Dayanmaq Haqda Allahın Sözü: “Sonra İnsanların Axışıb
Gəldiyi Yerdən Siz Də Gəlin”
764. Urvə deyir ki, insanlar cahiliyyədə Kəbəni çılpaq təvaf edərdilər. Yalnız
Humsdan başqa. Hums Qureyş və ondan törənən qəbilələrdən ibarət idi. Bu
Humslar insanlara savab qazanmaq niyyətilə Allah üçün libaslar verib savab
qazanardırlar. Kişi kişiyə libas verir, o da aldığı libasda təvaf edirdi, qadın da
327
qadına libas verir ki, onda təvaf edərdi. Humslunun libas vermədiyi kimsə isə
Kəbəni çılpaq təvaf edərdi. İnsanlar Ərafatdan çıxardılar, Hums isə
Muzdəlifədən çıxardı. Aişə
deyir ki, bu ayə Hums haqqında nazil olu:
“Sonra Insanların Axışıb Gəldiyi Yerdən Siz Də Gəlin”. (əl-Bəqərə 199). Onlar
Muzdəlifədən çıxırdılar (Allah) onları Ərafata getməklərini əmr etdi”. (Buxari
1665, Muslim 3013, 3014, 1219/152)
765. Cubeyr İbn Mutim demişdir: “Ərəfa günü mənim dəvəm itdi və mən onu
axtarmağa getdim. (Bu vaxt) Peyğəmbərin Ərəfatda dayandığını görəndə (öz-
özümə) dedim: “Vallahi, bu adam əhməsilidir
51
Elə isə onun burada nə işi
var?” (Buxari 1664, Muslim 3015, 1220/135)
Ehramdan Çıxmanın Nəsx Olması Və Həcci Tamamlamağın
Əmr Edilməsi
766. Əbu Musa rəvayət edir ki, mən Rəsulullah Bathda olduğu zaman
yanına gəldim. Rəsulullah: “Həccə niyyət etdinmi?” deyə buyurdu. Mən: “Bəli,
niyyət etdim” dedim. Rəsulullah: “Hansı həcci niyyət edib ehrama girdim”
dedi. Mən: “Peyğəmbərin ehrama girdiyi kimi ehrama girib Ləbbeykə”
dedim. Rəsulullah: “Çox gözəl, indi get Beyti təvaf et və Səfa və Mərva
arasında səy et!” deyə buyurdu. Bunları etdikdən sonra Qeys oğullarından
olan bir qadının yanına gəldim. Başımın saçıcı taradı. (bərabərimdə qurban
olmadığı üçün ümrə edib ehramdan çıxdım). Sonra həcc niyyətiylə ehrama
girib təlbiyyə etdim. Artıq sonralar mən ta Ömərin xəlifəliyinə kimi
51
İslamaqədərki dövrdə bəzi ərəb qəbilələri, o cümlədən də qureyş qəbiləsi “əhməsi” – yəni imanında və
əqidəsində səmimi olanlardan sayılırdılar. Onların əqidəsinə görə, Ərəfatda durmaq vacib sayılmırdı.
328
insanlara bu fətva edirdim. Ömər xəlifə olduğu zaman bunu ona zikr etdim.
Ömər: “Allahın kitabın alsaq o, bizə: Allah üçün həcc və ümrəni tam yerinə
yetirin” (əl-Bəqərə 196). Allah Rəsulunun Sünnəsini alsaq qurban kəsiləcək
yerə çatana qədər ehramdan çıxmamışdır” dedi. (Buxari 1724, Muslim 3016,
1221/154)
Təməttu Həccinin İcazəli Olması
767. İmran İbn Husayn demişdir: “Allahın Kitabında təməttu (həcci)
barəsində ayə nazil olmuş və biz Peyğəmbərin yanında ona əməl etmişik.
Peyğəmbər vəfat edənədək bu ayəni haram buyuran və ya onu qadağan
edən bir ayə nazil olmamışdır. Bu haqda bir adam
52
yalnız öz fikrini
söyləmişdir.” (Buxari 4518, Muslim 3036, 1226/169).
Təməttu Edən Kimsəyə Qurban Kəsməyin Vacib Olması,
Imkan Tapmayan Kimsəyə Üç Gün Həccdə Oruc Tutması
Və Yeddi Günü Ailəsinə Döndüyü Zaman Tutmasının
Lazımlığı
52
Hədisin izahında deyilir ki, burada “bəziləri” deyildikdə Ömər və Osman nəzərdə tutulur. Belə ki, onlar
“təməttu” həccini Sünnədən hesab etmirdilər deyə, camaata “qiran” həccini yerinə yetirməyi məsləhət
bilirdilər.
329
768. Abdullah İbn Ömər demişdir: “Vida həccində Peyğəmbər həccdən
əvvəl ümrə ziyarətini yerinə yetirdi, qurbanlıq heyvanı da özü ilə gətirdi. O,
qurbanlıq heyvanı Zul Huleyfədən gətirmişdi. Peyğəmbər öncə ümrə, sonra
da həcc niyyəti ilə ihrama girdi. İnsanlar da Peyğəmbər ilə birlikdə öncə ümrə,
sonra da həcc niyyəti ilə ihrama girdilər. Onlardan kimisi qurbanlıq heyvanı
özü ilə gətirmiş, kimisi də gətirməmişdi. Peyğəmbər Məkkəyə gəlib çatdıqda
insanlara dedi: “Sizlərdən qurbanlıq heyvanları özləri ilə gətirənlər həcc
ziyarətini tamamlayanadək ihramdan çıxmasınlar; qurbanlıq heyvanları özləri
ilə gətirməyənlər isə (müqəddəs) Evi təvaf etsinlər, Səfa və Mərvə arasında səy
etsinlər, saçlarını qısaltsınlar və ihramdan çıxsınlar. Sonra (Tərviyə günü) həcc
niyyəti ilə ihrama girsinlər. Qurbanlıq tapmayanlar isə həcc günlərində üç gün
və ailəsinin yanına qayıtdıqda yeddi gün oruc tutsunlar.” (Buxari 1691,
Muslim 3014, 1227/174).
769. Aişə
, Urvəyə rəvayət etdi ki, Peyğəmbər ümrəni həccə qataraq
Təməttu həcci etdi. İnsanlar da onunla bərabər Təməttu etdilər. İbn Ömərin
hədisində olduğu kimi”. (Buxari 1692, Muslim 3042, 1228/175)
Qiran Həcci Edən Kimsənin Ehramdan Yalnız İfadə Həcci
Edən Kimsənin Çıxdığı Vaxt Çıxa Biləcəyinin Bəyanı
770. Peyğəmbərin zövcəsi Həfsə
demişdir: “Ya Rəsulullah, nə üçün
camaat ümrəni yerinə yetirdikdən sonra ehramdan çıxmış, sən isə ümrəni
yerinə yetirdikdən sonra ehramdan çıxmamısan. Peyğəmbər: “Mən saçımı
330
yapışdırmışam
53
və qurbanlıq heyvanıma nişan taxmışam, elə buna görə də
heyvanı kəsənədək ehramdan çıxmayacağam.” (Buxari 1566, 1725, 5916,
Muslim 3043, 3047, 1229/179)
Mühasirə Səbəbilə Ehramdan Çıxmanın Və Qiran Həccinin
İcazəli Olması
771. Abdullah İbn Ömər (Şam) ordusu fitnəsi ilində ümrə etmk üçün Məkkə
istiqamətinə yola çıxdığı zaman (oğullarının o, il həcc etməməsinin daha
xeyirli olacağını söyləmələrinə) cavabən: “Əgər mən Beytə yaxınlaşmaqdan
qadağan olunsam biz də Rəsulullah ilə bərabər etdiyimiz kimi edəriz
buyurdu və Ümrə niyyətiylə (Zul Huleyfədən) Ehrama girib təlbiyyə etdi.
Çünki Peyğəmbər də Hudeybiyyə ili belə bir ümrə niyyətilə ehrama girib
təlbiyyə etmişdir. Sonra Abdulah İbn Ömər öz işində götür qoy edib dedi:
“Ehrmamdan çıxmanın icazəsi Ümrə ilə həccin durumu eynidir, aralarında bir
fərq yoxdur. Sonra üzünü yoldaşlarına yönəldib dedi: “Ümrə ilə həccin
durumu ayrı ayrı deyil, birdir. Mən sizləri şahid tuturam ki, Mən ümrə ilə
həcci özümə vacib etdim. (Qiran həccini niyyət etdi) Məkkəyə çatdıqda ümrə
və həcc üçün bir təvaf etdi və bunu özünə kifayət bilib qurbanını kəsdi”.
(Buxari 1813, Muslim 3048, 1230/180)
53
Bunu ona görə edirdilər ki, uzun saçlar ziyarət edən adama maneə olmasın, habelə onu bit, birə, taxtabiti,
gənə və başqa bu kimi həşəratlardan qorusun.
331
772. İbn Ömər Həccacın, İbn Zubeyr ilə hərb etmək üçün (Məkkəyə) gəldiyi
il həcc etmək istədi. Ona deyildi: “İnsanlar arasında bir hərb olduğu zaman biz
onların səni həcc etməkdən saxlayacaqlarından qorxuruq”. İbn Ömər: “Allahın
Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox
zikr edənlərə gözəl nümunədir” (əl-Əhzab 21) Əgər (Beyti) həcc etməkdən
saxlayarlarsa o zaman mən də Rəsulullahın etdiy kimi edərəm. Mən sizləri
şahid tuturam ki, mən ümrə etməyi özümə vacib bildim. Sonra da yola çıxdı.
Nəhayət (Zul Huleyfədə) olan Beyda meydanına çatdıqda: “Həcc ilə ümrənin
halı bir şeydir (aralarında fərq yoxdur). Sizləri şahid tuturam ki, mən ümrəmlə
bərabər həcci özümə vacib etdim” dedi. Yolda Qudeyd adlanan yerdə qurbnını
aldı, apardı və bundan başqasını əlavə etmədi. Ehramı pozan bir şey etmədiyi
üçün başqa bir qurban kəsməyə ehtiyac olmadı. Arada ehrmdan çıxmadı,
ehramdan dolayı haram olan əməllərin heç biri ona halal olmadı (ehramında
qaldı). Nə saçını qısaltı, nə də qırxdı. Nəhayət qurban günü qurbanını kəsdi,
saçını qırxdı və ifadə təvafını etdi. İbn Ömər Peyğəmbərin də belə etdiyini
söylədi”. (Buxari 1640, Muslim 3051, 1230/182)
İfadə Həcci İlə Həcci Və Ümrəni Bərabər Etmək
773. Bəkr əl-Bəsridən rəvayət edir ki, Ənəs İbn Məlik dedi: “Peyğəmbər
ümrə və həcc niyyətiylə ehrama girdiyini zikr etdi”. Bunun üzərin İbn Ömər:
“Peyğəmbər həcc niyyətiylə ehrama girmişdi. Bizlər də onunla bərabər həccə
niyyət edib ehrama girdik. Məkkəyə gəldiyimiz zaman Peyğəmbər: “Kim
heyvan gətirməyibsə həccini ümrəyə çevirsin” buyurdu. Peyğəmbərin
yanında isə heyvanı vardı. Bu vaxt Əli İbn Əbu Talib Yəməndən bizim
yanımıza həcc niyyətilə ehrama girmiş olaraq gəldi. Peyğəmbər: “Nə niyyətlə
ehrama girdin?” deyə buyurdu. Əli: “Bərabərimidə əhlim (Fatimə ) də
vardır. Mən Peyğəmbərin ehrama girdiyi kimi ehrama girdim”. Peyğəmbər:
“Elə isə ehramda qal, çünki bizimlə bərabərimizdə qurbanlıq heyvan vardır”.
(Buxari 4353, 4354, Muslim 30554, 1232/185)
332
Həcc Üçün Ehrama Girərkən Məkkəyə Gələn Kimsəyə
Təvaf Və Səy
774. İbn Ömərdən soruşdular ki, ümrə ziyarətində Kəbəni təvaf etmiş, lakin
Səfa və Mərvə arasında gedib-gəlməmiş adam zövcəsi ilə yaxınlıq edə bilərmi?
O dedi: “Peyğəmbər (Məkkəyə) gəldikdə Kəbəni yeddi dəfə təvaf etdi,
(İbrahimin) dayandığı yerin arxasında iki rükət namaz qıldı və Səfa ilə Mərvə
arasında gedib-gəldi. Həqiqətən, Allahın elçisi sizin üçün gözəl örnəkdir”.
(Buxari 395, 1793, Muslim 3058, 1234/189)
Beyti Təvaf Edib, Səy Edənə Ehramda Qalmaq Və
Ehramdan Çıxmaması Haqda
775. Aişə və Əsmə rəvayət edir ki, Muhəmməd İbn AbdurRahman
İbn Nofəl əl-Qureyşi, Urvə İbn Zubeyrdən soruşdum: “Peyğəmbər artıq həcc
etmişdir?”. Aişə mənə xəbər verdi: “Peyğəmbər gəldiyində ilk etdiyi
şey ibadət olaraq dəstəmaz aldı və təvaf etdi. Sonra Peyğəmbərin bu təvaf və
səyi ümrə olmadı (Yəni, Ümrə sayıb ehramdan çıxmadı). Peyğəmbər sonra
Əbu Bəkrin həcci də: İlk olaraq başladığı şey Beyti təvaf etmək oldu. Onun
333
da bu təvafə ümrə olmadı. Sonra Ömərin həcci də: “İlk olaraq başladığı
Beyti təvaf etmək oldu. Onun da bu təvafı ümrə olmadı. Sonra Osmanın
həcci də: “İlk olaraq başladığı şey Beyti təvaf oldu. Onun da bu təvafı ümrə
olmadı. Sonra Muaviyə , Abdullah İbn Ömər və Atam Zubeyr İbn
Əvvamın etdiyi ilk Həcc əməli: “İlk olaraq başladığı Beyti təvaf oldu. Onların
da bu təvafları ümrə olmadı”. Sonra mühacirləri və Ənsarı gördüm, onlarda
belə edirdilər. Ən axrıncı belə edən kəs İbn Ömər oldu. O, da həcci ümrəyə
çevirmədi. Bu dur, İbn Ömər onların arasında olduğu halda, ondan başqa
heç kəs qalmadığ halda ondan soruşmurlar. Onlar təvaf etməyi bitirməmiş heç
bir şey etməzdilər, ehramdan çıxmazdılar. Anamı və xalamı (Məkkəyə)
gəldikləri zaman ilk gördükləri əməl Beyti təvaf etmələri və ehramdan
çıxmadıqlarıdır. Anam, Əsma Binti Əbu Bəkr deyir ki: “Mənim, bacımın
(Aişə ), Zubeyrin , filan və filanın ümrə niyyətiylə ehrama girmələri,
Həcərul Əsvədə əlləriylə toxunub təvaf və səyi etdikdən sonra ehramdan
çıxdıqlarını xəbər verdi”. (Buxari 1615, Muslim 3060, 1235/190)
776. Əsma Bint Əbu Bəkr
hər dəfə Həcun dağının yanından keçdikdə
deyərdi: “Muhəmmədə Allahın salavatı olsun! Biz onunla birlikdə buraya
gəldik. Həmin gün bizim əşyamız yüngül, minik heyvanımız və yol azuqəmiz
az idi. Mən, bacım Aişə, Zubeyr, filankəs və filankəs ümrə ziyarətini yerinə
yetirdik. Biz (ümrəni tamamlayıb) Kəbəyə toxunduqdan sonra ihramdan
çıxdıq və elə həmin axşam həcc niyyəti ilə ihrama girdik.” (Buxari 1796,
Muslim 3063, 1237/193)
Həcc Aylarında Ümrənin İcazəli Olması
777. İbn Abbas rəvayət edir ki, Peyğəmbər ilə səhabələri (Məkkəyə) həcc
niyyətilə təlbiyyə edərək Zul Hiccə ayının dördüncü günü səhəri gəldilər
yanlarında qurbanlıq heyvanlarını gətirənlər müstəsna, digərlərinə həclərini
334
ümrəyə çevirmələrini əmr etdi”. (Buxari 1085, Muslim 3068, 3071, 1240/201)
778. Əbu Cəmrə Nəsr İbn İmran əd-Dubəi demişdir: “Mən “təməttu” həccini
yerinə yetirmək istədim. Lakin bəziləri bunu mənə məsləhət görmədilər. Mən
bu haqda İbn Abbasdan soruşduqda o, mənə “təməttu” həccini yerinə
yetirməyi əmr etdi. Sonra yuxumda bir nəfərin mənə: “(Təməttu) qəbul olunan
həcc və ümrədir” dediyini gördüm. Mən bu haqda İbn Abbasa xəbər
verdikdə o dedi: “(Bu,) Peyğəmbərin Sünnəsidir. Sən mənim yanımda qal,
malımın bir hissəsini sənə verəcəyəm.”(Hədisi rəvayət edən) Şobə dedi: “Mən
(Əbu Cəmrədən) soruşdum: “Nəyə görə (o, malının bir hissəsini sənə vermək
istəyirdi?)” Dedi: “Gördüyüm yuxuya görə.” (Buxari 1567, Muslim 3074,
1242/204)
Ehrama Girərkən Qurbanlıq Heyvanı Nişanlamaq Və Belini
İşarələmək
779. İbn Abbas deyir ki: “Beyti təvaf edən kimsə ehramdan çıxmışdır” dedi.
İbn Abbas bunu haradan söylədi? – dedim. Allahın: “Onlarda (qurbanlıq
heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra
onların kəsiləcəyi yer qədim evin (Kəbənin) yaxınlığındadır”. (əl-Həcc 33) və
Peyğəmbərin Vida həcci zamanı səhabələrinə təvafdan sonra ehramdan
çıxmalarını əmr etməsindən söyləmişdir” dedi. İbn Cureyc dedi ki, mən Ataya:
“Bu ancaq Ərafatda durduqdan sonradır” dedim. Ata: “İbn Abbas Ərafatda
durmaqdan öncə və sonra da ehramdan çıxma görüşündə idi” dedi. (Buxari
4396, Muslim 3079, 1245/208)
335
Ümrədə Saçın Qısaldılması
780. Müaviyə demişdir: “Mən oxun iti ucu ilə Peyğəmbərin saçını
qısaltmışam.” (Buxari 1730, Muslim 3080, 3081, 1246/210)
Peyğəmbərin Təlbiyyəsi Və Qurbanlıq Heyvanı
781. Ənəs İbn Məlik rəvayət edir ki, Əli Yəməndən (Məkkəyə)
Peyğəmbərin yanına gəldi. Peyğəmbər: “Nə niyyətlə ehrma girib təlbiyyə
etdin?” deyə buyurdu. Əli: “Peyğəmbərin ehrama girdiyi kimi ehrama girib
təlbiyyə etdim” dedi. Peyğəmbər: “Yanımda qurbanlıq heyvanı olmasaydı
mən də ehramdan çıxardım” deyə buyurdu. Muhəmməd İbn Bəkr, İbn
Cureycdən rəvayət edir ki, Peyğəmbər Əliyə: “Ey Əli! Sən nə niyyətlə
ehrama girib təlbiyyə etdin?” deyə soruşdu. Əli: “Peyğəmbərin ehram və
təlbiyyə etdiyi kimi” dedi. Peyğəmbər: “O, zaman sən Beytə qurbanlıq hədiyə
et və ehramlı olaraq qal” deyə buyurdu. (Buxari 1558, Muslim 3085, 1250/213)
Peyğəmbərin Ümrələrinin Sayı Və Zamanının Bəyanı
782. Ənəs rəvayət edir ki, Peyğəmbər dörd dəfə ümrə ziyarəti etmişdir.
Bunlardan yalnız həcc ilə bərabər etdiyi ümrəsi müsətsna digərləri Zul Qadə
ayındadır”. Hudeybiyyədən döndüyü zaman etdiyi ümrə, ondan sonrakı il
336
etdiyi ümrə, Huneyn qənimətlərini payladığı Ciranədə etdiyi ümrə və həcc ilə
bərabər etdiyi ümrəsi” dedi. (Buxari 1780, Muslim 3092, 1253/217)
783. Zeyd İbn Ərqamdan soruşdular: “Peyğəmbər neçə döyüşdə iştirak
etmişdir?” (Zeyd) dedi: “On doqquz”. Soruşdular: “Sən onunla neçə döyüşdə
iştirak etmisən?” Dedi: “On yeddi”. Soruşdular: “Bunların hansı birinci
(döyüş) olmuşdur?” Dedi: “Useyrə və ya Uşeyr”
54
. (Buxari 3949, Muslim 3094,
1254/218)
784. Zeyd İbn Ərqam rəvayət etmişdir ki, Peyğəmbər on doqquz döyüşdə
iştirak etmişdir, o, (Mədinəyə) hicrət etdikdən sonra bir dəfə həcc ziyarətində
olmuş və bundan sonra bir daha həcc ziyarətinə getməmişdir. Bu da vida həcci
olmuşdur.” (Buxari 4404, Muslim 4796, 1254/144)
785. Mücahid demişdir: “Mən Urva İbn Zubeyrlə məscidə daxil olduqda İbn
Ömərin Aişənin hücrəsinə söykənib oturduğunu və bəzi adamların
məsciddə duha namazını qıldıqlarını gördüm. Biz İbn Ömərdən onların
qıldıqları namaz barəsində soruşduq. O: “Bidətdir” dedi. Biz: “Peyğəmbər
neçə dəfə ümrə ziyarəti etmişdir?” deyə soruşduq. Dedi: “Dörd dəfə (ümrəyə
getmişdir). Bunlardan biri rəcəb ayında idi”. Biz ona cavab qaytarmaq
istəmədik. Biz möminlərin anası Aişənin misvakla dişlərini təmizlədiyini
eşitdik. Urva: “Ana, ey möminlərin anası, Əbu AbdurRəhmanın nə dediyini
eşitmirsənmi?”. Aişə: “O nə deyir ki?” Urva: “O deyir ki, Peyğəmbər dörd
dəfə ümrə ziyarətini yerinə yetirmiş, bunlardan birini rəcəb ayında etmişdir”.
Aişə: “Allah Əbu Abdur-Rəhmana mərhəmət etsin! O ki Peyğəmbərin ümrə
54
Söhbət məkkəlilərin karvanlarına edilən basqından gedir.
337
ziyarətlərinin hamısında onun yanında olmuşdur. Peyğəmbər heç vaxt rəcəb
ayında ümrə etməmişdir”. (Buxari 1775, 1776, Muslim 3096, 1255/220)
Ramazan Ayında Edilən Ümrənin Fəziləti
786. İbn Abbas rəvayət edir ki, Peyğəmbər Ənsardan bir qadına: “Səni
bizimlə həcc etməkdən saxlayan nədir?” deyə buyurdu. Bizim bir su daşıyan
dəvəmiz vardı. Bu su dəvəsinə Əbu Fulan ilə oğlu minib həccə getdilər - əri və
oğlu – Bir su çəkmə dəvəsi tərk etdilər. Biz də onunla baxçamızı suvarırıq”
dedi. Peyğəmbər: “Ramazan olduğu zaman sən sən bir ümrə et. Çünki
Ramazan ayında edilən ümrə bir həcc kimidir və ya ona yaxındır (savabda)”
deyə buyurdu (Buxari 1782, Muslim 3098, 1256/222)
Məkkəyə Yuxarı Yolla Daxil Olmağın Və Aşağı Yoldan
Çıxmağın Və Bir Yerə Bir Yolla Girib Başqa Yolla Çıxmağın
Müstəhəb Olması
787. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər (Məkkəyə gedərkən)
Şəcərədən keçər, (geri qayıtdıqda isə Mədinəyə) Müərrəsdən (Mədinə
yaxınlığında yer adı) daxil olardı. Peyğəmbər Məkkəyə gedərkən Şəcərədəki
məsciddə namaz qılar, (Mədinəyə qayıdarkən isə) Zul Huleyfədə düzəngah bir
yerdə (iki rükət) namaz qılar və səhər açılanadək (orada) gecələyərdi.” (Buxari
1533, Muslim 3099, 1257/223)
338
788. İbn Ömər demişdir: “Peyğəmbər Məkkəyə Kəda tərəfdən, Bəthadakı
(Məkkə yaxınlığında yer) yuxarı dağ keçidindən daxil olar, (çıxanda isə) aşağı
dağ keçidindən çıxardı”. (Buxari 1575, Muslim 3099, 1257/223)
789. Aişə
rəvayət edir ki, Peyğəmbər Məkkəyə gəldiyi zaman yüksək
bir yerdən daxil olmuş, (Məkkənin) aşağı hissəsindən isə çıxmışdır”. (Buxari
1577, Muslim 3101, 1258/224)
790. Aişə
rəvayət edir ki, Peyğəmbər (Məkkənin) Fəthi ili Məkkəyə
təpə yolundan girdi və çıxarkən də Məkkənin yuxarı tərəfində olan Kudadan
çıxdı”. (Buxari 1578, Muslim 3102, 1258/225)
Məkkəyə Girmək İstədikdə Zu Tuvada Gecələməyin, Ora
Girmək Üçün Yuyunmağın Və Məkkəyə Gündüz Girməyin
Müstəhəb Olması
791. İbn Ömər rəvayət edir ki, Peyğəmbər Zu Tuva adlanan yerdə gecəni
keçirib səhərə çıxdı. Sonra Məkkəyə daxil oldu. Nəfi deyir ki: “İbn Ömər də
belə edərdi”. (Buxari 1574, Muslim 3103, 1259/226)
792. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər Məkkəyə gələrkən Zu
Tuva vadisində (Məkkə yaxınlığında yer) dayanıb gecəni orada keçirər və
səhər açılanda sübh namazını qılardı. Peyğəmbərin namaz qıldığı həmin yer (o
339
vadidə) sonradan məscid tikilmiş yerdə deyil, ondan aşağıda böyük bir təpədə
yerləşir. (Buxari 491, Muslim 3105, 1259/218)
793. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər (namaz qılarkən)
üzünü Kəbə istiqamətində yerləşən hündür dağ arasındakı iki keçidə tərəf
çevirərdi. (İbn Ömər namaza durduğu zaman və sonralar) orada tikilmiş
məscid təpənin kənarındakı məscidin sol tərəfində qalırdı. Peyğəmbərin
namaz qıldığı yer isə bu məsciddən aşağıdakı qara təpədə yerləşir. O təpədən
on ərəşn (dirsəkdən barmaqucuna qədər olan məsfə) aralandıqdan sonra
səninlə Kəbə arasında yerləşən dağın iki keçidinə tərəf üz tutub namaz qıla
bilərsən. (Buxari 492, Muslim 3106, 1260/229)
Dostları ilə paylaş: |