Mülki Müdafiə Tibb Xidmətinin qüwə və vasitələri.
Tibb Xidmətinin qüvvələrinə tibbi müəssisə və tibbi qurumlar aiddir və 2 yerə ayrılır.
Obyektlər, idarə təşkilat üzrə-sanitar post (SP), sanitar drujina (SD)
Ərazi üzrə tibbi müəssisələr-İlk Həkim Yardımı Dəstəsi, (İHYD), Səyyari Epidemiya əleyhinə Dəstə (SEƏD), İxtisaslaşdırılmış Tibbi Yardım Briqadası İTYB), İxtisaslaşdırılmış Tibbi Yardım Dəstəsi.
(İTYD), İxtisaslaşdırılmış Epidemiya Əleyhinə Briqada (İEƏB), Səhra İnfeksion Qospitalı (SİQ), Epidemioloji Kəşfiyyat qrupu (EKQ),
Sanitar post - SP - 4 nəfərdən ibarətdir, post rəisi və 3 nəfər sanitar drujinaçı.
Sanitar post üçün aşağıdakı təhcizat nəzərdə tutulmuşdur: sanitar çanta, aptekcə, sanitar xərəklər, yük üçün qayışlar, fərdi mühafizə vasitələri, Qırmızı Aypara və Xaç olan qol nişanları.
Sanitar post ekstremal şəraitdə xəsarətalmışlara ilk tibbi yardım göstərir.
Sanitar drujina 24 nəfərdən ibarətdir: komandir, siyasi işlər üzrə müavin, rabitəçi, sürücü və hərəsində 4 nəfər olmaqla 5 manqası. Əsas vəzifəsi ocaqlarda yaralıların axtarılması və ilk tibbi yardımın göstərilməsi, ocaqdan çıxarılmaqla nəqliyyat vasitələrinə yüklənməsini həyata keçirməkdən ibarətdir. Sanitar drujina İHYD və SEƏD-in tərkibində ocaqlarda fəaliyyət göstərir və 1 saat ərzində 50 nəfərə ilk tibbi yardım göstərə bilər. Bakterioloji ocaqlarda sanitar drujina 1500 nəfər arasında müşahidə aparmalıdır. Xəstəxanalarda isə sanitar drucina yaralı və xəsarətalmışla- ra qulluq etməlidir.
İlk Həkim Yardımı Dəstəsi (İHYD).
tİHYD-si tibbi xidmətin əsas qurumlarından biridir. Bu qurum səhiyyənin xəstəxana, poliklinika və müəssisələrin tibbi-sanitar hissələrinin bazasında yaradılır.) Əsas təyinatı yaralı və xəstələrə ilk həkim yardımının göstərilməsidir^ İlk həkim yardımı dəstəsi idarə və 8 şöbədən-qəbul çeşidləmə, əməliyyat sarğı, hospital, tibbi təxliyyə, hissəvi sanitar təmizləmə və ayaqqabı, paltarların dezaktivasiyası, tibbi təchizat, labaratoriya və təsərrüfat şöbələrindən ibarətdiıy Ştatda 8 həkim, orta tibbi heyət, 2 sanitar drujina, sanitarlar və təsərrüfat heyəti vardır. Dəstə tibbi təchizatında tibbi, xüsusi və sanitar təsərrüfat əmlakı, elektrostansiya, radiostansiya, fərdi dozimetrlər, kimyəvi kəşfiyyat cihazı, xilasedici texnika və nəqliyyat vasitələrinə malikdir.
İxtisaslandırılmış Tibbi Yardım briqadası (İTYB) və İxtisaslandırılmış Tibbi Yardım Dəstəsi (İTYD) kinik profilli elmi-tədqiqat inistitutları, tibb universitetləri, həkimləri təkmilləşdirmə inistitutlarmm bazasında yaradılır. İTYB və İTYD-in əsas vəzifəsi şəhərkənarı zonada yaralı və xəstələr təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardım göstərmək ibarətdir. Heyəti 5 nəfər, 2 həkim, 2 orta tibbi heyət və
sürüjüdən ibarətdir. Tibbi təjhizatı təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın tələbatına uyğun olmalıdır.
Səyyari Epidemiyaəleyhinə Dəstələr (SEƏD).
SEƏD epidemiologiya, gigiyena və mikrobiologiya inistitutlarmın bazasında yaradılır. SEƏD-in əsas vəzifəsi fövqaladə vəziyyət elan olunmuş ərazidə sanitar-gigiyenik və epidemiyaəlyhinə tədbirlər həyata keçirməkdən ibarətdir və tərkibində idarə və 3 şöbə var: sanitar-epidemioloji, laboratoriya və dizenfeksiya şöbəsi. Laboratoriya şöbəsinin tərkibində bakterioloji, sanitar-kimyəvi və radioloji bölmələri və 1 sanitar drujina var. Dəstə dizenfeksiya-duşxana avtomobili və ya qurğusu, laboratoriya əmlakı, dozimet- riya aparatları, fərdi mühafizə vasitələri və avtonəqilyyatla təmin edilir.
Dostları ilə paylaş: |