Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»


Z Müharibə dövründə yaranan fövqəladə hallar.>



Yüklə 0,75 Mb.
səhifə18/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
A.MusayevM.M

Z Müharibə dövründə yaranan fövqəladə hallar.>

FH-ları açıq dövrlərə bölmək şərtidir. Sülh dövründə müharibə dövrünə, müharibə dövründə isə sülh dövrünə xas olan FH-lar meydana gələ bilər.

^Müharibələr adi silahların (odlu silah, yandırıcı vasitə­lər, həcmli partlayış döyüş sursatları, kasetli döyüş sursatla­rın və s.) tətbiqi ilə başlanır. >Adi silahlar da getdikcə tək­milləşir və onların zədələyici amillərinin təsir qüvvəsi artır və fəsadlarının miqyası genişlənir. Məsələn, həcmli part­layış döyüş sursatlarının zədələyici amillərinin (zərbə dalğa­sı, yüksək temperatur, zəhərli maddələr) təsiri nəticəsində kütləvi qırğın silahları tətbiqi zamanı olduğu kimi kütləvi zədələnmələr ocaqları yaranır. Bu hal insanların zəhərlən­məsi, müxtəlif dərəcəli yanıqların və mexaniki travmalarm alması ilə müşayət olunur.

L Adi silahlar istehsalat müəssisələrini, nəqliyyat vasitə­lərini, partlayış təhlükəli və yanğın təhlükəli obyektləri, bəndləri, su buraxıcı qurğularını, kommunikasiyaları, hə­yat fəaliyyəti təmini obyektlərini (su təchizatı obyektləri, ərzaq anbarları və s.) dağıdaraq partlayış, yanğın, dağıntı və daşqınlara səbəb ola bilər.

Radiasiya təhlükəli, kimya təhlükəli və bakterial agent- ləri mövcud olan obyektlər də adi silahların təsirinə məruz qala bilərABunun nəticəsində radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM) və bakterial agentlər xarici mühi­tə yayılaraq ərazini çirkləndirir^ Düşmən kütləvi qırğın silah-

lari (KQS) da tətbiq edilə bilər.>Hər iki halda kütləvi (nüvə, kimyəvi, bakterioloji yaxud kombinəolunmuş) zədələnmələr ocaqları yaranır./’

Kütləvi zədələnmələr ocaqları yarandıqda həm əhali, həm də MM qurumları son dərəcə ağır və mürəkkəb və­ziyyətə düşür ^Əhalinin bir qismi tələf olur, bir qismi müxtə­lif zədələnmələr nəticəsində əmək qabilyyətini itirir./Xilas­edici işlərin aparılma şəraiti məhdudlaşır, qurumların ida­rəedilməsi çətinləşir, nəqliyyatdan və xüsusi texnikadan isti­fadə edilməsi xeyli çətinləşir, həyat üçün zəruri məhsulların nəqli ləngiyir, tibb xidməti qüvvə və vasitələrin (mərhələlə­rinin) açılmasına ciddi maniələr yaranır.

Müharibə dövrü eksotik və ən təhlükəli yoluxucu xəs­təliklərin, epidemiya, pandemiya, epizootiya, epifitotiyala- rm meydana gəlməsi ilə xarakterizə olunur. Bu dövrdə sosi­al mənşəli FH-lar (alkoqolizm, narkomaniya, toksikoma- niya, ictimai ixtişaşlar və s.) artır.

Kütləvi qırğın silahları onların zədələyici amilləri, kütləvi zədələnmələr ocaqları haqqında daha müfəssəl mə­lumatları müvafiq mövzunu arşdıranda almağa imkanımız olacaqdır.

İnsanların həyatı və gündəlik fəaliyyəti bu və ya digər dərəcədə təhlükə mənbələri ilə bağlıdır. Məişətdə istifadə olunan qaz, yanacaq, elektrik avadadanlığı, nəqilyyat vasi­tələri, mühərrik yanacağı (etilli benzin, maye qaz, dizel ya­nacağı), dezinfeksiya vasitələri, boya və lak məmulatları, sirkə, essensiya və s. bu mənbələrə aiddir.

Onların daşınma, saxlanma, istifadə və təhlükəsizlik qaydalarına riayət etmədikdə bədbəxt hadisələrin və qəza­ların hətta, fəlakətlərin meydana gəlməsinə səbəb ola bilər. Məsələn, məişət qaz avadanlığında olan nasazlıq partlayış, yanğın və qazla zəhərlənmələri, elektrik şəbəkəsində olan nasazlıqlar isə elektrotravmanı, yanğını və letal nəticəli zə- dələnmələri törədə bilər.

Belə hadisələr çoxmərtəbəli yaşayış evlərində, sərnişin daşıyan nəqliyyat vasitələrində və digər ictimai yerlərdə də meydana gələ bilər.

Bədbəxt hadisə, qəza və fəlakətlərin meydana gəlməsi böyük problemlər yaradır. FH-m labüdlüyü bizdən ekstre­mal vəziyyətlərdə adekvat hərəkət etmək üçün hazırlaşmağı tələb edir. Hazırlaşmaq məfhumu FH-lar zamanı davranış qaydalarını öyrənməyi, ilk tibbi yardım üsullarına yiyələn­məyi, ekstremal vəziyyətlərdə istifadə etmək üçün ən zəruri əşyaları (ərzağı, suyu, fərdi apteçkanı,şəxsi gigiyena ləvazi­matını, fanarı və s.) daima hazır vəziyyətdə saxlamağı nə­zərdə tutur. Yaxşı olardı ki, zəruri məlumatları almaq üçün kiçik ölçülü radioqəbuledicinin və əlaqə saxlamaq üçün mobil telefon da olsun.

Əminik ki, fövqəladə hadisələr haqqında aldığınız mə­lumatlarla kifayətlənməyərək zəruri hallarda əhalinin tibbi təminatını yüksək səviyyədə təşkil etmək məqsədi ilə kliniki təfəkkürümüzü inkişaf etdirməklə yanaşı bu sahə üzrə də biliklərimizi dərinləşdirərək genişləndirəcəyik.


  1. FƏSİL

FÖVQƏLADƏ HALLARDA YARANMIŞ ŞƏRAİTİN
QİYMƏTLƏNDİRİLMƏSİ

.Müasir müharibələrdə adi silahlarla yanaşı kütləvi qırğm silahları da tətbiq oluna bilərlər. Əgər müharibə baş­lansa səhiyyə sisteminin fəaliyyəti çox mürəkkəb və spesifik bir şəraitdə keçəcəkdir. Buna görə əhalinin tibbi təminatını səmərəli təşkil etmək üçün tibbi heyətin kütləvi qırğm silah­larının zədələyici amilləri, onların təsiri nəticəsində meyda­na gələn zədələnmələr və yaranan kütləvi zədələnmələr ocaqlarının tibbi-taktiki xarakteristikası haqqında kifayət qədər məlumatları olmalıdır.

Səhiyyə obyektlərin Mülki Müdafiə (MM) rəisləri, MMTX rəisləri və tibb qurumlarının komandirləri kütləvi zədələnmələr ocaqlarında əhalinin tibbi təminatının təşkili üzrə qərar qəbul etməlidirlər. Qərarı düzgün qəbul etmək üçün onlar həmin ocaqlarda yaranmış şəraiti (ümumi və tibbi) qiymətləndirməyi bacarmalıdırlar.

Şərait MMTX-nin fəaliyyətinə təsir göstərən fövqəl­adə hadisə amillərinin məcmusu kimi başa düşülür. Şəraitin qiymətləndirilməsi yaranmış konkret vəziyyətdə tibb xid­mətinin fəaliyyətinə müsbət və mənfi təsir göstərən amillə­rini təhlil edərək ümumi nəticə əldə etməkdən ibarətdir.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin