Əmir Olmağı İstəmək Və Buna Can Atmağın Nəhy
Edilməsi
1197. AbdurRahman İbn Səmura rəvayət edir ki, (bir dəfə) Peyğəmbər
(ona) belə demişdir: “Ey AbdurRahman İbn Səmura, heç vaxt vəzifə istəmə!
Çünki əgər sən öz istəyinlə vəzifəyə gəlsən, bunun öhdəçiliyi sənin boynuna
düşəcək (və Allah sənə yardım etməyəcək), yox, əgər sən vəzifəyə can
atmadan buna nail olsan, onda bu işdə (Allah) sənə kömək edər. Habelə, əgər
sən and içdikdən sonra, başqa bir işin ondan daha xeyirli olduğunu görsən, daha
xeyirli olanı yerinə yetir və andını pozduğuna görə kəffarə ver.” (Buxari 6622,
7147, Muslim 4370, 1652/19)
1198. Əbu Burda rəvayət edir ki, Əbu Musa dedi: “Mən, yanımda
Əşarilərdən biri sağımda, biri də solumda olmaqla iki kişi ilə birgə
Peyğəmbərin yanına getdim. Onların ikisi də ondan iş (məmurluq) istədilər.
Peyğəmbər bu vaxt misvakla dişlərini təmizləyirdi (misvaklayırdı). O: “Nə
544
deyirsən, ey Əbu Musa, və ya ey Abdullah İbn Qeys?” deyə buyurdu. Mən:
“Səni haqla göndərənə and olsun ki, onlar qəlblərində olanı mənə
söyləmədilər. Mən onların iş istəməsini heç düşünmədim. Sanki mən hələ də
onun dodağının altında misvakını görürəm”. O: “Biz işimizə istəyəni (məmur)
təyin etmirik (və ya etməyəçəyik). Ey Əbu Musa, və ya ey Abdullah İbn Qeys
Yəmənə sən get!” deyə buyurdu. Sonra onun ardından Muaz İbn Cəbəli
göndərdi. O onun yanına çatdıqda, ona: “Düş!” deyə buyurdu və onun üçün
döşək qoydu. Muaz onun yanında bağlı bir adam gördü və: “Bu nədir?” deyə
soruşdu. O: “Bu yəhudi idi. İslamı qəbul etdi. Sonra yenidən dininə geri
döndü” dedi. Muaz: “Mən bu öldürülməyincə oturmaram! Allah və Elçisinin
hökmü budur!” deyə buyurdu. Əbu Musa: “Otur!”. Ancaq Muaz: “Mən bu
öldürülməyincə oturmaram! Allah və Elçisinin hökmü budur!” deyə üç kərə
təkrar etdi və o, əmr etdi və onu öldürdülər. Sonra onlar oturub gecə namazını
xatırladılar. Onlardan biri (Muaz) belə buyurdu: “Mən həm yatır, həm də
namaza dururam. Yatdığım vaxtda, namaza durduğum zaman (Rəbbimdən
savabını) umuram” dedi. (Buxari 6923, Muslim 4822, 1733/15)
Adil Hökmüdarın Fəziləti, Zalım Olanın Cəzası, Əli
Altında Olanlarla Yumşaq Davranmaq Və Onlara Məşəqqət
Verməyin Qadağan Olması
1199. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər
biriniz çobansınız (başçısınız) və hər birinizdə əli altında olanlardan məsuldur.
Dövlət başçısı çobandır və əli altında olanlardan məsuldur. Kişi öz ailəsində
çobandır (başçıdır) və ailəsində olanlara görə məsuldur. Qadın ərinin evində
çobandır (başçıdır) və (evinə və uşaqlarına) görə məsuldur. Qulluqçu da
çobandır (başçıdır) və öz ağasının malını qorumaqla məsuldur. (Ən nəhayət)
isə sizlərdən hər biriniz çobansınız (başçısınız) və hər biriniz də öz əli altında
olanlardan cavabdehdir”. (Buxari 2554, 7138, Muslim 4828, 1829/20)
545
1200. Məqil İbn Yəsar demişdir: “Mən Peyğəmbərin belə dediyini
eşitmişəm: “Allah Öz qullarından birinə rəiyyətin qeydinə qalmağı həvalə edər
və o da onların haqqını ödəməzsə, Cənnətin iyini belə duymaz.” (Buxari 7150,
Muslim 383, 4834, 4836, 142/22)
Xəyanətin Haram Olması
1201. Əbu Hureyra rəvayət edir ki, (bir dəfə) Peyğəmbər bizim aramızda
ayağa qalxıb əmanətə xəyanət etmək barəsində danışdı, bunun olduqca böyük
günah olduğunu vurğulayıb dedi: “Qiyamət günü heç biriniz boynunda
mələyən bir qoyunla və ya kişnəyən bir atla gəlib deməsin ki: “Ya Rəsulullah,
mənə yardım et!” Mən (cavabımda ona): “Sənə heç bir şeylə yardım edə
bilmərəm. Mən (Allahın hökmünü) sənə təbliğ etmişdim” deyəcəyəm. Yaxud
boynunda nərildəyən bir dəvə ilə gəlib deməsin ki: “Ya Rəsulullah, mənə
yardım et!” Mən (cavabımda ona): “Sənə heç bir şeylə yardım edə bilmərəm.
Mən sənə təbliğ etmişdim” deyəcəyəm. Yaxud boynunda qızıl və gümüşlə
gəlib deməsin ki: “Ya Rəsulullah, mənə yardım et!” Mən (cavabımda ona):
“Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən sənə təbliğ etmişdim”
deyəcəyəm. Yaxud boynunda parıldayan bir paltarla gəlib deməsin ki: “Ya
Rəsulullah, mənə yardım et!” Mən (cavabımda ona): “Sənə heç bir şeylə
yardım edə bilmərəm. Mən sənə təbliğ etmişdim” deyəcəyəm.” (Buxari 3073,
Muslim 4839, 1831/24)
Məmurlara Hədiyyənin Haram Olması
546
1202. Əbu Humeyd əs-Saidi rəvayət edir ki, Peyğəmbər əl-Əsəd
qəbiləsindən olan və İbn əl-Lutbiyyə adlı bir kişini Bəni Süleymin sədəqələrini
(zəkatını) yığmağa məmur təyin etdi. İşini bitirdikdən sonra Peyğəmbərin
yanına gələrək: “Bu sizin (zəkat) malınız, bu isə (mənə) hədiyyədir” dedi.
Peyğəmbər: “Əgər düzgün danışırsansa, onda atanın və ananın evində
otursaydın, sənə hədiyyə gətirərdilər?! Sonra bizə xütbə verərək Allaha həmd–
səna etdi və buyurdu: “Və sonra mən sizlərdən bir kişini, Allahın mənim
idarəmə verdiyi bir işə məmur təyin etdikdə, o gəlib: “Bu sizin malınızdır, bu
isə hədiyyədir, mənə hədiyyə edilib” deyir. Əgər düzgün danışırsansa, onda
atanın və ananın evində otursaydın, sənə hədiyyə gətirərdilər?! Allaha and
olsun ki, sizdən kimsə onun haqqı olmayan bir şeyi götürərsə, qiyamət günü
Allah ilə onu (oğurladığı malı boynunda) daşıdığı bir halda qarşılar”.
Sizlərdən biriniz (oğurladığı dəvədirsə) boynunda dəvənin iniltisi olduğu
halda, əgr inəkdirsə böyürdüyü halda, əgər bir qoyundursa boynunda
mələdiyi halda Allah ilə qarşılaşdıqda mən bunu mütləq biləcəyəm”. Sonra
əllərini qoltuqlarının bəyazlığı görünənə qədər yuxarı qaldırdı və: “Allahım,
catdırdımmı?” deyə buyurdu. Əbu Humeyd deyir ki, bu xütbəni mənimlə
birlikdə Zeyd İbn Sabitdə: “Gözüm gördü və qulağım eşitdi” dedi. (Buxari
6636, Muslim 4845, 1832/27)
Əmirlərə Asilikdən Başqa Bütün İşlərdə İtaətin Vacibliyi,
Asilikdə İtaətin Haram Olması
547
1203. İbn Abbas deyir ki: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin,
həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin…” (ən-Nisa
59) ayəsi: Abdullah İbn Huzəfə İbn Qeys İbn Adiyy barədə nazil olmuşdu.
Peyğəmbər onu bir orduda göndərmişdi”. (Buxari 4584, Muslim 4851,
1834/31)
1204. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim mənə itaət
edərsə Allaha itaət etmiş olar, kim də mənə asi olarsa heç şübhəsiz ki, Allaha
asi olmuş olar. Hər kim əmirə itaət edərsə mənə itaət etmiş olar, hər kim də
əmirə asi olarsa mənə asi olmuş olar”. (Buxari 7137, Muslim 4854, 1835/33)
1205. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Asilik (etmək) əmr
olunmayınca eşitmək və (əmr sahiblərinə) itaət etmək vacibdir. Asilik (etmək)
əmr olunduqda isə, nə eşitmək, nə də itaət etmək olar.” (Buxari 2955, 7144,
Muslim 4869, 1839/38)
1206. Əli rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir ordu göndərdi və
ənsarlardan birini (Abdullah İbn Xuzafəni) də onlara başçı təyin edib
mücahidlərə də başçılarını dinləmələrini və ona itaət etmələrini əmr etmişdi.
Yolda bəzi şeylər başçını qəzəbləndirdi. Başçı: «Mənə odun toplayın deyə əmr
etdi. Mücahidlər də ona odun topladılar. Başçı: «Odunu yandırın!» deyə əmr
verdi. Mücahidlər odunu yandırdılar. Sonra: «Rəsulullah sizlərə məni
dinləmənizi və mənə itaət etmənizi əmr etmişdimi?» deyə soruşdu. Onlar da:
«Bəli» əmr etmişdi dedilər. Başçı: «Elə isə bu qaladığınız atəşə girin» dedi. Bu
əmirdən sonra əskərlər bir-birilərinə baxmağa başladılar. Sonra isə: «Bizlər
atəşdən qaçıb Rəsulullahın himayəsinə sığınmış kimsələrik» dedilər. Onlar bu
548
söhbətlərini davam edərkən başçının qəzəbi soyudu, atəş də söndü. Mədinəyə
döndükdə isə bu hadisəni Peyğəmbərə çatdırdılar. Peyğəmbər: «Əgər
mücahidlər bu atəşə girsələrdi artıq ondan bir daha çıxmazdılar. (Çünki əmirə)
itaət ancaq mərufdadır» deyə buyurdu. (Buxari 7145, 7257, Muslim 4872,
1840/40)
1207. Ubadə İbn Samit demişdir: “(Bir dəfə) Peyğəmbər bizi öz yanına
çağırdı və biz ona beyət etdik. Xoş günümüzdə və sıxıntı anlarımızda,
düşdüyümüz çətin və asan hallarda, habelə haqqımızı ödəməsələr belə,
(əmirləri) dinləyib itaət edəcəyimizə dair ona beyət etdik. Habelə, əmirə qarşı
çıxmayacağımıza söz verdik. Yalnız əmirin açıq-aşkar küfr etməsi və buna dair
Allah tərəfindən dəlil-sübutun olması istisnadır.” (Buxari 7056, Muslim 4877,
1709/42)
Xəlifələrin Beyətinə Sıralama İlə Riayət Etməyin Vacib
Olması
1208. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əvvəllər İsrail
oğullarını Peyğəmbərlər idarə edirdilər. Hər dəfə bir peyğəmbər vəfat etdikdə
onun yerinə başqa bir peyğəmbər gəlirdi. Məndən sonra isə Peyğəmbər
gəlməyəcək, lakin çoxlu xəlifələr olacaq.” (Əshabələr) dedilər: “Bizə nə
buyurursan?”. Peyğəmbər: “Birinci beyət edilmiş kimsəyə sadiq qalın, onların
haqqını verin. Heç şübhəsiz ki, Allah onları rəiyyətlərinə görə sorğu-sual
edəcəkdir.” (Buxari 3455, Muslim 4879, 1842/44)
549
1209. İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Həqiqətən də
məndən sonra bir çox ayrılıqlar və bir çox da sizin xoşlamadığınız şeylər baş
verəcəkdir». Səhabələr: «Ya Rəsulullah! Bizlərdən bu günlərə çatanlara nə
etməyini əmr edirsən?» dedilər. Peyğəmbər: «Sizlər üzərinizə düşən haqqı
(itaəti) yerinə yetirin (onlara veriləcək şeyləri onlara verin), öz haqqınızı isə
Allahdan istəyin» deyə buyurdu. (Buxari 3603, Muslim 4881, 1843/45)
Vəlilərin Zülmünə Anında Səbr Etmək
1210. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər ənsara demişdir: “Mən
(sizin aranızdan getdikdən) sonra (qənimətləri paylayan kəslərin digər
insanları sizdən) üstün tutacaqlarını görəcəksiniz. Mənə qovuşanadək səbir
edin. Sizə vəd edilən yer hovuzumun başıdır.” (Buxari 3793, Muslim 4885,
1845/48)
Fitnələr Zühr Etdikdə Və Müsəlmanların Cəmaatına
Bağlanmağın Vacibiliyi İlə İtaətə Qarşı Çıxmanın Və
Cəmaatdan Ayrılmağın Haram Olması
1211. Huzeyfə İbn Yəmən demişdir: “İnsanlar Peyğəmbərdən xeyirxah
işlər barədə soruşardılar, mən isə ondan şər əməllər barəsində soruşardım ki,
xətəri mənə dəyməsin. Mən dedim: “Ya Rəsulullah, biz, həqiqətən də, cahillik
və şər içində yaşayırdıq. Allah bizə belə bir xeyir (İslamı) nəsib etdi. Bu
550
xeyirdən sonra şər gələ bilərmi?” (Peyğəmbər): “Bəli!”- dedi. Mən soruşdum:
“Bəs bu şərdən sonra (yenə) xeyir gələ bilərmi?” (Peyğəmbər ) dedi: “Bəli,
lakin bu xeyirə (şər) ləkəsi bulaşacaqdır.” Mən soruşdum: “O nə ləkədir?”
Dedi: “Mənim yolumu tutub getməyən adamlar olacaq. Onlar yaxşı işlər
gördükləri kimi, pis əməllər də edəcəklər.” Mən soruşdum: “Bəs bu xeyirdən
sonra şər gələcəkmi?” Dedi: “Bəli, həmin vaxt Cəhənnəmə çağıran (azğın)
adamlar olacaq. Kim onların çağırışını qəbul etsə, Cəhənnəmə atılacaqdır.”
Mən dedim: “Ya Rəsulullah, onları bizə vəsf et!” O buyurdu: “Onlar bizlərdən
olacaq və bizim kimi danışacaqlar.” Soruşdum: “O vaxta qədər yaşasam, mən
nə edim?” Buyurdu ki: “Müsəlman camaatına qoşul və onların imamına tabe
ol!” Dedim: “Bəs onların nə bir camaatı, nə də bir imamı olmasa necə?” Dedi:
“Arxa dişlərinlə ağac kökündən yapışmış olsan belə, o firqələrin hamısından
uzaq dur və ölüm səni haqlayanadək bu vəziyyətdə qal!” (Buxari 3606, 7084,
Muslim 4890, 1847/51)
1212. İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim öz rəhbərinin
xoşagəlməz bir hərəkətini görsə, qoy (buna) səbir etsin. Çünki kim əmirin
itaətindən bircə qarış kənara çıxıb (ölərsə), cahilliyət dövründə olduğu kimi
ölmüş olar.” (Buxari 7053, Muslim 4896, 1849/55)
Hərc Etmək İstəyi Olduğu Zaman Əmrin Ordularına Beyət
Etməyin Müstəhəb Olması Və Ağacın Altında Rıdvan
Beyəti
1213. Cabir İbn Abdullah rəvayət edir ki, Hudeybiyə günü Peyğəmbər
bizə buyurdu: “Siz yer sakinlərinin ən xeyirlilərisiniz.” (O gün) bizim sayımız
min dörd yüz nəfər idi. Əgər indi gözlərim görsəydi, o ağacın yerini sizə
göstərərdim.” (Buxari 4154, Muslim 4914, 1856/69)
551
1214. Museyyib İbn Həzn rəvayət edir ki, Mən beyət edilən ağacı görmüşdüm.
Lakin sonralar o, ağacın yanına getdiyim zaman ağacı tapa bilmədim”.
Mahmud deyir ki: “Daha sonra ağac mənə unutduruldu”. (Buxari 4162,
Muslim 4928, 1859/79)
1215. Yezid İbn Əbi Ubeyd deyir ki, mən Sələmə İbn Əkvaya dedim: “Sizlər
Hudeybiyyə günü Peyğəmbərə nə beyət etdiniz?”. O: “Ölmək (lakin geri
dönməmə)” dedi. (Buxari 4169, 7206, Muslim 4929, 1860/80)
1216. Abdullah İbn Zeyd rəvayət etmişdir ki, Hərra zamanı (Mədinə
yaxınlığında yer) bir nəfər onun yanına gəlib dedi: “Hənzələnin oğlu camaata
ölənədək vuruşmağa dair beyət etdirir”. Abdullah: “Mən bu xüsusda
Peyğəmbərdən sonra heç kəsə beyət edən deyiləm.” (Buxari 2959, Muslim
4931, 1861/81)
Mühacirini Vətən Seçmək ÜçünYurduna Dönməsinin
Haram Olması
1217. Sələmə İbn Əkva Həccacın yanına gəldikdə Həccac ona demişdir: “Ey
İbn Əkva, deyəsən, dinindən dönmüsən, bədəvilərin yanında yaşayırsan”.
Sələmə: “Xeyr (dinimdən dönməmişəm), lakin Peyğəmbər mənə çöldə
yaşamağa izn vermişdir”. (Buxarinin rəvayətində: “Osman şəhid olduqdan
sonra Sələmə, Rabəzəyə getdi. Bir qadınla ailə qurdu və övladı oldu. Ölümünə
bir neçə gün qalmışa kimi orada yaşadı və Mədinəyə gədi (orada da dünyasını
dəyişir)”. (Buxari, 7187, Muslim 4932, 1862/82)
552
Məkkənin Fəthindən Sonra İslam, Cihad Və Xeyir Üzəinə
Beyət Edilməsinin Və: “Fəthdən Sonra Hicrət Yoxdur”
Hədisi
1218. Mucaşi İbn Məsud rəvayət edir ki, Fəthdən sonra qardaşım Əbu Məbədi,
Peyğəmbərin yanına gətirdim və: “Ey Allahın Elçisi, onu hicrətə etmək üçün
beyət etdir!” deyə söylədim. Peyğəmbər: “Hicrət artıq onun əhli üçün keçib
getmişdir” deyə buyurdu. (Mən: “Onda nəyə beyət etdirilir?” deyə soruşdum).
O: “İslam və cihad üzərinə!” deyə buyurdu. Əbu Osman: “Mən Əbu Məbədlə
qarşılaşdıqda ona Mucaşinin dediyini xəbər verdim. O: “O, düz demişdir!”
deyə buyurdu. (Buxari 4307, 4308, Muslim 4939, 1863/84)
1219. İbn Abbas rəvayət edir ki, Peyğəmbər Məkkənin fəthi günü
demişdir: “(Bu gündən etibarən artıq) hicrət etməyə lüzum yoxdur. Lakin
cihad etmək və niyyət vardır. Əgər sizi cihada çağırsalar, tələsin!” (Buxari
1834, 2783, 2825, 3077, Muslim 4936, 4938, 1864/86)
1220. Əbu Səid əl-Xudri rəvayət edir ki, bir bədəvi Peyğəmbərin yanına
gəlib hicrət etmək haqqında ondan soruşdu. Peyğəmbər: “Ay yazıq, həqiqətən,
hicrət çox çətin bir işdir. Zəkatını verəcəyin dəvən varmı?” O: “Bəli!” deyə
cavab verdi. Peyğəmbər: “Dənizin o tayında olsan belə, (zəkatını) verməyə
davam et. Çünki Allah sənin əməllərindən heç birini (əvəzsiz) qoymayacaq.”
(Buxari 1452, 2633, 3923, 6165, Muslim 4939, 1865/87)
Qadınların Necə Beyət Edəcəkləri
553
1221. Peyğəmbərin zövcəsi Aişə
rəvayət edir ki, Mömin qadınlar
Peyğəmbərin yanına hicrət etdikdə, Allah bu kəlmələri ilə imtahan
olunurdular: “Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik
qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri,
özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç
bir yaxşı işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün
yanına gəldikləri zaman, onların beyətini qəbul et və Allahdan onların
bağışlanmasını dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhm edəndir!” (əl-
Mumtəhinə 12). Kim bunları iqrar edərdisə, O imtahanı iqrar etmiş olardı.
Onlar bu sözləri iqrar etdikdə, Peyğəmbər onlara belə buyurdu: “Gedin,
sizin beyətinizi qəbul etdim! Allaha and olsun ki, Peyğəmbərin əli heç bir
qadının əlinə toxunmamışdır. O qadınlardan beyəti sözlə qəbul etmişdir”.
Aişə: “Peyğəmbər qadınlardan, Allah əmr etdiyindən başqa bir şey
almamışdır. Onlardan beyəti sözlə: “Mən sizlərlə Beyətləşdim” deyərək qəbul
edərdi. (Buxari 5288, Muslim 4941, 1866/88)
Gücünüz Yetdiyi Qədər İtaət Şərtilə Beyət
1222. Abdullah İbn Ömər demişdir: “Biz Peyğəmbərə onun əmrini eşidib
itaət edəcəyimizə dair beyət etdikdə o bizə deyərdi: “Gücünüz yetdiyi qədər
(əməl edin)!” (Buxari 7202, 7272, Muslim 4943, 1867/90)
Həddi-Buluq Yaşının Bəyanı
554
1223. İbn Ömər demişdir: “Mən hələ on dörd yaşında ikən Uhud döyüşündə
məni Peyğəmbərə göstərdilər, lakin o mənə (döyüşə qatılmağa) izn vermədi.
Sonra mən on beş yaşında ikən Xəndək döyüşündə məni (yenə) Peyğəmbərə
göstərdilər və o, mənə (döyüşə qatılmağa) izn verdi.” (Buxari, 2664, Muslim
4944, 1868/91)
Əllərinə Keçəcəklərindən Qorxulduğu Zaman Mushafla
Kafirlərin Diyarına Getməyin Qadağan Olması
1224. Abdullah İbn Ömər rəvayət etmişdir ki, Peyğəmbər Quranı düşmən
ölkəsinə aparmağı qadağan etmişdir.” (Buxari 2990, 4946, 1869/92)
Atlar Arasında Yarış Və Onları İdman Etdirmək
1225. Adullah İbn Ömər rəvayət edir ki, (bir dəfə) Peyğəmbər
əhliləşdirilmiş atlarda Həfyadan (Mədinə yaxınlığında yer) Vədə (Dağ)
keçidinə qədər, əhliləşdirilməmiş atlarda isə bu keçiddən Bəni Zürəyq
məscidinədək cıdır yarışı təşkil etdi. Rəvayət edilir ki, yarışlarda Adullah İbn
Ömər də iştirak edirdi. (Buxari 420, Muslim 4950, 1870/95)
Qiyamət Gününə Qədər Xeyir Atların Alınlarındadı
555
1226. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Atlar
alınlarına tökülən saçlarıyla Qiyamət gününə qədər xeyir olan heyvanlardır”.
(Buxari 2849, 3644, Muslim 4953, 1871/96)
1227. Urva əl-Bariqi rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamət
gününədək atların yüyənində xeyir qalacaqdır. (İnsanlar onların sayəsində
çoxlu) savab və qənimətlər (əldə edəcəklər).” (Buxari 2852, Muslim 4957,
1873/98)
1228. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bərəkət atın
yüyənindədir.” (Buxari 2851, Muslim 4962, 1874/100)
Cihadın Və Allah Yolunda Döyüşə Çıxmağın Fəziləti
1229. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qüdrətli və
Böyük Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. (Allah
buyurar): “Onu (evindən) çıxaran yalnız Mənə olan imanı və elçilərimə olan
inamıdır. Mən də onu nail olduğu savab və qənimətlə (sağ-salamat yurduna)
qaytaracağam, yaxud Cənnətə daxil edəcəyəm.” Hərgah ümmətimi əziyyətə
salmış olmasaydım, (döyüşə gedən) dəstənin arxasında qalmazdım və Allah
yolunda öldürülüb sonra dirildilməyimi, sonra öldürülüb yenə dirildilməyimi,
sonra mütləq yenə öldürülməyimi istərdim.” (Buxari 36, 2797, 7226, Muslim
4972, 1876)
556
1230. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah onun
olunda cihad etmək və kəliməni (Lə İləhə İlləllah) təsdiq etmək niyyətilə
çıxaraq Allah yolunda cihad edən kimsəyə şəhid olaraq Cənnətə girməyi və ya
evinə savab və qənmətlə dönməyi Öz üzərinə götürmüşdür”. (Buxari 3123,
7457, Muslim 4969, 1876/104)
1231. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Müsəlmanın
Allah yolunda aldığı hər bir yara Qiyamət günü, (ilk dəfə) açıldığı vaxtda
olduğu kimi ondan qan fışqıracaq, rəngi qan rəngi, qoxusu isə müşk qoxusu
olacaqdır”. (Buxari 237, Muslim 4971, 1876/106)
Dostları ilə paylaş: |