Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»



Yüklə 0,75 Mb.
səhifə32/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   60
A.MusayevM.M

İri qəza - bu qəflətən işin dayanması və ya sənaye müəssisələrində texnoloji prosesin pozulması, nəqliyyatda və ya xalq təsərrüfatının digər obyektlərində baş verən pozğuntular, maddi nemətlərin məhv olmasına, insanların zədələnməsi və ya həlak olmasına gətirib çıxarar.

Bədbəxt hadisə - bu qəflətən baş verən bədbəxt hadisə olaraq özü ilə faciəli nəticələri ilə (ölüm, dağıntı, məhv ol­maq) xarakterizə olunur. İri qəzaların, bədbəxt hadisələrin xüsusiyyəti qəza və bədbəxt hadisələrin masştabmdan, müəssisələrin xüsusiyyətindən, nəqliyyat növündən asılıdır. Bir qayda olaraq iri qəza (bədbəxt) hadisələri nəticəsində güclü partlayış, yanğınlar və s. baş verir. Nəticədə istehsalat binası dağılır, texnika və avandanlıqlar sıradan çıxır, insan­lar məhv olur. Bir sıra hallarda onlar atmosferin çirklənmə­sinə, neft məhsullarının, və güclü təsirli zəhərli maddələrin ətraf mühitə yayılmasına səbəb olur.

Təbii fəlakət rayonlarında tibbi-taktiki şərait


və MM TX-nin əsas vəzifələri

Bir çox hallarda təbii fəlakətin əmələ gəldiyi və təsir anında zərər çəkənlərə tibbi yardımı təşkil etmək və gös­tərmək mümkün olmur. Yanğınlar və su basmaları istisna edilir. Diqər hallarda bütün yardımların göstərilməsi ancaq təbii fəlakətin təsirinin qurtardığı halda mümkün olur.

Təbii fəlakətlərin heç də hamısı böyük sanitar itkilər əmələ gətirmir. Qasırğalarda, buraqanlarda, daşlı-çirkli su daşqınlarında, qar uçurumları və sürüşmələrində, qayıt­mayan itkilərin sayı bir qayda olaraq qayıdan sanitar itki­lərdən çox olacaqdır. Yanğınlar vaxtı da sanitar itkilər çox böyük olmur. Yanğınla mübarizə aparan insanlar təhlükəni hiss edərək, təbii fəlakət yerindən uzaqlaşırlar, digər hal­larda isə fəlakətin qəflətən baş verdiyinə görə vaxtında xilas ola bilmədiyindən həlak olurlar.

Böyük şəhərlərdə yer titrəməsi baş verdikdə çox mürrəkəb tibbi şərait yaranır. Bu şəhərin həyat fəaliyyətinin tam pozulmasına, çoxlu miqdarda sanitar və qayıtmayan itkilərin baş verməsinə səbəb olur. Bununla əlaqədar tibb işçiləri içərisində itkilər baş verir, tibb müəsisələri dağılır, tibbi əmlak məhv olur. Tibbi müəsisələrinin çoxu ilk anlar­da açıq havada, qeyri-adi şəraitdə, sonradan isə hərbi tipli çadırlarda işləyirlər. Bəzi mürrəkəb hallarda zərərçəkənlərə tibbi yardımın təşkili üçün yaranmış vəziyyətdə qonşu ra-

yon, vilayət, hətta respublikanın mülkü müdafiə qüvvə və vəsaitləri cəlb edilə bilər.

Təbii fəlakət rayonlarında (xüsusən yer titrəməsindən) binaların və qurğuların dağılması nəticəsində çoxlu sanitar itkilərlə bərabər müxtəlif psixo-emosional pozğunluqlarla, çoxlu insanlar peyda olurlar ki, ilk vaxtlarda tibbi yardımın göstərilməsində heç də az çətinliklər yaratmır.

Bütün təbii fəlakətlərdə özünün və yaxınlarının həyatı­na görə qorxuya düşən emosional reaksiyalı insanlar peyda olurlar. Emosional gərginlik - qorxu hissiyyatı, ümumi güclü həyacan, daxili gərginlik, əsəbilik, yuxu pozğunluğu, isterik reaksiyalar, vahimə, kəskin reaktiv vəziyyət ilə xa­rakterizə olunur. Bu da təbii fəlakət zonasında əhalinin 10%-nin əsəb-sininr pozğunluqları üzrə təxirəsalınmaz tibbi yardıma ehtiyacın olması haqqında nəticə çıxarmağa im­kan verir. Həm də bütün əhalinin sedativ və digər sakitləş­dirici vasitələrin qəbuluna ehtiyacları olacaqdır.

1948-ci ildə belə şərait Aşqabatda yaranmışdı. Yer tit­rəməsinin nəticələrinin aradan qaldırılması və tibbi yardımı təşkil etmək üçün hətta qonşu respublikaların qüvvə və va­sitələri kömək üçün cəlb olunmuşdur. Bütün yer titrəməsini müşahidə edənlərin hamısında əsəbilik, vahimə hissi və qorxu qeyd olunmuş və bu vəziyyət 100 minlərlə insanlarda bir neçə sutka davam edən ağır əsəbilik reaksiyaları kimi özünü biruzə vermişdi. Skopledə (Yuqoslaviya) 1963-cü ildə 10 ballıq yer titrəməsindən sonra bütün əhalidə kəskin əsə­bilik reaksiyaları qeyd olunmuşdur, 20%- də 2-3 saata qə­dər, 70%-də 1-5 sutka, 10%-də 5 sutkadan bir neçə aya qə­dər ağır əsəbilik reaksiyaları qeyd olunmuşdu.

1966-cı il Dərbənddə 8 ballıq yer titrəməsindən 140 tibb müəsisəsindən 118-i zədə alaraq alan 22-si tam dağıl­mış, çarpayı fondunun yarıdan çoxu sıradan çıxmışdır. Əhalinin 75%-də qorxu reaksiyası qeyd olunmuş, bir neçə saat davam etmiş, və görülən tədbirlər nəticəsində aradan

götürülmüşdü. 14%-də sutka ərzində, 10%-də isə uzun sürən kəskin reaktiv vəziyyət qeyd olunmuşdur. Digər iri yer tit­rəmələrinin də xronoloji analizi də anoloji məlumatları ve­rir. Sinir-əsəb və reaktiv vəziyyət insanlarda təbii fəlakətin təsiri anında yaxud sonra müşahidə olunur. Bəzən onlar bir neçə ay keçdikdən sonra da baş verə bilər.

Daşkənd (1966) yer titrəməsinin tibbi təminatının əsa­sən təbii fəlakət anında kəskin ürək çatmamazlığı, ürək tutmalarının, miokard infarktının, hipertoniya krizlərinin, kəskin beyin qan dövranı çatışmamazlığı, tez-tez qeyd olu­nan vaxtından qabaq doğuşların, uşaqlarda epileptik qıcolmalärmm artması, xroniki somatik, dəri və mübadilə xəstəliklərdə residivlər müşahidə olunur, vəziyyətin ağır­laşması və yaxud fəsadları meydana çıxır. Beləliklə, təbii fəlakət nəticəsində insanlarda nəinki müxtəlif travmatik zə- dələnmələr, həm də təxirəsalınmaz tibbi yardım tələb edən ən müxtəlif sinir-əsəb pozğunluqları, somatik və endokrin xəstəliklərin kəskinləşməsi baş verir. Nəzərə almaq lazımdır ki, təbii fəlakət nəticəsində şəhərlərdə (xlor, naşatır və s.) saxlanılan qabların dağılması nəticəsində ikincili kimyəvi zəhərlənmə ocağı əmələ qəlir. Nəticədə bir sıra müəssisələr­də sanitar itkilərin miqdarı çoxalır və bu da Mülki Müdafiə Tibb Xidmətinin zərərçəkənlərə tibbi yardım göstərmələri­nə çətinlik törədir.

Belə ki, yaşayış evlərinin, binalar və tibb müəsisələri- nin dağılması, kommunal və enerji şəbəkələrinin pozulma­sı, çoxlu miqdarda əhalinin təhlükəsiz yerə köçürülməsi la- budlüyü, adi yaşayış ritminin kəskin dəyişməsi, hamam - çamaşirxana və digər məişət xidmətlərinin işinin pozulması, əhalinin yerləşdiyi rayonda sanitar-gigiyenik və epidemik vəziyyətin kəskin dəyişməsinə qətirib çıxarır və yoluxucu xəstəliklərin kütləvi baş verməsi üçün şərait yaranır. Epi- demioloji cəhətdən qənaətbəxş olmayan rayonlarda epide­miya təhlükəsi daha da artır.

Təbii fəlakət rayonlarında yaranmış tibbi şəraitin im­kanlarını nəzərə alaraq MMTX qarşısında aşağıdakı vəzi­fələr durur:

HL Əhaliyə, təbii fəlakətdən zərərçəkənlərə bütün növ tibbi yardımların vaxtında göstərilməsinin təşkili;



  1. Təbii fəlakət zonasında xilasedici, qrupların şəxsi heyətinə tibbi yardım göstərilməsinin təşkili;

  2. Təbii fəlakətin mənfi təsirlərinin azaldılmasına yö­nəldilmiş müalicə-profilaktik tədbirlərinin aparılması (sinir-əsəb pozğunluqlarının, somatik və endokrin xəstəliklərin ağırlaşmalarının profilaktikası, vaxtın­dan qabaq doğuşlara kömək və s.);

  3. Əhali arasında kütləvi, yoluxucu xəstəliklərin əmələ gəlməsi və yayılmasının qarşısının alınması.

Bundan əlavə tibb xidməti əhaliyə, müəsisələrin fəhlə və qulluqçularına təbii fəlakət, iri qəza və bədbəxt hadisə­lərdə ilk tibbi yardım göstərmək qaydalarını və üsüllarmı öyrətməli, onların taktiki hazırlığında iştirak etməli, trav- matizm və digər mənfi nəticələrin azalması üçün təbii fəla­kət zonasında davranış qaydalarını izah etməlidir.

Təbii fəlakətlərdə, iri qəzalarda və bədbəxt hadisələrdə


zərərçəkənlərə tibbi yardımın təşkili

Bizim ölkədə təbii fəlakətin nəticələrini ləğv etmək üçün FHN-i və rayonlar üzrə FH-lar komissiyası yaradıl­mışdır. İri qəza və bədbəxt hadisələrdə də dövlət komissii- yası yaradıla bilər. Bu komissiyalar bilavsitə zərərçəkən əhaliyə hərtərəfli kömək göstərmək üzrə ümümdövlət təd­birlərin - təbii fəlakət rayonlarında mənzil problemlərinin həlli, ümumi və sanitar qaydalara riayət olunmasını nəzarət etmək, kommunal-məişət, ticarət, usaq və tibb müəsisələri- nin işi üçün normal şərait yaratmaq məqsədilə yaradılır.

o FHN-i bütün dövlət resurslarının səfərbər edilməsini təmin edir, əhalini təbii fəlakət nəticələrinin aradan qaldı­rılması işinə cəlb edir. Belə ki, zərərçəkənlərin sağlamlığının qorunması ilə əlaqədar problemlərə birinci dərəcəli dövlət əhəmiyyətli suallar kimi baxılır. Rayon və şəhərlər üzrə FH-lar komissiyasının tərkibinə səhiyyə orqanlarının rəh­bərləri daxildirlər.

Təbii fəlakətin birinci günündən MM qərargahında sutkalıq növbətçilik təşkil edilir. Xəstəxanalar, ambulator- poliklinika müəsisələri sutkalıq iş rejiminə keçirilir, tibb xidmətinin bütün qüvvə və vəsaitləri səfərbər olunur.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin