MULKI MÜDAFİƏ
TİBBİ XİDMƏTİNİN
TƏŞKİLİ
Bakı - 2008
O
AQİL HİDİ oğlu MUSAYEV
MÜLKİ MÜDAFİƏ
TİBBİ XİDMƏTİNİN TƏŞKİLİ
BAKI-2008
ATU-nun Mülki Müdafiə Tibb Xidməti Kursunun müdiri, e.o. tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi Ələkbərov Müzəffər Zülfüqar oğlu
Bakı Slavyan Universiteti Tibbi Biliklərin Əsasları və Mülki Müdafiə kafedrasının müdiri,.dosent Nəzərov Mi-böyət Məmməd oğlu
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tibbi Biliklərin Əsasları kafedrasının müdiri, professor Feyzullayeva Tamilla Ələkbər qızı
Redaktor: Ələkbərov Zülfüqar Müzəffər oğlu
Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci il tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır.
«TƏBİB» NƏŞRİYYATI
M13050600002008 T- 038(13)
© A.H.Musayev
Azərbaycan Respublikası 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür və beynəlxalq miqyasda keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Birləşmiş Millətlər Təşkilatı 1990-2000-ci illəri təbii fəlakətlərlə mübarizə onilliyi elan etmişdir. Həmin vaxtdan bəri hər il oktyabrın 13-ü Beynəlxalq Təhlükəsizlik günü kimi qeyd olunur. Əsas məqsəd bütün ölkələrin vətəndaşlarını öz ölkələrində, yaşadıqları bölgələrdə ən çox ehtimal olunan və baş verən təbii fəlakətlərə qarşı mübarizəyə hazırlamaqdır.
Son illər beynəlxalq təşkilatlar maraqlı bir açıqlama yaymışdır. Belə ki, kokret götürülmüş hər hansı bir dövrdə təbii fəlakət, iri nəqliyyat və istehsalat qəzaları zamanı insan tələfatı, insanların səhhətinin və normal həyat fəaliyyətinin pozulması, əhəmiyyətli maddi itkilər müharibə və ya hərbi münaqişələrin nəticələri ilə müqayisədə qat-qat çoxdur. Təbii ki, insan fəlakəti, müxtəlif dərəcəli xəsarətalma halları mülki əhali arasında daha çoxdur. Ona görə də mülki əhali üçün vaxtında və tam həcmdə tibbi göstərişlərə uyğun olaraq tibbi yardımın təşkili əsas vəzifə olmalıdır. Dövlətimizin bu sahəyə diqqəti müstəqilliyimiz dövründə daha da artmışdır.
Belə ki, AR-m Milli Məclisi 1997-ci ildə «Mülki Müdafiə haqqında Qanun» qəbul etdi. Bu qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 saylı fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər kabineti 25. IX. 98-ci il tarixdə Mülki Müdafiənin təmin edilməsi məqsədilə 193 saylı qərar qəbul etmişdir. Bu sahədə dövlət siyasətini daha uğurla həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə ölkəmizdə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Yaradıldığı qısa müddət
ərzində FHN-yi bu sahədə xeyli iş görmüş, qabaqcıl dövlət və beynəlxalq təşkilatlarla hər tərəfli əməkdaşlıq qurmuşdur. Bir sözlə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Ali məktəblər haqqında əsasnaməyə görə Mülki Müdafiə fənni dövlətin xüsusi fənni kimi ali təhsil sistemində mühüm yer tutur və bu fənnin tibb xidmətinin ali təhsilli tibb mütəxəssisləri ilə təmin olunmasında Azərbaycan Tibb Universitetinin üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, bu dərslikdən təkcə tələbələr deyil, həmçinin bu sahənin mütəxəssisləri də faydalanacaqlar.
Dərs vəsaitinin daha da təkmilləşdirilməsi məqsədi ilə oxucular tərəfindən edilən rəy, təklif və arzular müəllif tərəfindən hörmətlə qarşılanacaqdır.
Müəllif
I FƏSİL
MÜLKİ MÜDAFİƏNİN VƏZİFƏLƏRİ
VƏ STRUKTURU
^Mülki Müdafiə sülh və müharibə şəraitində mülki əhalinin, xalq təsərrüfatı obyektlərinin kütləvi qırğın silahlarından və düşmən hücumundan qorunması, eyni zamanda zədə ocaqlarında aparılan xilasetmə işlərini həyata keçirən ümumdövlət tədbirlərinin tərkib hissəsidir./MM qarşısında aşağıdakı vəzifələr durur:
Mülki əhalini kütləvi qırğın silahlarının təsirlərindən və düşmən hücumundan qorumaq;
Hərbi dövrlərdə xalq təssərüfatı obyektlərinin normal iş rejimini təmin etmək;
Təbii fəlakət, iri qəzalar zamanı təxirəsalınmaz xilasetmə və bərpa işlərini həyata keçirmək və sairə.
Bu kimi vəzifələrin həyata keçirilməsi üçün əvvəlcədən bir sıra tədbirlər həyata keçirilməlidir. Belə ki, öncə əhalinin kütləvi qırğın silahlarından mühafizəsi üçün sığınacaqlar tikilməli, fərdi mühafizə vasitələr ehtiyatı yaradılmalı və onlardan istifadənin əhaliyə öyrədilməsi, əhalinin şəhərətrafı əraziyə təxliyyəyə hazırlanması və onlara ilk tibbi yardımın öyrədilməsi təşkil olunmalıdır.
İdarə, təşkilat və iri sənaye obyektlərinin hərbi dövrlərdə normal iş rejiminin təşkili üçün müxtəlif tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, fəhlə və qulluqçular üçün sığınacaqlar tikilməsi, avadanlıq və dəzgahlarm nüvə silahının zədələyici təsirlərindən mühafizəsi, xilasetmə tədbirləri əlaqədar olaraq Mülki Müdafiənin qüvvə və vasitələri, idarəetmə qurumları əvvəlcədən hazırlanması mühüm vəzifələrdən biridir. Bu tədbirlərin vaxtında həyata keçirilməsi əhalinin xilas edilməsinə, xəsarətalmışlara tibbi yardımının göstərilmə və onların ocaqlardan təxliyyə olunmasına müsbət təsir edir. Ona görə ocaqlarda fasiləsiz kəşfiyyatın aparıl-
-5-
ması, MM qüvvə və vasitələrinin xilasetmə işlərinə daha tez cəlb edilməsi, xidmətlər və qərargahlar arasında əlaqənin qüzgün təşkili çox vacibdir.
Mülki Müdafiənin fəaliyyətini şərti olaraq 3 dövrə ayrılır.
Sülh dövrü.
Düşmən hücumu, təbii fəlakət və iri qəza təhlükəsi dövrü.
Düşmən hücumu, təbii fəlakət və iri qəzanın nəticələrinin aradan qaldırılması dövrü.
Fəaliyyətin 3 dövrə ayrılması işlərin həcmi və xarakteri, eyni zamanda müxtəlif şəraitdə tədbirlərin ardıcıllığı ilə izah olunur. Mülki Müdafiə ərazi-istehsalat prinsiplərinə görə təşkil olunur. Bütün tədbirlərin planlaşdırılması və keçirilməsi şəhər, rayon, idarə və təşkilatlar üzrə həyata keçirilir.
Azərbaycan Respublikasının hər bir vətəndaşı fövqaladə hallarda keçirilən bütün tədbirlərdə fəal surətdə iştirak etməli və Mülki Müdafiə işini ümumixalq işi hesab etməlidir.
Dostları ilə paylaş: |