İxtisaslaşdırılmış Epidemiyaəleyhinə Briqada (İEƏB).
Taunəlehinə stansiya və ya institutların bazasında yaradılır. Əsas vəzifəsi bakterioloji ocaqda epidemiyaəleyhinə kompleks tədbirlər təşkil etməkdir və 2 şöbədən: epidemiyaəleyhinə və bakterioloji şöbələrdən ibarətdir Briqadaya rəis və siyasi işlər üzrə müavin rəhbərlik edir.
Səyyari İnfeksion Hospital (SİH).
İnfeksion xəstəxanaların bazasında yaradılır və yoluxucu xəstəliklərin stasionar müalicəsi üçün nəzərdə tutulmuşdur. Tərkibində qəbul-diaqnostika, 2 müalicə şöbəsi (bağırsaq və tənəfüs infeksiyası), kliniki bakterioloji və bakterioloji laboratoriya, aptek, dizenfeksiya - yuyucu qurğular və köməkçi hissələr var. Hospital rəhbərliyində rəis, siyasi işlər üzrə müavin və təsərüfat üzrə köməkçi ştatı var.
Epidemioloji Kəşfiyyat Qrupu (EKQ).
Bu qurum epidemiologya və mikrobiologiya müəssisələrinin bazasında yaradılır və tərkibində epidemioloq, feldşer, laborant və sürücü-sanitar vardır. Qrup ocaqlardan və ətraf mühitdən müxtəlif müayinə materialları götürür. Təhcizatmda sınaq götürmək üçün müxtəlif dəstlər və 1 ədəd avtonəqliyyat vardır.
Fövqəladə hallar zamanı tibb xidmətinin müəssisələri aşağıdakılardır:
Baş xəstəxana;
Çoxprofilli xəstəxana;
Profılləşdirilmiş xəstəxanalar (travmataloci, terapevtik, torako-abdominal, infeksion, psixonevroloji)
Qan köçürmə stansiyaları;
Sanitar-epidemioloji stansiyalar;
Tibbi təhcizat orqanları;
Mülki Müdafiə Tibb Xidmətinin əmlakı 3 yerə ayrılır:
Tibbi əmlak;
Sanitar-təsərrüfat əmlakı;
Xüsusi əmlak.
FƏSİL
Dostları ilə paylaş: |