Fövqəladə hallar
|
|
Yerli
|
Regional
|
Lokal Obyekt
Milli Qlobal
ME-
TEO-
LOJi
|
|
TEKTO
NİK
VƏ
TELLU-
RİK
|
|
TOPO- LO Ji
|
|
KOS
MİK
|
|
NƏQ
LİY
YAT
|
|
İSTEH
SALAT
|
|
SPESİ
FİK
|
|
SOSİ
AL
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
1.Tufan,
|
l.Zəl-
|
l.Daş-
|
l.Meteo
|
l.Avto
|
1 .qurğu
|
l.ekzo-
|
|
1.hərbi
|
2. Boran,
|
zələ,
|
qınlar,
|
ritlərin
|
mobil
|
və kom-
|
tik və
|
|
müna-
|
3.Qasır-
|
2. Dəniz
|
2. Sel,
|
düşməsi,
|
2. dəniz
|
mun-n
|
əntəh-
|
|
qir.
|
ğa, (tor-
|
silkələn-
|
3.Çöe
|
2. Ko-
|
yolu
|
zədə-
|
lükəl
|
|
2. ter-
|
nado),
|
məsi,
|
mə,
|
met qa-
|
3.Aviasi
|
lənməsi
|
yolxu-
|
|
rorizm,
|
4. Şiddət-
|
3.Vul-
|
4.Tor-
|
lıqlan-
|
ya,
|
yaxud
|
cu xəs.
|
|
3.içtim
|
liqar,
|
kan-
|
paq
|
nrn
|
4. Su
|
dağıl-
|
2. pid.
|
|
ai
|
yağış,
|
larrn
|
sürüş-
|
düşməsi,
|
nəqliy-
|
ması,
|
və
|
|
ixtişaş-
|
şaxta və
|
püs-
|
məsi,
|
3. Digər
|
yatı.
|
2. yan-
|
yoxu.
|
|
lar,
|
s.
|
kürməsi.
|
5. Su-
|
kos-
|
5. boru
|
ğınla,
|
xəs.
|
|
4.alko
|
|
|
nami,
|
mik
|
kəmər-
|
3.partla
|
3,enzo-
|
|
qoli-
|
|
|
|
fəlakət-
|
ləri.
|
y-ı,
|
apan-
|
|
zm,
|
|
|
|
lər.
|
|
4.RM
|
zotiy.
|
|
5.nar-
|
|
|
|
|
|
vəZM-
|
4.epifi
|
|
koma-
|
|
|
|
|
|
n ətraf
|
qo-
|
|
niya,
|
|
|
|
|
|
müh
|
toya,
|
|
ö.torsi
|
|
|
|
|
|
əyay.
|
pan-
|
|
ko-
|
|
|
|
|
|
5. bak-
|
fito-
|
|
ma-
|
|
|
|
|
|
ter-1
|
tiya.
|
|
niya və
|
|
|
|
|
|
agent.
|
|
|
s.
|
|
|
|
|
|
və s.
|
|
|
|
1. Lokal masştablı FH-lar bir ölkənin sərhədləri daxilində meydana gələrək fəsadları iş yerini, mənzili, malikanəni əhatə edir;
2.Obyektlər üzrə FH-lar bir obyektin hüdudları daxilində meydana gəlir və fəsadları onun qüvvə və vasitələri ilə aradan qaldırmaq mümkündür.
Yerli FH-lar bir yaşayış məntəqəsi o, cümlədən iri şəhər, inzibati rayonun hüdudları daxilində meydana gəldikdə adlanır. Fəsadları həmin yaşayış məntəqəsinin qüvvə və vasitələri ilə aradan qaldırılır.
Regionlar üzrə FH-lar bir neçə rayonun ərazisini əhatə edir. Onun nəticələrini həmin regionun qüvvə və vasitələri ilə ləğv oluna bilərlər.
Qlobal masştablı fövqəladə hallarda fəsadları qonşu ölkələrə yayıldıqda və bir neçə ökəni əhatə etdikdə adlanır. Bu halda onun nəticələri həmin ölkələrin özlərinin qüvvə və vasitələrin və xarici yardımın cəlb olunması ilə ləğv edilirlər.
Səhiyyə sistemində tibb xidməti qüvvə və vasitələrinə olan tələbatı müəyyən etməyə imkan verən özündə sanitar itkiləri əks etdirən təsnifatlardan istifadə etmək daha əlve-
Sxem 4. Zədələnmiş şəxslərin sayma görə FH-m təsnifatı.
t-lV. Sülh dövründə yaranan FH-ın tibbi-sosial xarakteristikası
zA. Təbii fəlakətlər.
Kütləvi insan tələfatına, əhalinin zədələnməsinə, ciddi iqtisadi itkilərə, adi həyat tərzinin kəskin dəyişilməsinə səbəb olan çox güclü təsirli təbii prosesdir.
Onlar yer qabığında, hava və su mühitində gedən mürəkkəb halların və təbii qüvvələrin hərəkəti nəticəsində meydana gəlir ./Bu halların mənşəyi bizə hələ də çox az məlumdur. Onların çoxusunu proqnozlaşdırmaq indiyə kimi qeyri-mümkündür.
Məlum olduğu kimi təbii fəlakətlər dünyanın bu və ya digər regionunda yüz minlərlə insanların həyatına son qoyur, yaşayış məntəqələrini dağıdır, sənayə obyektlərində,
nəqliyyatda və qurğularda qəzalara səbəb olur, xalq təsərrüfatına ciddi ziyanlar vurur/Alim və mütəxəsislərin hesablamalarına görə bütün dünyada meydana gələn təbii fəlakətlərin 40%-i daşqınların, 20%-i tropik siklonlann, 15%-i zəlzələlərin, 15%- i quraqlıqların payına düşür.>
Axırıncı illər təbii fəlakətlərin sayının artması ilə xarakterizə olunur. Məsələn, quraqlıqların sayı 8 dəfə, vulkanların püskürməsi 3 dəfə, siklonlann sayı 2 dəfə artmışdır.
Metereoloji təbii fəlakətlərin ən təhlükəli halları tufan, boran və qasırğadır (tornadodur).
sLTufan. Çox böyük dağıdıcı qüvvəyə malik olan və sürəti 29 m/san. (Bofort cədvəli üzrə 12 ball) sürətlə əsən küləyə deyilir^Ən yüksək sürətli (123 m/san) tufan 1934-cü ildə ABŞ-da qeyd alınmuşdır.
Tufanların hərəkətinə nəzarət etmək, məlumatları verəndə səhvlərin sayını azaltmaq məqsədi ilə onlara asan yadda qalan qadm və kişi adları verilir yaxud dördrəqəmli nömrələrdən istifadə edilir.
L Tufanlar güclü qarla, dolu və ildırım çaxması ilə müşayət olunurlar. Güclü küləklər toz və qann havaya qalxmasına səbəb olurlar./7
i- Boran. 20 m/san artıq sürətlə quruda böyük dağıntılara, dənizdə isə fırtınaya səbəb olan uzun müddət (bir neçə saatdan bir sutkaya qədər) əsən küləkdir. ^
Qasırğa. İldınmlı buludlarda yaranaraq yerin (suyun) səthinə qədər yayılan atmosfer burulğanıdır. 7
Q, formasına görə sütuna oxşayır. Onun aşağı və yuxarı hissələrində diametri bir neçə on metrdən bir neçə yüz metrə qədər olan qıfabənzər genişlənmələri və əyri fırlanma oxu olur. Hava onun daxilində 100 m/san qədər sürətlə saat əqrəbinin əksinə fırlanır və eyni zamanda spiralvari yuxan qalxır .^Qasırğa həmişə uzaqdan da yaxşı görünür. Onun yaxınlaşması qulaqbatırıcı uğultu ilə müşayət olunur. O, 50-150 km/saat sürəti ilə öz yerini dəyişə bilir.
Qasırğa yer səthinə yaxınlaşaraq kiçik sahələrdə tufan kimi çox böyük dağıntılara səbəb olur. Bu dağıntılar çox böyük sürətlə fırlanan və eyni zamanda kəskin surətdə yuxarı qalxan hava cərəyanı ilə əlaqədardır. Bu hal bəzi obyektləri (avtomobilləri, yüngül evləri, binaların damlarını, insanları, heyvanları və s.) yerdən ayıraraq bir neçə yüz metrə qədər məsafəyə apara bilir. Bunun nəticəsində insanlar tələf olur yaxud ağır zədələnmələr alırlar.
Tufan, boran və qasırğa sox güclü dağıdıcı təsirə malik olduğuna görə onlar zəlzələlər ilə müqayisə oluna bilərlər.
Onların dağıdıcı təsir göstəricisi hava kütləsinin sürət təkanıdır. Sürət təkanı dinamik zərbə gücünə və tullayıcı təsirə malikdir. Tufan, boran və qasırğalar xalq təsərrüfatına sox böyük ziyanlar vurduğuna və insan tələfatına səbəb olduğuna görə təhlükə gözləniləndə əhaliyə müxtəlif vasitələrlə xəbərdarlıq edilməlidir. Əhali siqnalı qəbul edən kimi bina və qurğuların dayanıqlığını yüksəltməsi üzrə işlərə başlamalıdır. Sonra yanğınların profilaktikasını həyata keçirməli, həyat fəaliyyətini təmin etmək üçün ehtiyatları hazırlamalıdır.
^Tufan, boran və qasırğa yaxınlaşanda əhali mühafizə qurğularında yaxud daldanacaqlarda yerləşməlidir.?
Məcburən açıq havada olan şəxslər tikili, dirək və s. dən uzaqlaşaraq yarğan, xəndək, çuxur, yol küveti və çökəkliklərin dibinə uzanmalı, yerə bərk sıxılmalı və təbii fəlakətin sonuna qədər gözləməlidirlər. ;>
^Zəlzələlər
Zəlzələlər çox böyük miqdarda enerjinin çıxması ilə müşayət olunur. Bu enerji çox güclü seysmik dalğalar (uzununa və köndələn) şəklində yayılaraq yer qabığını zədələyir və yerin üzərində olan obyektəri dağıdır.
Zəlzələlər həm quruda, həm də dəniz və okeanların dibində (maremoto) olurlar. Zəlzələlər su hövzələrinin dibində meydana gələndə də nəhəng dalğalar-sunami əmələ gəlir, y
Planetimizdə hər il 1 milyondan artıq seysmik təkan qeydə almır. Onlardan biri faciəli və çox dağıdıcı 1976-cı ildə Çində olmuşdur. Həmin zəlzələ Tanşin şəhərin tamamilə dağılmasına və 650 min nəfər insanın həlak olmasına səbəb olmuşdur.
4 Zəlzələnin gücünü müəyyən etmək üçün 12 ballı Rixter cədvəlindən istifadə edirlər XAmerika seysmoloqu tərəfindən 1935-ci ildə təklif olunmuşdur.). Zəlzələ bir neçə saniyədən bir neçə sutkaya qədər davam edə bilər (dövri olaraq təkrarlanan yeraltı təkanlar). Təkanların dövriliyi və onların təzahürolma vaxtı haqqında təxmini məlumatları radio, televiziya və digər vasitələrlə əhaliyə çatdırılır.
Böyük zəlzələlər çox təhlükəli geoloji dəyişikliklərə, sunamiyə, yanğınlara, partlayışlara, zəhərli maddələrin mühitə yayılmasına, nəqiliyyət qəzalarına, insanın həyat fəaliyyətinin təmini üzrə sistemlərin sıradan çıxmasına, çox dağıntılara, iqtisadi itkilərə, insan tələfatına və zədələnmə- lərinə səbəb olaraq çox saylı fəsadlar mənbəyinə çevrilir.
Güclü zəlzələ zamanı əhali üçün çox ağır, gözlənilməz və üzücü vəziyyət yaranır. Ehtimal olunan zədələnmələrin dərəcəsi və həlak olanların sayı əhalinin FH-lara hazırlıq səviyyəsindən çox asılıdır.
L Əhali yeraltı təkanları hiss edən kimi binaları tezliklə (ilk 15 san ərzində) tərk etməli, liftlərdən istifadə etmədən binalardan çıxmalı və elektrik xətlərindən, qaz kəmərlərindən, tikililərdən və s. uzaqda da olan açıq bir yerdə gözləməlidir./’ Binaları tərk etmək imkanı olmadıqda isə giriş qapılarını açıb nisbətən təhlükəsiz bir yerdə (masanın və çarpayının altında yaxud binanın içərisində olan aparıcı divarlarına yaxın olan daxili künclərində, açıq giriş qapısının yerində) sığınmaq məsləhət görülür.
LDaşqınlar. Çay, göl, dəniz və süni su hövzlərində suyun səviyyəsinin qalxması nəticəsində böyük ərazilərin su altında qalmasına daşqm deyilir. ?
^ Onların əsas səbəbləri güclü leysan yağışları, qarın intensiv əriməsi, çayların buzla tutulması, dənizdən əsən küləklə suyun çay mənsəbinə doğru qovulmasıdır>
Planetmizdə baş vermiş daşqınlardan ən dəhşətlisi Benqal körfəzində (tufanın qalxması ilə əlaqədar) 12-13 noyabr 1970-ci il tarixdə olmuş daşqındır. Həmin daşqın zamanı 800 min insan tələf olmuş, 300 min mal-qara və 400 min bina məhv oliuşdur. Daşqınla əlaqədar olaraq vəba və qarın yatalağı epidemiyaları yaranmışdır.
IZəlzələlərdən fərqli olaraq daşqınları qabaqcadan proqnozlaşdırmaq mümkündür. 7
Daşqınlar nəticəsində insanlar həlak olur və zədələn- mələr alır, heyvanlar və bitkilər məhv olur, tikililər və kommunikasiyalar dağılır və ərazi, ərzaq, əşya və materialların əksəriyyəti yararsız vəziyyətə gəlir, müəssisələrin işi dayanır, sanitar-epidemik vəziyyət ağırlaşır, ərazi bataqlığa çevrilir və s.
Daşqın fəsadlarının miqyası suyun təhlükəli qalxma hündürlüyündən, su axının sürətindən, subasılma sahəsindən və müddətindən, ilin fəsilindən, daşqın ərazisində əhalinin sıxlığından və təsərrüfatın intensivliyindən, mühafizə hidrotexniki qurğuların mövcudluğundan, rəhbər heyətin, müəssisə persionalın, qəza-xilasedici xidmətin şəxsi heyətin və əhalinin daşqın şəraitində mütəşəkkil və adekvat fəaliyyətə hazırolma səviyyəsindən asılıdır.
C Maddi itkilərə ğörə daşqınlar zəlzələlərdən sonra ikinci yeri tutur.
Əhali arasında meydana gələn itkilər həlak olanların, zədələnən və itkin düşmüş şəxslərin sayı ilə qiymətləndirilir.
Daşqınlar qəflətən başlandıqda əhali tezliklə ən yaxın təhlükəsiz yerlərə (binaların yuxarı mərtəbələrinə, çardaqlara və damlara və s.) keçməli və təxliyəyə hazırlaşmalıdır. ^ Xilasedici dəstələr tərəfindən vaxtında aşkarlanmaq maq--
sədi ilə gündüzlər hündür bir yerə ağ yaxud rəngli parça asmaq, gecələr isə işıq siqnallarım vermək lazımdır.
Müasir dövrdə maşın, aqreqat, mexanizm, kommunikasiya və qurğuların iş prosesinin çətinləşməsi yaxud dayanması kimi gözlənilməyən hallar meydana gələ bilər. Bunlar qəzalar adlanırlar.
Qəzalar bəzən insan tələfatına və onun səhhətinə və həyatına təhlükənin yaranmasına səbəb olur. Belə hallara fəlakət deyilir.
Ümumdünya Səhiyyə Təşkilatı fəlakətləri müəyyən bir region əhalisinin həyatına təhlükə yaradan və kənardan yardım tələb edən təbii hal kimi qəbul edir.
I Nəqliyyat qəza və fəlakətləri. Nəqliyyat müasir çoxsahəli təsərrüfatın mühüm əlaqələndirici hissəsidir. Nəqliyyat vasitələrinin sayı artdıqca qəzaların sayı da ildən ilə artır. Bütün qəza və fəlakətlərin 50%-i nəqliyyatın payına düşür.<>
Alimlər hesablayıblar ki, dünyada hər bir saat ərzində bir milyon insanın payına:
a) avtobus - 0,03%; b) özəl - 0,6%; c) dəmir yolu - 0,05%; ç) hava-1,0%; d) motosiklet-nəqliyyatından istifadə etdikdə-9,0 bədbəxt hadisə düşür.
Nəqliyyatda FH-lar 5 qrupa bölünür:
1) aftobus 2) dəmiryolu; 3) aviasiya; 4) su; 5) boru kəmərləri.
1 .Yol-nəqliyyat hadisələri nəticəsində hər il planetimizdə 300 min insan həlak olur, 15 milyon nəfər isə müxtəlif zədələnmələr alır. Onu da qeyd etmək lazımdır ki, onların sayı getdikcə artır. Onların əmələ gəlmə səbəbləri insan amili ilə əlaqədardır.
Dəmir yollarında meydana gələn qəza və fəlakətlərin əsas səbəbləri lokokomotiv, vaqon və texniki idarə vasitələrinin nasazlığı, məsul şəxslərin səhvləridir. Dəmir yolu
qəzalarının 40%-dən çoxusu yol işçilərinin təqsiri üzündən meydana gəlir.
Hava nəqliyyatının sayı artdıqca onunla əlaqədar olan qəza və fəlakətlərin sayı da artmaqda davam edir. Bunun səbəblərinə aviatexnikanın mürəkkəbləşməsini, təyyarələrin həm sürətinin, həm də yükqaldırma qabilyyətinin artmasını, ekipajın psixofızioloji gərginliyinin və aedrom təsərrüfatı işinin intensivliyinin artmasını göstərmək olar.
Su nəqliyyatında da qəza və fəlakətlərin sayı ildən ilə artmaqdadır. Hər gün dəniz və okeanlarda ekipajı 1 milyon təşkil edən 25 min gəmi üzür. Onların konstruksiyasının mükəmməlliyinə, gəmiidarəsi üzrə ən müasir vasitələrlə təchiz olunmasına baxmayaraq istismar olunan gəmilərin sayının belə həddindən artıq olması qəza və fəlakətlərin qarşısını tam almağa imkan vermir.
Boru (neft, qaz) kəmərlərində də müxtəlif səbəblərdən qəza və fəlakətlər meydana gəlir. Magistral boru kəmərlərində qəza halları ağır ekoloji nəticələrə səbəb ola bilər. Axırıncı illərdə boru kəmərlərinin qəsdən sıradan çıxması halları xeyli artmışdır.
Müasir istehsalatda yüksək texnoloji parametrlərin (yüksək temperaturun, zəhərli və aşılayıcı komponentlərin mövcudluğu, elementlərin böyük sürətlə işləməsi, kiçik sahələrdə böyük miqdarda enerjinin konsentrasiyası, istehsalatın gedişində təhlükəli məhsulların əmələ gəlməsi və s.) olması qəzaların meydana gəlməsini istisna etmir. Qəzaların ən təhlükəli nəticələri (səbəbləri) yanğınlar, partlayışlar və dağıntılardır.
Yanğınlar əksər hallarda yanğın təhlükəli obyektlərdə (neft, qaz, kimya, metallurqiya, meşə, ağac emalı, tekstil sənayesi müəssisələrində) meydana gəlir.
Maddi itkilərlə müşayət olunan və insanların həyatına təhlükə yaradan nəzarətolunmaz yanma prosesinə yanğın deyilir.
Yanğının əsas zədələyici amilləri alovun yanan əşyalara bilavasitə təsiri və istilik şüalarının hesabına yüksək temperaturun əşya və obyektlərə uzaqdan nüfuz etməsidir.
Yanğının zədələyici təsiri nəticəsində əşya və obyektlər yanır, bəzi materiallar yanıb külə dönür, zədələnir və sıradan çıxırlar.
Yanğınların ikincili fəsadları partlayışlar, ZM-lər və digər zərərli maddələrin xarici mühitə çıxmasıdır. Yanğınların söndürülməsində istifadə olunan su zərər dəyməmiş yerləri, texnikam, materialları və s. yararsız vəziyyətə gətirə bilər.
Yanğınların sosial və iqtisadi fəsadlanndan biri də obyektlərin öz iş fəaliyyətini dayandırmağa məcbur olmasıdır.
Partlayış məhdud bir həcmdə qısa bir vaxtda çox böyük miqdarda enerjinin çıxması nəticəsində meydana gəlir.
Partlayışlar kimyəvi enerjinin (partlayıcı maddələrin) nüvədaxili enerjinin (nüvə partlayışı), elektromaqnit enerjisinin (qığılcım boşalması, lazer qığılcımı və s.), mexaniki enerjinin (yer səthinə meteoritlər düşəndə), sıxılmış qazların enerjisi (təzyiq qaz qablarmm-balonlarm, boru kəmərlərinin və s. möhkəmlik həddini keçəndə) hesabına meydana gəlir.
Partlayış təhlükəli obyektlərə neftçıxarma, neft emalı, neft kimya, qaz, çörək məmulatları, toxuculuq, əczaçılıq və müdafiə sənayesi müəssisələri, maye qaz, asan alışan və yanacaq anbarları və s. aiddir.
Partlayışın əsas zədələyici amilləri aşağıdakılardır.
hava partlayış dalğası;
dağılan obyekt detallarından qopub ayrılan qəlpələr sahəsi.
Zədələyici amillərin təsiri nəticəsində obyektlər, kommunikasiyalar, nəqliyyat vasitələri dağılır və zədələnirlər.
Yanğınlar və partlayışlar zamanı insanlar termiki, mexaniki və kombinəolunmuş zədələnmələr alırlar.
Dağıntıların əsas səbəbləri layihələşdirmə zamanı yol verilmiş səhvlər, tikinti işlərinin yarıtmaz aparılması və təbii fəlakətlərdir.
Qəza və fəlakətlərlə mübarizədə insanlar öz səylərini onların profilaktikasına yönəltməli və onları qabaqlamağa çalışmalıdır. Bu yollarla onların qarşısını tam almaq mümkün olmasa da, fəsadların təsir müddətini və miqyasını xeyli azaltmağa imkan verəcəkdir.
Dostları ilə paylaş: |