l-1. Təhlükəli amillərin toplanma mərhələsi.
Fövqəladə halm növündən asılı olaraq bu mərhələnin müddəti bir sutkadan bir neçə on ilə qədər ola bilər. Bu amillər təhlükəli və zərərli təsir mənbələrində tədricən yığılırlar.
Zəhərli və radioaktiv maddələrin müəyyən bir ərazidə yığılması, onların mühitə yayılması, tikili və qurğuların layihə-istehsalat defektlərinin artması, texnoloji proseslərin aparılmasında norma və qaydalardan kənara çıxması, hərbi fəaliyyət, sosial-siyasi münaqişələr və s. bu qəbildəndir.
42. Fövqəladə halın başlanmasına təkanvermə mərhələsi.z
Bu mərhələ təhlükəli amillərin həddindən artıq yığılması və böhranqabağı vəziyyətə xas olan əlamətlərin meydana gəlməsi ilə fərqlənir.
Məsələn, dəmir yolu nəqliyyatında meydana gələn qəzaların çoxusunun əsas səbəbləri əmək intizamının aşağı olması, vaqon, lokomativ və dəmir yollarının işlənib köhnələnərək yararsız hala düşməsidir.
Sənayə, tikinti və s. sahələrində FH-m başlanmasına təkanvermə mexanizminin rolunu nəzarət-ölçü cihazların nasazlığı, yanğın siqnalizasiya sisteminin sıradan çıxması, elektrik naqillərinin qısa qapanması və partlayıcı maddələrin detonasiyası oynaya bilər.
Dostları ilə paylaş: |