Mülki Müdafiənin strukturu.
Mülki Müdafiənin strukturunun əsas elementlərinə rəhbərlik, qərargahlar, komissiyalar və MM-in qüvvələri aiddir.
Rəhbərliyə bütün səviyyələrdə MM üzrə rəislər aiddir. Onlar özündən yuxarı rəislərin göstərişini gözləmədən əhalinin, obyektlərin kütləvi qırğın silahlarından mühafizəsini təşkil etməli, düşmənin hücum təhlükəsi zamanı əhalini xəbərdarlıq etməli və düşmən hücumunun nəticələrinin aradan qaldırılmasını təşkil etməlidir.
Mülki Müdafiə qərargahları hər bir idarə və təşkilat tərkibində yaradılır və əsas idarəetmə orqanı sayılır. Qərargahlar rayon və şəhər Mülki Müdafiə rəislərinə və Mülki Müdafiə rəisləri isə yuxarı qərargah rəislərinə tabedir və öz işini onların qərarları əsasında qurur.
Fövqaladə Hallar üzrə komissya şəhər və rayon icra hakimiyyətləri nəzdində yaradılır və komissyanm sədri icra başçılarının 1-ci müavinidir. Bu komissyaların tərkibinə bütün xidmətlərin nümayəndələri daxildir.
Mülki Müdafiə tərkibində bazaların sayı və yerli şəraitə uyğun olaraq aşağıdakı xidmətlər yaradılır: sığınacaq, rabitə, yanğından mühafizə, tibbi, mühəndis, kimyəvi və radiasiya əleyhinə, nəqliyyat, kommunal-texniki, ictimai asayişin qorunması, ictimai iaişə, bitki və heyvanların mühafizəsi və başqaları. Hər bir xidmət xüsusi tapşırıqları yerinə yetirilməsi üçün qüvvə və vasitələrə malikdir. Xidmət rəisi vəzifələrinə icra strukturlarının müvafiq şöbə rəisləri təyin olunur.
Mülki Müdafiə qüvvələrinə birləşmələr, müəssisələr və hərbi hissələr aiddir. Mülki Müdafiənin əsas qüvvəsi idarə və təşkilatlar hesabına yaradılan hərbiləşdirilməmiş birləşmələrdir. Hərbiləşdirilməmiş birləşmələr idarə və təşkilatlarda fəhlə və qulluqçuların hesabına yaradılır. Bu zaman kişilər üçün 16-dan 50 yaşa, qadınlar üçün 16-dan 55 yaşa qədər yaş senzi qoyulur. Bu birləşmələrə I-II qrup əlilər, hamilə qadınlar, 2 yaşa qədər uşağı olan qadınlar qəbul olunmurlar. Birləşmələr zəruri əmlak və nəqiliyyat vasitələri ilə təmin edilməlidir və 2 qrupa ayrılır:
Ümumi təyinatlı birləşmələr;
Xidməti birləşmələr;
Ümumi təyinatlı birləşmələrə komanda, qrup, xilasedici və mexanikləşdirilmiş dəstələr aiddir.
Xidməti birləşmələr ocaqda xüsusi tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. Rabitə qrupları, yanğın əleyhinə komandalar sığınacaqlara xidmət göstərən qruplar, avto dəstələr, ictimai asayişi qoruyan komandalar, sanitar post və sanitar drujinalar, kənd rayonlarda flora və faunanın mühafizəsi qrupları xidməti qruplara aiddir.
Mülki Müdafiə Tibb Xidmətinin təyinatı və vəzifələri.
Dostları ilə paylaş: |