Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»


XƏSARƏTALMIŞ ƏHALİNİN MÜALİCƏ-TƏXLİYYƏ TƏMİNATININ TƏŞKİLİ ƏSASLARI



Yüklə 0,75 Mb.
səhifə6/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   60
A.MusayevM.M

XƏSARƏTALMIŞ ƏHALİNİN
MÜALİCƏ-TƏXLİYYƏ TƏMİNATININ
TƏŞKİLİ ƏSASLARI

Ümumdünya tarixi təcrübəsində yaralı və xəstələrin müharibə meydanlarından təxliyyəsi yalnız işğal təhlükəsi olduqda həyata keçirilirdi. Çünki ehtiyacı olanlara tibbi yardım həmin yaşayış məntəqəsində həyata keçirilirdi. 1941-1945-ci il müharibəsi buna sübutdur. Faktiki bir müalicə-təxliyyə mərhələsi mövcud idi.

Hal-hazırda kütləvi qırğın silahlarının meydana çıx­ması və təbii fəlakətlərin tez-tez baş verməsi müalicə-təxliyyə tədbirləri xarakterində dəyişiriklər etmək zərurəti yaratdı. Yaranmış ocaqlar üçün qısa müddətdə çoxlu sani­tar itkilər və kombinasiyalı zədələnmələrin xüsusi çəkisinin artması, tibbi müəssiələrin dağılması nəticəsində iş rejimi­nin kəskin şəraitdə pozulması, infrasturukturun işinin iflic vəziyyətə düşməsi, ətraf mühitin radiaktiv və kimyəvi mad­dələrlə çirklənməsi, ərazidə sanitar-epidemioloji vəziyyətin gərginləşməsi tibbi xidmətin işini çətinləşdirir. Belə şəraitdə ilk tibbi yardım göstərilmiş əhaliyə digər tibbi yardım növ­ləri şəhərətrafı ərazidə təşkil olunmalıdır.

Müalicə-təxliyyə təminatı dedikdə xəsarətalmışlara tibbi yardımın göstərməsi ilə müştərək olaraq təxliyyə təd­birlərinin təşkili başa düşülür. Müalicə-təxliyyə təminatının əsasını mərhələli müalicə sistemi təşkil edir. Mərhələli müa­licə sistemində özvaxtlı, ardıcıllıqla və qəbuledici prinsiplər mühüm əhəmiyyətə malikdir və xəstəxana bazasına qədər təxliyyə tədbirləri ilə birgə həyata keçirilərkən mütləq nəzə­rə alınmalıdır.

Mülki Müdafiə Tibb Xidmətində 2 mərhələli müalicə sistemi vardır. 1-ci tibbi-təxliyyə mərhələsi fövqəladə və­ziyyət elan olunmuş əraziyə və ya oraya yaxm ərazidə açıl

-14-

mış ilk həkim yardımı dəstəsi sayılır. Bu mərhələdə ehtiyacı olanlara ilk həkim yardımı göstərilir və onları növbəti 2-ci mərhələyə hazırlayırlar. Müalicə-təxliyyə sistemində 2-ci mərhələ şəhərətrafı və ya təhlükəsiz yerlərdə təşkil olunmuş xəstəxana bazasında həyata keçirilir. Bu bazada xəsarətal- mışlara təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardım göstərilir.



İlk tibbi yardım birbaşa ocaqlarda özü-özünə və ya yoldaşına qarşılıqlı yardım qaydası əsasında, sanitar post və sanitar drujinalarm şəxsi heyəti tərəfindən göstərilir. İlk tibbi yardım göstərməkdə əsas məqsəd həyat üçün təhlükə yaradan fəsadların aradan götürülməsidir.

İlk həkim yardımı həkimlər tərəfindən 1-ci mərhələdə yerinə yetirilir. Xəsarətalmışlarda yaxın müddətlərdə fəsad­ların inkişafının qarşısı almır və onları növbəti təxlyyəyə hazırlayır.

Təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardım xəstəxana bazasının müəssisələrində göstərilir. Təkmilləşdi­rilmiş tibbi yardım xəstəxana bazasının geniş profilli cərrah və terapevtləri tərəfindən göstərilir. Məqsəd inkişaf edə bi­ləcək fəsadların qarşısını almaq, müalicə və tam sağalmaq üçün əlverişli şərait yaratmaqdan ibarətdir.

İxtisaslaşdırılmış tibbi yardıma İTYB və İTYD-in mütəxəsisləri cəlb olunurlar. İxtisaslaşdırılmış tibbi yardım ali tibb yardım hesab olunur və tibb xidməti bu tibbi yar­dımı yerinə yetirməklə müalicə işi başa çatdırılır.

Tibbi-təxliyyə tədbirlərinin yerinə yetirilməsində aşağıda göstərilən tələblərə riayət olunmalıdır:

1-ci. Vaxtında tibbi yardımın göstərilməsi;



  • Xəsarətalmışlara qüvvələrin maksimal dərəcədə yaxın­laşması.

  • Xəsarətalmışlann dəqiq axtarılması və yerində ilk tibbi yardımın göstərilməsi;

- İlk tibbi yardımın göstərildikdən sonra ocaqdan çıxa­rılması;

-Bütün növ nəqliyyat vasitələrindən istifadə etməklə xə- sarətalmışları ilk həkim yardımı dəstəsinə təxliyyə et­mək və İHYD- dən də xəsarətalmışları şəhərətrafı əra­ziyə təxliyyə etməkə



  1. ci Xəsarətalmışların müalicəsində qəbuledicilik:

-Xəsarətalmış orqanizmdə baş verən proseslərin etio-

logiya və patogenezi haqqında vahid anlayışların olması;

-Xəsarətalmışların müalicəsində tibbi yardımın göstə­rilməsi prinsiplərinə vahid baxış və xəsarətalmışa aid sənədlərin eyniliyi.


  1. ci. Tibbi təxliyyə zamanı işin ardıcıllığı dedikdə xəsa- rətalmışların tibbi çeşidləməsi başa düşülür. Bu faktor eyni vaxtda çoxlu miqdarda yaralı və xəstə daxil olduqda çox böyük əhəmiyyət kəsb edir və daxil olanların hamısına tbbi göstərişə uyğun növbəlilik əsasında tibbi yardım göstərilmə­si dəqiqləşdirilir.

Yaralı və dəstələrin eyni müalicə-profılaktik tədbirlərlə tibbi yardım həcmini, tibbi göstərişə əsasən qruplara ayrıl­masına yönəldilmiş kompleks tədbirlər sistemi tibbi çeşid­ləmə adlanır. Tibbi çeşidləmənin 2 növü var. 1. Məntəqədaxili. 2. Təxliyyə-nəqiliyyat. Məntəqədaxili çeşidləmə hazırki mərhələdə tibbi yardım göstərilməsi növbəlili və hansı şö­bəyə daxil olmasını müəyyənləşdirmək üçün bütün tibbi təx­liyyə mərhələlərində keçirilir.

Təxliyyə-nəqiliyyat çeşidləməsi təxliyyə təyinatı, növ- bəlilyi, üsul və vasitələrini təyin etmək üçün İHYD-in şöbə­lərində, baş və çoxprofilli xəstəxanaların çeşidləmə mey­dançalarında həyata keçirilir. Çeşidləmənin nəticələrijbr- ma 100-də, yəni ilkin tibbi kartoçkada qeyd olunmalı və çeşidləmə nişanları ilə dəqiqləşdirilməlidir (şək. 1). Çeşid­ləməni çeşidləmə briqadası həyata keçirir və briqadanın





İİKİn Tibbi Kartoçuanın asası


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin