mənim  yanıma  gəlib  dedi:  “Bu  ayaqların  biri  digərindədir 

(doğmadırlar)”.  “Bu  (söz)  Peyğəmbəri    sevindirdi,  onun  xoşuna  gəldi  və  o, 

bunu Aişəyə də bildirdi.” (Buxari 3731, Muslim 3691, 1459/39)  

 

 

 

Zifafdan Sonra Bakirə İlə Dul Qadının Yanında Ərinin Nə 



Qədər Qalması 

 

 



 

925. Ənəs İbn Məlik  rəvayət edir ki, sünnətdir ki, bir kişi dul qadının üzərinə 

bakirə  bir  qadınla  evləndiyi  zaman  yeddi  gün  onun  yanında  qalsın.  Bakirə 

                                                

64

 Zahiri görünüşdən bir adamın başqa birisinə doğma və ya qohum olduğunu təyin etməyi bacaran adam. 



 

 

393 



üzərinə dul bir qadınla evləndikdə onun yanında üç gün qalar”.  (Buxari 5214, 

Muslim 3699, 1461/44)  

 

 

 

Zövcələr Arasında Ədalətlə Bölgü Etmək, Hər Biri Üçün Bir 



Gecə Və Bir Gün Ayırmasının Sünnət Olmasının Bəyanı 

 

 



 

926. Aişə 

 demişdir: “Mən öz nəfsini Peyğəmbərə  bağışlayan (təmənnasız 



ona ərə getməyə razılıq verən) qadınları danlayıb deyərdim: “Heç qadın da öz 

nəfsini  bağışlayarmı?”  Sonra  Uca  Allah:  “Onlardan  dilədiyinin  səninlə 



gecələmək  növbəsini  təxirə  sala  bilərsən,  dilədiyini də öz  yanına ala  bilərsən. 

Özündən  ayırdıqlarından  hansı  birini  yenidən  öz  yanına  almaq  istəsən,  sənə 

heç bir günah olmaz...” (əl-Əhzab 51) ayəsini nazil etdikdə (mən Peyğəmbərə) 

dedim: “Görürəm Rəbbin yalnız sənin istəyini tez yerinə yetirir.” (Buxari 4788, 

Muslim 3704, 1464/49) 

 

 

 

Qadının Öz Gününü Başqasına Hədiyyə Etməsi 

 

 



 

927.  Ata  İbn  Rəbah  deyir  ki,  İbn  Abbas    ilə  bərabər  Şərifdə  Meymunənin 



cənazəsində  idik.  İbn  Abbas:  “Bu  Peyğəmbərin    zövcəsidir.  Cənazəni 



qaldırdığınız  zaman  tərpətmədən,  sallamadan  orta  bir  yürüşlə  aparın. 

Peyğəmbərin    yanında  doqquz  qadın  vardı.  Bunlardan  səkkizi  ilə  növbə 

gözləyər, biri ilə növbə gözləməzdi” dedi. (Buxari 5067, Muslim 3706, 1465/51) 

 

 

 


 

 

394 



Dindar Qadınla Evlənməyin Müstəhəb Olması 

 

 



 

928. Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Dörd şeyə görə 

qadınla  evlənməyə  dəyər:  var-dövlətinə  görə,  əsil-nəsəbinə  görə,  gözəlliyinə 

görə  və  bir  də  dininə  görə.  Çalış  dindar  olanı  seçəsən,  yoxsa  yazıq  olarsan.” 

(Buxari 5090, Muslim 3708, 1466/53)  

 

 

 

Bakirə İlə Evlənməyin Müstəhəb Olması 

 

 



 

 

929.  Cabir  İbn  Abdullah    dedi:  “Mən  evləndim”.  Peyğəmbər:  “Kiminlə 



evləndin?” deyə buyurdu. Mən: “Dul bir qadınla evləndim” dedi. Peyğəmbər: 

“Nə üçün bakirə qadınla evlənməyi və onlarla oynamağa üstünlük vermədin” 

deyə buyurdu. Ravi Muharib deyir ki: “Nə üçün bakirə qadınla evlənməyi və 

onlarla oynamağa üstünlük  vermədin  –  Amr İbn  Dinar  zikr  etdi”. Amr  deyir 

ki, Cabir İbn Abdullahdan   eşitdim. O, dedi: “Peyğəmbər mənə: “O, səninlə 

səndə  onunla  oynayacaq  bir  gənc  qızla  nə  üçün  evlənmədin”  dedə  buyurdu. 

(Buxari 5080, Muslim 3710, 715/55)  

 

 



 

930.  Cabir  İbn  Abdullah    deyir  ki,  atam  dünyasını  dəyişdi.  Yeddi  yoxsa 

doqquz yetim qız uşağı buraxdı. Mən də dul bir qadınla evləndim. Peyğəmbər: 

“Evləndinmi  ey  Cabir?”  deyə  buyurdu.  Mən:  “Bəli”  dedim.  Peyğəmbər: 

“Bakirə ilə, yoxsa dul qadınla?” deyə buyurdu. Mən: “Dul qadınla” dedim. O: 

“Sənin onunla, onun  da səninlə oynayacaq, güləşəcək  bir qızla  evlənsəydin?” 

deyə  buyurdu.  Mən:  “Atam  Abdullah    (Uhud)  döyüşündə  şəhid  oldu,  bir 

neçə  yetim  qız  uşağı  buraxdı. Mən  də onların  arasına onlar  kimi  gənc  bir  qız 



 

 

395 



uşağnı  gətirmək  istəmədim.  Bu  səbəblə  onların  işlərini  görəcək  və  onların 

hallarını  yaxşılaşdıraca  bir  qadın  gətirdim”  dedim.  Peyğəmbər:  “Allah  sənə 

bərəkət versin və ya xeyir” deyə buyurdu. (Buxari 5367, Muslim 3711, 715/56) 

 

 



 

 

 



931. Cabir  rəvayət edir ki, döyüşlərin birində Peyğəmbərlə   birlikdə idim. 

Döyüşdən qayıtdığımız zaman ağır yeriyən bir dəvəyə minib evə çatmaq üçün 

tələsirdim.  Bu  vaxt  arxadan  minikli  bir  nəfər  mənə  tərəf  gəldi.  Baxdım  ki, 

Peyğəmbərdir.  O:  “Nə  üçün  tələsirsən?”  deyə  buyurdu.  Mən:  “Evliyəm” 

dedim.  Peyğəmbər:  “Bakirə  ilə  evləndin,  yoxsa  dul  qadınla?”  deyə  buyurdu. 

Mən:  “Dul ilə evləndim”  dedim. Peyğəmbər:  “Sənin onunla, onun  da  səninlə 

oynayacaq  bir  qızla  evlənsəydin?”  deyə  buyurdu.  Cabir:  “Səfərdən 

döndüyümüz  zaman  evimizə  dönməəyə  tələsdik”.  Peyğəmbər:  “Yavaş  olun! 

(Bir az gözləyin) evlərinizə gecə olsun, yəni işa vaxtına vaxın daxil olun ki, o 

vaxta qədər ərində ayrı qalan qadın dağınıq saçlarını darasın və təmizlənsin” 

deyə  buyurdu.  Ravi  deyir  ki:  “Peyğəmbər:  “Ey  Cabir!  Keysə,  Keysə” 

buyurduğunu  söylədi.  Keysə  - uşağı qəsd  edirdi”  dedi.  (Buxari  5245, Muslim 

3713, 3714, 715/57) 

 

 



 

932. Cabir İbn Abdullah  demişdir: “Mən Peyğəmbərlə  birlikdə döyüşlərin 

birində  iştirak  edirdim.  Bu  əsnada  mənim  dəvəm  yorğun  düşüb  asta-asta 

getməyə  başladı.  Onda  Peyğəmbər    mənə  yaxınlaşıb:  “Cabir!”  deyə çağırdı. 

Mən:  “Bəli!”  dedim.  Peyğəmbər:  “Sənə  nə  olub?”  deyə  soruşdu.  Dedim: 

“Dəvəm  yorulub  asta-asta  gedir,  buna  görə  də  mən  geri  qalmışam.” 

Peyğəmbər    dəvəsindən  yerə  enib  əlindəki  ağacla  (mənim)  dəvəmi  vurdu, 


 

 

396 



sonra  da  mənə:  “Min!”  dedi.  Mən  də  mindim.  (Dəvə  sürətlə  yerindən 

götürüldü  və)  mən  Peyğəmbəri    keçməyim  deyə  dəvəni  tutub  saxlamağa 

başladım.  Peyğəmbər    (məndən)  soruşdu:  “Evlənmisənmi?”  Dedim:  “Bəli!” 

(Yenə)  soruşdu:  “Bakirə  qızla,  ya  dul  qadınla?”  Dedim:  “Dul  qadınla.”  Dedi: 

“Niyə qızla evlənmirsən ki, bir-birinizi əzizləyəsiniz?” Dedim: “(İş orasındadır 

ki,) mənim körpə bacılarım var. Bu səbəbdən də mən bacılarımı bir yerə yığa 

biləcək, saçlarını darayacaq və onların qayğısına qalacaq bir qadınla evlənməyi 

məsləhət bildim. Peyğəmbər  buyurdu: “İndi sən Mədinəyə qayıdırsan. Elə ki 

evə gəldin, (zövcəni) o ki var əzizlə!” Sonra soruşdu ki: “Dəvəni satırsanmı?” 

Mən:  “Bəli!”  dedim.  Onda  Peyğəmbər    bir  övqiyə  verib  dəvəni  məndən  satın 

aldı.  Peyğəmbər    məndən  qabaq    gəlib  (Mədinəyə)  çatdı.  Mən  (ora)  səhər 

çatdım. Biz məscidə getdik və mən məscidin qapısının önündə Peyğəmbəri   

gördüm.  O soruşdu:  “İndi gəlib  çatırsan?” Mən: “Bəli!”  dedim. Peyğəmbər   

(mənə):  “Dəvəni  burada  saxla,  (məscidə)  gir,  iki  rükət  namaz  qıl!”  deyə 

buyurdu.  Mən  (məscidə)  girib  iki  rükət  namaz  qıldım.  Sonra  Peyğəmbər   

Bilala  mənim  üçün  (tərəzidə)  övqiyə  çəkməyi  əmr  etdi,  Bilal  da  onu  mənim 

üçün çəkdi, (hətta) bir az da artıq qoydu. Mən dönüb getdikdə Peyğəmbər  : 

“Cabiri    yanıma  çağırın!”  deyə  buyurdu.  (Öz-özümə)  dedim:  “İndi  dəvəni 

mənə  geri  qaytaracaq.”  Bu  isə  mənim  ən  xoşlamadığım  bir  şey  idi.  (Lakin 

Peyğəmbər)  dedi:  “Dəvəni  götür,  pulunu  da  özünə  saxla.”  (Buxari  2097, 

Muslim 3714, 715)  

 

 

 

Qadınlar Haqqında Vəsiyyət 

 

 



 

933.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qadın  qabırğa 

sümüyü  kimidir.  Əgər  sən  onu  düzəltməyə  çalışsan  sındırarsan.  Əgər  onda 

olan  əyriliklə  bərabər  ondan  faydalanmaq  istəsən  ondan  faydalana  bilərsən”. 

(Buxari 5184, Muslim 3717, 1468/65) 

 

 



 

 

 

397 



934. Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  Allaha  və 

Axirət  gününə  iman  gətirirsə,  qonşusuna  əziyyət  verməsin!  Qadınlarla  da 

yaxşı davranın! Çünki onlar qabırğadan xəlq edilmişlər. Qabırğanın əyri tərəfi 

isə yuxarı  hissəsidir.  Sən onu  düzəltmək istəsən,  sındıracaqsan,  düzəltməsən, 

əyri qalacaq. Odur ki,  qadınlarla yaxşı davranın!” (Buxari 5186, 3331, Muslim 

3720, 1468/60) 

 

 

 



935.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Əgər  İsrail 

oğulları olmasaydı

65

, ət xarab olmazdı, və əgər Həvva olmasaydı



66

, heç bir qadın 

ərinə xəyanət etməzdi.” (Buxari 3330, 3399, Muslim 3724, 1470/63) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                



65

 Vaxtı  ilə  Allah  İsrail  oğullarına  buyurmuşdur  ki,  yemək  hazırladıqda  ancaq  təzə  ətdən  istifadə  etsinlər. 

Lakin onlar buna məhəl qoymayıb əti saxlamağa başladılar. 

66

 Bəşəriyyətin  anası  sayılan  Həvva  Cənnətdə  ikən  Adəmi  dilə  tutub  onu  qadağan  olmuş  ağacın 



meyvəsindən dərməyə təşviq etmiş, beləliklə də, ona xəyanət etmişdir. 

 

 

398 



 



 

 

 

 



 

Talaq Kitabı 

 

 



 

 

 

 


 

 

399 



 

 

Heyzli Qadının Razılığı Olmadan Boşanmanın Haram 



Olması, Əri Buna Müxalif Olarsa Talaq Vaqi Olub Arvadını 

Qaytarmaq Ona Əmr Edilər  

 

 



 

936.  Abdullah  İbn  Ömər    Peyğəmbərin    dövründə  öz  zövcəsi  heyzli  ikən 

onu  boşamışdı.  Ömər  İbn  Xəttab    bu  haqda  Peyğəmbərdən    soruşdu  və 

Peyğəmbər    ona  belə  buyurdu:  “Ona  əmr  et,  qadını  geri  qaytarsın.  Sonra  o 

(heyzdən) təmizlənənədək, bir daha heyz olub yenə təmizlənənədək gözləsin. 

Bundan  sonra  (onu  saxlamaq)  istəsə,  saxlasın,  (boşamaq)  istəsə,  onunla 

yaxınlıq  etməmişdən əvvəl onu  boşasın.  Bu,  qadınları  boşamaq  üçün  Allahın 

buyurduğu gözləmə müddətidir.” (Buxari 5251, 5332, Muslim 3725, 1471/1) 

 

 

 



937.  Yunus  İbn  Cubeyr  deyir  ki,  Abdullah  İbn  Ömərdən    (arvadını  heyizli 

ikən  boşayan  kimsənin  hökmünü)  soruşdum.  İbn  Ömər    arvadını  heyizli 

ikən  boşadı.  Sonra  Ömərdə    bunu  Peyğəmbərdən   soruşdu.  Peygəmbər   

qadını qaytarmağı və idəttinin bitməsindən sonra boşanmasını əmr etdi. Ravi, 

İbn  Ömərə:  “Sən  bu  boşanmanı  bir  boşanma  sayırsanmı?”  deyə  soruşdu. İbn 

Ömər:  “Sən  mənə  xəbər  ver  görüm  İbn  Ömər    aciz  və  axmaqlıq  etmişdir” 

dedi. (Buxari 5333, 5258, Muslim 3738, 1471/10)  

 

 

 

Zövcəsini Özünə Haram Edib, Lakin Boşanmağı Niyyət 

Etməyən Kimsəyə Kəffarənin Vacib Olması 

 

 



 

 

 

400 



938.  İbn  Abbas  :  “(Qadınını  özünə  haram  edən  kimsə)  kəffarə  ödəyirmi?”. 

“Allahın  Elçisi  sizlərə  –  Allaha  və  Axirət  gününə  ümidini  bağlayanlara  və 

Allahı  çox  zikr  edənlərə  gözəl  nümunədir”.  (əl-Əhzab  21).  (Buxari  4911, 

Muslim 3749, 3750, 1473/18)  

 

 

 



939.  Aişə 



rəvayət  edir  ki,  Peyğəmbər    Zeynəb  Binti  Cəhşin 





yanında  olduğu  zaman  orada  (daima)  bal  şərbəti  içərdi.  Bundan  sonra 

mən  və  Həfsə  bir-birimizə  tövsiyə  etdik  ki,  ikimizdən  hansımızın  yanına 

Peyğəmbər    gəlsə  ona:  “Səndən  məğafir  (pis  qoxulu  bitkinin)  iysi  gəlir” 

deyərik.  Peyğəmbər    iki  qaından  birinin  yanına  girdikdə  onlardan  biri  bu 

sözü  söylədi.  Peyğəmbər:  “Xeyr  (mən  məğafil)  yeməmişəm.  Lakin  Zeynəb 

Binti Cəhşin 



yanında bal şərbəti içmişəm. Lakin bundan sonra bir daha 



içmərəm”  deyə  buyurdu.  Bundan  sonra  ayə  nazil  oldu:  “Ey  Peyğəmbər! 

Zövcələrini  razı  salmağa  çalışaraq  Allahın  sənə  halal  etdiyi  şeyi  nə  üçün 

özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan 

kəffarə  verməklə  azad  olmağı  sizdən  ötrü  qanuniləşdirmişdir.  Allah  sizin 

himayədarınızdır.  O,  Biləndir,  Müdrikdir.  Bir  zaman  Peyğəmbər  öz 

zövcələrindən birinə sirr verdi. O da bunu onun digər zövcəsinə xəbər verdikdə 

və  Allah  da  bunu Peyğəmbərə  aşkar  etdikdə o, bunun  bir  qismini  sirr verdiyi 

zövcəsinə  bildirdi,  digər  qismindən  isə  vaz  keçdi.  Peyğəmbər  bunu  ona 

bildirdikdə zövcəsi dedi: "Bunu sənə kim xəbər verdi?" O dedi: "Bunu mənə hər 

şeyi  Bilən,  Xəbərdar  olan  Allah  xəbər  verdi!".  Əgər  ikiniz  də  Allaha  tövbə 

etsəniz,  yaxşı  olar.  Çünki  hər  ikinizin  qəlbi  günaha  meyl  etmişdir.  Əgər  ona 

qarşı  bir-birinizə  dəstək  versəniz,  bilin  ki,  Allah,  Cəbrail  və  əməlisaleh 

möminlər  onun  dostu  və  yardımçısıdır.  Bunlardan  başqa  mələklər  də  onun 

yardımçılarıdır”.  (ət-Təhrim  1-4).  Əgər  ikiniz  də  Allaha  tövbə  etsəniz  –  Aişə 



və  Həfsədir 



.  “Bir  zaman  Peyğəmbər  öz  zövcələrindən  birinə  sirr 



verdi – Xeyr, mən bal şərbəti içdim” sözünə işarədi. (Buxari 5267, Muslim 3751, 

1474/20) 

 


 

 

401 



 

 

 



 

940.  Aişə 

  demişdir:  “Peyğəmbər    bal  və  (digər)  şirniyyatları  xoşlayardı. 



O  (hər  gün)  əsrdən  sonra  zövcələrinə  baş  çəkər  (və  onlardan  hər  birinin 

yanında) bir qədər oturardı. (Bir gün) o, Həfsə Bint Ömərin 



yanına gəldi 



və  həmişəkindən  fərqli  olaraq  bir  az  yubandı.  Mən  onu  qısqandım  və  onun 

yubanmağının səbəbini soruşdum. Mənə dedilər ki: “Həmqəbilələrindən olan 

bir qadın (Həfsəyə) bal bağışlamış, o da bu baldan Peyğəmbərə  içirtmişdir.” 

Mən dedim: “Vallahi, ona kələk qurmaq lazımdır.” Sonra Səudə  Bint Zəmaya 



müraciət  edib  dedim:  “(Bir  azdan)  o  sənin  yanına  gələcək.  O  sənə 



yaxınlaşan  kimi  soruşarsan  ki:  “Kitrə

67

 yemisən?”  O  sənə:  “Xeyr!”  deyə  cavab 



verəcək.  Sən  ona  deyərsən:  “Bəs  bu  nə  iydir  mənim  burnuma  gəlir?”  O  sənə 

deyəcək:  “Həfsə 



mənə  bal  içirdib.”  Onda  sən  ona  deyərsən:  “Yəqin  ki, 



arılar  bu  balı  Urfut  ağacından  çəkdiyi  şirədən  hasil  etmişlər.”  (Aişə)  dedi: 

“Mən də (ona) belə deyəcəyəm, sən də belə deyərsən, ey Səfiyyə.” Səudə dedi: 

“Vallahi, Peyğəmbər  qapının ağzına gəlib çatdıqda mən onun qabağına çıxıb 

sənin  buyuruğunu  hökmən  yerinə  yetirəcəyəm”.  Aişə:  “Peyğəmbər    ona 

yaxınlaşdıqda  o,  Peyğəmbərə    dedi:  “Ya  Rəsulullah,  kitrə  yemisən?”  O: 

“Xeyr!”– deyə cavab verdi. Səudə soruşdu: “Bəs bu nə iydir mənim burnuma 

gəlir?”. Peyğəmbər: “Həfsə mənə bal içirdib.” Səudə dedi: “Yəqin ki, arılar bu 

balı  Urfut  ağacından  çəkdiyi  şirədən  hasil  etmişlər.”  Sonra  o  mənim  yanıma 

gəldi  və  mən  də  ona  həmin  sözləri  dedim.  Daha  sonra  o,  Səfiyyənin  yanına 

getdi  və  o  da  ona  həmin  sözləri  dedi.  Nəhayət,  o,  Həfsənin  yanına  gəldikdə 

Həfsə  dedi:  “Ya  Rəsulullah,  sənə  bal  verimmi?”  O  dedi:  “Mənim  buna 

ehtiyacım yoxdur.” (Bu vaxt) Səudə: “Vallahi ki, biz onu baldan  məhrum edə 

bildik” dedi, mən də ona: “Sus!” dedim.” (Buxari 5268, Muslim 3752, 1474/11) 

 

 

 

Qadına Seçim Verməyin Talaq Sayılmaması, Bunun Yalnız 

Niyyətlə Talaq Sayılmasının Bəyanı  

 

                                                



67

 Burada Urfut ağacının gövdəsindən axan yapışqanabənzər yarımşəffaf qatı maye qəsd edilir. 



 

 

402 



 

 

 



941. (Başqa rəvayətdə: Cabir İbn Abdullah  rəvayət edir ki, Əbu Bəkr  gəlib 

Peyğəmbərin    yanına  daxil  olmaq  üçün  izn  istədikdə,  onun    qapısının 

yanında  bir  dəstə  adamın  oturduğunu  gördü.  Onlardan heç  bir  kimsəyə içəri 

daxil  olmağa  izn  verilməmişdi.  Əbu  Bəkrə    isə  izn  verildi  və  o  içəri  daxil 

oldu. Sonra Ömər  gəlib izn istədi və ona da izn verildi. O, fikirli və susmuş 

Peyğəmbəri  zövcələrinin ətrafında oturmuş olduğunu görüb dedi: «Mən bir 

söz  deyəcəyəm  və  Peyğəmbəri    güldürəcəyəm».  Sonra  o  dedi:  «Ey  Allahın 

Elçisi, Xaricənin qızını görsəydin, məndən ona nəfəqə (mal-mülk sərf etməmi) 

verməyimi  istəyir.  Mən  də  onun  boğazından  tutdum”  dedim.  Peyğəmbər   

gülümsünərək: “Bu ətrafımdakılar da məndən nəfəqə verməyimi istəyir” deyə 

buyurdu.  Əbu  Bəkr    qalxaraq  Aişəni 

,  Ömər    də  qalxaraq  Həfsəni 





cəzalandırmaq  üçün  boğazından  yapışıb  sıxaraq  ikisi  də  belə  dedilər: 

“Peyğəmbərdən    onda  olmayan  bir  şeyi  istəyirsiniz”.  Onlar:  “Allaha  and 

olsun  ki,  biz  Peyğəmbərdən    onda  olmayan  bir  şeyi  istəmərik”.  dedilər  və 

Peyğəmbər  onlardan bir ay və ya iyirmi doqquz gün ayrı qaldı. Sonra isə bu 

ayə  nazil  oldu:  «Ey  Peyğəmbər!  Zövcələrinə  de:  "Əgər  siz  dünya  həyatını  və 



onun  bərbəzəyini  istəyirsinizsə,  gəlin  sizi  dünya  malıyla  məmnun  edib  gözəl 

tərzdə  sərbəst  buraxım,  Yox,  əgər  Allahı,  Onun  Elçisini  və  Axirət  yurdunu 

istəyirsinizsə,  bilin  ki,  Allah  aranızdan  yaxşı  işlər  görənlər  üçün  böyük  bir 

mükafat  hazırlamışdır”.  (əl-Əhzab  28,  29).  Peyğəmbərin    zövcəsi  Aişə 



rəvayət  edir  ki,  Peyğəmbər    zövcələrini  əmr  olunduqda  ilk  öncə 



məndən  başladı).  O,  ilk  əvvəl  Aişənin 

  yanına  gəlib  dedi:  «Ey  Aişə! 



Doğrusu,  mən  sənə  bir  təklif  etmək  istəyirəm.  Və  istəyirəm  ki,  sən  bu  təklifi 

qəbul etməyə tələsməyəsən və ata-ananla məsləhətləşəsən». Aişə: «Peyğəmbər 

 ailəmin mənə ondan ayrılmağı əmr etməyəcəklərini heç şübhsiz ki, bilirdi”. 

(Başqa  rəvayətdə:  “O  nədir  ey  Allahın  Elçisi?”)»  dedi.  Peyğəmbər    Uca 

Allahın (ona nazil etdiyi ayələri oxudu): «Ey Peyğəmbər! Zövcələrinə de: "Əgər 

siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla 

məmnun edib gözəl tərzdə sərbəst buraxım, Yox, əgər Allahı, Onun Elçisini və 

Axirət  yurdunu  istəyirsinizsə,  bilin  ki,  Allah  aranızdan  yaxşı  işlər  görənlər 

üçün  böyük  bir  mükafat  hazırlamışdır”.  (əl-Əhzab  28,  29).  Aişə:  «Ya 

Rəsulullah!  Mən  buna  görəmi  (səninlə  birgə  olmaqdan  ötrümü) 

valideynlərimlə  məsləhətləşməliyəm?!  Mən  əlbəttə  Allahı,  onun  Elçisini  və 

axirət yurdunu seçirəm!  (Başqa rəvayətdə: “Səndən də xahiş edirəm ki, həyat 



 

 

403 



yoldaşlarından heç birinə bu barədə xəbər verməyəsən!» dedi. Peyğəmbər: «O 

qadınlardan hansı birisi məndən (bu məsələ barəsində) soruşsa mən ona xəbər 

verəcəyəm.  Allah  məni  nə  (insanlara  aldadan)  zorla  məcbur  edən,  nə  də  hər 

şeyə  irad  tutan  bir  kimsə  olaraq  göndərməyib,  lakin  O  məni  (onlara 

bilmədiklərini)  öyrədən,  asanlaşdıran  bir  kimsə  olaraq  göndərmişdi”).  Aişə: 

“Sonra  Peyğəmbərin    digər  zövcələri  də  mənim  etdiyim  kimi  etdilər”  dedi. 

(Buxari 4786, Muslim 3754, 3763, 1475/22)  

 

 



 

942.  Aişə 

  demişdir:  “(Allahın)  “Onlardan  dilədiyinin  səninlə  gecələmək 



növbəsini  təxirə  sala  bilərsən,  dilədiyini  də  öz  yanına  ala  bilərsən.  Özündən 

ayırdıqlarından  hansı  birini  yenidən  öz  yanına  almaq  istəsən,  sənə  heç  bir 

günah  olmaz...”  ayəsi  nazil  olduqdan  sonra  Peyğəmbər    zövcələrindən 

birinin  növbəsi  olduğu  zaman  digərinin  yanına  getmək  üçün  bizdən  izn 

istəyərdi”.  (Muaza):  “Mən  Aişədən  soruşdum:  “(O  səndən  izn  istədikdə)  nə 

deyirdin?” Aişə: “Mən ona deyirdim: “Ya Rəsulullah, əgər bu (məsələ) mənim 

öhdəmə buraxılsaydı, yanına getmək istədiyin heç bir qadını  özümdən üstün 

tutmazdım  (və  sənə  onun  yanına  getməyə  izn  verməzdim).”  (Buxari,  4789, 

Muslim 3755, 1476/23) 

 

 



 

943. Aişə 



rəvayət edir ki, Peyğəmbər  bizlərə seçim verdi. Biz də Allah 



və Rəsulunu seçdik. Bu bizim üçün (talaq) heç bir şey sayılmadı”. (Buxari 5262, 

Muslim 3761, 1476/24) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin