Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»


Nüvə zədələnmələri ocaqmda yaranmış şəraitin qiymət­ləndirilməsi



Yüklə 0,75 Mb.
səhifə20/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   60
A.MusayevM.M

Nüvə zədələnmələri ocaqmda yaranmış şəraitin qiymət­ləndirilməsi.

Nüvə partlayışı reaksiyası zamanı ayrılan nüvədaxili enerjinin zədələyici təsirinə malik olan döyüş sursatlarına nüvə silahı deylir.

Nüvə partlayışı reaksiyaları ya bölünmə, ya sintez, ya­xud da bu proseslərin hər ikisinin eyni zamanda getməsi ilə baş verə bilər.

Nüvə silahına bomba, mərmi, raket döyüş başlıqlarını göstərmək olar. Onları tətbiq obyektlərinə aviasiya, raket­lər və s. vasitəsi ilə çatdırılır.

Nüvə partlayışının gücü trotil ekvivalenti ilə ölçülür.

Nüvə sursatının enerjisinə bərabər partlayış enerjisini özündə daşıyan adi partlayıcı maddə (trotil) kütləsinə trotil ekvivalenti deyilir.

Trotil ekvivalenti ton (T), kiloton ( KT ) və meqaton- larla ( MT ) ölçülür.

Nüvə silahı yerin ( suyun ) səthində, havada yaxud ye­rin (suyun) altında tətbiq oluna bilər.

Nüvə partlayışın zədələyici amillərinə aşağıdakılar aiddir: 1) zərbə dalğası; 2) işıq şüalanması; 3) ionlaşdırıcı şüalar (nüfuzedici radiasiya); 4) ərazinin radioaktiv maddə­lərlə çirklənməsi; 5) elektromaqnit impulsu.


  1. Zərbə dalğası:

Zərbə dalğası səs sürətindən yüksək sürətlə partlayış mərkəzindən bütün istiqamətlərə yayılan çox kəskin surətdə

sıxılmış və qızmış hava cərəyanından ibarətdir. Onun dağı­dıcı və zədələyici qüvvəsini artıq təzyiq və havanın sürət tə­kanı təşkil edir. Onlar nüvə partlayış maddəsinin kütləsin­dən, partlayış mərkəzindən insana (obyektə) qədər olan məsafədən və təsir müddətindən asılıdır.

İzafi təzyiq normal atmosfer təzyiqi ilə zərbə dalğası­nın ön səthindəki maksimal təzyiqin arasındakı fərqinə dey­ilir.

Zərbə dalğası kilopaskalla(kPa) yaxud 1 sm2-də qüvvə kiloqramlarla (kq/sm2) ölçülür. O, mühafizəsiz əhalini həm bilavasitə, həm də dolayı yolla-ikincili əşyalarla (dağılan tikili və qurğuların konstruksiyaları, kərpic, beton, şüşə qırmtılarıi- lə və s.) zədələyə bilər. Zərbə dalğasının insan orqanizminə təsiri nəticəsində müxtəlif dərəcəli kontuziyalar, əzilmələr, çı­xıqlar, eşitmə orqanlarının zədələnmələri, burun və qulaqlar­dan qanaxmalar, sümük sınıqları çıxıqları politravmalar, da­xili orqanların zədələnmələri meydana gəlir.

Zərbə dalğasının ön səthində artıq təzyiq 100 kPa-n çox olduqda havanın temperaturu 350° S-ə qədər çatır.Bu da bədənin açıq yerlərinin və yuxarı tənəffüs yollarının ya­nıqlarının meydana gəlməsinə səbəb olur.

Mühafizə qurğularında olan əhali də zərbə dalğasının təsirinə məruz qalaraq qapalı travmalar (eşitmə orqanların zədələnmələri, burun və qulaqlardan qanaxmalar və s.) ala bilər.

Zərbə dalğasından mühafizə üçün xüsusi qurğulardan, tikililərin zirzəmilərindən və yerin relyefindən istifadə edir­lər.



  1. Yüklə 0,75 Mb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin