Müəllif: Suleym ibn Qeys Hilali
Tərcüməçi: Taleh Abbasov
Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
DK-624/A saylı, 06 avqust 2015-ci
il tarixli məktubu ilə
çap olunmasına razılıq verilmişdir.
ALİ-MUHƏMMƏDİN SİRLƏRİ
Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafi ya Mərkəzi, 2015, 312 s.
© T. Abbasov, 2015
SÜLEYMİN KİTABI İSLAMDA YAZILMIŞ
İLK KİTABDIR
Allahın kitabı Qurani-Kərimdən və Əhli-Beytin (ə) sahib olduğu mirasdan
başqa müsəlman aləmində Süleym ibn Qeys əl-Hilalinin qələmə aldığı bu ki-
tabdan daha qədimi yoxdur. Bu da kitaba digərlərinə nisbətdə xüsusi əzəmət
bəxş edir. Kitabın müəllifi etiqad və İslam tarixi
barədə düşünən ilk yazar ol-
maqla qısa zaman kəsiyində böyük bir işi həyata keçirə bilmişdir.
Həmçinin Süleymin qələmə aldığı tarixi zaman kəsimi İslamın ən əhə-
miyyətli, Peyğəmbərdən (s) sonra ümmət arasında əsrlərdən bəri davam edən
fi kir ayrılıqlarının mənşəyi sayılacaq dövrdür. Bu cəhətdən də Süleymin kitabı
həmin dövrdə baş verən hadisələrə aydın və parlaq işıq salır.
Həmçinin Süleymin hədislərin seçilməsinə və dəqiqləşdirilməsinə xü-
susi diqqət göstərdiyi də kitabın mövzularından və baş vermiş hadisələrin
əhəmiyyətindən də görünür. Aşağıda hədis kitablarında qeyd edilən,
lakin heç
bir kitabda Süleymdən əvvəl zikr edilməyən əhəmiyyətli tarixi hadisələri qeyd
edirik:
1. Qədir Xum hadisəsi;
2. Səqəleyn hədisi;
3.
Mənzilət hədisi;
4. Səfi nə (Nuhun gəmisi) hədisi;
5. Hittə qapısı hədisi;
6. Kövsər hovuzu hədisi;
7. Qapıların bağlanması hadisəsi;
8. Kisa hədisi və “Təthir” ayəsi;
9. Mübahələ hadisəsi;
10. Peyğəmbərin (s) yazmaq istədiyi vəsiyyət hadisəsi.
Diqqətəlayiq haldır ki, bu hədislər fərqli yollarla və fərqli şəxslərdən on
illərdən
sonra həm əhli-sünnə, həm də əhli-şiə hədis və tarix kitablarında qeyd
edilməyə başlanmışdır. Lakin bu kitablardan əsər olmadığı bir dövrdə həmin
hadisələr incəliyi ilə Süleymin kitabında öz əksini tapmışdır.
4
Suleym ibn Qeys Hilali
Kitabda həmçinin İslam, iman, onun şərtləri və dərəcələri, Allahın
höccətləri, Allahın kitabının təfsiri, xilafət və imamət barədə müsəlmanların
əqidələri, vilayət, on iki İmamların şəxsiyyətləri, elmin bəyanı,
digər səmavi
kitablarda qeyd olunmuş bəzi məsələlər, cənnət və cəhənnəm kimi əhəmiyyətli
etiqadi mövzular öz əksini tapmışdır.
Bununla yanaşı xüsusi əhəmiyyət kəs edən tarixi hadisələr, Peyğəmbərin (s)
Bədr, Ühüd, Xeybər, Xəndək, Hüneyn, Təbuk kimi savaşlarından, Hüdeybiyyə
sülhü və Məkkənin
fəthi hadisələrindən, İmam Əlinin (ə) rəhbərliyi altında baş
vermiş Siffi n, Nəhrivan və Cəməl savaşlarından geniş bəhs edilir. Həmçinin İs-
lam tarixinin xilafət məsələləri, səhabələrin şəxsiyyəti və s. məsələlər oxucuya
həmin dövr barədə geniş təəssürat bəxş edir.
Bu və digər üstün xüsusiyyətlərin nəticəsində Uca Allah onun bu əməlini
qorumuş, artırmış və bu günümüzə çatdırmışdır.