Ali-Muhammedin sirleri indd


İmam Əlinin (ə) mübarək ömrünün son ilində söylədiyi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə103/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   99   100   101   102   103   104   105   106   ...   410
Ali-Muhemmedin sirleri

İmam Əlinin (ə) mübarək ömrünün son ilində söylədiyi 
xütbəsi
Aban Süleymdən nəql edir: “Möminlərin əmirinin (ə) ətrafında oturmuş-
duq. Bir dəstə  səhabəsi də yanında idi. Onlardan biri dedi: “Ey Möminlərin 
əmiri! Kaş ki, camaatı döyüşə çağırardın!”
Əli (ə) ayağa qalxdı  və xütbə söylədi: “Bilin ki, mən sizi döyüşə  dəvət 
etdikdə siz qaçdınız. Sizə nəsihət verdim, amma siz qəbul etmədiniz. Sizi dəvət 
etdim, amma dinləmədiniz. Siz qaib olan şahidlər, yaşayan ölülər və qulaqları 
olan karlar kimisiniz. Sizə hikmət söyləyir, şəfa verən və kifayət edən moizələrlə 
nəsihətlər verir və zülm əhli ilə döyüşməyə təşviq edirəm. Lakin sözümün so-
nuna çatmadan sizi pərakəndə halqalar kimi dağıldığınızı görürəm. Bir-birinizə 
şeir oxuyur, məsəllər çəkir və xurmanın, südün qiymətini soruşursunuz!
Əlləriniz qurusun! Döyüşdən və hazırlıqdan düşmüsünüz. Qəlbinizi döyüşü 
yad etməkdən təmizləyib rahatlaşmısınız. Onu yalanlarla, azdırıcı şeylərlə və boş 
işlərlə məşğul etdiniz. Vay olsun sizə! Onlar sizinlə döyüşmədən əvvəl siz onlarla 
döyüşün! Allaha and olsun, elə bir qövm yoxdur ki, evlərinin ortasında hücuma 
məruz qalıb zəlil olmasın. Allaha and olsun, düşmənlər bunu edənə qədər (sizin 
mənim söylədiklərimi) edəcəyinizi zənn etmirəm. Onları görmək istərdim. Ardın-
dan bəsirət və yəqinimlə Allaha qovuşar, dərdlərinizin mənə çəkdirdiklərindən və 
sizinlə məşğul olmaqdan rahatlıq tapardım. Siz çobanı itmiş dəvə sürüsü kimisi-
niz. Bir tərəfi  toplansa digər tərəfdən dağılar. Allaha and olsun, əgər döyüş qızışsa 
və ölüm qorxusu yaxınlaşsa başın yarılıb açılması və qadının doğum əsnasında 
uşağından ayrılması kimi Əli ibn Əbu Talibdən ayrılacağınızı görən kimiyəm”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin