3. Fövqəladə hal prosesinin gedişi mərhələsi.
Bu mərhələdə risk amilləri (enerji yaxud cisimlər) artıq öz mənfi təsirini ətraf mühitə göstərməyə başlayırlar. Yaranmış şəraitin mürəkkəbliyi və onun qiymətləndirilməsi qeyri-mümkün olduğuna görə prosesin davametmə müddətini və nəticələrini qabaqcadan (xüsusilə onun ilkin dövründə) proqnozlaşdırmaq çətin olur.
4. Sönmə mərhələsi.
Bu mərhələ fövqəladə halın zədələyici amillərinin lo- kallaşdırma anından onun fəsadlarının tam ləğv edilməsinin sonuna qədər olan dövrü əhatə edir? Onun davametmə müddəti fövqəladə halın növündən asılıdır. Bu müddət bir neçə saat, sutka, ay yaxud on illər təşkil edə bilər.
Sönmə mərhələsinin davametmə müddəti hərbi və etnik münaqişələrdə (cəmiyyətdə müvazinət pozulur, doğum azalır, milli ədavət dərinləşir və s.) həmçinin güclü təsirli zəhərli və radioaktiv maddələrin ətraf mühitə yayılma hallarında (insanlar həm onların bilavasitə təsirinə, həm də genetik fəsadlvrına məruz qalırlar) artır.
Dünya təcrübəsində FH-ın ümumi xronoloji ardıcıllıq mərhələləri:
təhlükə;
xəbərdarlıq;
təsir;
şəraitin qiymətləndirilməsi;
qəza-xilasedici işlərin aparılması;
tibbi yardımın göstərilməsi;
xalq təsərrüfatı müəssisələrinin bərpası qəbul edilmişdir;
FH-da ərazinin coğrafi nöqtəyi nəzərdən bölünməsi də mövcuddur:
zərbə zonası;
filtrasiya zonası;
sosial yardım göstərmə zonası;
FH-lar janlı aləmə və obyektlərə bu və ya digər də- rəjədə təsir göstərən amilləri törədir. Onların təsiri nəticəsində insanlar, heyvanlar və bitkilər məhv olur, zədələnmiş əhali əmək qabilyyətini tam yaxud qismən itirir, xalq təsərrüfatı obyektləri ya tamamilə dağılır, ya da zədələnərək öz iş fəaliyyətini xeyli məhdudlaşdırmağa məjbur olur və bunlara zədələyici amillər deyilir. Onların insanlara və obyektlərə eyni bir vaxtda təsiri nətijəsində meydana gələn zədə- lənmələr kombinəolunmuş xarakter daşıyırlar.
FH-m əsas zədələyici amillərinə: 1) hava partlayış dalğası; 2) temperatur; 3) ionlaşdırıcı şüalar; 4) güclü təsirli zəhərli maddələr; 5) bakterial agentlər; 6) aerohidinamik amil; 7) psixoemosional təsir daxildir.?
Dostları ilə paylaş: |