Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»RM-lə çirklənmə zonaların adları
İkinci qiymətləndirmə metodu olan radiasiya kəşfiyyatı məlumatlarım konkret rayon xüsusi radiometrik və kimyəvi cihaz, aparat və əşyalarla təchiz olunmuş dəstə tərəfindən tədqiq edildikdən sonra almaq mümkündür. Bu üsulla radiasiya şəraitini qiymətləndirmək üçün bəzi məlumatların: nüvə partlayışı vaxtı; ionlaşdıncı şüaların doza gücü; tikililərin, sığmacaqlann və nəqliyyatın ionlaşdıncı şüalanmasının doza gücünü azaltma əmsalı olması vacibdir. Bu metodların hər ikisinin tətbiqi konkret rayonda, yaşayış məntəqəsində, obyektdə və s. yaranmış taktiki radiasiya şəraiti daha geniş və dəqiq qiymətləndirməyə imkan verir. MMTX üçün iqlim və coğrafi şəraitin qiymətləndirilməsi çox zəruridir. Meteoroloji amilləri qiymətləndirəndə havanın xarakteri və temperaturu, yağıntıları, küləyin sürəti və istiqamətini coğrafi şəraitin xüsusiyyətlərini (yerin relyefini və xarakterini, bitki örtüyünü, su mənbələrini, tikililəri, yolları, sənaye və məişət obyektlərini, yerli resursları) ilin fəslini, günün uzunluğunu və s. nəzərə almaq lazımdır. Bunlardan başqa neft, kimya sənayesi obyektlərinin, yanacaq, çox təsirli və zəhərli maddələr saxlanılan baza və anbarların olmasını da aşkar etmək lazımdır. Onların zədə- lənməsi yaxud dağılması mövcud şəraiti daha da ağırlaşdı- racaqır. Bu da həm bütün xilasedici qurumların, həm də tibb xidmətinin fəaliyyətinə mənfi təsir göstərəcəkdir. Beləliklə, nüvə partlayışı ocaqlarında ümumi şərait böyük miqyaslı dağıntılarla, mövcud kommunikasiyaların sıradan çıxması ilə, yanğınlarla, ərazinin RM-lə çirklənməsi ilə, insanların, heyvanların və bitkilərin kütləvi zədələnmə- ləri ilə xarakterizə olunur. Böyük təcrübi əhəmiyyət kəsb edən məsələlər (tibbi yardımın növü və həcmi, nəqliyyat vasitələrinə, tibbi sanitar əmlaka, tibb personalına və müalicə müəssisələrinə olan tələbat) sanitar itkilərin sayından və xarakterindən çox asılıdır. Tibbi şəraitin qiymətləndirilməsinin əsas elementləri də məhz sanitar itkilərinin sayı (həcmi) və quruluşudur (strukturudur) (cədvəl 4). Cədvəl No 4. Nüvə zədələnmələr ocağı zonaları üzrə mühafizəsiz əhali
|