İşıq şüalanması:
İşıq şüalanması nüvə partlayışı zamanı əmələ gələn şüa enerjisi cərəyanıdır. O, ultrabənövşəyi, infraqırmızı və görünən şüalardan ibarətdir. İşıq şüaları nüvə partlayışının
yalnız ilk anlarında (2-20 san.) mövcud olur. Onun işıqsaçan hissəsi 1 sm-dən bir nesə km-ə qədər bütün istiqamətlərə nüfuz edir.Sürəti isə 300000 km / saniyədir.
Onu xarakterizə edən əsas parametr işıq impulsudur. Onun da mənbəyi partlayış yerində əmələ gələn alov kürəsidir. Bu kürə 8-10 min C-dək qızmış hava və partlayış elementlərindən ibarətdir.
İşıq impulsunun ölçü vahidi kal / sm2 (1 sm2 sahəyə düşən kalori) yaxud kC / m2-dir (İm2 sahəyə düşən kiloCoul). kC/ m2=0,239 kal / sm2,l kal / sm2 = 40 kC / m2.
İşıq impulsu insan orqanizminə bilavasitə təsir edərək birincili yanıqlara, paltarları və ətrafdakı əşyaları yandırmaqla ikincili yanıqlara səbəb olur. Mühafizəsiz əhalinin arasında dəri örtüklərinin yanıqları, konyüktivanm zədələnməsi və görmə hissinin tam pozulması kimi zədələnmələr kütləvi hal ala bilər.
Yanıqlar ağırlıq dərəcəsinə görə 4 qrupa ayrılırlar: I dərəcəli yanıqlar (2-5 kal / sm2 ), II dərəcəli yanıqlar (5 - 10 kal / sm2), III dərəcəli yanıqlar 10-15 kal / sm2 və IV dərəcəli yanıqlar (15 kal / sm2-dən artıq olanda).
İşıq şüaları kütləvi yanğınlar törətdiyinə görə qapalı yerlərdə (zirzəmilərdə, yeraltı qazmalarda, tikililərdə və s.) dəm qazı yığıla bilər. Bu da orada olan əhalinin kütləvi zəhərlənməsinə səbəb olur.
Dostları ilə paylaş: |